Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1117/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək (1 il 1 ay 2 gün) Mirbəşir Kolxozlararası Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək (1 il 4 ay 21 gün) X2 iplik əyirən, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək (1 ay 23 gün) X2 iplik əyirən, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (1 il 29 gün) X7 nəqliyyat donanmasında motorçu, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək (2 il 3 ay 25 gün) Azərkurort Ticarəti Naftalan Şöbəsində bufetçi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək (2 il) Tərtər Rayon Sarov kəndindəki 72 №-li mağazada müdir, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il 7 ay 21 gün) Tərtər elektromexanika zavodunda mağazada müdir, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək (5 ay 24 gün) Tərtər Rayon 43 №-li mağazada müdir, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək (1 ay 2 gün) Tərtər Rayon 51 №-li mağazada satıcı-briqadir, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək (1 ay 9 gün) Tərtər Rayon 123 №-li mağazada satıcı-briqadir, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək (5 ay 25 gün) Tərtər Rayon Xəstəxanasında 24 №-li (47 №-li) mağazada müdir-satıcı, xx.xx.1988-ci ildən xx.xx.1993-cü ilədək (4 il 5 ay) Tərtər Rayon 97 №-li (121 №-li) mağazada satıcı-briqadir, xx.xx.1992-ci ildən xx.xx.1994cü ilədək (1 il 9 ay 20 gün) Ağdərə Sovxoz-Fəhlə Kooperativində əmtəəşünas, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək (2 il 9 ay 14 gün) Tərtər şəhər Ticarəti İdarəsində əmtəəşünas işlədiyi iş illərinin, habelə xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək (10 ay 29 gün) Bakı Dəniz Gəmiçiliyi məktəbində 1-ci dərəcə motorçu kursant və xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək (2 il 10 ay 9 gün) Bakı Sovet Ticarəti Texnikumunda əmtəəşünaslıq ixtisası üzrə orta ixtisas təhsili aldığı təhsil və xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək (2 il 5 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu hərbi xidmət müddətlərinin onun iş (sığorta) stajına daxil edilməklə, ümumilikdə xx.xx.2006-cı ilədək 25 il 8 ay 6 gün iş (sığorta) stajına malik olduğu üçün 64 yaşında pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək (1 il 1 ay 2 gün) Mirbəşir Kolxozlararası Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək (1 il 4 ay 21 gün) X2 iplik əyirən işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək (2 il 5 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək (1 ay 23 gün) X2 iplik əyirən işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək (11 ay 1 gün) Bakı Dəniz Gəmiçiliyi məktəbində 1-ci dərəcə motorçu kursant təhsili almış, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (1 il 29 gün) X7 nəqliyyat donanmasında motorçu işləmiş, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək (2 il 10 ay 9 gün) Bakı Sovet Ticarəti Texnikumunda əmtəəşünaslıq ixtisası üzrə orta ixtisas təhsili almış, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək (2 il 3 ay 25 gün) Azərkurort Ticarəti Naftalan Şöbəsində bufetçi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək (2 il) Tərtər Rayon Sarov kəndindəki 72 №-li mağazada müdir, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il 7 ay 21 gün) Tərtər elektromexanika zavodunda mağazada müdir, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək (5 ay 24 gün) Tərtər Rayon 43 №-li mağazada müdir, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək (1 ay 2 gün) Tərtər Rayon 51 №-li mağazada satıcı-briqadir, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək (1 ay 9 gün) Tərtər Rayon 123 №-li mağazada satıcı-briqadir, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək (5 ay 25 gün) Tərtər Rayon Xəstəxanasında 24 №-li (47 №-li) mağazada müdir-satıcı, xx.xx.1988-ci ildən xx.xx.1993-cü ilədək (4 il 5 ay) Tərtər Rayon 97 №-li (121 №-li) mağazada satıcı-briqadir, xx.xx.1992-ci ildən xx.xx.1994cü ilədək (1 il 9 ay 20 gün) Ağdərə Sovxoz-Fəhlə Kooperativində əmtəəşünas, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək (2 il 9 ay 14 gün) Tərtər şəhər Ticarəti İdarəsində əmtəəşünas işləmişdir. Beləliklə, xx.xx.2006-cı ilədək 25 il 8 ay 6 gün iş (sığorta) stajına malik olduğu iddiaçıya məxsus əmək kitabçalarında, attestatında, diplomunda və arayışda öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək xx.xx.2006-cı ilədək 25 il 8 ay 6 gün iş (sığorta) stajına malik olduğu üçün 64 yaşında pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizəyə cavab olaraq iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli, **********8 №-li məktubda (bu məktub xx.xx.2021-ci ildə çatdırılmışdır) onun xx.xx.2006-cı il tarixədək 21 il 03 ay sığorta stajının olması və xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı, eyni zamanda xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi «X9 kooperativi»nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılıb sığorta stajına əlavə edilməsinin mümkün olmadığı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Məlumat üçün bildirilir ki, vətəndaşın hüququnun yarandığı xx.xx.2019-cu il tarixə kişilərin pensiya yaşı 64 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabınırı sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaİdılmaqla hesablanır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bildirilir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı təqdim etdiyi xx.xx.1970-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə 21 il 03 ay 13 gün ümumi iş stajı və ona uyğun olaraq 15379,34 manat pensiya kapitalı vardır (hərbi xidmət və təhsil aldığı dövrlər daxil olmaqla). Vətəndaşın təqdim etdiyi xx.xx.1992ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1992-xx.xx.1997-ci illərdə “X9 kooperativi” və “Tərtər şəhər ticarət müəssisəsi”ndə işlədiyi dövrlər Tərtər rayon Dövlət Arxivinin 44 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən təsdiqlənmədiyi üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Alt Sisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən vətəndaşın hüququnun yarandığı xx.xx.2019-cu il tarixə 21 il 03 ay 13 gün ümumi iş stajı və ona uyğun olaraq 15379,34 manat pensiya kapitalı vardır. Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün xx.xx.2019-cu il tarixə tələb olunan pensiya kapitalı 21600 manatdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 21600 manat pensiya kapitalı, eləcə də xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid is stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Lakin iddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək olan “X9 kooperativi” və “Tərtər şəhər ticarət müəssisəsi”ndəki iş stajı nə Dövlət arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 44 nömrəli məktubuna əsasən “X9 kooperativi” və “Tərtər şəhər ticarət müəssisəsi”nin əmr kitabları və əmək haqqı cədvəlləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 27 nömrəli məktubuna əsasən “X9 kooperativi” və “Tərtər şəhər ticarət müəssisəsi”nin əmr kitablan və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Odur ki, vətəndaş İddiaçı Məhəmnməd oğlunun əmək fəaliyyəti barədə məlumat verilə bilinmir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli 01/3-1865 nömrəli məktubuna əsasən statistik vahidlərin Dövlət reyestrində “X9 kooperativi” və “Tərtər şəhər ticarət müəssisəsi”nə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********836700 nömrəli məktubuna əsasən məlumat-uçot bazasına əsasən “X9 kooperativi” və “Tərtər şəhər ticarət müəssisəsi”nin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 30 iyul 2021-ci il tarixli **********4 nömrəli, Tərtər Rayon İcra Hakimiyyətinə 03.08,2021-ci il tarixli **********1 nömrəli sorğular ünvanlansa da müvafiq cavab məktubları Filiala daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Buna görə də hesab edilir ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 64 yaşdan, pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1955-ci il təvəllüdlü Əliyev X4 şəhəri, Ə.Paşayev küçəsi, ev 33, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.1976-cı il tarixli, 165 nömrəli attestatın surətinə əsasən İddiaçı xx.xx.1975-xx.xx.1976-cı illərdə Bakı Dəniz Gəmiçiliyi məktəbində 1-ci dərəcə motorist təhsili almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1980-ci il tarixli, BT 039200 nömrəli diplomun surətinə əsasən İddiaçı xx.xx.1977-ci ildə Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyi Bakı sovet ticarəti texnikumuna daxil olmuş və xx.xx.1980-ci ildə həmin texnikumu Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1955-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1992-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Ağdərə Sovxoz-Fəhlə Kooperativinə əmtəəşünas qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə Tərtər şəhər Ticarət Müəssisəsinə əmtəəşünas qəbul edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1970-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Mirbəşir Kolxozlararası Tikinti İdarəsinə fəhlə qəbul edilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir. xx.xx.1971-ci ildə X2 iplik əyirən vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü ildə azad edilmişdir. xx.xx.1975-ci ildə X2 iplik əyirən peşəsinə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmişdir. xx.xx.1976-cı ildə X7 nəqliyyat donanmasında motorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə Azərkurort Ticarəti Naftalan Şöbəsində bufetçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə Tərtər Rayon Sarov kəndindəki 72 №-li mağazaya müdir vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Tərtər elektromexanika zavodunda mağazada müdir, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək Tərtər Rayon 43 №-li mağazada müdir, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Tərtər Rayon 51 №-li mağazada satıcı-briqadir vəzifəsində işləmişdir. xx.xx.1987-ci ildə Tərtər Rayon 123 №-li mağazada satıcıbriqadir peşəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə Tərtər Rayon Xəstəxanasında 24 №-li (47 №-li) mağazada müdir-satıcı təyin edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Tərtər Rayon 97 №-li (121 №-li) mağazada satıcı-briqadir təyin edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlumat üçün bildiririk ki, vətəndaşın hüququnun yarandığı xx.xx.2019-cu il tarixə kişilərin pensiya yaşı 64 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çamış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir ill azaldılmaqla hesablanır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bildirilir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı təqdim etdiyi xx.xx.1970-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə 21 il 03 ay 13 gün ümumi iş stajı və ona uyğun olaraq 15379,34 manat pensiya kapitalı vardır. Vətəndaşın təqdim etdiyi xx.xx.1992-cil il tarixli əmək kitabçasına əsasən xx.xx.1992-xx.xx.1997-ci illərdə “X9 kooperativi və Tərtər şəhər ticarət müəssisəsi”ndə işlədiyi dövrlər Tərtər rayon Dövlət Arxivinin 44 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən təsdiqlənmədiyi üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Alt Sisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən vətəndaşın hüququnun yarandığı xx.xx.2019-cu il tarixə 21 il 03 ay 13 gün ümumi iş stajı və ona uyğun olaraq 15379,34 manat pensiya kapitalı vardır. Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün xx.xx.2019-cu il tarixə tələb olunan pensiya kapitalı 21600 manatdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 21600 manat pensiya kapitalı, eləcə də xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********89 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Məlumat üçün bildirilir ki, “Tərtər şəhər Ticarəti İdarəsi” və “Ağdərə Sovxoz-Fəhlə” Kooperativi barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/1764 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan “Ağdərə Sovxoz-Fəhlə” kooperativinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Tərtər rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********230300 nömrəli məktubunda bildirilmişdir ki, məlumat-uçot bazasına əsasən “X9 Kooperativi” və “Tərtər Şəhər Ticarət İdarəsi”nin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 33 nömrəli məktubunda bildirilmişdir ki, “Tərtər şəhər Ticarət İdarəsinin” əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Odur ki, vətəndaş İddiaçı əmək fəaliyyəti barədə məlumat verilə bilinmir. Məhkəmənin sorğusuna cavab olaraq X1 və X5 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubunda bildirilmişdir ki, Tərtər şəhəri Ticarət Müəssisəsi barədə hər hansı məlumatın “X1 və Koordinasiya Mərkəzi” X8 arxivində olmadığına görə, adıçəkilən şəxs barədə sorğuya cavab verilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X6 xx.xx.2022-ci il tarixli, AAŞ-11/10 nömrəli məktubunda bildirilmişdir ki, Azərittifaqın tabeliyində olan X9 Kooperativinin sənədləri Azərittifaqın arxivinə təhvil verilməmişdir. Odur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək qeyd olunan müəssisədə işləyib işləməməsi barəsində məlumat təqdim edilə bilinmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********891800 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Ağdərə Sovxoz-Fəhlə” Kooperativi və Azərbaycan Respublikası Ticarət Nazirliyi Tərtər şəhər Ticarət Müəssisəsi adlı hüquqi şəxslərin qeydiyyatı barədə məlumat mövcud deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisələr haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Məlumat üçün bildirilir ki, “X9” Kooperativi barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilmədiyindən həmin müəssisə dövlət əmlakının Registrində qeydiyyata alınmamışdır. Eyni zamanda bildirilir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” çərçivəsində özəlləşdirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 2016-cı ildə dövlət müəssisəsi kimi “Ticarət müəssisəsi” adı ilə özəlləşdirilmişdir. Həmçinin özəlləşmə zamanı işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir, onun həmin müəssisədə işlədiyi vəzifə və iş stajı barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə oə müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1970-ci il tarixində tərtib olunmuş əmək kitabçanızın surətinə əsasən sizin xx.xx.2006-cı il tarixədək sığorta stajınız 21 il 3 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə halrarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq bildirilir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək işlədiyiniz “X9 kooperativinin” faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılıb sığorta stajınıza əlavə edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə uyğun olaraq, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Sizə yaşa görə sosial müavinətin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına müraciət etməyiniz tövsiyə olunur. “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2018-ci ildən 30 iyun 2019-cu il tarixədək kişilər üçün pensiya yaşı həddi 64 yaş olmuşdur. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla 64 yaşını xx.xx.2019-cu il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası sənədlərində xx.xx.1988-xx.xx.1993-cü ilədək Tərtər Rayon 97 №-li (121 №-li) mağazada satıcıbriqadir işlədiyi dövrünün bir hissəsi Tərtər Rayon Xəstəxanasında 24 №-li (47 №-li) mağazada müdir-satıcı işlədiyi xx.xx.1987-xx.xx.1988-ci ilədək olan dövrün bir hissəsi ilə və Ağdərə Sovxoz-Fəhlə Kooperativində xx.xx.1992-xx.xx.1994-cü ilədək işlədiyi dövrün bir hissəsi ilə qismən üst-üstə düşmüşdür. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici əmək fəaliyyəti dövrləri üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üstüstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Bu baxımdan iddiaçının xx.xx.1988-xx.xx.1993-cü ilədək olan iş dövrü xx.xx.1988ci ildən hesablanmaqla xx.xx.1993-cü ilədək tam, Ağdərə Sovxoz-Fəhlə Kooperativində işlədiyi xx.xx.1992-xx.xx.1994-cü ilədək dövrün həmin dövrlə üst-üstə düşməyən hissəsi yəni xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək olan hissəsi ümumi iş stajına daxil edilməlidir. İddiaçıya məxsus hərbi bilet, təhsil barədə sənəd, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1975-xx.xx.1976-cı illərdə birinci təhsil dövrü 11 ay 01 gün, xx.xx.1977xx.xx.1980-ci illərdə ikinci təhsil dövrü 02 il 10 ay 10 gün, xx.xx.1973-xx.xx.1975-ci ilədək hərbi xidmət dövrü 02 il 06 gün, əmək fəaliyyəti dövrü xx.xx.1970-xx.xx.1971-ci ilədək 01 il 01 ay 05 gün, xx.xx.1971-xx.xx.1973-cü ilədək 01 il 04 ay 22 gün, xx.xx.1975xx.xx.1975-ci ilədək 01 ay 28 gün, xx.xx.1976-xx.xx.1977-ci ilədək 01 il 01 ay, xx.xx.1980-xx.xx.1982-ci ilədək 02 il 03 ay 26 gün, xx.xx.1983-xx.xx.1985-ci ilədək 02 il, xx.xx.1985-xx.xx.1986-cı ilədək 01 il 07 ay 22 gün, xx.xx.1986-xx.xx.1987-ci ilədək 05 ay 25 gün, xx.xx.1987-xx.xx.1987-ci ilədək 01 ay 03 gün, xx.xx.1987-xx.xx.1987-ci ilədək 01 ay 10 gün, xx.xx.1987-xx.xx.1988-ci ilədək 05 ay 26 gün, xx.xx.1988-xx.xx.1993-cü ilədək 04 il 08 ay 16 gün, xx.xx.1993-xx.xx.1994-cü ilədək 01 il 06 ay 26 gün, xx.xx.1994xx.xx.1997-ci ilədək 02 il 09 ay 15 gün işləməklə ümumilikdə 25 il 08 ay 27 gün iş stajı toplamışdır. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi iddiaçının Ağdərə Sovxoz- Fəhlə Kooperativində və Tərtər şəhər Ticarəti İdarəsində işlədiyi dövrün ümumi iş stajında nəzərə alınmaması əsası ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda adıçəkilən ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər nəzərə alına bilər. İddiaçının Ağdərə Sovxoz-Fəhlə Kooperativi və Tərtər şəhər Ticarəti müəssisəsində əmək fəaliyyəti ilk növbədə onun əmək kitabçasındakı işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Cavabdeh orqan istinad etdiyi imtinanın əsasını təşkil edən Ağdərə Sovxoz-Fəhlə Kooperativi və Tərtər şəhər Ticarəti müəssisəsində olan əmək fəaliyyəti dövrünün nəzərə almamasını əsaslandıra bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına aid edilməklə ona pensiya təyin edilməsi vəzifəsi ilk növbədə cavabdehin üzərinə qoyulmalıdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı Ağdərə Sovxoz-Fəhlə Kooperativi və Tərtər şəhər Ticarəti müəssisəsinin arxiv sənədlərinin əldə edilməsinin mümkün olmaması da iddiaçının həmin müəssisələrdə işlədiyi dövrün mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X6 sorğuya cavab məktubunda X9 Kooperativinin Azərittifaqın tabeliyində olduğunu qəbul etmiş, lakin X9 Kooperativinin sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyəti barədə işə qəbul, işdən çıxma barədə əmrlər, əmrlər kitabından çıxarış və ya əmək haqqı cədvəllərini təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavab məktubunda ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 2016-cı ildə dövlət müəssisəsi kimi “Ticarət müəssisəsi” adı ilə özələşdirildiyi qeyd edilmişdir. Başqa sözlə, iddiaçının işləmiş olduğu Ağdərə Sovxoz-Fəhlə Kooperativi və Tərtər şəhər Ticarəti müəssisəsi adlı müəssisələrin mövcud olmuş olduğu öz təsdiqini tapmışdır. Qeyd edilən müəssisələrə aid arxiv sənədlərinin arxivə təhvil verilməməsi isə iddiaçının təqsiri hesab edilmir və bunun mənfi nəticəsi iddiaçının ziyanına təfsir edilməsinə əsas deyildir. Məhkəmə onu da qeyd edir ki, Tərtər şəhər Ticarəti müəssisəsi 2016-cı ildə özəlləşdirildiyi zaman iddiaçının adının müəssisənin özəlləşmə zamanı özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Tərtər şəhər Ticarəti müəssisəsi olmuş işçilərin siyahısında qeyd edilməməsi də məntiqlidir. Belə ki, iddiaçı Tərtər şəhər Ticarət Müəssisəsində xx.xx.1994-xx.xx.1997-ci illərdə işləmişdir, 2016-cı ildə özəlləşmə zamanı xx.xx.1997-ci ildə işdən azad edilmiş işçinin adının olmaması mümkündür. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 64 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 64 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1117/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1117/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver