Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-112/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə və mütəxəssislər X7, X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1nə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarlarının icrasının təmin edilməsi, icranın gecikdirilməsi nəticəsində mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)- 162/2019 nömrəli qərarı ilə, xx.xx.2018ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə, yəni 55 yaşdan yaşa görə əmək pensiyası təyin olunması və Əmək Pensiyası haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat əlavənin və Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, iş 2-1(103)-1147/2019 nömrəli qərarı ilə, əmək pensiyasına əlavənin təminat xərcliyinin xx.xx.2017-ci il tarixinə qədər olan dövr üçün müddətə 3 faizlə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2 faizlə hesablanmaqla ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən hesablanaraq birdəfəyə ödənilməsi barədə məhkəmə qərarlarının icrasını təmin edilməsini, gecikdirilmiş hər il üçün qanunda nəzərdə tutulmuş 5 faizin ödənilməsini və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsdən və hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından, tabeliyində olan əməkdaşlarının hüquqa zidd qanunsuz hərəkətləri səbəbindən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bilərəkdən qərəzli formada icra etməmələri nəticəsində 2 ilə yaxın müddətdə vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi xx.xx.2021-ci il tarixli qərardad ilə “məhkəmə qərarlarının icra olunmaması nəticəsində mənəvi zərərin ödənilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Cəlilabad rayon Qarakazımlı kəndində anadan olmuşdur, Qarabağ Müharibə veteranıdır. X6 35 il, 2 ay, 16 gün xidmət etmişdir. 20 aprel 2018-ci il tarixdə xidmətdə olmanın son yaş həddinə çatdığına görə öz xahişi ilə təqaüdə göndərilmişdir. Əmək pensiyası təyin olunması üçün DİN-nin Maliyyə Plan İdarəsi 30 aprel 2018-ci il tarixdə müvafiq “Məlumat vərəqi”ni aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Məlumat vərəqində, xidmət müddətinin təqvimi hesablama ilə 35-il, 2-ay, 16- gün; imtiyazlı hesablama ilə 40 il, 3 ay, 16 gün təşkil etdiyi, təminat xərcliyinin isə 1294 manat olduğu göstərilmişdir. Həmçinin tərəfimdən xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunması üçün həmin idarəyə yazılı ərizə ilə müraciət olunmuşdur. Ərizə xx.xx.2018-ci il tarixdə 1757 nömrə ilə qeydiyyata alınmış, hazırda pensiya işinə tikilmişdir. DİN-nin Maliyyə Plan İdarəsinin 30 aprel 2018-ci il tarixli müvafiq “Məlumat vərəqi”nə əsasən Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, həmin dövrdə ona yaşa görə əmək pensiyası təyin etmiş, qərarında “Əmək Pensiyası haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxıldıqda təminat xərcliyinin 55 faizi və 20 ildən yuxarı hərbi xidmətin (güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam oladıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə olunmaqla hesablamış, müvafiq təminat xərcliyinin 95 faizi məbləğinin yəni 1235,77 manat təşkil etdiyini göstərilmiş, lakin səbəbsiz olaraq təyin olunmuş əmək pensiyası ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz qəbul etdiyi qərarı icra etməyərək əsassız və qanunsuz mülahizələrinə əsaslanaraq ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İmtinasını onunla əsaslandırmışdır ki, guya o xx.xx.2017-ci il tarixdə 3 ay müddətində X4 xaric olunmuş və həmin vaxt ona xidmət illərinə görə əmək pensiyası təyin olunmuş və 3-ay müddətində ödənilmişdir. İddiaçı həmin vaxt dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qanunsuz olaraq mənə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmiş və onların hərəkətləri qanunvericiliyin qüvvədə olan normalarına ziddir. Həmçinin əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçının DİO-dan xaric olunmağı əsassız olduğu üçün qısa müddət ərzində o yenidən DİO-da daha yüksək vəzifəyə xidmətə bərpa olunmuşdur. xx.xx.2018-ci il tarixədək son yaş həddinə kimi DİO-da xidmət etmişdir, hazırda isə öz ərizə ilə yaşa görə təqaüdə göndərilmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizələrimlə bağlı heç bir araşdırma aparmamış, öz mülahizələrinə uyğun şablon formalı cavab məktubu yazmaqla kifayətlənmiş, bu səbəbdən də hüquqları pozulmuş, tələblərindən isə qəti olaraq imtina edilmişdir. Göstərilənlərdən sonra məcburiyyət qarşısında qalaraq qanunla qorunan hüquqlarının müdafiəsi, sosial təminat və mülkiyyət hüquqlarımın qanunsuz məhdudlaşdırılması səbəbindən, qanunla qorunan pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddia ərizəsi ilə 1-saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə, yəni 55 yaşdan yaşa görə əmək pensiyası təyin olunması, “Əmək Pensiyası haqqında” Qanunun əvvəllər qüvvədə olmuş 20.14.1-ci maddəsinə uyğun, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara, yaşma və ya xəstəliyinə görə hərbi xidmətdən buraxıldıqda təminat xərcliyinin 55 faizi və 20 ildən yuxarı hərbi xidmətin (güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam oladıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanaraq ödənilməsi, hesablanmamış ödənilməyən məbləğlərin hazırda ödənilən pensiya məbləği üzərinə əlavə edilərək ödənilməsi və əlavə olaraq Azərbaycan Respublikası Qanununun 10 mart 2017-ci il tarixli 543 VQD nömrəli Qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat məbləğin pensiya məbləği üzərinə əlavə olunaraq hesablanması və hesablanmamış ümumi məbləğin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə olunması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişəm. Bundan sonra 1-saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)-162/2019 nömrəli qərarı ilə, xx.xx.2018-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığıma görə, yəni 55 yaşdan yaşa görə əmək pensiyası təyin olunması və Əmək Pensiyası haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat əlavənin ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsini qərara almışdır. Bundan sonra iddiaçı iddia tələbinin təmin olunmayan hissəsinin, təmin olunması barədə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(103)-1147/2019 nömrəli qərarı ilə, 1-saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)-162/2019 nömrəli qərarı, iddia tələbinin təmin olunmayan hissəsində qismən ləğv edilmiş, mənə əmək pensiyasına əlavənin, təminat xərcliyinin xx.xx.2017-ci il tarixinə qədər olan dövr üçün müddətə 3 faizlə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci ildən hesablanaraq birdəfəyə ödənilməsinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Göstərilənlərdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verərək, 1-saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(81)-162/2019 nömrəli qərarı ilə razı olduqlarını, qərarın dəyişdirilmədən saxlanmasını, lakin Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(103)-1147/2019 nömrəli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 21 avqust 2019-cu il tarixli 2-1(102)-2493/19 nömrəli qərarı ilə, 1-saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(81)-162/2019 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(103)-1147/2019 nömrəli qərarlarını qüvvədə saxlamışdır. Bundan sonra məhkəmə qərarlarının icra olunması üçün icra vərəqi Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi xx.xx.2020-ci il tarixli xx/xx-192985/2019-14 nömrəli məktubla, icra vərəqini icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarına əhəmiyyətsiz yanaşma nümayiş etdirməklə bu günə kimi məhkəmə qərarlarının icrasını həyata keçirməmiş, məhkəmə qərarlarında göstərilən qaydada ona yaşa görə əmək pensiyası təyin etməmiş, əlavələr ödənilməmiş və yenidən hesablamamışdır. Göstərilən səbəblərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz haqsız və qanunsuz hərəkətləri ilə təkrarən iddiaçının qanunla qorunan hüquqlarını pozmuş, o, cümlədən sosial təminat və mülkiyyət hüquqlarını təkrarən məhdudlaşdırmışdır. Bu haqsız, qanunsuz hərəkətlər səbəbindən və davam edən sonrakı prosesslər zamanı, hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialım əməkdaşlarının hüquqa zidd hərəkətləri nəticəsində keçirdiyim stres, narahatlıq, məyusluq, inamsızlıq və mənəvi sarsıntı ona əzab və əziyyətlər yaşadır. Məhkəmə qərarlarının icra olunmaması səbəbindən də o yaşadığı stres nəticəsində çəkdiyi bu əzab və əziyyətlərdən qurtarmaq üçün xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müvani X9 şəhərində vətəndaşların qəbulunu həyata keçirərkən onun qəbulunda oldu və vəziyyəti Nazir müavininə ətraflı izah etmişdir. Qəbuldan bir müddət sonra xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı ona zəng vurub hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəvət etdi, mən həmin idarəyə gəldikdə məndən məhkəmə qərarlarının icra olunması üçün Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(102)-2493/19 nömrəli qərarını tələb etdilər. Süründürməçilikdən yaxa qurtarmaq məqsədilə məcburiyyət qarşısında qalaraq həmin gün, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına müraciət etdim və 21 avqust 2019-cu il tarixli 2-l(102)-2493/19 nömrəli qərarı şəxsən aldım və qərarın üzərindəki müşayət məktubunun surətinə imza etdirmək və möhür vurdurmaqla hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşına təqdim etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 23.05 radəsində Kapital Bankda olan əmək pensiya hesabıma 2604 manat 27 qəpik pul köçürüldü. Bu zaman ona məlum oldu ki, hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ümumiyyətlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(81)-162/2019 nömrəli qərarını icra etməmiş, ona yaşa görə əmək pensiyası təyin edilməmiş, qərarda göstərilən əlavə ödənilməmiş və bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması düzgün aparılmamışdır. Bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2- 1(81)-162/2019 nömrəli qərarında göstərilir ki; xx.xx.2018-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığına görə, yəni 55 yaşdan yaşa görə əmək pensiyası təyin olunması və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat əlavənin ödənilməsi tələbi təmin olunsun. Cavabdeh İdarə isə həmin qərarı icra etməmiş və əmək pensiyasını xx.xx.2017-ci il tarixdən yenidən hesablayarkən həmin dövrə uyğun xidmətin təqvim ilini yenədə 34 il, 8 ay, 23 gün; güzəştli sayılan hissəsini isə 39 il, 9 ay, 23 gün qeyd etməklə keçmiş dövrdə təyin olunmuş, “xidmət illərinə görə” təyin olunmalı formada formal hesablama aparmışdır. Beləliklə, bu da xidmət ilinə görə 20 il üçün təminat xərcliyinin 50 faizi, güzəştli sayılan 19 il 9 ay üçün isə 58.5 faiz deməkdir, yəni həmin dövr üçün ümumi faiz 108.5 faiz təşkil etmişdir. Bu da həmin dövr üçün təminat xərcliyinin 100 faiz ödənilməsi deməkdir. Bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2- 1(81)-162/2019 nömrəli qərarına əsasən ona qərarda göstərilən qaydada yaşa görə əmək pensiyası DİN-nin Maliyyə Plan İdarəsinin 30 aprel 2018-ci il tarixli “Məlumat vərəqi”nə uyğun, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmalı və xx.xx.2018-ci il tarixə xidmətin təqvim ili, 35-il, 2-ay, 16 gün; imtiyazlı hesablama ilə 40 il, 3-ay, 16 gün olduğu nəzərə alınmalı, xidmətin 20 ili üçün təminat xərcliyinin 55 faizi, güzəştli sayılan 20 il üçün isə təminat xərcliyinin hər ili 3 faizlə hesablanmalı və əmək pensiyası təyin olunmalıdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2- 1(103)-1147/2019 nömrəli qərarı icra olunmaqla xidmət ilinin 20 ili üçün təminat xərcliyi xx.xx.2017-ci il tarixinə qədər olan dövr üçün müddətə 3 faizlə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2 faizlə hesablamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci ildən yenidən hesablanaraq birdəfəyə ödənilməsi təmin olunmalıdır. Lakin cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********2 nömrəli və digər cavab məktublarından görünür ki, xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə hesablama aparılarkən belə 20 il üçün təminat xərcliyinin 50 faizi, güzəştli sayılan 20 ildən yuxarı 19 il, 9 ayı hissədə də düzgün hesablanma aparılmamış, hesablanma zamanı 9 ay nəzərə alınmamışdır. 19 ilin (19x3) 57 faiz hesablandığı göstərilmişdir, lakin 9 ay üçün 1,5 faiz əlavə hesablanmamışdır. Əgər 9 ay üçün 1,5 faiz əlavə olunsaydı, güzəştli sayılan hissə 58,5 faiz təşkil edərdi. Bu da ümumilikdə 39 il, 9 ay, 23 gün üçün 108,5 faiz təşkil edir. Yəni həmin dövr üçün təminat xərcliyinin 100 faiz ödənilməsi deməkdir. Buna baxmayaraq cavab məktubunda həmin dövr üzrə təminat xərcliyinin 100 faiz ödənilməsi göstərilsədə, hesablanma zamanı yenə də təkrarən ümumi faiz 89.50 faiz göstərilmişdir. Bu yanlış hesablanma bilərəkdən, qəsdən aparılmış və xx.xx.2017-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması, təminat xərcliyinə 2018 və 2019-cu illərdəki artımlar zamanı da qəsdən təminat xərcliyinin 89,50 faizi nəzərə alınmaqla hesablanmış, bu səbəbdən də bilərəkdən səhv hesablanma aparılmışdır. Göstərilənlərdən belə məlum olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsi və hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın məsul əməkdaşları qanunsuz hərəkətlərini mənə qarşı qəsdən və bilərəkdən davam etdirir, öz hərəkətlərində iddialı olduqlarını subut etmək məqsədilə Azərbaycan Respublikası adından çıxarılmış qanunu qüvvəyə minmiş məhkəmə qərarlarını qəsdən, bilərəkdən icra etmirlər. Belə olmasaydı ona yaşa görə əmək pensiyası Azərbaycan Respublikası adından çıxarılmış və qanunu qüvvəyə minmiş məhkəmə qərarlarına uyğun qaydada, yəni xx.xx.2018-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatdığıma görə, 55 yaşdan yaşa görə əmək pensiyası təyin olunar və məhkəmə qərarlarına hörmətsizlik göstərilməzdi. Göstərilənlər bir daha Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin və hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşlarının təkrarən, qəsdən və bilərəkdən, şüurlu formada iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu və sosial təminat və mülkiyyət hüquqlarını qəsdən məhdudlaşdırdığını subut edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin və hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşlarının qanunsuz və hüquqazidd xarakterli hərəkətləri davam edir və məhkəmə qərarları qəsdə səbəbsiz olaraq icra edilmir. Yuxarıda göstərilən səbəblərdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin və hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşlarının qanunsuz hərəkətləri və təqsiri nəticəsində qanunla qorunan hüquqları pozulub, sosial təminat və mülkiyyət hüquqlarım təkrar-təkrar məhdudlaşdırılıb, pozulmuş hüquqlarımın bərpası üçün ayrıca zaman ayırmaqla məhkəmədə iddialar qaldırmışdır, həmin iddiadan ötrü dəfələrlə Bakı şəhərinə getmişdir, stresli həyat yaşamışdır, onda məhkəməyə və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarına münasibətdə yanlış fikirlər formalaşdırıblar, məyyusluq, ümüdsizlik, inamsızlıq yaradıblar, narahatlıqlar keçirmiş, sağlamlığına zərər dəymiş, sağlamlığı pozulmuşdur, bu səbəblərdən mənəvi sarsıntı və iztirablar keçirmiş, qanunsuz hərəkətlər səbəbindən ona mənəvi ziyan dəymişdir. İddiaçı cavabdeh qurumun əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində Cəlilabad rayon Mərkəzi xəstəxanasıda bir neçə dəfə əsəb sarsıntısı diaqnozu ilə ambulator müalicə almışdır. İddiaçının xəstəxanada müalicə almağının əsas səbəbi məhz göstərilən amillər olmuşdur. Baş verən və hazırki vaxtadək davam edən qanunsuz və hüquqazidd xarakterli hərəkətlər nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməyi mübahisəsizdir, qanunsuz və hüquqazidd xarakterli hərəkətlər nəticəsində yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın kompensasiyanın ödənilməsini tələb etmək hüququ vardır.
4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-162/2019 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı xx.xx.2018-ci il tarixdən “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” yəni 55 yaşdan “yaşa görə” əmək pensiyasının təyin edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun əvvəllər qüvvədə olmuş 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxıldığından təminat xərcliyinin 55 faizi məbləğində əlavənin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat əlavənin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(103)-1147/2019 nömrəli qərarı ilə İddiaçı Atamaı oğlunun apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-162/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qismən ləğv edilmişdir və iddia rədd edilən hissədə qismən təmin edilərək iddiaçıya əmək pensiyasına əlavənin təminat xərcliyinin xx.xx.2017-ci il tarixinə qədər olan dövr üçün müddətə 3% -lə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2%-lə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci ildən hesablanaraq birdəfəyə ödənilməsi cavabdehə həvalə edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-2493/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə qərarının icrası haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-1147/2019 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1394,83 manatdan 1514,65 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 2604,27 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 2604,27 manat məbləği xx.xx.2020-ci il tarixində adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılmışdır.
8. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2018-ci il tarixli 1811 nömrəli məlumat vərəqinə əsasən pul təminatı (təminat xərcliyi): Vəzifə maaşı – 330 manat, Rütbə maaşı – 127 manat, Xidmət illərinə görə əlavə – 228,50 manat (50%), Ərzaq payı əvəzində kompensasiya – 64 manat, Məharət dərəcəsi – 49.50 manat (15%), Xüsusi işə görə – 495 manat Cəmi təminatı: 1294 manatdır.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarına əsasən: Hazırki pensiya məbləği: 1394,83 manat, Yenidən hesablanmış pensiya məbləği: 1514,65 manat olmuşdur.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən: Hazırki pensiya məbləği: 1514,65 manat, Yenidən hesablanmış pensiya məbləği: 1544,15 manat olmuşdur.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən: Hazırki pensiya məbləği: 1948,26 manat, Yenidən hesablanmış pensiya məbləği: 2008,58 manat olmuşdur.
12. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-162/219 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-11472/219 nömrəli qərarlarının icrası ilə əlaqədar İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində təyin olunmalı pensiya məbləği və ötən dövr üzrə ödənilməli olan fərq məbləği nə qədərdir?
13. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli məktubla əlavə 27 vərəq sənədlər daxil olaraq qismən təmin olunmuşdur. xx.xx.2022-ci il tarixli vəsatət (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat qzrə Mərkəzi Filialının mütəxəsisinin tədqiqata cəlb olunması) göndərilmişdir. Lakin vəsatət təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli müvafiq məlumatların göndərilməsi haqqında məktub ilə İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, İddiaçı xidmət etdiyi orqandan 21 aprel 2018-ci il tarixində tərxis olunması ilə əlaqədar ona dair 30 aprel 2018-ci il tarixli məlumat vərəqində 35 il 2 ay 16 gün təqvim, 5 il 1 ay güzəştli xidmət müddətindən ibarət olmaqla cəmi 40 il 3 ay 16 gün göstərilmişdir. Adıçəkilən şəxsin 21 aprel 2018-ci il tarixində xidmətdən yenidən tərxis olunması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 30 aprel 2018-ci il tarixli məlumat vərəqinə əsasən onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 2008,58 manat məbləğində müəyyən edilmişdir. Müvafiq artımlar nəzərə alınmaqla xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 420,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 283,00 manat, xüsusi xidməti rütbə maaşının 150 faizi miqdarında əlavə 630,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 63,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1606,00 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli 142 nömrəli Fərmanın 2.5-ci bəndinə və “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Bununla əlaqədar İddiaçı əmək pensiyası təminat xərcliyindəki sonrakı artım zamanı aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (20il) hər ili üçün 2 faiz tətbiq edilməklə (20x2) təminat xərcliyinin 40 faizi; -natamam ildəki iş stajı aylarının sayına (3 ay) mütənasib olaraq təminat xərcliyinin 0,50 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 95,50 faiz tətbiq olunmaqla 2008,58 manat məbləğində əmək pensiyası hesablanıb.
15. 9/7721 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanaraq müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 95,50 faiz tətbiq olunmaqla 2008,58 manat məbləğində əmək pensiyası hesablanması müəyyən edilir.
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulsun: - 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-162/219 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(103)-11472/219 nömrəli qərarlarının icrası ilə əlaqədar İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində təyin olunmalı pensiya məbləği və ötən dövr üzrə ödənilməli olan fərq məbləği nə qədərdir?
17. 9/5970 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanaraq müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 95,50 faiz tətbiq olunmaqla 2008,58 manat məbləğində əmək pensiyası və ötən dövr üzrə ödənilməli olan fərq məbləği 2.414,85 manat müəyyən edilir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya təqdim edilmiş əmək pensiyasının hesablanması haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü, 29-cu və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2-1(102)-2493/2019 nömrəli qərarı nəzərə alınmaqla daxili işlər orqanlarının sabiq əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 2008,58 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda, cavabdeh tərəfindən aparılan araşdırmalar nəticəsində iddiaçıya ötən dövr üzrə ödənilməli olan 2414,85 manat məbləğində pul vəsaiti hesablanıb. Həmin 2414,85 manat vəsaitin cari ayda əmək pensiyasının üzərində əlavə edilməklə iddiaçıya ödənilməsi nəzərdə tutulur.
19. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mahiyyəti üzrə işə baxılma təzələnmişdır.
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və mütəxəssislər iştirak etmişdir.
21. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X7 izahat verərək bildirdi ki, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-cu il tarixli 2-1(102)-2493/2019 nömrəli qərarı nəzərə alınmaqla daxili işlər orqanlarının sabiq əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminat xərcliyi 100 faiz nəzərə alınmaqla, yəni təminat xərcliyinin xx.xx.2017-ci il tarixinə qədər olan dövr üçün müddətə 3% -lə, xx.xx.2017-ci il tarixdən sonrakı müddətə 2%-lə hesablanmaqla əmək pensiyasının yenidən hesablanmış və ödənilməmiş pensiya məbləğinin xx.xx.2017-ci ildən hesablanaraq ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli 142 nömrəli Fərmanın 2.5-ci bəndinə və “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 95,50 faiz tətbiq olunmaqla pensiyası hesablanmışdır.
22. Məhkəmə iclasında iddiaçı iştirak eməmişdir.
II. İddianın növü və mümkünlüyü
23. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
25. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
26. Təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. 27.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarı: “... 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.... “
28. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X1rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X3rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...
30. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçı pensiyasından və ya yeganə dolanacaq mənbəyindən məhrum edilməmişdir. Odur ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.
31. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva