Məhkəmə qərarları › İş №2-1(112)-1117/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1117/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1117/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1978-xx.xx.1997-ci illərdə işlədiyi Azərbaycan Yüngül Sənaye Nazirliyinin tərkibində yaradılmış və fəaliyyət göstərmiş “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nda 18 illik stajını “Elmi müəssisə”də əldə olunmuş staj hesab olunmaqla və təhsil müəssisələrində işlədiyi 14 illik staja əlavə olunmaqla ona xx.xx.2021-ci ildən etibarən Prezident təqaüdünün təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək kitabçasına əsasən əsas iş yeri üzrə 32 il 3 ay 20 gün (qanunvericiliklə tələb olunan 25 illik iş stajından xeyli çox) elm təhsil müəsisələrində iş stajına malikdir. Belə ki, ali təhsilini başa vurduqdan sonra iddiaçı təyinatla xx.xx.1978-ci ildən xx.xx.1997-ci illədək Azərbaycan Yüngül Sənaye Nazirliyinin (sonralar “Xalq üçün mallar” Dövlət Konserni) tərkibində elmi müəssisə olan “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nda konstruktor tədqiqatçı vəzifəsindən həmin büronun direktoru vəzifəsinədək yüksələrək fasiləsiz olaraq 18 il 4 ay 7 gün işləmiş, işlədiyi dövrdə dissertasiya işini müdafiə edərək “texniki elmlər namizədi” (texniki elmlər üzrə fəlsəfə doktoru) elmi adını almışdır. Bundan əlavə müxtəlif ali təhsil müəssisələrində cəmi 14 il 13 gün müəllim, baş müəllim, dosent, kafedra müdiri və s. vəzifələrdə işləmişdir. Hal-hazırda əmək pensiyası alır. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə xx.xx.2021-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən edilmişdir. İddiaçı sadalanan kateqoriyaya aid olduğu üçün cavabdehə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilmiş Fərmanlarının ona tətbiq edilməsini və Prezident təqaüdü ilə təmin olunmasını xahiş etmiş, lakin cavabdeh onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı guya cəmi 14 il, yəni Fərmanda nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir. Yəni “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 10.4.5-ci maddəsinə əsasən elmi müəssisələr kateqoriyasına aid olan “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nda çalışdığı 18 ildən artıq müddət nəzərə alınmamışdır. Həmin Qanunun 10.4-cü maddəsində elmi müəssisə və təşkilatlara aid edilən (müəssisə və təşkilatlar) qurumlar göstərilir. Həmin Qanunun 10.4.5-ci maddəsində “Təcrübə - konstruktor, layihə konstruktor, təcrübə - istehsal, layihə - texnoloji, müəssisələri “elm müəssisələri” kateqoriyasına aid edilir. İşlədiyi “Büro” isə fəaliyyətində Qanunun bu maddəsində göstərilən 4 komponentin hamısını özündə birləşdirən elmi müəssisə olmuşdur. Həmin Qanunun 15.3-cü maddəsində bu cür müəssisələrin həm müstəqil, həm də elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, habelə müxtəlif qurumların nəzdində fəaliyyət göstərməsi qeyd olunur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, həmin tərəfdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında bildirilmişdir ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona fəlsəfə doktoru kimi Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Lakin onun elmi müəssisə və təşkilarda və ya təhsil müəssisələrində ümumi iş stajı 25 ildən az olduğundan müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Həmin Fərmana əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. İddiaçı Azərbaycan Yüngül Sənaye Nazirliyinin tabeliyində “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nun elm müəssisəsi olduğunu iddia etmişdir. Azərbaycan Respublikası "Elm haqqında" Qanunun 10.4-cü maddəsinə əsasən dövlət ali elmi təşkilat, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr, elmi işçilərin ictimai qurumları elmi müəssisə və təşkilatlara aiddir. Göründüyü kimi bürolar elmi müəssisə və təşkilatlar siyahısında əks olunmamışdır, bu səbəbdən iddiaçının həmin büroda işlədiyi dövrlər elmi müəssisə və təşkilatarda və ya təhsil müəssisələrində işlədiyi dövr kimi stajına əlavə edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun elmi fəaliyyətlə məşğul olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun elm müəssisəsi hesab edilməsi və İddiaçı fəlsəfə doktoru kimi Prezident təqaüdünün təyin edilməsi qanuna uyğun deyildir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********4 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə xx.xx.2021-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 200 manat müəyyən edilmişdir. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı (14 il) qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. - İddiaçı məxsus seriya AZE, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1954-cü il tarixdə Sabirabad rayonunda anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçının təqdim etdiyi “Xalq üçün mallar” Dövlət Konsernin təsdiq etdiyi “Xüsusi Təcrübə-Eksperimental Konstruktor bürosu”nun Nizamnaməsinin surətindən görünür ki, büronun elmi müəssisə kimi yaradılması öz əksini tapmamış, konstruktor və elmi tədqiqat işlərinin həyata keçirilməsi büronun fəaliyyət sahələrindən biri kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, 10-0-56/12 nömrəli məktubunda bildirilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.22-ci və 1.0.24-cü maddələrinə əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs, elmi tədqiqat institutu isə əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisədir. Göstərilənləri nəzərə alaraq, qeyd etmək lazımdır ki, barəsində sorğu edilən müəssisənin Nizamnaməsi Nazirliyə təqdim edilmədiyindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq, onun elmi müəssisə və təşkilat olmasını müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasınn Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 03 sentyabr 2021-ci il tarixli, DA-01390-2021 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Xüsusi təcrübə eksperimental konstruktor bürosunun sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 05/8765-11 nömrəli məktubunda bildirilmişdir ki, “Xalq üçün mallar” Dövlət Konsernin nəzdində olmuş “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu” – qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 yanvar 2023-cü il tarixli, 3-29/2-276/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Xüsusi Təcrübə-Eksperimental Konstruktor bürosu”nun Nizamnaməsində onun elmi müəssisə kimi yaradılması öz əksini tapmamışdır. Konstruktor və elmi tədqiqat işlərinin həyata keçirilməsi büronun fəaliyyət sahələrindən biri kimi qeyd edilmişdir. - İddiaçı məxsus 19 mart 1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən o, xx.xx.1978-ci ildə “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nun konstruktortədqiqat şöbəsinə 3-cü kateqoriyalı (stajor) mühəndis-konstruktor vəzifəsinə təyin edilmiş (xx.xx.1978-ci il tarixli, 172 nömrəli əmr), xx.xx.1978-ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə bağlı tutduğu vəzifədən azad edilmiş (xx.xx.1978-ci il tarixli, 228-ЛС nömrəli əmr), xx.xx.1980-ci ildə mexanizasiya və avtomasiyasiya qrupun layihə-konsruktor şöbəsinə 3-cü kateqoriyalı mühəndis-konstruktor vəzifəsinə təyin edilmişdir. (xx.xx.1980-ci il tarixli, 78- ЛС nömrəli əmr), xx.xx.1980-ci ildə konstruktor-tədqiqat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmiş (xx.xx.1980-ci il tarixli, 119- ЛС nömrəli əmr), xx.xx.1981-ci ildə konstruktor-tədqiqat şöbəsinin adı dəyişdirilmiş və konstruktor şöbəsi adlandırılmış (xx.xx.1981-ci il tarixli, 54-ЛС nömrəli əmr), xx.xx.1982-ci ildə 1-ci kateqoriya konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1982-ci il tarixli, 27- ЛС nömrəli əmr), xx.xx.1983-cü ildə layihəkonstruktor şöbəsinə aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1983-cü il tarixli, 32- ЛС nömrəli əmr), xx.xx.1984-cü ildə eksperimetal-mühəndis qrupuna aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1984-cü il tarixli, 41- ЛС nömrəli əmr), xx.xx.1985-ci ildə mexanizasiya, avtomatizasiya və energinin təmin edilmə sektoruna eyni vəzifəyə keçirilmiş (xx.xx.1985-ci il tarixli, 44-ЛС nömrəli əmr), xx.xx.1988-ci ildə konstruktor şöbəsinə aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1988-ci il tarixli, 2-ЛС nömrəli əmr), xx.xx.1988-ci ildə əmək haqqının ödənilməsinin yeni şərtlərin qəbul edilməsi ilə əlaqədar konstruktor şöbəsinə 1-ci kateqoriya mühəndis-konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1988-ci il tarixli, 147-ЛС nömrəli əmr), xx.xx.1989-cu ildə konstruktor şöbəsinə aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1989-cu il tarixli, 9- ЛС nömrəli əmr), xx.xx.1989-cu ildə layihənin baş konstruktor vəzifəsinin səlahiyyətlərini icra edən vəzifəsinə keçirilmiş (xx.xx.1989-cu il tarixli, 137-ЛС nömrəli əmr), xx.xx.1990-cı ildə layihənin baş konstruktoru təyin edilmiş (xx.xx.1990-cı il tarixli, 38 mh nömrəli əmr), xx.xx.1992-ci ildə büronun baş mühəndisi vəzifəsinə təyin edilmiş (xx.xx.1992-ci il tarixli, 70 mh nömrəli əmr), xx.xx.1993cü ildə Büronun direktoru vəzifəsinə təyin edilmiş (Azqoskonc. xx.xx.1993-cü il tarixli, 43-- ЛС nömrəli əmr), xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (xx.xx.1997-ci il tarixli, 06-“Mh” nömrəli əmr).

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından məlum olur ki, iddiaçı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, məsələ ona münasibətdə müsbət həllini tapmamış, ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab edir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının 1.-ci bəndinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. "Elm haqqında" Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə əsasən dövlət ali elmi təşkilat, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr, elmi işçilərin ictimai qurumları elmi müəssisə və təşkilatlara aiddir. Cavabdehin dəlillərinə görə iddiaçının işlədiyi “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu" elmi müəssisə və təşkilatlar siyahısında əks olunmadıgından iddiaçının həmin büroda işlədiyi dövrlər elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində işlədiyi dövr kimi stajına əlavə edilə bilməz. Məhkəmə hesab edir ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanında göstərilmiş müddəalara əsasən iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışması hipotezası (şərti) mövcud olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 yanvar 2023-cü il tarixli, 3-29/2- 276/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Xüsusi Təcrübə-Eksperimental Konstruktor bürosu”nun Nizamnaməsində onun elmi müəssisə kimi yaradılması öz əksini tapmamış, konstruktor və elmi tədqiqat işlərinin həyata keçirilməsi isə büronun fəaliyyət sahələrindən biri kimi qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışması şərti ödənmədiyindən cavabdeh qanuni və əsaslı olaraq ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsindən imtina etmişdir. Eyni zamanda iddiaçı tərəfindən “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun elmi fəaliyyətlə məşğul olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, təqdim etdiyi əmək kitabçasına görə onun yalnız həmin büroda işləməsi qeydləri öz təsdiqini tapır ki, bu qeydlər də ona müvafiq əmək pensiyasının təyini üçün əsas olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar