Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11195/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 22-1-ci maddəsini tətbiq etməklə, mənə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən iddia tələbi “65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur. xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək Azərbaycan İnşaat Mühəndislər institutunda əyani qaydada təhsil almış və xx.xx.1981-ci ildə işləmək üçün təyinatını Şəki Meliosutikinti idarəsinin 5 №-li SMD-də əməyin mühafizəsi və təhlükəsizliyi üzrə mühəndis vəzifəsində işləmişdir. Bundan sonra, həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1981-ci ildə işdən azad olunaraq xx.xx.1981 -ci il tarixindən xx.xx.1983-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti uğurla bitirdikdən sonra xx.xx.1983-cü ildən başlayaraq xx.xx.1986-cı ilədək Ağcabədi Meliosutikinti idarəsində 4cü dərəcəli fəhlə, xx.xx.1986-cı ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin dövlət memarlıq tikinti nəzarəti üzrə mühəndis-inspektor vəzifəsinə təyin olunmuş, xx.xx.1986-cı ildə rayon İcraiyyə Komitəsinin Təsərrüfat hesablı istehsalat qrupuna mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.1989-cu ildə öz xahişi ilə işdən çıxaraq Ağcabədi şəhər XDS icraiyyə Komitəsinin tikinti üzrə nəzarət şöbəsinə mühəndis vəzifəsinə təyin olunmuşdur və xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Daha sonra, xx.xx.1995-ci ildə Bərdə RTİB-də Ağcabədi sahəsinə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.1997-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildə Abşeron rayon X2 əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.1998-ci ildə öz ərizəmlə işdən azad olunmuşdur. xx.xx.2003-cü ildən "xxxx" MTK-da tikinti üzrə direktor vəzifəsinə təyin olunmuş və xx.xx.2011 -ci ildə öz xahişi ilə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2011 -ci ildə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2014-cü ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2016-cı ildə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2016-cı ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. Bundan sonra xx.xx.2018-ci ildə “X7” MMC-də hidrotexnika mühəndisi vəzifəsinə təyin olunmuş və xx.xx.2018-ci ildə öz xahişimlə işdən azad olunmuşdur. xx.xx.2018-ci ildə "xxxx" MMC-də mühəndis-icraçı vəzifəsinə təyin olunmuş və xx.xx.2018-ci ildə vəzifəsindən azad olunmuşdur. xx.xx.2018-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin olunmuşdur və xx.xx.2019-cu ildə vəzifəmdən öz xahişi ilə azad olunmuşdur. xx.xx.2021-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin olunmuş və xx.xx.2021-ci ildə işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə “VELVET Construkt" MMC-də hidrotexnika işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cü ildə tutuduğu vəzifədən azad olunmuşdur. xx.xx.2024-cü ildə "xxxx" MMC-də hidrotexnik işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cii ildə işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə "xxxx" MMC-də hidrotexnik işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cii ildə işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə "xxxx" MMC-də hidrotexnika işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş xx.xx.2024-cii il tarixində işdən azad olunmuşdur. xx.xx.2024-cü ildə “X6” MMC-də hidrotexnik işləri üzrə mühəndis vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cü ildə işdən azad olunmuş. Qeyd edilmişdir ki, xx.xx.2025-ci ildə 4 saylı Bakı DOST Mərkəzinə rəsmi qaydada müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətinə xx.xx.2025-ci il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubu yazılmış və həmin məktub ona xx.xx.2025-ci il tairixində təqdim edilmişdir. Cavabdehin adına ünvanladığı məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - Təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981 -ci il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx.1981 -ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 14 il 7 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 7 ay 24 gün sığorta stajına uyğun olaraq 14056,98 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 786,09 manat olmaqla, ümumilikdə 14843,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ xx.xx.2025-ci il tarixindən qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək (işə daxilolma qeydi möhürlə təsdiqləndiyindən, işdənçıxma qeydində qaralama olduğundan), xx.xx.1995-ci il tarixindən 23.11,1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işə daxilolma qeydləri möhürlə təsdiqləndiyindən), olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilinəsi mümkün hesab edilmir. Bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin müəssisədə əməkhaqqı alıb- almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda təqdim etdiyi əmək kitabçanızın surətində xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011 -ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinizin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabınızın sığorta hissəsində öz əksini tapmamışdır. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 2006-2011-ci illər üzrə və "xxxx" MMC tərəfindən 2011-2014-cü illər üzrə xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin fərdi şəxsi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək hər hansı sığortaedən tərəfindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumat əks olunmamışdır. Bu səbəbdən xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək və xx.xx.2011- ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2025-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib və hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.” Bununla bağlı bildirilmişdir ki, 2006cı ilin 01 yanvar ayınadək 22 il 03 ay 06 gün, 2025-ci ilədək isə 9 il 06 ay 4 gün ümümilikdə isə, 31 il 09 ay 10 gün əmək fəaliyyəti olub. Digər tərəfdən o da qeyd edilmişdir ki, 2018-ci ilin 01 iyul ayınadək pensiya kapitalının olmaması mümkünsüzdür. Belə ki, xx.xx.2018-ci ildə “X7” MMC-də hidrotexnika mühəndisi vəzifəsinə təyin olunmuş və bununla bağlı Əmək müqaviləsinin bağlanmasına dair əmək bildirişi verilmişdir. Eyni zamanda bildirilmişdir ki, cavabdehin imtina məktbunda əmək kitabçasında xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin göstərilinəsi və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabının sığorta hissəsində öz əksinin tapmamasına istinad etməsi də tam əsassızdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli sığorta stajının araşdırılması haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardir. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Məlumat üçün bildirilmişdir ki, əmək kitabçanın surətində qeyd olunmuş "xxxx" Mənzil Tikinti Kooperativində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçanın surətində olan məlumatlarda xx.xx.2003- cü il tarixindən xx.xx.2011 -ci il tarixinədək və xx.xx.2011 ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əmək fəaliyyətinin olması qeyd edilsə də, 01.01.2.006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, sözügedən araşdırma və sorğu nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və on-ca əlavə edilmiş sənədlərə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981 -ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1981 -ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 14 il 7 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 7 ay 24 gün sığorta stajına uyğun olaraq 14056,98 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 786,09 manat olmaqla, ümumilikdə 14843,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ xx.xx.2025- ci il tarixindən qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından ünvan 1 ünvanında yaşayan İddiaçı azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanın surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək (işə daxilolma qeydi möhürlə təsdiqləndiyindən, işdənçıxma qeydində qaralama olduğundan), xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işə daxilolma qeydləri möhürlə təsdiqləndiyindən), olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda təqdim etdiyi əmək kitabçanın surətində xx.xx.2003-cü il tarixindən xx.xx.2011 -ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011 ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabınızın sığorta hissəsində öz əksini tapmamışdır. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 2006-2011 -ci illər üzrə və "xxxx" MMC tərəfindən 2011-2014cü illər üzrə xeyrinizə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək hər hansı sığortaedən tərəfindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumat əks olunmamışdır. Bu səbəbdən xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2025-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib və hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, icraatda olan 2-1 (112)-11195/2025 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı F. X4 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-86259/2025 nömrəli cavab məktubunda İddiaçı ərizədə qeyd etdiyi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2- Ə- 86259/2025 nömrəli imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmçinin Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1981-ci il tarixindən xx.xx.1983- cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 7 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 7 ay 24 gün sığorta stajına uyğun olaraq 14056,98 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 786,09 manat olmaqla, ümumilikdə 14843,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ 01,02.2025ci il tarixindən qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006- cı il tarixindən 01,07.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçı F. Əliyevin əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.1995ci il tarixinədək (işə daxilolma qeydi möhürlə təsdiqləndiyindən, işdənçıxma qeydində qaralama olduğundan), xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işə daxilolma qeydləri möhürlə təsdiqləndiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən “Araz-A" Mənzil Tikinti Kooperativi fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011 -ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən “Araz-A" Mənzil Tikinti Kooperativi tərəfindən 2006- 2011-ci illər üzrə və “Yusifoğlu İnşaat" MMC tərəfindən 2011-2014-cü illər üzrə xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək hər hansı sığortaedən tərəfindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumat əks olunmamışdır. Belə ki, Ali Məhkəmənin inzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 569/2024 nömrəli qərarının 60-63-cü bəndlərində qeyd edilir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi əmək kitabçası o halda mötəbər hesab olunur ki, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar mövcud olmasın. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1989cu il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək və xx.xx.2011 -ci il tarixindən xx.xx.2014-cü il tarixinədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi və həmçinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il 2- 1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı xx.xx.2025-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib və hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İcraatda olan 2-1 (112)-11195/2025 nömrəli iş üzrə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Bildirilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və diqər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1 -ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.
8. Məhkəmənin sorğusuna cavab olaraq Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan qəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Bildirilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və diqər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1 -ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Sığortaolunanın hesabı İl Ay Gəlir Hesablanmış Ödənilmiş Ödəniş ili Sığortaedən: "X7" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018 İyul 250 62,5 62,5 2018 2018 avqust 178,57 44,64 44,64 2018 Sığortaedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020 Dekabr 177,19 44,3 44,3 2020 2021 Yanvar 233,21 58,31 58,31 2021 Sığortaedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 Oktyabr 330,43 82,61 82,61 2024 2024 Noyabr 227,52 56,88 56,88 2024 Sığortaedən: "Velvet Construction" Məhdud Məsuliyyəli Cəmiyyəti 2024 Mart 450 112,5 58,53 2024 2024 Aprel 337,5 84,38 84,38 2024 Sığortedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 Dekabr 425,01 106,25 106,25 2024 Sığortedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 İyul 34,78 8,69 8,01 2024 2024 Avqust 400 100 92,16 2024 2024 Sentyabr 323,81 80,95 74,61 2024
9. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
15. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
16. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
18. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
19. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
20. İddiaçı xx.xx.1960-ci ildə anadan olub.
21. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 24 il 2 ay (xx.xx.1976xx.xx.1981, xx.xx.1981-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1983-xx.xx.1986, xx.xx.1986-xx.xx.1989, xx.xx.1989-xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997xx.xx.1998, xx.xx.2003-xx.xx.2006) stajı mövcuddur.
22. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Mənzil Tikinti Kooperativində və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2014cü il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmadığına görə sığorta stajı hesablanarkən nəzərə alınmamışdır.
23. Buna baxmayaraq, sorğu nəticəsində əldə olunmuş sığortaolunanın hesabından çıxarışa əsasən müəyyən edilmişdir ki, aşağıda göstərilən aylar üzrə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları müvafiq qaydada ödənilmişdir. Bu haqların ödənilməsi həmin aylara aid sığorta stajının hesablanmasına əsas verir və həmin dövrlər sığorta stajına daxil edilir. Nəticə etibarilə iddiaçının ümumi sığorta stajı 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixə 25 il 2 ay kimi müəyyən olunmuşdur. Sığortaolunanın hesabı İl Ay Gəlir Hesablanmış Ödənilmiş Ödəniş ili Sığortaedən: "X7" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018 İyul 250 62,5 62,5 2018 2018 avqust 178,57 44,64 44,64 2018 Sığortaedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020 Dekabr 177,19 44,3 44,3 2020 2021 Yanvar 233,21 58,31 58,31 2021 Sığortaedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 Oktyabr 330,43 82,61 82,61 2024 2024 Noyabr 227,52 56,88 56,88 2024 Sığortaedən: "Velvet Construction" Məhdud Məsuliyyəli Cəmiyyəti 2024 Mart 450 112,5 58,53 2024 2024 Aprel 337,5 84,38 84,38 2024 Sığortedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 Dekabr 425,01 106,25 106,25 2024 Sığortedən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024 İyul 34,78 8,69 8,01 2024 2024 Avqust 400 100 92,16 2024 2024 Sentyabr 323,81 80,95 74,61 2024
24. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
27. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
28. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə qərarının icrası zamanı iddiaçıya ödənilmiş yaşa görə müavinət məbləği nəzərə alınmalı və fərqi ödənməlidir.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva