Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1117/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı müraciətə cavab verilməsi tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxx 2020-ci il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin rəisi cənab Nurəddin Mustafayevin ünvanına poçt vasitəsi ilə müraciət etmişdir. Lakin çox təəssüf ki, müraciəti bu günə kimi cavabsız qalmışdır. Azərbaycan Respublikası Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx/xx- 7041 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli müraciəti baxılması üçün Şəmkir regional ədliyyə idarəsinə göndərilmiş və sonuncu tərəfindən ərizəçiyə müvafiq cavab verilmişdir. İcra baş idarəsi tərəfindən sözügedən müraciətlə bağlı hərəkətsizlik edilmədiyi, eləcə də ona cavab verməkdən imtina olunmadan baxılması üçün qanunamüvafiq qaydada regional ədliyyə qurumuna göndərildiyi nəzərə alınaraq iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin onun ərizəsinə verdiyi cavab onu qane etmir. Onun müraciətinə yazımi qaydada cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən məhkəməyə məktubla müraciət edilərək məhkəmə prosesinin nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx xxxxxx 2014-cu il tarixli 2(62)-1158/2014 nömrəli hakim N.Mustafayev 12240 manat və xx.xx.2019-cu il tarixli 2(62)-912/2019 nömrəli, cavabdehdən 3000 manat pulun alııb ona verilməsi barədə qətnamə hakim R.Məmmədov tərəfindən qəbul edilmişdir. Lakin Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən 2017-ci ilin aprel ayından hər ay 77 manat pul, ona ödənilir, baxmayaraq ki, notariat kontorunda kredit müqaviləsi bağlanmış və 200 manat verilməsi öhtəliyi götürülmüşdür. Hal-hazırda 233 manat pensiya alır. Halhazırda 233 manat pensiya alır. Xahiş edir ki, icra olunmamasının səbəbləri barədə ona rəsmi məlumat verilsin. Azərbaycan Respublikası Cavabdeh xx/xx-5838 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, həmin məktub ilə iddiaçının qeyd olunan müraciəti baxılması üçün Şəmkir Regional Ədliyyə İdarəsinə göndərilmiş və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur. Həmin məktubla həmçinin İddiaçı da bu barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 08/S-80/7 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş X1 Ədliyyə İdarəsinə daxil olmuş məhkəmə qərarının icrası ilə bağlı müraciətinə baxılmış və müraciəti ilə bağlı müvafiq cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə qeyd edir ki, hazırki iddia cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılanadək cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən icraata xitam verilməlidir. İddiaçının verilmiş cavabın onu qane etməməsi ilə bağlı irəli sürdüyü dəlilə qiymət verərək məhkəmə qeyd edir ki, həmin hal hazırki iddianın predmeti deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı müraciətə cavab verilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1117/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1117/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver