Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1118/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs Namazov Sübhan Nadir oğlu) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında Namazov Sübhan Nadir oğlu ilə bağlanılmış alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi və Namazov Sübhan Nadir oğlunun adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Namazov Sübhan Nadir oğlunun cavabdehlər siyahısından çıxarılmasını və iddia tələbi kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında Namazov Sübhan Nadir oğlu ilə bağlanılmış alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi və onun əsasında qəbul olunmuş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və Namazov Sübhan Nadir oğlunun cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Namazov Sübhan Nadir oğlu zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 105 saylı, 19 aprel 2017-ci il tarixli sərəncamına və 1/11 saylı, xx.xx.2017-ci il tarixli Ayrıca Aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində yeni çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisi üçün torpaq sahəsi 49 illik icarə əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi İddiaçı Mənzil-Tikinti Kooperativə həvalə edilmişdir. İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli binaların tikintisinə başlanılmışdır. O cümlədən, ayrılmış ərazidə-ünvan 1 ünvanda 14 kv.m. qeyri-yaşayiş sahəsi müəyyən edilmiş, 17 may 2017-ci il tarixdə dəyəri faktiki sahibi X2 ödənilməklə, həmin qeyri-yaşayış sahəsi X1 rəhbərliyi ilə sökülmüşdür. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Ərazi müvafiq icra hakimiyyəti orqanı tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin icarə və istifadəsinə verildikdən və göstərilən qeyri-yaşayış sahəsi söküldükdən bir ildən artıq müddət keçdikdən sonra Namazov Sübhan Nadir oğlu adlı şəxs ortaya çıxmış, tərəfindən göstərilən qeyri-yaşayış sahəsini hərrac vasitəsilə aldığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, faktiki mövcud olmayan sahəyə texniki pasport tərtib edilmiş və çıxarış verilmişdir. Tərtib edilmiş texniki pasportda göstərilmişdir ki, “pasport xx.xx.2018 tarixdə olan vəziyyətə əsasən tərtib olunub”, halbuki həmin tarixdən düz bir il öncə həmin tikili tamamilə sökülmüşdür. Yəni faktiki mövcud olmayan bir sahənin hərracda satılması, texniki pasportun və çıxarışın verilməsi əsassız və qanunsuz olmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2014cü il tarixli 6185/5206 nömrəli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə görə “İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012-ci il tarixli, 49 saylı əmrinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14.9 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədilə “İcarəçi” X1 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixədək müəyyən edilmişdir. - xx.xx.2016-cı il tarixli 6222 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2014-cü il tarixli 6185/5206 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 14,9 kv.m. qeyri-yaşayış sahəsi təşkil edir. ‘‘Satıcı’’ ünvan 3 ünvanında yerləşən 14,9 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 22000.00 - iyirmi iki min manata birbaşa satır, «Alıcı» isə onu satın alır. - “Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi sərəncamlarına dəyişiklik edilməsi və qeyri-yaşayış sahələrinin hərraca çıxarılması barədə” Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2017-ci il tarixli 68 nömrəli sərəncamından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” sərəncamları ilə satın alınmaq üçün icarəçiyə təklif olunmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14.9 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan icarəçi X1 icarəsinə verilmiş qeyri-yaşayış sahəsinə dair xx.xx.2016-cı il tarixli 174 nömrəli sərəncam ona aid olan hissədə və həmin qeyri-yaşayış sahəsinə dair bağlanılmış alqı-satqı müqaviləsi ləğv edilmiş, həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin həmin qeyri-yaşayış sahəsi haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 (otuz) gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli 10/05 nömrəli “Hərrac protoklu”ndan görünür ki, ünvan 3 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 1 mərtəbəli bitişik tikili (14,9 kv.m) satıcı Əmlak Məsələləri Dövlət Komitəsi olmuş, xx.xx.2017-ci il tarixli 68 nömrəli sərəncama əsasən keçirilmiş hərracın qalibi 16500 manat müqabilində alıcı Namazov Sübhan Nadir oğlu olmuşdur. - xx.xx.2018-ci il tarixli 381 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müaviləsi”ndən görünür ki, müqavilənin predmetini “Alıcının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən hərracda 10/05 №-li protokola əsasən satın aldığı 14,9 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. “Satıcı” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi satır, “Alıcı" Namazov Sübhan Nadir oğlu isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 5 ünvanında yerləşən 14,9 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 16500.00 - on altı min beş yüz manata satın alır. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İddiaçı hazırda xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında Namazov Sübhan Nadir oğlu ilə bağlanılmış alqı-satqı müqviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iddiaçı hazırda cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında Namazov Sübhan Nadir oğlu ilə bağlanılmış alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi və onun əsasında qəbul olunmuş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini xahiş etsə də, həmin hərracın keçirilməsinə əsas olan cavabdehin xx.xx.2017-ci il tarixli 68 nömrəli sərəncamını mübahisələndirməmişdir. Bundan əlavə, sərəmcamın və onun nəticələrinin, o cümlədən hərrac protokolu və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə uyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən edir ki, İddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtinə, yəni iddia qaldırmaq müddətinə əməl edilməmişdir. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-611/2022 saylı qətnaməsindən görünür ki: -İddiaçı Namazov Sübhan Nadir oğlu cavabdeh İddiaçınə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, cavabdeh İddiaçı MTK-nın tikinti apardığı, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında iddiaçını sahəsi 14.9 kv.m olan qeyri-yaşayış və 16.5 kv.m torpaq sahəsi ilə təmin etməsi, həmçinin maddi ziyan üçün 15000 manat, mənəvi ziyan üçün 8000 manat, dövlət rüsumu üçün 30 manat, ümumilikdə 23030 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - İddiaçı MTK cavabdehlər AR ƏMDK-ya, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə və Namazov Sübhan Nadir oğluna qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, AR ƏMDK tərəfindən keçirilmiş 13 mart 2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında Namazov Sübhan Nadir oğlu ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Namazov Sübhan Nadir oğlunun adına verilmiş ******* saylı, 31 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. - Nərimanov Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(005)-2474/2019 saylı qərardadı ilə işlər bir icraatda birləşdirilməsi üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-382/2019 nömrəli, 25 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddiaçı Namazov Sübhan Nadir oğlunun iddia tələbi qismən təmin edilmiş, Namazov Sübhan Nadir oğlunun ünvan 6 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış və 16.5 kv.m.torpaq sahəsi ilə təmin edilmə öhdəliyinin cavabdeh İddiaçı MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı MTK-nın cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsinə, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Namazov Sübhan Nadir oğluna qarşı iddia tələbinin rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat məbləğində vəsaitin İddiaçı MTK-dan tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”na uyğun olaraq, ƏMDK-nin 17 mart 2017-ci il tarixli 68 saylı sərəncamı ilə Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14.9 kv.m və torpaq sahəsi 0.00165 hektar olan və Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası 13 mart 2018-ci il tarixində hərraca çıxarılmış, Namazov Sübhan Nadir oğlu həmin hərracda iştirak edərək hərracın qalibi olmuş, iddiaçı S.Namazovun həmin qeyri-yaşayış sahəsinə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 31 may 2018-ci ildə qeydə alınaraq, iddiaçıya RX seriyalı, ******* saylı çıxarış verilmişdir. - Qətnamədən İddiaçı MTK apellyasiya şikayəti vermişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3782/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Namazov Sübhan Nadir oğlunun apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı mülki iş üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Namazov Sübhan Nadir oğlunun cavabdeh İddiaçı MTKyə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, İddiaçı MTK-nın iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası ilə bağlı keçirilmiş xx.xx.2018-ci il tarixli hərrac protokolu, hərracın nəticələri və hərrac protokolu əsasında Namazov Sübhan Nadir oğlu ilə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair Namazov Sübhan Nadir oğlunun adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 16500 manatın tutularaq Namazov Sübhan Nadir oğluna ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın Namazov Sübhan Nadir oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Qətnamədən Əmlak Məsələləri Dövlət Komitəsi, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Namazov Sübhan Nadir oğlu kassasiya şikayətləri vermişlər. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(102)-1463/2021 nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti tam, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Namazov Sübhan Nadir oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3782/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6082/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadı ilə Namazov Sübhan Nadir oğlunun apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi “İddiaçı MTK-nın cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Namazov Sübhan Nadir oğluna qarşı “hərrac protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6082/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh (iddiaçı) İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Namazov Sübhan Nadir oğlunun iddia tələbi qismən təmin edilmiş, iddiaçı Namazov Sübhan Nadir oğlunun ünvan 6 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış ilə təmin edilmə öhdəliyi cavabdeh İddiaçı MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Qətnamədən İddiaçı MTK kassasiya şikayəti vermişdir. - Ali Məhkəmənin həmin qərarı ilə cavabdeh İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6082/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı hazırkı tələblə ilk əvvəl mülki məhkəməyə müraciət etmiş, həmin məhkəmə icraatı zamanı mübahisənin inzibati mübahisə olması ilə əlaqədar iş üzrə icraata xitam verilmiş, iddiaçı ən geci 18 avqust 2021-ci il tarixdə cavabdehin qəbul etdiyi inzibati aktlardan və hazırkı mübahisə ilə bağlı inzibati mühakimə icraatı qaydasında iddia qaldırmalı olduğundan məlumatlı olmuşdur. Lakin işdən görünür ki, iddiaçı müvafiq tələblə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6082/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadının qəbul edilməsindən 2 ildən artıq müddət keçdikdən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı 2021-ci ildə ona bəlli olan sərəncam və hərracın nəticələrinin ləğvi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 9 Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1118/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1118/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver