Məhkəmə qərarları › İş №2-1(112)-11161/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11161/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11161/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli tərtib edilmiş aktın ləğv edilməsi və 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 06 yanvar 2023-cü il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində Nərimanov rayonu X8 küçəsi 125 ünvanında fotostudio açmışdır. xx.xx.2023-cü il tarixində Fiziki şəxsin uçotu haqqında şəhadətnamə (Vöen: **********) biznes sertifikatı və Asan imzası əldə etmişdir. Bundan sonra isə Asan imza ilə portala daxil olmuş, bank rekvizitləri üçün müraciət etmiş və qısa zamanda bank rekvizitlərini əldə etmişdir. xx.xx.2022-ci il tarixində X6 və X1 dəvət etmişdir. İddiaçı onlarla söhbətində iki nəfərdən birini seçəcəyini və onları 3-4 gün sınaqdan keçirəcəyini söyləmişdir. xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin Bakı şəhər X10 Üzrə Baş idarəsindən 2 əməkdaş fotostudiyaya daxil olub 2 nəfər işçinin qanunsuz işlədiyini və 4000 AZN manat hər bir işçiyə görə 2000 AZN manat olmaqla cərimələdiyini söyləyərək qeydiyyat və yoxlama apardıqdan sonra getmişdirlər. Bundan sonra iddiaçıya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsindən bildiriş gəldi. xx.xx.2022-ci il tarixində iddiaçı yuxarıda qeyd olunan ünvana gedib iclasda iştirak etmişdir. Orada iddiaçıya bildirmişdirlər ki, işçiləri əmək müqaviləsi olmadan işlətdiyinə görə cərimə tətbiq olunub. İddiaçı isə bu işçiləri sınaq müddətinə götürdüyünü və onlar arasında hansı işə uyğun olacaqsa onunla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Cavabdeh isə sınaq müddəti ləğv olunduğunu və belə bir şey olmadığını qeyd etmişdir.

4. xx.xx.2022-ci il tarixli, **********5118 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlətin) yerinə yetririlməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələ(lər)i üzrə xx.xx.2022 il tarixdən xx.xx.2022 il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 125 V ünvanında yerləşən “Foto Studio” obyektində operativ vergi nəzarəti həyata keçiriməsi qərara alınmışdır.

5. Operativ yoxlama zamanı iddiaçı tərəfindən verilmiş izahata əsasən ünvan 3 ünvanında yerləşən Color kods fotostudiosunda cəmi 1 aya yaxındır ki, sənədləşmə üzrə, lakin faktiki olaraq 5-10 gündür sahibkarlıq fəaliyyətinə başlamışdır. Əsaslı daimi işçi X7 ilə əmək müqaviləsi bağlamış və qeydiyyatdan keçirmişdir. Lakin bir neçə gündür ki, sınaq müddətinə yoxlanış qismində işə dəvət etdiyi X9 və X6 ilə işə qəbul olunmaları ilə bağlı konkret qərar vermədiyi üçün hələki əmək müqaviləsi bağlamamışdır. Əlavə olaraq qeyd edilir ki, iddiaçı tərəfindən bu işçilərə hələki əmək haqqı ödənilməmişdir, iddiaçı ən qısa zamanda bu əməkdaşlarla bağlı konkret qərar verib işdə qalacaq işçilərlə əmək müqaviləsi bağlayacaqdır. - X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 2 gündür fotoqraf kimi işə cəlb olunduğunu, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadığını, rəsmi əmək haqqı olmadan hər çəkilişə görə 2 manat ödənildiyini, iş vaxtının stabil olmadığını, digər işçilərdən Ramilə və Tofiqi tanıdığını bildirmişdir; - X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən təxminən 1 aydır fotoqraf kimi işə cəlb olunduğunu, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadığını, rəsmi əmək haqqı olmadan hər çəkilişə görə sahibkar tərəfindən nağd ödəniş aldığını, digər işçilərdən Ramilə və Samuru tanıdığını bildirmişdir; - İşçilərdən heç bir vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, sabit qəbz almamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9414 nömrəli qərarına əsasən İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2023 tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müraciətin araşdırılması haqqında xx.xx.2023-cü il tarixli **********182100 nömrəli məktubunda qeyd olunur ki, aparılmış araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********5118 nömrəli qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, X8, ev 125 V ünvanda yerləşən foto studiyada operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində iddiaçının fəaliyyət göstərdiyi obyektdə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilərək, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında iddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********9414 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ hesab edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bundan əlavə bildirilir ki, iddiaçının fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı Sizin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmiş şəxslər tərəfindən yoxlamaya təqdim edilmiş izahatlarda qanunpozuntusu öz təsdiqini tapmışdır.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli vəsatətdə qeyd olunur ki, İddiaçı iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 006058 nömrəli Akt iddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarın icrası ilə əlaqədar tərtib edilmişdir. Sözügedən aktın ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia həmin hissədə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nöməli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Eyni zamanda, adı çəkilən Plenum qərarının 13-cü bəndində qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı yainış olaraq inzibati akt hesab etdiyi operativ vergi nəzarətinin nəticəsi barədə aktı məhkəmə qaydasında mübahisələndirmişdir. Hansı ki, həmin sənəd inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid elan müəyyən (konkret) məsələni nizama salmaq və va həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və va digər növ hakimiyyət tədibirdir. Bu maddəyə şərh verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 ivun 2013-cü il tarixli qərarında göstərilmişdir ki. inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilmiş ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı. -ünvanlandığı hüquqi və va fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı. -hakimiyyət tədbiri olmalıdır. İnzibati aktın hüquqi nəticələrin yaradılması ilə bağlı isə bildirilmişdir ki, inzibati akt ünvanlandığı hüquqi və va fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qovur və va ona bu və va digər hüququn həvata keciriiməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və va onlara xitam verilməsinin faktiki əsası kimi cıxıs edir. Göründüyü kimi, mübahisələndirilən inzibati akt yuxarıda sadalanan xüsusiyyətləri özündə əks etdirmədiyindən məhkəmə qaydasında mübahisələndirilməsi mümkün sayılmamalıdır. Eyni zamanda bildirilir ki, sözügedən inzibati akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********9414 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və araşdırma zamanı həmin qərarın vergi ödəyicisi tərəfindən xx.xx.2023-ci il tarixdə saat 18:03-də oxunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bildirilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün:

1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. Əlverişsiz inzibati akt olmalı;

3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;

5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

13. İddiaçı həmin qərarı inzibati qaydada mübahisələndirilmiş, şikayəti təmin olunmamışdır.

14. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır,

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

18. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

19. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

20. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

21. xx.xx.2022-ci il tarixli **********5118 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 125 V ünvanında yerləşən Foto Studioda operativ vergi nəzarəti keçirilmişdir.

22. Operativ yoxlama zamanı iddiaçı tərəfindən verilmiş izahata əsasən qeyd edilən ünvanda ümumilikdə 2 nəfər işçi ilə əmək müqaviləsi bağlanmayıb, əmək müqaviləsi bağlanmamasının səbəbi isə sınaq müddətinə yoxlama qismində işə dəvət edilmələridir. İddiaçı X9 və X6 ilə işə qəbul olunmaları ilə bağlı konkret qərar vermədiyi üçün hələki əmək müqaviləsi bağlamamışdır. Eyni zamanda həmin əməkdaşlara hələki iddiaçı tərəfindən əmək haqqı ödənilməmişdir. Ən qısa zamanda bu əməkdaşlarla bağlı konkret qərar verib, işdə qalacaq işçilərlə əmək müqaviləsi bağlayacaqdıır. -X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 2 gündür fotoqraf kimi işə cəlb olunduğunu, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadığını, rəsmi əmək haqqı olmadan hər çəkilişə görə 2 manat ödənildiyini, iş vaxtının stabil olmadığını, digər işçilərdən Ramilə və Tofiqi tanıdığını bildirmişdir; -X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən təxminən 1 aydır fotoqraf kimi işə cəlb olunduğunu, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadığını, rəsmi əmək haqqı olmadan hər çəkilişə görə sahibkar tərəfindən nağd ödəniş aldığını, digər işçilərdən Ramilə və Samuru tanıdığını bildirmişdir; -İşçilərdən heç bir vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, sabit qəbz almamışdır.

23. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.

24. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə (iddiaçının özünün və işçilərin verdiyi izahatlarla) təkzib edilmişdir.

25. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar