Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-112/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır; ixtisası: hüquqşünas, “Verdiktum” vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır; ixtisası: hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı X2 cavabdeh Təhsildə X1rşı “diplomun və diplom üzrə aldığı ixtisasın cavabdeh tərəfindən tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iddiaçıya Rusiya Federasiyası, Stavropol şəhərinin “X7 İnstitutu” tərəfindən 132605 ******* nömrəli, 15.07.2017-ci il tarixində verilmiş bakalavr diplomu üzrə 38.03.01 İqtisadiyyat hazırlıq istiqaməti üzrə ixtisasın tanınması öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-ci il təvəllüdlü iddiaçı təhsil səviyyəsinin artırılması məqsədilə orta məktəbi bitirdikdən sonra ali təhsil alması məqsədlə Rusiya Federasiyasında fəaliyyət göstərən ali təhsil müəssisəsinin birinə sənədlərini verərək 2012-ci il tarixində oraya daxil olmuşdur. Nəticədə, İnstitutun “İqtisadiyyat” fakültəsinə qəbul olunmuşdur. Beləliklə, orada ümumilikdə 5 il müdətinə yaxın oxuyaraq həmin təhsil müəssisəsini bitirmişdir və nəticə etibarı ilə ona ali təhsil müəssisəsinin bitirməsi ilə əlaqədar ona diplom verilmişdir. Diplom “bakalavr” təhsil pilləsi üzrə verilmiş və ona “İqtisadiyyat” üzrə ixtisas dərəcəsi də verilmişdir. Diplom aldıqdan sonra doğma Vətənində, öz ixtisas dərəcəsinə uyğun olaraq fəaliyyət göstərilməsi məqsədilə həmin sənədin müvafiq prosedura uyğun olaraq keçirilməsi üçün onun tanınması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Lakin həmin müraciətə qanuna zidd olaraq təxmini 6 ay müddətinə baxılmış və nəticədə iddiaçıya qanunsuz və məntiqsiz imtina məktubu verilmişdir. Halbuki imtina qərarı əsaslandırılmış olmalı və qanunda nəzərdə tutulmuş müddətdə vətəndaşa verilməlidir. Cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və akvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”n tələblərinə zidd olaraq müəyyənləşdirilmiş müddət ərzində iddiaçının ərizəsinə baxılmamış və nəhayət təxmini 5 aydan sonra ona əsassız imtina cavabı verilmişdir. Cavabdehin imtinası bundan ibarətdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətdə orada qalması müddəti müəyyən edilmədiyindən, nəticə etibarı ilə diploma əlavə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkün olduğundan diplomun tanınması müraciəti rədd olunmuşdur. Həmçinin imtinanın səbəbi həmin Qaydaların 3.7-ci bəndi üzrə əsaslandırılmışdır. Həmin bənddə ümumiyyətlə diplomun tanınması müraciətinin rədd olunması üçün belə bir hüququ əsasın olmadığı açıq-aşkar müəyyən olunur. Həmin Qaydaların mahiyyətinə əsasən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”nin proseduru təsdiq olunur. Yəni, burada ayrı-ayrılıqda həm ixtisasların tanınması, həm də onların ekvivalentliyinin müəyyən edilməsindən ibarətdir. Ancaq buna baxmayaraq cavabdehin göstərdiyi imtina səbəbinə əsasən həmin Qaydaların məhz İİİ-cü fəslinə aid olan “Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi” bəndə əsaslanaraq iddiaçıya verilmiş diplomun tanınmasından əsassız olaraq imtina etmişdir. Halbuki, həmin Qaydalara əsasən ixtisasların tanınması proseduru həmin Qaydaların İİ-ci fəsli ilə müəyyən olunur və orada imtina məktubunda göstərilən əsaslar müəyyən olunmur. İddiaçı cavabdehin qərarını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvbivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 2 gün, İİ il - 13 gün, İİİ il - 11 gün, İV il - 2 gün). Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. İddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6cı səviyyəsinə uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiada göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Sultanlı iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı məhkəməyə sübut qismində 07.01.2019-cu il tarixli cavabdehin elektron imtina məktubunu, AZE P5102113 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportunun surətini, 132605 ******* nömrəli bakalavr diplomunun surətini (22.02.2018-ci ildə apostil olunmuşdur), 132605 ******* nömrəli, 15.07.2017-ci il tarixli diploma əlavənin surətini, “X3”nun 381 nömrəli 15 fevral 2019-cu il tarixli və “X8 İnstitutu”nun 85/19 nömrəli 28 yanvar 2019-cu il tarixli arayışları, X3”nun 28.02.2017-ci il tarixli 034 saylı əmrdən çıxarışı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 29.03.2019-cu il tarixli məktubu təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin vəsasəti əsasında cavabdehə göndərilmiş məhkəmənin sorğusuna əsasən cavabdeh 12.04.2021-ci il tarixli məktubunda bildirmişdir ki, A.E.Vəliyeva Rusiya Federasiyasının X8 İnstitutunda 2012-2017-ci illər ərzində “Psixologiya” ixtisası üzrə qiyabi formada bakalavr təhsili almışdır. Vətəndaşın xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması ilə bağlı müraciəti əsasında təqdim etdiyi əlaqəli sənədlər yoxlanılmış, təhsil aldığı 2012-2017-ci illər üzrə sərhədkeçmə məlumatları araşdırılmış və müəyyən edilmişdir ki, qiyabi tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkənin ərazisində tədris illərində tələb olunan normativ müddətə riayət etmişdir. Beləliklə, vətəndaşın xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması haqqında 24.12.2019-cu il tarixli qərar qəbul edilmiş və vətəndaşa müvafiq qaydada şəhadətnamələr təqdim olunmuşdur. Cavabdeh həmçinin A.E.Vəliyevanın diplomunun, diplom əlavəsinin, kollec diplomunun, ali təhsil müəssisədən daxil olmuş arayışın surətləri məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı 01.09.2012-ci il tarixindən 28.02.2017-ci il tarixinədək Rusiya Federasiyasının Dağıstan Respublikasının “X3”nda, 03.03.2017-ci il tarixindən 01.07.2017-ci il tarixinədək Rusiya Federasiyasının ATÖTM “X8 İnstitutu”nda təhsil almış, ATÖTM “X8 İnstitutu” tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmiş, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının Rusiya Federasiyası ərazisində qısa müddətdə olmaqla ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-ci mаddəsinə əsаsən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiainzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. İnzibаti Prоsеssuаl Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İşin faktiki hallarına əsasən iddiaçı Rusifa Federasiyası ərazisində İ il - 2 gün, İİ il - 13 gün, İİİ il - 11 gün, İV il - 2 gün) qısa müddətdə olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İddiaçı X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Rusiya Federasiyasının ATÖTM “X8 İnstitutu”nda təhsil aldığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Təhsildə X1rşı “iddiaçıya Rusiya Federasiyası, Stavropol şəhərinin “X7 İnstitutu” tərəfindən 132605 ******* nömrəli, 15.07.2017-ci il tarixində verilmiş bakalavr diplomu üzrə 38.03.01 İqtisadiyyat hazırlıq istiqaməti üzrə ixtisasın tanınması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-112/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-112/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver