Məhkəmə qərarları › İş №2-1(112)-11170/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11170/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11170/2023 18.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, 14-cü küçə, 4 saylı yataqxana (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü küçə, 4 saylı yataqxana (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan SSR Nərimanov rayon Mənzil İstismar Sahəsinin xx.xx.1987-ci il tarixdə verilmiş 216 saylı orderi əsasında atası X1 və ailə üzvləri olaraq İddiaçı, X3, X2 istifadəsinə verilmişdir. 1987-ci ildən hal-hazırkı vaxtadək həmin ünvanda yaşayır. Mənzilə dair sahiblik və istifadə hüququ vardır. Qeydiyyata düşməyə ünvanı olmadığından, Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmışdır, lakin hazırda onun qeydiyyata düşməyə çıxarışlı mənzili olmadığından, şəxsiyyət vəsiqəsi deaktiv olunmuşdur. Lakin həmin evə dair order mövcud olsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Şəxsiyyət vəsiqəsi deaktiv olunduqdan sonra, Azərbaycan SSR Nərimanov rayon Mənzil İstismar Sahəsinin xx.xx.1987-ci il tarixdə verilmiş 216 saylı order əsasında atası X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü küçə, 4 saylı yataqxana (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınmağı ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, həmin ünvana qeydiyyata alınmasından imtina edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı özünün yaşayış yeri üzrə mübahisəli ünvanda qeydiyyatda olduğunu, buna görə də onun deyil, azyaşlı uşaqlarının həmin ünvan qeydiyyata alınmasını arzu etdiyini bildirdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, hazırkı halda iddia iddianın mümkünlüyü şərtlərinə cavab vermir. Çünki işdən cavabdehin iddiaçının hüquqlarını pozmasına yönəlmiş hər hansı hərəkətə yol verməsi müəyyən edilmir. Belə ki, işdə olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciət ərizəsindən və məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü küçə, 4 saylı yataqxana (yeni qaydalarla ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş edir. Lakin işdə olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Perevalnaya-39, yataqxana 4, otaq 81 ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırda həmin ünvanda qeydiyyatda olmasını təsdiq etmiş, hazırkı iddia vasitəsilə özünün deyil, azyaşlı uşaqlarının həmin ünvana qeydiyyata alınması məqsədi güddüyünü bildirsə də, bununla bağlı cavabdeh orqana ilkin müarciətini məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir, iddiaçının tələbinin faktiki əsası, yəni onun məhkəməyə müraciət etməsi üçün hüquqlarının pozulması halı mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 7alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar