Məhkəmə qərarları › İş №2-1(112)-11185/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11185/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11185/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi (rəisi) X8, Adi cəlb edilmiş üçüncü şəxs X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsinə qarşı “ata adının bərpa edilərək dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 316-5/8-453815 nömrəli imtinanın qanunsuz hesab edilməsi, ata adının dəyişdirilərək Əli kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iddia tələbini İddiaçı ata adının “Əli” olaraq bərpa edilərək dəyişdirilməsi kimi nəzərə almışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. X7r. İddiaçının ata adı Səbail rayon Məhkəməsinin 2-813/06 saylı tarixli qərarı əsasında dəyişdirilmiş və uzun müddət Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı olan babası Məmmədxan Rəsulovun adı iddiaçının ata adı kimi qeyd edilmişdir. Ata adını dəyişdirməkdə məqsəd babasının irsini davam etdirmək olmuşdur. Lakin hal-hazırda qardaşının oğlunun adı və soyadı X11 olduğundan, babasının adı və soyadı onun adında yaşadığından hazırkı vəziyyətdə bioloji atasının adının iddiaçıya məxsus sənədlərdə öz əksini tapmağı məqsədə müvafiq hesab edilir. İddiaçı bu məqsədlə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti xx.xx.2025-ci il tarixli, 316-5/8- 453815 nömrəli məktubla təmin edilməmişdir. Müraciətin təmin edilməməsinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarına istinad edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz olmaqla onun hüquqlarımı pozur. Belə ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsini (o cümlədən növbəti dəfə) tələb edə bilər.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12.05 tarixli 79 nömrəli qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”na əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.6 Adın ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın istədiyi yer üzrə qeydiyyat şöbəsinə verilir. 6.25 bəndində göstərilir ki.atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, ata öz adını dəyişdikdən sonra onların özləri bu barədə müraciət etsinlər. Bu barədə məhkəməyə müraciət edilə bilər.

5. Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-813/06 nömrəli Qətnaməsinə əsasən X13 ata adı dəyişdirilmiş və “Məmmədxan” kimi qeyd edilmiş və onun doğum haqqında şəhadətnaməsində müvafiq qeydiyyatın aparılması Bakı şəhəri Səbail rayon VVADQ şöbəsinə tapşırılmışdır.

6. AZ-İ 035186 nömrəli xx.xx.2024-cü il tarixli Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında Şəhadətnaməyə əsasən X1 “Məlikova”ya dəyişdirilmişdir.

7. 0044 1 2407 29071986 nömrəli Doğum haqqında akt qeydinə əsasən xx.xx.1986-cı il təvəllüdlü İddiaçı X10 (xx.xx.1955-ci il təvəllüdlü), anası X2r (xx.xx.1960-cı il təvəllüdlü).

8. AZ-İV 957001 nömrəli xx.xx.2025-ci il tarixli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X10, anası X5r.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

10. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ata adı kimi “Əli” verilməsinə razıdır, etiraz etmir.

İİ. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddiaçı məhkəmə qətnaməsinə əsasən artıq tərtib edilmiş doğum haqqında bərpa akt qeydinə əsasən doğum haqqında təkrar şəhadətnmənin verilməsini tələb edir, yəni iddia tələbi qətnamənin icrası ilə bağlı deyil. Belə ki, həmin qətnamə artıq icra olunub və akt qeydləri mövcuddur. Odur ki, iddia mümkündür.

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

İV. Məhkəmənin mövqeyi

15. Məhkəmə qeyd edir ki, öz mənşəyindən xəbərdar olmaq hüququ X21 Konvensiyasının 8-ci maddəsinə əsasən “şəxsi həyata hörmət” hüququ ilə əhatə olunur. Belə ki, şəxsin mənşəyi barədə məlumatlarla tanış olmasına imkan yaradılması mürəkkəb və həssas məsələdir və şəxsin öz fərdi tarixçəsini bilmək hüququ vardır.

16. Mülki Məcəllədən: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X3 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. 26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X3 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

18. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ata adının “Əli” kimi bərpa edilərək dəyişdirilməsini tələb etmişdir.

19. Məhkəmə nəzərə alır ki, X15 İddiaçı bioloji atası olması (müvafiq fakt doğum haqqında akt qeydində və AZ-İV 957001 nömrəli xx.xx.2025-ci il tarixli Doğum haqqında Şəhadətnamədə əks olunmuşdur), eləcə də Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-813/06 nömrəli Qətnaməsinə əsasən X13 ata adı dəyişdirilərək “Məmmədxan” kimi qeyd edilməsi və doğum haqqında şəhadətnamədə müvafiq qeydiyyatın aparılması işin mübahisəsiz halıdır.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs (iddiaçının bioloji X10) izahatında bildirmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ata adı kimi “Əli” verilməsinə razıdır, etiraz etmir.

21. Buna baxmayaraq, cavabdeh orqan iddiaçının ata adının bioloji atasının adı “Əli” olaraq bərpa edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12.05 tarixli 79 nömrəli qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”na əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.

22. X21 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X6rşı).

23. İddiaçının ailə həyatına hörmət hüquq qanunla qorunur. Odur ki, iddiaçının ata adının onu tərbiyə etmiş şəxsin (hazırki halda bioloji atasının) razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilməsi hüququ qanundan irəli gəlir. İşin müəyyən olunmuş hallarından görünür ki, X19 iddiaçının bioloji atası və onu tərbiyə etmiş şəxsdir, eləcə də iddiaçının ilkin ata adı “Əli” olmuş və daha sonra məhkəmə qərarı əsasında dəyişdirilmişdir. Odur, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı tutarlı əsas təqdim edilmədən ata adının bərpa edilərək dəyişdirilməsindən imtina etməsi qanuni olmamaqla hansı qanuni məqsəd daşıması aydın deyil, odur ki, demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.

24. Odur ki, iddia təmin edilməli, İddiaçı ata adının “Məmmədxan”dan “Əli”yə bərpa edilərək dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ata adının “Məmmədxan”dan “Əli”yə bərpa edilərək dəyişdirilməsi vəzifəsi cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar