Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11200/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması”na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının ünvanına, yəni ünvan 2nması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdürlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, uzun illərdi ünvan 3 ünvanında qeydiyyatsız olaraq yaşayır. Qeyd olunan ünvanda 2003-cü il tarixindən qeydiyyatsız yaşamağını xx.xx.2005-ci il tarixli qonşuların təsdiqi ilə tərtib edilmiş aktla təsdiq edilir. Bundan əlavə olaraq, qeyd olunan ünvanda qeydiyyatsız yaşamağını “Balaxanıneft” N.Q.Ç.İ.-nin 1 saylı mənzil istismar sahəsinin xx.xx.2005-ci il tarixli arayışı ilə təsdiq edilir. Göstərilən ünvana qeydiyyata alınmağı ilə bağlı mərhum anası X1 2006-cı il tarixində Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir və o, anası ilə birgə ünvan 3 ünvanına qeydiyyata alınmağı barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan maraqlı şəxs AR Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi apellyasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsi xx.xx.2007-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edərək, qətnaməni ləğv edilmişdir, iddia tələbini isə təmin edilməmişdir. Qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəyə minəndən sonra, mərhum anasi ilə birgə Sabunçu rayon Polis İdarəsinə müraciət edərək, polis idarəsinin inzibati binasının ünvanına qeydiyyata alınmışdırlar. Polis ünvanın inzibati binasına qeydiyyata alınandan sonra, uzun illərdi qeyd olunan ünvanda yaşayırdılar. Bir necə həftə əvvəl “Asan xidmət” mərkəzinə müraciət edəndə məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsi deaktivdir. O, Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək, yenidən inzibati binanın ünvanına qeydiyyata alınmağını xahiş etdi. Lakin Sabunçu Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cii il tarixli imtina cavabı gəlmişdir və imtina cavabında yaşadığı yer üzrə qeydiyyata alınmağının mümkün olmadığı vurğulanmışdır. Hesab edir ki, heç bir qanuni əsas olmadan Sabunçu Rayon Polis İdarəsinin inzibati binasının ünvanından qeydiyyatdan çıxarılması əsasızdır və qanunsuzdur. Hal-hazırda qeydiyyat ünvanı olmadığına görə şəxsiyyət vəsiqəsi deaktivdir və o, vətəndaş olaraq hüquqlarından istifadə edə bilmir, sadə müraciəti orqanlara şəxsiyyət vəsiqəsiz qəbul edilmir.
3. İddiaçıların müraciətinə cavab olaraq Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən bildirilmişdir ki, “Sizin qeydiyyatsız yaşadığınız yuxarıda göstərilən ünvana qeydiyyata alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə müraciət etməyiniz məqsədə müvafiq hesab edilir.”
4. Məhkəmən iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
8. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
9. İddia ərizəsindən və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 49/2-T-2198 nömrəli imtina məktubundan göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə deyil, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi, ev 1, mənzil 12 ünvanına qeydiyyata alınması barədə tələblə cavabdeh orqana müraciət etmiş, həmin qurum tərəfindən müraciətə baxılmışdır.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
11. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən iddiaçıya hüququ yardım etmək məqsədi ilə ona 19 iyun 2023-cü il tarixli məktub ünvanlanılaraq bildirilmişdir ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən göstərilən tələb ilə bağlı olaraq cavabdeh inzibati orqana müraciət edilməsi, cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina olunması müəyyən edilmir. Nəticədə, düzgün cavabdehin göstərilməsi və ya iddia ərizəsində qeyd olunan cavabdehə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Eyni zamanda, iddia ərizəsinin İPM-in 46-cı maddəsində təsbit edilmiş formal tələblərə cavab vermədiyi bildirilərək yol verilən formal xətaların aradan qaldırılması qaydası izah edilmişdir.
12. Lakin iddiaçı tərəfindən məhkəmənin hüquqi yardım barədə məktubu nəzərə alınmamışdır.
13. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva