Məhkəmə qərarları › İş №2-1(112)-11196/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11196/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11196/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 65-80% pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixidən əlilik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi ”03 fevral 2025ci il tarixdən sağlamlıq imkanlarının faiz dərəcəsinin müəyyən edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətdə olmuşdur. 2020- ci il "44" günlük müharibədə iştirak etmişəm. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində döyüşlərdə olan zaman yaranlanmışam və travma almışam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-59/2-1047/2024 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli, 11649 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən, onq aşağıdakı diaqnoz və xəsarətin, xəsətəliyin səbəbli əlaqəsi haqqında qərar verilmişdir: F07.0, F06.2, F06.3 Partlayış travması (xx.xx.2020 və xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. G93, G90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizmlər ilə Y36.2, S62.6 Partlayış yaralanması. Sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu. SOO.O Partlayış travması (xx.xx.2020) alın nahiyyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə) S83.2 Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası. Y34.2 Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. D56.3 İrsi hemoqlobinopatiya, hetroziqot beta talassemiya geninin daşıyıcısı. KOO.O 36-cı dişin adentiyası. X10-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə ərizə ilə müraciət edilərək əlliyin təyin edilməsi və ona görə müavinətin hesablanaraq ona ödənilməsi xahiş olunsa da, Agentlik tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bundan imtina edilmişdir. Hesab edilmişdir ki, heç bir əsaslı səbəb göstərmədən cavabdeh tərəfindən imtinanın edilməsi tamamilə qanunsuz və əsassızdır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair mübahisə ilə bağlı bildiririk ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 11649 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020, xx.xx.2020), nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizmlər ilə. Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu. Partlayış travması (xx.xx.2020) alın nahiyyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumların yad cismi (metal qəlpə)” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. İrsi hemoqlobinopatiya, heteroziqot beta talassemiya geninin daşıyıcısı. 36-cı dişin adentiyası” diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 8561/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 3-4 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 11926/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 2 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5854/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (şöbədə 4 dəfə) (İİ Qarabağ müharibəsində)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 12938258 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 226 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 9025/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu. Anamnezində qıcolma tutmaları və psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2025-ci il tarixli 11879/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsində aldığı kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, halsızlıqdan, şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilmədiyini qeyd etmişdir. Həyat yoldaşı müayinədən öncə yoldaşına Depakin içirdiyini bildirmişdir. Zahirən süst olmuş, sanki dərman təsirində olmuşdur. Emosinal-süst, affektiv olaraq küt olmuşdur. Sol saiddə 7-8 ədəd səthi, gözlə görünməyən cızıq izləri izlənilmişdir. Ayağa qalxdıqda müvazinətini itirmişdir. Ailəli, 1 yaşında övladı olduğunu bildirmişdir. Hərbi xidməti 6 il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından xx.xx.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.

6. 10 dekabr 2024-cü il tarixli 11649 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən HHKnın hərbi xidmətə, hərbi-uot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14a, 17a, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-c il 29 fevral tarixli 59 nömrəli qərarına edilmiş 13 may 2024-cü il tarixli 256 nörəli dəyişikliyə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Müşayiətçiyə zərurət var.

7. xx.xx.2024-cü il tarixli 11646 nömrəli İddiaçı aid xəstəlik haqqında şəhadətnaməyə dair xəstəlikləri səbəb-əlaqəsi haqqında mərkəzi hərbi həkim komissiyasının qərarı: “DİAQNOZ: F07.0, F06.2, F06.3 Partlayış yaralanması (xx.xx.2020, xx.xx.2020), nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. G93, G90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizimlər ilə. Y36.2, S62.6 Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi birtişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu.S 00.0 Partlayış taravması (xx.xx.2020) alın nahiyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Diaqnoz:”S 83.2 Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası”. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” Diaqnoz: ”Y34.2 Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. D56.3 İrsi hemoqlobinopatiya, heteroziqot betta talassemiya geninin daşıyıcısı. K 00.0 36-cı dişin adentiyası, “Ümumi xəstəlikdir” səbəb əlaqələri ilə “Təsdiq olunur” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11688 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin.”

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 226 nömrəli xx.xx.2024-cü il tarixli Həkim Psixiatrik Komissiyasının rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət F 07.0

9. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2025-cü il tarixli, 3-17-4/3-3-2437/2025 nömrəli Qərarında qeyd olunmuşdur ki: “10) Tərtər rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 11649 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020, xx.xx.2020), nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizmlər ilə. Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu. Partlayış travması (xx.xx.2020) alın nahiyyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumların yad cismi (metal qəlpə)” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. İrsi hemoqlobinopatiya, heteroziqot beta talassemiya geninin daşıyıcısı. 36-cı dişin adentiyası” diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 8561/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 3-4 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11926/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan funksional tutmalarla (ayda 2 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5854/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv) pozuntu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (şöbədə 4 dəfə) (İİ Qarabağ müharibəsində)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 12938258 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 226 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 9025/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu. Anamnezində qıcolma tutmaları və psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2025-ci il tarixli 11879/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsində aldığı kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, halsızlıqdan, şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilmədiyini qeyd etmişdir. Həyat yoldaşı müayinədən öncə yoldaşına Depakin içirdiyini bildirmişdir. Zahirən süst olmuş, sanki dərman təsirində olmuşdur. Emosinal-süst, affektiv olaraq küt olmuşdur. Sol saiddə 7-8 ədəd səthi, gözlə görünməyən cızıq izləri izlənilmişdir. Ayağa qalxdıqda müvazinətini itirmişdir. Ailəli, 1 yaşında övladı olduğunu bildirmişdir. Hərbi xidməti 6 il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.”

10. TSEK-Müayinələri: - xx.xx.2023-cü il tarixində “üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar tez-tez təkrarlanan funksional tutmalarla (ayda 2 dəfə) Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr. Qapalı kəllə-beyin travması. Başbeyin silkələnməsi və sağ əlin İİİ barmağının falanqasının arxa səthinin sıyrılmış qəlpə yarası (xx.xx.2020) Partlayış travması sol əlin V barmağının proksima falanqasının açıq qəlpəli sınığı ilə müşayiət dəlib keçən. Sağ əlin İİ barmağının kor qəlpə yaralanması” diaqnozun mətni ilə diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “üzvi (İİ Qarabağ müharibəsində aldığı QKBT nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünükəsmələrlə” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

11. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İİ Qrabağ müharibəsində aldığı QKBT nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünükəsmələrlə. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları Ağırlaşma F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pоzuntusu, Əhvalın üzvi mənşəli [affektiv] pozğunluğu Ağırlaşma T.90 Başın travmalarının nəticələri, Başın travmasının nəticələri Yanaşı S62.6 Əlin digər barmağının sınığı, Bilək və əl səviyyəsində xəstəliklər sınıq Yanaşı G44.3 Xroniki posttravmatik baş ağrısı, Xroniki posttravmatik xəstəliklər baş ağrısı Yanaşı Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla xəstəliklər və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar Yanaşı G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Xoşxassəli xəstəliklər kəllədaxili hipertenziya Yanaşı G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər xəstəliklər pozğunluqları, Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları

12. Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxiyyət xx.xx.2025 pozğunluğu F07.0 Üzvi mənşəli şəxiyyət xx.xx.2025 pozğunluğu F07.0 Üzvi mənşəli şəxiyyət xx.xx.2025 pozğunluğu

13. Stasionar müalicə aldığı müəsisələr: 2 Nömrəli X4 xx.xx.2024 xx.xx.2025 27 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 Nömrəli X4 xx.xx.2024 xx.xx.2024 29 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu X11 xx.xx.2024 xx.xx.2024 10 T90 Başın travmalarının nəticələri Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 0 F07.0 Üzvi mənşəli şəxsiyyət Psxiatriya Xəstəxanası pozğunluğu Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 21 F07.0 Üzvi mənşəli şəxsiyyət Psxiatriya Xəstəxanası pozğunluğu 2 nömrəli X4 xx.xx.2024 xx.xx.2024 19 F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozulması Bakı 1 saylı Respublika xx.xx.2023 xx.xx.2023 40 F06.3 Əhvalın üzvi mənşəli Psxiatriya Xəstəxanası (affektiv) pozulması Bakı 1 saylı Respublika xx.xx.2023 xx.xx.2023 11 F06.3 Əhvalın üzvi mənşəli Psxiatriya Xəstəxanası (affektiv) pozulması Bakı 1 saylı Respublika xx.xx.2023 xx.xx.2023 29 F06.3 Əhvalın üzvi mənşəli Psxiatriya Xəstəxanası (affektiv) pozulması Müdafiə Nazirliyinin xx.xx.2022 xx.xx.2022 54 F06.3 Əhvalın üzvi mənşəli Baş Klinik Hospitalı (affektiv) pozulması Müdafiə Nazirliyinin xx.xx.2022 xx.xx.2022 21 T90 Başın travmalarının Baş Klinik Hospitalı nəticələri Müdafiə Nazirliyinin xx.xx.2022 xx.xx.2022 22 T90 Başın travmalarının Baş Klinik Hospitalı nəticələri Müdafiə Nazirliyinin xx.xx.2022 xx.xx.2022 15 F07.0 Üzvi mənşəli şəxsiyyət Baş Klinik Hospitalı pozğunluğu Müdafiə Nazirliyinin xx.xx.2021 xx.xx.2021 21 T90 Başın travmalarının Baş Klinik Hospitalı nəticələri Göyçay Rayon Mərkəzi xx.xx.2020 xx.xx.2020 8 T90 Başın travmalarının Xəstəxanası nəticələri Kürdəmir Rayon xx.xx.2020 xx.xx.2020 4 F07.0 Üzvi mənşəli şəxsiyyət Mərkəzi Xəstəxanası pozğunluğu X7 Mərkəzi xx.xx.2021 xx.xx.2021 45 F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozulması X5 xx.xx.2022 xx.xx.2022 11 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. İİ. İddianın növü və mümkünlüyü

16. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

17. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2025-ci il tarixli göndəriş əsasında xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir.

18. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

20. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

21. Hazırki iddia məcburetməyə dair iddiadır.

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

23. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

25. TSEK-Müayinələri: - xx.xx.2023-cü il tarixində “üzvi affektiv (depressiv tip) pozuntu, dissosiativ daxilolmalar tez-tez təkrarlanan funksional tutmalarla (ayda 2 dəfə) Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr. Qapalı kəllə-beyin travması. Başbeyin silkələnməsi və sağ əlin İİİ barmağının falanqasının arxa səthinin sıyrılmış qəlpə yarası (xx.xx.2020) Partlayış travması sol əlin V barmağının proksima falanqasının açıq qəlpəli sınığı ilə müşayiət dəlib keçən. Sağ əlin İİ barmağının kor qəlpə yaralanması” diaqnozun mətni ilə diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “üzvi (İİ Qarabağ müharibəsində aldığı QKBT nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünükəsmələrlə” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

26. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2025-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) xx.xx.2020-ci il tarixdə Talış istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində "Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və sağ əlin İİİ barmağının dırnaq falanqasının arxa səthinin sıyrılmış qəlpə yarası" diaqnozu ilə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 2404 nömrəli travma haqqında arayış). İlk tibbi yardım döyüş yoldaşları tərəfindən olunduqdan sonra Naftalan RMX-na, oradan da xx.xx.2020-ci il tarixdə Göyçay RMX-na aparılmış, xx.xx.2020- xx.xx.2020-ci il tarixədək "Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 2990 nömrəli çıxarış epikrizi). Müalicə olunduqdan sonra döyüşlərə xidməti vəzifələrinə geri qayıtmışdır. xx.xx.2020-ci il tarixdə təkrar Ağdərə-Suqovuşan istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində "Partlayış travması sol əlin V barmağının proksimal falanqasının açıq qəlpəli sınığı ilə müşayiət olunan dəlib keçən, sağ əlin İİ barmağının kor qəlpə yaralanması" diaqnozu ilə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 2404 nömrəli travma haqqında arayış). PSİXİ STATUS: Zahirən narahatdır, gərgindir. Ünsiyyətə həvəssiz daxil olur. Suallara qısa cavab verir. Qıcığa həssasdır. Adi qıcıqlara partlayıcı reaksiyalarla cavab verir. Maraq dairəsi dardır. Təfəkkürü ləngdir, torpiddir. Bir mövzudan qeyrisinə keçməkdə çətinlik çəkir. Davranışı qeyri adekvatdır. Əhval ruhiyyə fonu dəyişkəndir. Diqqədi dağınıqdır. Yaddaşı zəifdir. Emosional iradi sferası davamsızdır. Yuxusu pozulub. Şöbədə olan zaman Depakin Xrono 500 mq, Stimulaton 50 mq, Truksal 50 mq qəbul edib. Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İİ Qrabağ müharibəsində aldığı QKBT nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalar ilə özünükəsmələrlə. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları Ağırlaşma F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pоzuntusu, Əhvalın üzvi mənşəli [affektiv] pozğunluğu Ağırlaşma T.90 Başın travmalarının nəticələri, Başın travmasının nəticələri Yanaşı S62.6 Əlin digər barmağının sınığı, Bilək və əl səviyyəsində xəstəliklər sınıq Yanaşı G44.3 Xroniki posttravmatik baş ağrısı, Xroniki posttravmatik xəstəliklər baş ağrısı Yanaşı Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla xəstəliklər və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar Yanaşı G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Xoşxassəli xəstəliklər kəllədaxili hipertenziya Yanaşı G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər xəstəliklər pozğunluqları, Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları

27. xx.xx.2024-cü il tarixli 11646 nömrəli İddiaçı aid xəstəlik haqqında şəhadətnaməyə dair xəstəliklərin səbəb-əlaqəsi haqqında Mərkəzi-Hərbi Həkim Ekspert komissiyasının qərarı: “DİAQNOZ:” F07.0, F06.2, F06.3 Partlayış yaralanması (xx.xx.2020, xx.xx.2020), nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə. F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. G93, G90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, kəllədaxili təzyiq, vegetativ damar distoniyası, paroksizimlər ilə. Y36.2, S62.6 Partlayış yaralanması sağ əlin İİİ barmağının distal falanqasının, sol əlin V barmağının proksimal falanqasının dəlib-keçən qəlpə yaralanmasından, V barmağın proksimal falanqasının açıq, cüzi yerdəyişmiş sınığına görə aparılmış yaraların cərrahi işlənməsindən sonrakı kafi birtişmiş sınığı, sağ əlin İİİ barmağının distal falanqasının kiçik ölçülü ekzostozu.S 00.0 Partlayış taravması (xx.xx.2020) alın nahiyəsinin sol yarısının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Diaqnoz:”S 83.2 Sağ diz oynağının hər iki meniskinin İİ dərəcəli degenerasiyası”. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” Diaqnoz: ”Y34.2 Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. D56.3 İrsi hemoqlobinopatiya, heteroziqot betta talassemiya geninin daşıyıcısı. K 00.0 36-cı dişin adentiyası, “Ümumi xəstəlikdir” səbəb əlaqələri ilə “Təsdiq olunur” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11688 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin.”

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 226 nömrəli xx.xx.2024-cü il tarixli Həkim Psixiatrik Komissiyasının rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, cari psixotik vəziyyət F 07.0

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65-80 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 30.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2020-2025) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası, 2 nömrəli X6) təsdiqlənmişdir. İddiaçının həmin xəstəlikdən 4 ildən artıqdır ki, əziyyət çəkməsi işin mübahisəsiz halıdır. Belə ki, F07.0, F06.2, F06.3 Partlayış yaralanması (xx.xx.2020, xx.xx.2020), nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntular, tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik vəziyyətlə nəticəsidir. 31.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəylərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2020-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası, 2 nömrəli X6, X11, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı) müayinə və müalicələrdə olmasına, göndəriş verən müəssisədə iki ildən artıq qeydiyyatda olmasına (xx.xx.2022-ci il tarixdən) və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 32.Məhkəmə nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) 4 ildən artıq müddətdir (2020-cü ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir və daimi müşahidə zərurəti var. 33.Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edən bir neçə xəstəliyin ağırlaşması (F07.0) öz təsdiqini tapmışdır. Lakin iddiaçıda aşkar olunan ağırlaşmaların yuxarıda qeyd edilən konkret hansı bəndlərə uyğun gəldiyini müəyyən etmək inzibati məhkəmə araşdırması çərçivəsində mümkün hesab edilmir (Xəstəliklərin meyarların 7.6.2.1-ci və 7.6.2.2-ci bəndlərinə uyğun gəldiyi müəyyən edilsə belə). Belə ki, iddiaçı digər xəstəliyin əsas diaqnozu “üzvi mənşəli şəxsiyyət pozuntusu” (F07.0) diaqnozundan da əziyyət çəkir. Belə olan təqdirdə, məhkəmə konkret halda müvafiq meyarlara əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin cavabdehin qiymətləndirmə sərbəstliyinə əsasən müəyyən edilməli olduğu qənaətindədir. 34.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 35.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2025-ci il tarixli müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 36.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 37.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

38. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

39. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

40. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

41. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

42. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

43. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

44. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

45. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu tibbi göndərişin verildiyi xx.xx.2025-ci il tarixdən (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu tibbi göndərişin verildiyi xx.xx.2025-ci il tarixdən (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar