Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11194/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış sahəsinin qonşulardan təcrid olunmuş ayrıca giriş-çıxışı mövcuddur. Fərdi yaşayış evinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün ərizə ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət olunmuş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 20.08.2021-ci il tarixli 240 saylı Sərəncamdan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Ona görə də, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsi barədə ərizə ilə cavabdeh inzibati orqan olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin ona cavabdeh tərəfindən heç bir cavab verilməmiş, hərəkətsizlik göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********27 №li 25.11.2021-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, texniki inventarlaşdırma işləri keçirilən zaman ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin söküldüyü və yerində 2 mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi məlum olmuşdur. İnşa edilən qeyri-yaşayış binasının bir hissəsi isə əlavə torpaq sahəsində yerləşir. Həmçinin, fərdi yaşayış evi söküldüyü üçün hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********63 nömrəli, 18.11.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, şifahi məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyinin nəzərə alınmaqla, işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının (və ya onun nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında, istifadədə olan 0.0084 ha torpaq sahəsində yerləşən 66,30 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25.03.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 19.03.2021-cu il tarixdə 04/2008 inventar nömrəli (reyestr nömrəsi **********29-10301) texniki pasport tərtib olunmuşdur. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən X1 19.08.2021ci il tarixli rəyinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Başçısının 11 saylı, 16.01.2018-ci il tarixli Sərəncamı ilə İcra Hakimiyyəti yanında daimi X2 Texniki komissiya aşağıdakı tərkibdə: Komissiyanın sədri- Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Etibar Əhmədov, Komissiyanın üzvləri- Əzizov Teymur, Babayev Sahib, Məmmədov Əhməd, Hacıyev Çingiz komissiyaya daxil olmuş sənədlər əsasında aşağıdakı məsələni araşdırmışlar: Vətəndaş İddiaçı Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, 14 “b” saylı fərdi yaşayış evi ƏMDK DƏDRX-nin ********** qeydiyyat nömrəli, 25.03.2021-ci il tarixli Çıxarışına əsasən vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı müəyyən olundu ki, mənzilin faktiki ümumi sahəsi 183,1 kv. metr təşkil edir. Ümumi sahədəki fərq fərdi yaşayış evində aparılmış rekonstruksiya və təmir-bərpa işləri səbəbindən yaranmışdır. Hal-hazırda fərdi yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu evlərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Xətai rayon İcra Hakimiyyəti nəzdində X2 Texniki komissiya qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus, ünvan 5 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin ümumi sahəsinin 183,1 kv. metr ölçülər daxilində mənzilin qaz təchizatının dayandırılaraq qeyriyaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiyası tərəfindən qəbul olunmuş 19.03.2021-ci il tarixli 23 nömrəli qəbul aktının notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti nəzdində X7 Texniki Komissiyası aşağıdakı heyətdə: komissiyanın sədri- Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini- İddiaçı, komissiyanın üzvləri: Xətai Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi- Ə.Əhmədov, Xətai rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru- T.Tarverdiyev komissiyaya daxil olmuş sənədlər əsasında məsələyə baxmışdır: Vətəndaş İddiaçı Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Fəzail Bayramov küçəsi 14 "B” saylı ünvanında yerləşən fərdi yaşayış evi ƏMDK DƏDRX-nin ********** qeydiyyat nömrəli 25.03.2021-ci il tarixli Çıxarışına əsasən vətəndaş İddiaçı məxsusdur.Yaşayış və ümumi sahələrdəki yaranmış fərq, mülkiyyətçi tərəfindən rekonstruksiya və yenidənqurma işləri aparılması səbəbindən yaranmışdır. Fərdi yaşayış evinin qonşulardan təcrid olunmuş ayrıca giriş-çıxışı mövcuddur. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti nəzdində X7 Texniki Komissiyası yuxarıda qeyd olunanları nəzərə alaraq texniki baxış zamanı, vətəndaş İddiaçı məxsus, Fəzail Bayramov küçəsi 14 “B” saylı ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 183,1 kv. metr hesab edilməsini nəzərə almaqla qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının 20.08.2021-ci il tarixli 240 nömrəli Sərəncamdan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Xətai Rayon İcra Hakimiyyətinə vətəndaş İddiaçı müraciət edərək kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xüsusi mülkiyyətində olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 25.03.2021-ci il tarixli çıxarışı) ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evin təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” rəhbər tutularaq, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıqplanlaşdırma həlli layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli 212 nömrəli bildirişdən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 66,3 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunması məqsədilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxılaraq həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 20.08.2021-ci il tarixli 240 saylı Sərəncam qəbul edilmişdir. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin Eskiz Laiyhəsinin surətindən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi DLİ “Azərdövlətsənayelayihə” tərəfindən tərtib olunmuşdur. Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu tərəfindən 10.11.2021-ci il tarixdə təsdiq olunmuş İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrinə ünvanlanmış ərizədə İddiaçı ünvan 9ında yerləşən fərdi yaşayış evi söküldüyünə görə əmlakın qeydiyyatının ləğv olunmasını xahiş etmiş və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********56 №li 24.09.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüşdür və yerində 2 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. İnşa edilən qeyri-yaşayış binasının bir hissəsinin əlavə torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 183,1 kv. metrdən ibarət daşınmaz əmlakın qeyriyaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11194/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11194/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver