Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11175/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobilllərin saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X1 Əmir oğlunun sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobilllərin saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 2-76056/14 saylı imtinası əsassız olduğundan “Kia Optima” minik markalı 77AX517 dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Forte” minik markalı 77AJ423 dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 525” minik markalı 10JL650 dövlət qeydiyyat nişanlı avtomobil və “Subaru” minik markalı 77AF680 dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması və mühafizə olunan duracağına yerləşirilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Kia Optima” minik markalı 77AX517 dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Forte” minik markalı 77AJ423 dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 525” minik markalı 10JL650 dövlət qeydiyyat nişanlı avtomobil və “Subaru” minik markalı 77AF680 dövlət qeydiyyat nişanlı avtomobillər etibarnamə olmadan idarə olunmasına və avtomobillər üzərində ödənilməmiş cərimələrin mövcud olmasına baxmayaraq Bakı şəhəri və Respublikanın digər rayonlarında idarə olunmaqdadır. Həmin avtomobillərin axtarışı və saxlanılmasının təmin edilməsi üçün cavabdehə ünvanlanan müraciətə cavab olaraq qeyd olunur ki, mövcud qanunvericiliyinin tələbinə əsasən hüquqi və fiziki şəxslər arasında yaranmış mülki mübahislərlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı və ya saxlanılması məhkəmə orqanlarının müvafiq qərarı əsasında həyata keçrilməsi nəzərdə tutulur. İddiaçı tələbinin hüquqi əsası kimi İnzibati Xətalar Məcəlləsinin 97, 96.1.1 və 150.11-ci maddələrinə istinad etmişdir. İddia ərizəsində göstərilmişdir ki, həmin Məcəllənin qeyd olunan maddələrindən görüldüyü kimi nəqliyyat vasitəsinin sahiblik hüququ olmadan idarə olunması və yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən olunmuş müddətdə inzibati cərimələrin ödənilməməsi həmin nəqliyyat vasitəsinin saxlanılması üçün əsasdır. Qanunla hansı halda nəqliyyat vasitələrinin saxlanılması müəyyən olunduğu halda cavabdehin həmin nəqliyyat vasitələrinin axtarışı və ya saxlanılması məhkəmə orqanlarının müvafiq qərarı əsasında həyala keçirilir imtina cavabı əsassızdır. Eyni məzmunlu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə ünvanlanmış müraciətə cavab olaraq qeyd olunmuşdur ki, MMC-nin mülkiyyətində olan siyahıda qeyd olunan avtomobillər saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək qısa müddətdə saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi barədə Bakı Şəhər BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə verərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi də məhkəmə iclasında iştirak etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İş materiallarında olan İF/06041 nömrəli xx.xx.2022-ci il tarixli, İF/06046 nömrəli xx.xx.2022-ci il tarixli, İF/06054 nömrəli xx.xx.2022-ci il tarixli və İF/06149 nömrəli xx.xx.2023-cü il tarixli Daxili maliyyə lizinqi müqavilələri əsasında iddianın predmeti olan nəqliyyat vasitələri "xxxx" MMC tərəfindən ayrı-ayrı şəxslərə lizinqə verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin əsası mülki hüquq münasibətlərindən qaynaqlanır. Belə ki, iddiaçı (Lizinq verən”) daxili maliyyə lizinqi müqavilələri ilə “Lizinq alan” a müvəqqəti sahiblik və istifadəyə verdiyi nəqliyyat vasitələrinin müqavilə şərtlərinə əməl olunmaması səbəbindən yaranmış problemin qısa həlli ilə bağlı hazırki iddia tələbi ilə çıxış etmişdir. Halbuki, iddiaçı (Lizinq verən”) ilə “Lizinq alan” arasında daxili maliyyə lizinqi müqavilələri ilə bağlı yaranan mübahisə mülki hüquq münasibətindən yaranmışdır. Həmin nəqliyyat vasitələri ilə bağlı inzibati xətanın törədilməsi və bununla bağlı iddiaçının cavabdehə münasibətdə belə bir tələblə çıxış etməsi üçün onun subyektiv hüququ yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması və s. üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığından müqavilə öhdəlikləri ilə bağlı mübahisələr inzibati icraatın predmetini təşkil etmir. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, hazırki mübahisənin yaranmasına əsas olan hal (yaranmış problemin kökü) publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı İF/06041 nömrəli xx.xx.2022-ci il tarixli, İF/06046 nömrəli xx.xx.2022-ci il tarixli, İF/06054 nömrəli xx.xx.2022-ci il tarixli və İF/06149 nömrəli xx.xx.2023-cü il tarixli Daxili maliyyə lizinqi müqavilələrindən yaranan mübahisə üzrə müvafiq məhkəməyə müraciət etməlidir. İddiaçıya müqavilə münasibəti ilə bağlı mübahisə üzrə müvafiq məhkəməyə müraciət olunması izah olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2-1(112)-11175/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11175/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver