Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11195/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mənzillə təmin olunma və s. tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 2 ünvanındakı qəzalı sayılaraq söküntüsünə qərar verilmiş ikigirişli beşmərtəbəli daş binanın ikinci mərtəbəsində yerləşən xüsusi mülkiyyətindəki bir otaqlı, ümumi sahəsi 26,18 (iyirmi altı tam yüzdə on səkkiz) kv.m olan 17a №-li mənzilin əvəzinə təmirli mənzil verilməklə, yeni mənzil verilənədək kirayə mənzil üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 17a № - li ümumi sahəsi 26,18 (iyirmi altı tam yüzdə on səkkiz) kvadrat metr olan bir otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Bir otaqlı mənzilin beşmərtəbəli ikigirişli ümumi kommunal şəraiti daş binanın ikinci mərtəbəsində yerləşir və Fövqalədə Hallar Nazirliyinin xx.xx.2016 - cı il tarixli rəyinə əsasən qəzalı hesab edilmişdir. Əslində isə təmir bərpa xərcləri çox vəsait tələb etdiyindən yenisini tikmək daha sərfəlidir. Digər tərəfdən “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012 - ci il tarixli 392-İVQ № - li Qanununun tətbiqi barədə “Azərbaycan Respublikası Prezdentinin xx.xx.2012 - ci il tarixli 695 № - li Fərmanına əsasən Bakı şəhərinin rayonlarının ərazisində abadlıq - quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədlə nəzərdə tutulmuşdur. Hal-hazırda da Bakı şəhəri üzrə icra olunmaqdadır. Sözügedən ünvanda yaşamış sakinlərinlərdən icarədarlar öz razılığı əsasında binanı tərk etmiş məcburi köçkünlər isə Bakı şəhəri Qobu park adlandırılan ərazisində yerləşən çoxmənzilli binalarda mənzillə təmin edilmişdir. Özəl mülkiyyətinin əvəzində yeni təmirli mənzillə təmin olunmaq üçün israrlı olduğunu dəfələrlə ərazi üzrə Binəqədi Rayon İcra Hakimiyyəti qarşısında bəyan etmişdir. Çünki bu onun mülkiyyətçi olaraq haqqıdır və Dövlətin hüquqi normativ aktının tərkib hissəsidir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019 - cu il tarixli 482 № - li Qərarının 4.2 - ci bəndinə əsasən “qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidir”. Göründüyü kimi, Dövlətin hüquqi normativ aktı olduğu kimi bir mənalı şəkildə icra edilməlidir. Bu sadalanan hüquqi normativ aktlara məhəl qoymayan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti heç bir subyektiv hüququ olmasa da mülkiyyətində olan mənzilindən çıxarılmağı barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində xx.xx.2020 - ci il tarixdən ona qarşı iddia qaldırmış, həmin iddia hüquqi cəhətdən əsassız olduğu üçün sözügedən məhkəmənin xx.xx.2021 - ci il tarixli 2(001)-1296/2021 № - li qətnaməsi üzrə rədd edilmiş və hal hazırda qüvvədədir. xx.xx.2023 - cü il tarixdə yenidən Binəqədi rayonun ərazisi üzrə (mülkiyyətindəki mənzilin yerləşdiyi ərazi) 78 № - li MİS tərəfindən imzalanmış yeni xəbərdarlıq təqdim edilərək 5 beş gün ərzində mülkiyyətində olan mənzili tərk etməyi tələb olunur. Əks təqdirdə inzibati vasitələrdən istifadə ediləcəyinin nəzərdə tutulduğu bildirilir. Sözügedən xəbərdarlıqda binanın kəskin qəzalı olduğu qeyd edilsə də, bu belə deyil, sadəcə təmirsiz və şəraitsizdir. İstər beynəlxalq, istərsə də daxili qüanunvercilikdə təsbit olunmuş mülkiyyət hüquqlarına əsasən özəl mülkiyyətində olan (ümumi sahəsi 26.18 kv.m ) bir otaqlı mənzilinin əvəzinə ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019 - cu il tarixli 482 № - li qərarının 4.2-ci bəndi üzrə bir otaqlı təmirli mənzil almaq üçün israrlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 № - li Protokolunun 1 - ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007 - ci il 10 May tarixli Qərar). Mənzilin yerləşən qəzalı binanın yerində tikinti aparacaq Mənzil Tikinti Kopperativi müqavilə bağladığı və kirayə üçün lazımi maliyyə vəsaitini ödəməyi öhdəsinə götürdüyü tarixdən etibarən kirayə mənzil tapıb mülkiyyətindəki mənzili boşaldıb təhvil verməyə hazırdır. Yetər ki, yerli icra orqanı daxili qanunvericilikdə (istərsə beynəlxalq) təsbit olunan mülkiyyət hüququnun pozulmasını, heç bir hüquqi əsası olmadığı halda ona qarşı başlatdığı qeyrihumanist mənəvi psixoloji təzyiqləri dayandırsın və hüquqi normativ aktlara uyğun öhdəliklərinin düzgün icrasını təmin etsin. İddiaçı xx.xx.2023-cü il tarixli yeni izahata əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh qurum etirazının 4-cü səhifəsində 3-cü abzasında qeyd etmişdir ki, “... sökülməsi zəruri olan qəzalı yataqxananın yerində yeni yaşayış binası inşa olunacağı bəlli deyil”, həmçinin 5-ci səhifənin son abzasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edir. İşin materiallarındakı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, müraciət üçün zaman qalmamışdır. Sənədlərdən görünür ki, zaman-zaman cavabdeh quruma bu barədə müraciətlər etmişdir. Bu sənədlər cavabdeh qurumun keçmiş səlahiyyətli nümayəndələrinin xx.xx.2021-ci il tarixli № 02/13-11-11/C-31/2-152/2 və xx.xx.2021-ci il tarixli № 03/09-11-11/C-31/3- 152/3H1 saylı cavablarıdır. Hətta bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət etmiş və İdarənin xx.xx.2021-ci il tarixli XO- 02-02-C-16-2021-01736 saylı cavabının surətini də əlavə etmişdir. Qaydalara görə bu sənədlərin vaxtı ötmüş sayılsa da, məhkəmə bu sənədləri tanıya bilər. Çünki cavabdeh qurum xx.xx.2023-cü il tarixli etirazının 4-cü səhifəsinin 3-cü abzasında “... sökülməsi zəruri olan qəzalı yataqxananın yerində yeni yaşayış binası inşa olunacağı bəlli deyil” şərhini vermişdir. Müraciət etmiş olsa da, yenə də həmin cavabdeh qurumun verdiyi cavabı yazacaqdı. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “mülkiyyətində olan 17A saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı bina söküləndən sonra yeni tikiləcək yaşayış binasında mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “mülkiyyətində olan 17A saylı mənzilin yerləşdiyi ünvan 4 saylı bina söküləndən sonra yeni tikiləcək yaşayış binasında təmirli mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən binada yaşayan sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə yazdıqları kollektiv müraciətdə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin "Azərkommunallayihə" Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi, o cümlədən Koroğlu Rəhimov küçəsi, 53 A saylı yataqxananın 17Ä saylı mənzilində yaşayan iddiaçı kompensasiya məbləği ilə razılaşmadığına görə mənzilini boşaltmaqdan imtina etmişdir. Bildiririk ki, ünvan 6 ünvanda yerləşən beş mərtəbəli yataqxana binası əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının registrindən xx.xx.2023-cü il tarixli 1194 saylı (Kod 258, Reyestr nömrəsi ***-*******8) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Araşdırma zamanı yataqxana binasında əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Bakı şəhəri ərazisində aparılmış monitorinqin nəticələrinə əsasən qəzalı binalarda yaşayışın təhlükəli olması, sakinlərin təhlükəsizliyinin təmin olunması və köçürülmələri qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 7/1417 saylı xx.xx.2019-cu il tarixli tapşırıq məktubuna əsasən 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin köçürülməsi istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafıq hesab edilmişdir. Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarının ərazisində yerləşən 16 binaya dair: Bu binalar üzrə sahəsi 30 m“ və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30.000 (otuz min) manat olmaqla cəmi 13 320 000 (on üç milyon üç yüz iyirmi min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; Sahəsi 30 kv.m-dən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 (bir min) manat olmaqla cəmi 12 760 000 (on iki milyon yeddi yüz altmış min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi: Qeyd olunan müraciət əsasında Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq verilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktub nəzərə alınaraq, ünvan 9 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ünvan 10 ünvanında yerləşən binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53A ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Qəzalı vəziyyətdə olan Koroğlu Rəhimov 53Ä ünvanında yerləşən yataqxana binasında yaşayan 102 ailədən 81 ailəyə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon icra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasının 17a saylı mənzilinin sahibi İddiaçı 30.000 manat məbləğində birdəfəlik maddi yardımı almaqdan və qəzalı mənzili boşaltmaqdan imtina etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya qəzalı mənzilə görə birdəfəlik maddi yardım ödənilməklə ailə üzvləri ilə birgə köçürülmənin həyata keçirilməsi barədə 104 saylı xx.xx.2023-cü il tarixli və 73 saylı xx.xx.2023-cü il tarixli bildirişlərin (xəbərdarlığın) təqdim olunmasına baxmayaraq, iddiaçı xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. İddiaçının xəbərdarlığı qəbul etməkdən və razılaşmadan imtina etdiyi xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. İddiaçı nəzərə almır ki, qəzalı vəziyyətdə olan binadan köçməkdən imtina edərək yaşamaqda davam etməsi onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. İddiaçı söküləndən sonra yeni tikiləcək yaşayış binasında təmirli mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin etmə öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbu ki, sökülməsi zəruri olan qəzalı yataqxananın yerində yeni yaşayış binasının inşa olunacağı bəlli deyil. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına xx.xx.2019cü il tarixli 7-214/7g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Bu istiqamətdə başqa səlahiyyətlər yuxarıda qeyd olunan Rayon İcra Hakimiyyətlərinə verilməmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən Rayon İcra Hakimiyyətinin üzərinə yataqxana söküləndən sonra tikilib-tikilməyəcəyi bəlli olmayan yaşayış binasından təmirli mənzillə təmin etmə vəzifəsinin qoyulması ilə bağlı iddia qaldırması birmənalı əsassızdır. Əlavə olaraq, bildirmək istəyir ki, iddiçının qəzalı yataqxanada yaşaması onun və ailə üzvlərinin həyatı üçün ciddi təhlükə yaratması səbəbindən qəzalı mənzilə görə birdəfəlik maddi yardım ödənilməklə ailə üzvləri ilə birgə köçürülmənin həyata keçirilməsi məqsədilə məhkəmədə iddia qaldırılması üçün həmin binanın balans daşıyıcısı olan Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət olunmuşdur. Həmin yataqxanada yaşayan 81 ailə ayrılan birdəfəlik maddi yardımı qəbul edərək ailə üzvləri ilə birgə mənzilləri boşaldaraq təhvil vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 31 - ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra-mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra-mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati- Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-8151/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1876/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8151/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında məhkəmənin qərardadı ilə iddiaçının “ünvan 12 ünvanındaki qəzalı vəziyyətdə olan beş mərtəbəli, iki girişli daş binanın yaşayış sahəsi üzrə 2-ci mərtəbəsində yerləşən, xüsusi mülkiyyətində olan 17 saylı mənzilin əvəzinə ona uyğun təqribən mənzilin yerləşən ünvana yaxın ərazi yeni tikili çoxmərtəbəli binanın yaşayış sahəsi üzrə mümkün qədər aşağı mərtəbəsində təmirli, hüquqi sənədli (çıxarışlı), tam kommunal şəraitli mənzillə təmin edilməsi, bu reallaşana qədər zərurət yaranarsa müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi və köçürülməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən ididaçı dəqiqləşmiş iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 22 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri ilə rəsmi yazışmaların aparılması, habelə iddia ərizəsinin, qarşılıqlı iddia ərizəsinin, vəsatət, etiraz, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsi zamanı bu sənədlərin (elektron) imzalanması hüququ Rayon İcra Hakimiyyəti başçısının müavini A.H.Babayevə həvalə edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 16 saylı əmri qüvvədən düşmüş hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasən Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a mənzil 17A İddiaçı xüsusi mülkiyyətindədir. Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A mənzil 17A-nın prinsipal planından görünür ki, ümumi sahəsi 26,18 kv.m, sanitar şəbəkə 3,55 kv.m, eyvan 2,64 kv.m, mətbəx 2,19 kv.m, pəncərə (plastik 3 hissəli), mənzilin yaşayış sahəsi 17,8 kv.m-dir və metal (dəmir) seyf qapısı var. 78 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, yaşadığı Koroğlu Rəhimov 53 a saylı bina Fövqəladə Hallar Nazirliyi tərəfindən kəskin qəzalı olduğu müəyyənləşmiş və bu haqda dəfələrlə xəbərdarlıq olunmuşdur. Bir daha qəzalı vəziyyətdə olan binanı təcili olaraq (5 gün) müddətində boşaldılması tələb edilmişdir. Müəyyən olunmuş vaxt ərzində qəzalı binanı boşaltmadığı təqdirdə digər inzibati vasitələrdən istifadə edilərək 17a nömrəli mənzildən binanın boşaldılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 02/12- 11-32/858 saylı xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53a ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayan ailələrə birdəfəlik maddi yardımın ödənilməsi və sakinlərin köçürülməsi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Komissiyaya tapşırılmışdır. Odur ki, təhlükəsizliyinin təmin edilməsi məqsədilə 3 (üç) gün müddətində Binəqədi RİH başçısının yanında yaradılmış Komissiyaya yaxınlaşaraq müvafiq razılaşma ptotokolunun tərtib olunmasında iştirakı tövsiyə edilmişdir. Əks təqdirdə qeyd olunan məsələnin həllinə məhkəmə qaydasında baxılacaqdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 02/12- 11-32/858 saylı xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Rəyinə əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 sayda çoxmənzilli binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə binalarda yaşayan ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi nəzərdə tutulmuşdur. Binəqədi rayonunun ərazisində Ağasadıq Gəraybəyli küçəsi 41 saylı və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın vətəndaşlara ödənilməsi və onların köçürülməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiya yaradılmışdır. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə qəzalı elan olunmuş yataqxana binasında yerləşən otağa görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində otağın Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi tələb edilmişdir. 78 saylı Mənzil İstismar Sahəsinin rəisi V.Nəcəfov, mühasibi X.Mustafayeva və texniki K.Alıyev tərəfindən tərtib edilmiş akta əsasən K.Rəhimov küçəsi 53a mənzil 17a yaşayan vətəndaş İddiaçı rayon fövqəladə hallar komissiyasının xx.xx.2019-cu il tarixli 02/12-11-32/858 saylı xəbərdarlığını qəbul etməkdən imtina etmişdir. Odur ki, tərtib edilmiş xəbərdarlığı qəbul etməkdən və razılaşmadan vətəndaşın imtina etdiyi imzaları ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə (xəbərdarlıqda) bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin "Azərkommunallayihə" Kommunal Lahiyə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarının işçiləri ilə birgə 28 sentyabr 2016-cı il tarixdə Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən yaşadığı bina yaşayış üçün istismara yararsız və qəzalı vəziyətdə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar sakinlərin, o cümlədən onun və ailə üzvlərinin təhlükəsizliyinin qorunması məqsədi ilə dövlət vəsaiti hesabına ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi nəzərdə tutulduğundan, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Kommisiya yaradılmışdır. Qəzalı binadan 81 ailənin köçürülməsi təmin edilmişdir. Ona görə də, yaşayış sahəsinə görə ayrılmış birdəfəlik maddi yardımı (kompensasiyanı) almaqla 5 (beş) gün müddətində otağı boşaldaraq təhvil verilməsi tələb edilmişdir. Kompensasiyanı almaqla köçməkdən imtina edərək qəzalı binada yaşadığı təqdirdə, orada baş verə biləcək hər hansı xoşagəlməz və bədbəxt hadisəyə görə bütün məsuliyyət onun üzərində qalacaqdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 02/13-11-11/c-31/2-152/2 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, yaşadığı qəzalı bina söküldükdən sonra yerində yeni yaşayış binasının tikintisinə dair məlumat verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2021-ci il tarixli C31-152 saylı və xx.xx.2021-ci il tarixli C-31/2-152/2 saylı müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmışdır. Sözügedən yaşayış binasının söküntüsündən sonra və yerində yeni yaşayış binasının tikintisinə dair Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat mövcud deyil və halhazırda heç bir layihələndirmə işləri nəzərdə tutulmamışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 03/09-11-11/C-31/3-152/3H1 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 sayda yataqxana binasının sakinlərinin birdəfəlik yardım ödəməklə köçürülməsi və hər bir 30 kv.m qədər olan mənzillərə 30000,0 manat, 30 kv.m çox olan mənzillərə hər kv.m. 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. ünvan 16 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının 17a saylı mənzilə görə (17.8 kv.m 1 otaqlı) 30000,00 manat məbləğində kompensasiya və əlavə 500,0 manat köçürülmə xərci ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kompensasiyanın və əlavəsini götürməklə qəzalı vəziyyətdə olan yataqxana binasının tərk olunması tövsiyə edilmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış XO-02-02-C-16-2021-01736 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzində ünvan 18 ünvanda tikintiyə icazə icraatına başlanılmasına dair heç bir sənədləşmə işi həyata keçirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxananın binasındakı otağın boşaldılması” barədə iddia tələbi təmin edilməyərək ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İş üzrə keçirilmiş qiymətləndirmə rəyinin dəyərini təşkil edən 350 (üç yüz əlli) manat ekspertiza xərci Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “ünvan 19 və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiyanın yaradılması haqqında” 90 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ünvan 20 və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında 12 nəfərdən ibarət tərkibdə Komissiya yaradılmışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Ağasadıq Gəraybəyli küçəsi 41 saylı və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrin siyahısının dəqiqləşdirilməsi və Binalarda yaşayan ailələrin köçürülməsi üçün zəruri sənədləşdirilmənin aparılması təmin edilməsi Komissiyaya tapşırılmışdır. ünvan 20 və Koroğlu Rəhimov küçəsi 53a saylı ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrin birdəfəlik yardım məqsədi ilə vəsaitin ödənilməsi üçün zəruri tədbirlərin görülməsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri (baş mühasib) H.Dadaşovaya tapşırılmışdır. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan ərazidə ictimai asayişin qorunmasının təmin edilməsi Binəqədi Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi C.Şabanova tapşırılmışdır. Qəzalı binalarda kommunikasiya xətlərinin kənarlaşdırılması ilə əlaqədar zəruri tədbirlərin görülməsi Binəqədi Rayon Sukanal İdarəsinə, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinə, və Bakı Regional Qaz İstismar Departamentinin Binəqədi Rayonu üzrə Texniki İstismarı Xidmətinə həvalə edilmişdir. Komissiyanın səmərəli fəaliyyətinin təşkil edilməsi və görülmüş işlər barədə mütəmadi olaraq Rayon İcra Hakimiyyəti başçısına məruzə edilməsi Komissiyanın sədri İ.Süleymanova tapşırılmışdır. Sərəncamın icrasına nəzarət Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərində saxlanılmışdır. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd ünvan 12 ünvanındaki qəzalı vəziyyətdə olan beş mərtəbəli, iki girişli daş binanın yaşayış sahəsi üzrə 2-ci mərtəbəsində yerləşən, xüsusi mülkiyyətində olan 17 saylı mənzilin əvəzinə ona uyğun təqribən mənzilin yerləşən ünvana yaxın ərazi yeni tikili çoxmərtəbəli binanın yaşayış sahəsiüzrə mümkün qədər aşağı mərtəbəsində təmirli, hüquqi sənədli (çıxarışlı), tam kommuna şəraitli mənzillə təmin edilməsi, bu reallaşana qədər zərurət yaranarsa müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi və köçürülməsindən ibarətdir. Halbuki, iddiaçı bu tələbin təmin edilməməsi istiqamətində cavabdehin hər hansı hərəkətsizliyinin olduğunu sübut edə bilməmiş, ümumiyyətlə bu səlahiyyətin məhz yerli icra hakimiyyətinə aid olduğunu təsdiq edə bilməmişdir. Belə ki, iş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 7/1417 saylı xx.xx.2019-cu il tarixli tapşırıq məktubuna əsasən 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin köçürülməsi istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafıq hesab edilmişdir. Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarının ərazisində yerləşən 16 binaya dair: Bu binalar üzrə sahəsi 30 m“ və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30.000 (otuz min) manat olmaqla cəmi 13 320 000 (on üç milyon üç yüz iyirmi min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; Sahəsi 30 kv.m-dən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 (bir min) manat olmaqla cəmi 12 760 000 (on iki milyon yeddi yüz altmış min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsidir. Qeyd olunan müraciət əsasında Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq verilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktub nəzərə alınaraq, ünvan 9 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ünvan 10 ünvanında yerləşən binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktubundan irəli gələn onun səlahiyyət sferasına aid məsələləri həll etməyə borcludur. Başqa sözlə desək, cavabdeh qəzalı vəziyyətda olan binadan iddiaçının müvafiq kompensasiya ödənilməklə köçürülməsini təmin etməlidir. Köçürülən mənzilin isə faktiki olaraq hansı tələblərə cavab verməsi, yəni ölçünün əvvəlki mənzildən çox olması və ya imperativ şəkildə təmirli mənzillə təmin olunması nəzərdə tutulmamışdır. Digər tərəfdən isə ümumiyyətlə nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh tərəfindən hər hansı şəxsə münasibətdə fərqli mövqeyinin nümayiş etdirildiyinidə sübut edə bilməmişdir. Sadecə formal mülahizələrə söykənərək hazırki iddia tələbini cavabdehə qarşı irəli sürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir və iddia tələbində qeyd etdiyi hüquqlarının qorunması bilavasitə qanundan irəli gəlmir. İddiaçının hazırki iddia ilə nail olmaq istədiyi nəticə isə faktiki olaraq cavabdehin səlahiyyət sferasına aid olmayan bir haldır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sözügedən binada cavabdeh tərəfindən hər hansı söküntü işləri aparılmadığından, yerində yeni binanın cavabdeh qurum tərəfindən tikilib-tikilməyəcəyi barədə hazırda hər hansı bir akt olmadığından cavabdeh qurum hazırki halda iddiaya cavab verməli qurum hesab edilə bilməz. Məhkəmə cavabdehin irəli sürdüyü digər tələblər ilə bağlı bildirir ki, mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsiisə gələcəkdə iddiaçının mənzillə təmin olunduqdan sonra həll edilməli məsələdir. Göstərilən hallara məcmu şəkildə qiymət verərək Məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmış, iddianın mümkünlüyünü istisna edə biləcək hallara aydınlıq gətirilməsini iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçı hazırki tələb üzrə iddiaya baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. İPM-nin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11195/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11195/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver