Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11198/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “X2 Yol Universitetini bitirməyi barədə B18 N 080059 saylı ali təhsilə aid kvalifıkasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə Poltava İqtisadiyyat və Ticarət Universitetinə daxil olaraq xx.xx.2014-cü ilədək həmin Universitetdə təhsil almışdır. xx.xx.2014-cü il tarixdən təhsilini X2-Yol Universitetində davam etdirərək xx.xx.2018-ci ildə həmin Universitetin bakalavr pilləsini bitirmişdir. xx.xx.2018-ci ildə X2-Yol Universitetini bitirməyi barədə B18 N 080059 saylı diplom verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət edərək diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edlmişdir. Qərarda bildirilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş ümumvətəndaşlıq pasportundakı məlumatlardan da göründüyü kimi 2013cü il 21 - 29 noyabr, 2014-cü il 07 - 17 may, 2014-cü il 28 sentyabr - 06 oktyabr, 2015-ci il 23 may - 08 iyun, 2016-cı il 18 - 31 may, 2017-ci il 15 - 25 may, 2018-ci il 17 may - 11 iyun tarixlərində təhsili ilə əlaqədar Ukrayna Respublikasında dərslərdə iştirak etmişdir. xx.xx.2018-ci ildə X2-Yol Universitetini bitirməyi barədə B18 N 080059 saylı diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasının müddəalarına əsasən apostil edilmişdir. Eyni zamanda, ******* saylı, xx.xx.2018-ci il tarixli diploma əlavədən də göründüyü kimi, Universitetin tələb etdiyi təhsil normasını mənimsəyərək, imtahanlarda müvəffəqiyyət qazandığına görə həmin Universitetin diplomu verilmişdir. Qeyd olunan sənədlə bir daha təsdiq olunur ki, bu illər ərzində təhsil prosesində iştirak etmiş, verilən proqramları mənimsəmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən X2-Yol Universitetini bitirmək barədə B18 N 080059 saylı ali təhsilə aid diplom üzrə kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş və tanınma haqda şəhadətnamə elektron qaydada təqdim olunmuşdur. Həmçinin bu barədə məhkəməyə də məlumat təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış 3-29-61/2-718/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Ukrayna Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 № 080059 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunmuşdur. İddiaçı təqdim edilmiş şəhadətnamənin elektron sistemdən çıxarışından görünür ki, B18 seriyalı 080059 qeydiyyat nömrəli bakalavr diplomu tanınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin edildiyindən işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11198/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11198/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver