Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11204/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yədulla qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yədulla qızı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 16-cı mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzilə görə iddiaçıya qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110499 manatın 16855.78 manat ƏDVnin 30 %-i (5056.73 manat)) barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-yə) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" MTK ilə iddiaçı arasında olan xx.xx.2023-cü il tarixli, 0760 nömrəli Payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 16-cı mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzili almışdır. Müqavilə üzrə mənzilin məbləği ƏDV daxil olmaqla 110499 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğ tam olaraq xx.xx.2023-cü il tarixdə ödənilmişdir. ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 16-cı mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110499 manatın 16855.78 manat ƏDV-nin 30 %-i (5056.73 manat)) barədə məlumatın müvəkkil banka ("xxxx"ASC-yə) ötürülməsi barədə tələblə, qanununun tələbinə əsasən 90 gün ərzində cavabdehə müraciət etmişdir. İlk müraciəti xx.xx.2023-cü il tarixdə elektron formada olmuşdur. Təxminən 1 ildən çox müddətdə cavabdehlə müxtəlif məzmunlu yazışmalar oldu. Bundan başqa müxtəlif əsaslarla imtinalar olmuş, həmin imtinalara əsas olmuş sənədlər hamısı qanunvericiliyə uyğun olaraq qaydasına salınmışdır. Cavabdehə sonuncu müraciət 01 aprel 2025-ci il tarixdə 50 gün keçməsinə baxmayaraq hələ də müraciətinə cavab verilməmişdir. Cavabdeh iddia tələbinə yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı Yadulla qızı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmiş, xx.xx.2023-cü il tarixli "Müraciətə baxılması barədə” məktubla xx.xx.2023-ci il tarixli ödəniş sənədlərinin "Təyinat” bölməsində qeyd edilən müqavilə nömrəsi arasında uyğunsuzluq və uyğunsuzluğun 10 (on) iş günü ərzində aradan qalxacağı təqdirdə işə qanunamüvafiq şəkildə yenidən baxılacağının mümkünlüyü, həmçinin xx.xx.2023-cü il tarixli "Müraciətə baxılması barədə” məktubla xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin İddiaçı Yadulla qızı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və ödəniş nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildiyi halda müraciətə yenidən baxıla biləcəyi iddiaçıya bildirilmişdir. xx.xx.2023-cü il tarixli **********438000 nömrəli qərarla alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmadığına görə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə ƏDV-nin qaytarılması ilə bağlı yenidən vergi orqanına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə **********309800 nömrəli qərarla elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilmədiyi üçün ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddiaçı Yadulla qızı əlavə dəyər vergisinin qaytarılması üçün elektron ərizə ilə müraciətində etmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı ərizəyə əlavə edilmiş xx.xx.2023-ci il tarixli ödəniş sənədlərinin təyinat hissəsində "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməmişdir. Həmçinin müqavilənin nömrəsi düzgün göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbə etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə iddianın mümkünlüyünü göstərilən konteksdə yoxlayaraq hesab edir ki, aşağıdakılara görə iddia mümkünsüz iddiadır. Belə ki, işdə olan 0760 nömrəli, xx.xx.2023-cü il tarixli payçı müqaviləsindən görünür ki, “Avant Group MTK” pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Komleksinin 2-ci binasında, 2-ci blok, 16-cı mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı” İddiaçı Yədulla qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 110499 manat təşkil etmişdir. AVANT Group MTK-nın xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 08 fevral 2023 tarixli, 0760 saylı Payçı müqaviləsinə əsasən 2-ci bina, 2-ci blok, 16-cı mərtəbə, 2 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Beynelxalq Bankının 219 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Yədulla qızı xx.xx.2023-cü il tarixində "xxxx"-nin Şərifzadə filialında Avant Group MTK-ya (BPM**********99) saylı mədaxil qəbzi üzrə 93643.22 AZN mənzilin tam ödənişini və 16835.78 (ƏDV) ödənişi 02 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə icra edilmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********438000 nömrəli qərardan görünür ki, İddiaçı Yədulla qızının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 760 nömrəli müqavilə, maliyyə arayışı və ödəniş sənədləri əlavə edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********197700 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********309800 nömrəli qərardan görünür ki, İddiaçı Yədulla qızının xx.xx.2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizələrə 760 nömrəli müqavilə, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. İddiaçı hazırda bu imtinalar ilə razılaşmayaraq, ona qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110499 manatın 16855.78 manat ƏDVnin 30 %-i (5056.73 manat)) barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-yə) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialardır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə isə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia ərizəsindən müəyyən edilir ki, iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsinə əsasən nağdsız qaydada dəyərini satıcıya tam ödədiyi mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bu tələbi məcburetmə haqqında iddia növünə uyğundur. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq əlavə dəyər vergisi məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1156/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı). İş materiallarından görünür ki, iddiaçı hazırkı iddianı 30 günlük müddəti ötürməklə qaldırmışdır. Belə ki, işdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən sonuncu dəfə cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə imtina edilmiş, iddiaçı isə xx.xx.2025-ci ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı 2023-cü ildə ona bəlli olan hal üçün xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən məcburetmə haqqında iddia üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4 Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-11204/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11204/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver