Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1118/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X6 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Cavabdeh3nə və FHN Tikintidə X1rşı “qarajın əvvəlki vəziyyətinə bərpa edilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Cavabdeh3nə və FHN Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Səbail r., Ü.Hacıbəyov küç. ev 37/43 saylı evin həyətində yerləşən və sökülən qarajın iddiaçının öz hesabına bərpa edilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli texniki pasport və xx.xx.2020-ci il tarixli etibarnamə əsasında Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küç. ev 37/43 saylı evin həyətində yerləşən qaraj onun mülkiyyətindədir. Qarajı pərakəndə satış nöqtəsi - mağaza kimi icarəyə verib, gəlir əldə edirdi. Qeyd olunan qaraj faktiki olaraq 1998-ci ildən onun istifadəsindədir və onun yenidən qurulmasına külli miqdarda vəsait xərcləmişdir. Bu əmlakı X3 almış və çıxarış əldə etmək üçün müraciət etmək istəyərkən qanunsuzluqla üzləşmişdir. Belə ki, 2022-ci ilin mart ayında. Novruz bayramı ərəfəsində özlərini təqdim etməyən dövlət qurumlarının 10 nəfərə yaxın əməkdaşı qanunsuz və əsassız olaraq, özbaşına surətdə qeyd etdiyi ünvana yaxınlaşaraq qarajı, içindəki mallarla birlikdə sökmüşlər. Bu zaman tələb etməyinə baxmayaraq, söküntünün aparılmasına əsas olan hər hansı hüquqi sənəd - məhkəmə qərarı, sərəncam, məktub, bildiriş təqdim edilməmişdir. Mülkiyyət sənədlərini təqdim etsə də, bildirdilər ki, bu qaraj özbaşına tikilidir, göstəriş verilib ki, sökülsün. Söküntüdən qabaq da ona hər hansı xəbərdarlıq edilməmiş, söküntü işləri aktlaşdırılmamış, akt tərtib edilməmişdir. Bununla da ona böyük miqdarda ziyan dəymiş, mülkiyyətindən məhrum olmuş və kiçik sahibkarlıq fəaliyyətinə son qoyulmuşdur. Bütün bu olanlardan sonra öz hesabına qarajı bərpa etmək istədikdə, yenə də müvafiq qurumlar tərəfindən bərpa işlərinin aparılmasına icazə verilməmişdir. Bununla əlaqədar tərəfimdən həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həm də Bakı şəhər icra hakimiyyətinə müraciət olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Sizə məxsus qarajın qarşısında bir müddət öncə 30 kv.m-ə yaxın sahədə müvafiq icazə sənədləri olmadan artırma işlərinin aparılması müşahidə olunmuş və müvafiq xəbərdarlıq edilməklə aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində sökülmüşdür." Halbuki bu məktubda artırma kimi qeyd edilən sahə elə mülkiyyətində olan qarajdır. Bakı şəhər icra hakimiyyəti isə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə işin araşdırılması üçün Cavabdeh3nə göndərildiyini qeyd etmiş, Cavabdeh3 tərəfindən isə hər hansı cavab verilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Cavabdeh Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X6 nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmədə nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Dəqiqləşmiş iddia tələbindən görünür ki, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 37/43 saylı evin həyətində yerləşən və sökülən qarajın öz hesabına bərpa edilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddia tələbi aşağıdakı mümkünlük şərtlərinə cavab vermir: 1) iddiaçı həmi qaraja dair hər hansı bir hüquqmüəyənedci sənədə malik olmadığından bu barədə iddia vermək üçün subyektiv hüquq daşıyıcısı deyil; Belə ki, iddia ərizəsinə əlavə etdiyi sözügedən qaraja aid Texniki pasport belə başqa şəxsin (X5) adınadır. Məhkəmə qeyd edir ki, həmin sənəd hüquqmüyyənedici sənəd olmamaqla, qeyd edilən qaraha dair iddiaçıya etibarnamə verməsi, iddiaçının həmin şəxsin adından iddia verməsi üçün ona subyektiv hüquq vermir. İddiaçı həmin şəxsin yaxın qohumu deyildir və onun adından da iddia vermək səlahiyyəti yoxdur. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 2) iddiaçının dəqiqləşmiş iddia tələbi ilə bağlı cavabdehlərə müraciəti və cavabdehlərin bu barədə imtinası yoxdur; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, məhkəmələr qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. (2.3-cü bənd) 3) iddiaçı hüquqlarının məhz cavabdeh inzibati orqanlar tərəfindən pozulmasını, tələbini məhz nəyə görə cavabdeh kimi qoyduğu həmin qurumlara qarşı qaldırmasını əsaslandırmamış, hansı hüququnun məhz hansı orqan tərəıfindən pozulduğunu sübuta yetirə bilməmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, məhkəmələr cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. (2.3-cü bənd) 4) İş üzrə cavabdehlərin birgə cavabdeh kimi işçə cəlb edilməsini, başqa sözlə prosessual həmiştirakçılığını əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, məhkəmələr prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd). Qeyd eilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1118/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1118/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver