Məhkəmə qərarları › İş №2-1(112)-11167/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11167/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11167/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərərindən ona yəni İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021ci il tarixədək dövr ərzində ümumilikdə artıq ödənilməsi müəyyən edilmiş 1495,55 manat məbləğin 2022-ci ilin fevral ayından etibarən (xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək) hissə-hissə (hər ay 38,43 manat) əmək pensiyasından çıxılmaqla, tutularaq büdcəyə bərpa edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildən zərərli işə görə pensiyaya çıxmışdır. Lakin ilk 6 ay aldığı məbləği geri ödəmişdir. Keçən ilin sentyabr ayında pensiyasının yenidən hesablanması üçün ərizə vermiş, ona 2 ay gözləməli olduğu bildirilmişdir. Oktyabr ayında 385 manat almışdır. Noyabr ayı üçün ödəmə olmamışdır, dekabr ayının 28-də 362,10 manat ödənilmişdir. Ona pensiyasının azalması səbəbi məlum olmamışdır, hesab tələb etdikdə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cari ilin yanvar ayı 362,10 manat, fevral ayı 397 manat, mart ayı 335 manat, aprel ayı 385 manat, iyun ayı 335 manat almışdır. Cavabdeh inzibati orqanın məlumatından belə məlum olur ki, 1495,55 manat aprel ayına kimi onun hesabına yığılan vəsait olaraq görünür. Verilən çıxarış heç bir dövlət qurumun verdiyi sənədə bənzəmir, format və möhür yoxdur. 1982-ci ilin yanvar ayından xaricə üzən gəmilərinə kapitan təyin olmuşdur. SSR dövründə gəmi kapitanları dövlət qulluqçusu hesab olunsa da, ona bugünədək dövlət qulluqçusu kimi pensiya ödənilməmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi iddaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, pensiyasından tutulmanın səbəbləri barədə məlumatın verilməsini xahiş etmişdir. Mərkəzi Filiala 14 fevral 2022-ci il tarixdə daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Belə ki, İddiaçı xx.xx.1998-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin oiunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı R.B.X2 rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə işdən azad edilməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4349,69 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 4349,69 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 103 (144-41 (işlədiyi ayların sayı)) aya bölünməklə (4349,69/103=42,23 manat) həmin tarixə əmək pensiyasının (197,71 manat) üzərinə əlavə edilərək (197,71+42,23=239,94 manat (indeksləşdirilərək hazırda 374,41 manat)) ödənilməli olduğu halda, işdən azad edildiyi tarix səhvən xx.xx.2015-ci il tarixi qeyd edilərək səhvən müəyyən edilmiş 4135,68 manat sığorta kapitalı 72 aya bölünməklə (4135,68/72=57,44 manat) həmin tarixə əmək pensiyasının (184,34 manat) üzərinə əlavə edilərək (184,34+57,44=241,78 manat) (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilərək 384,94 manat) iddiaçıya ödənilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində ümumilikdə 1495,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 1495,55 manat pul vəsaiti cari ilin fevral ayından etibarən hissə-hissə (hər ay 38,43 manat) iddiaçının əmək pensiyasından çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. Qeyd edilən tutulmanın xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulur. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək və etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus Yasamal RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı, 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1942-ci ildə Füzuli rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı məxsus 27 noyabr 1961-ci ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə X10-372 saylı Brandvaxtda (limanda keşikçi gəmiyə) 2-ci dərəcəli matros vəzifəsinə qəbul olunmuşdur (əmr № 110, xx.xx.1959-cu il); xx.xx.1961-ci ildə 2 saylı ş/1, 1-ci dərəcəli matros (əmr № 36, xx.xx.1961-ci il); xx.xx.1961-ci ildə RB-44-ə 1-ci dərəcəli matros (əmr № 74, xx.xx.1961-ci il); xx.xx.1961-ci ildə 2 saylı ş/1, 1-ci dərəcəli matros (əmr № 88, xx.xx.1961-ci il); xx.xx.1961-ci ildə “Lənkəran” gəmisinə 2-ci dərəcəli matros (əmr № 69, xx.xx.1961-ci il); xx.xx.1961-ci ildə “Turəli” gəmisinə 2-ci dərəcəli matros (Əmr №127, xx.xx.1961-ci il) təyin olunmuş, xx.xx.1961-ci ildə həqiqi hərbi xidmətə göndərilməsi ilə əlaqədar (Əmr № 131, xx.xx.1961-ci il) işdən azad edilmiş; xx.xx.1961-ci ildən xx.xx.1964-cü ilədək Sovet Ordusunda xidmətdə olmuş (H/B; НЗ № 164780); xx.xx.1964cü ildən X4 “Ağdam” gəmisinə matros təyin olunmuş (əmr №58, xx.xx.1964-cü il); xx.xx.1966-cı ildə “Dunay” gəmisinə bosman vəzifəsinə (Əmr № 29, xx.xx.1966-cı il); xx.xx.1967-ci ildə “Şamxor” gəmisinə matros (Əmr № K-232, xx.xx.1967-ci il); xx.xx.1968ci il “Ural” gəmisinə matros (əmr № 21, xx.xx.1968-ci il; xx.xx.1968-ci ildə istehsalat diplomu almaqla komanda heyətinə daxil edilmiş və L.Şevtsov t/x kapitanın 3-cü köməkçisi vəzifəsinə təyin edilmişdir (əmr № 36, xx.xx.1968-ci il); xx.xx.1970-ci ildə “Türkmənneft” gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (əmr № 14, xx.xx.1970-ci il); xx.xx.1970-ci ildə “Mərdəkan” gəmisinə kapitanın 2-ci köməkçisi (əmr № 61, xx.xx.1970-ci il); xx.xx.1974-cü ildə “Zəngilan” gəmisinə kapitanın 2-ci köməkçisi (əmr № 123, xx.xx.1974cü il); xx.xx.1975-ci ildə “Zəngilan” gəmisinə kapitanın baş köməkçisi (əmr № 40, xx.xx.1975-ci il); xx.xx.1975-ci ildə Nəqliyyat donanması gəmilərində kapitanın baş köməkçisi (əmr № 20, xx.xx.1975-ci il); xx.xx.1981-ci ildə Nəqliyyat donanması gəmilərində kapitan (əmr № 23, xx.xx.1981-ci il) təyin olunmuş; xx.xx.1998-ci ildə əmək müqaviləsinə xitam verilmişdir (əmr № K-530, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək X5 M/V-motor-ticarət gəmisinə müqavilə ilə qəbul olunmuşdur; xx.xx.2001-ci ildə M/V-motor-ticarət gəmisi “Osman Gazi”; M/V motor-ticarət gəmisi “SilverFish”; M/V-motor - ticarət gəmisi “Sin-Sen” Master Qeyret; xx.xx.2004-cü ildə Shipping İstanbul; xx.xx.2004-cü ildə Golden Lotus M/T Motor-Tanker “Gorby Tenko” (müqavilə); xx.xx.2005-ci ildə M/T Motor - Tankr “Mariya G” Master xx.xx.2005-ci il M/Vmotor-ticarət gəmisi “CK X6”;xx.xx.2006-cı ildə M/T Motor-Tanker “RTS Varot Master RTS”; xx.xx.2008-ci il Shipping İstanbul; xx.xx.2008-ci ildə M/V-motor-ticarət gəmisi “Zelee” X9 Palatası; xx.xx.2009-cu ildə M/V-motor-ticarət gəmisi “Ece” M/V-motor-ticarət gəmisi “Pardi” Dinc Dənizçilikdə; xx.xx.2010-cu ildə M/T Motor-Tanker “Kuleli” M/T Motor- Tanker “Wine trader-İİ”; xx.xx.2011-ci ildə Qeydiyyat Mavi-də işləmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən **********12 saylı, xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş 719876 №-li pensiya işindən müəyyən olunur ki, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci ildən yaşa görə pensiya təyin olunmuşdur. DSMF Yasamal rayon şöbəsinin 2/4334 №-li, xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı 2 №-li siyahı ilə xx.xx.2004-cü il tarixdən yaşa görə ömürlük pensiya təyin olunması qərara alınmışdır. DSMF Yasamal rayon şöbəsinin iyun 2016-cı il tarixli sərəncamı ilə İddiaçı aylıq pensiya məbləği 226,45 manat, oktyabr 2017-ci il tarixli sərəncamı ilə 272,20 müəyyən olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın **********81 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 362 manat 10 qəpik müəyyən olunmuşdur. Qərarın 13-cü bəndində xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1495 manat, 55 qəpik ödənildiyi qeyd olunmuşdur. Qərarın qeyd hissəsində göstərilmişdir ki, 384,94 manatın noyabr ayından verilməməsi şərti ilə 1495,55 manat tutulmalıdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********1 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı pensiyası yenidən hesablanaraq 374 manat, 41 qəpik məbləğində müəyyən olunmuşdur. Pensiyanın yenidən hesablanmasının əsası kimi: əksikvermə xx.xx.2008-xx.xx.2015, artıqvermə xx.xx.2015-xx.xx.2021 qeyd olunmuşdur (bənd 9). Qərarın qeyd hissəsində göstərilmişdir ki, **********1 nömrəli sərəncamda 1495,55 manat tutulmadan 230,6 manat tutulub, qalıq 1265,47 manat vəsaitdən **********1 nömrəli sərəncama əsasən xx.xx.2008-31.07 tarixədək 774,42 manat əskik verilmişdir. Əvəzləşdirildi: 1265,47-774,42. Tutulacaq məbləğ 491 manat. İddiaçının hazırki tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş bildirişdə bildirilmişdir ki, ona 30 aprel 1998-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı Fondun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixində işdən çıxmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4349,69 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 4349,69 manat sığorta kapitalın “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 103 (144-41(işlədiyiniz ayların sayı)) aya bölünməklə (4349,69/103=42,23 manat) həmin tarixə əmək pensiyasının (197,71 manat) üzərinə əlavə edilərək (197,71+42,23=239,94 manat (indeksləşdirilərək hazırda 374,41 manat)) ona ödənilməli olduğu halda, işdən çıxdığı tarix səhvən xx.xx.2015-ci il tarixi qeyd edilərək səhvən müəyyən edilmiş 4135,68 manat sığorta kapitalı 72 aya bölünməklə (4135,68/72=57,44 manat) həmin tarixə əmək pensiyasının (184,34 manat) üzərinə əlavə edilərək (184,34+57,44=241,78 manat) (xx.xx.2021-cil tarixinədək indeksləşdirilərək 384,94 manat) ona ödənilmişdir. Ona xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1495,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 1495,55 manat vəsaiti cari ilin fevral ayından etibarən hissə-hissə (hər ay 38,43 manat) əmək pensiyasından çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. Sözügedən tutulmanın xx.xx.2025-ci il tarixində başa çatdırılması nəzərdə tutulur. Hazırda iddiaçı ona təyin edilmiş əmək pensiyasından cavabdeh tərəfindən atıq ödənilmiş pensiya məbləğlərinin tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını və tutulmuş məbləğlərin pensiyasına bərpa edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi, İddiaçı xx.xx.1998-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. X7 tərəfindən aparılmış araşdırma zamanı iddiaçı R.B.X2 rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə işdən azad edilməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4349,69 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı və nəticədə ona xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində ümumilikdə 1495,55 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, artıq ödənilmiş pul vəsaitinin cari ilin fevral ayından etibarən xx.xx.2025-ci il tarixdə başa çatdırılma şərtilə hissə-hissə (hər ay 38,43 manat) iddiaçının əmək pensiyasından çıxılmaqla, tutularaq büdcəyə bərpa edilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində ümumilikdə artıq ödənilməsi müəyyən edilmiş 1495,55 manat məbləğin 2022-ci ilin fevral ayından etibarən (xx.xx.2022ci ildən xx.xx.2025-ci ilədək) hissə-hissə (hər ay 38,43 manat) əmək pensiyasından çıxılmaqla, tutularaq büdcəyə bərpa edilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli və tutulmuş məbləğlərin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində ümumilikdə artıq ödənilməsi müəyyən edilmiş 1495,55 manat məbləğin 2022-ci ilin fevral ayından etibarən (xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək) hissə-hissə (hər ay 38,43 manat) əmək pensiyasından çıxılmaqla, tutularaq büdcəyə bərpa edilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilsin və tutulmuş məbləğlərin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar