Məhkəmə qərarları › İş №2-1(112)-11206/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11206/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11206/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110.499 manatın 16.855,78 manat ƏDVnin 30 %-i (5.056,73 manat) barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-yə) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə üçüncü şəxs qismində "xxxx" MTK inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə onun arasında olan xx.xx.2023-cii il tarixli 0767 nömrəli payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzili almışdır. Müqavilə üzrə mənzilin məbləği ƏDV-si daxil olmaqla 110.499 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğ tam olaraq xx.xx.2023-cü il tarixdə ödənilmişdir. ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110.499 manatın 16.855,78 manat ƏDV-nin 30 %-i (5.056.73 manat) barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-yə) ötürülməsi barədə qanununun tələbinə əsasən 90 gün ərzində cavabdehə müraciət etmişdir. İlk müraciəti xx.xx.2023-cü il tarixdə elektron formada olmuşdur. Təxminən 1 ildən çox müddətdə cavabdehlə müxtəlif məzmunlu yazışmalar oldu. Bundan başqa müxtəlif əsaslarla imtinalar oldu həmin imtinalara əsas olmuş sənədlər hamısı qanunvericiliyə uyğun olaraq qaydasına salınmışdır. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə imtina xx.xx.2025-ci il tarixdə verilmişdir.

4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmiş xx.xx.2023-cü il tarixli “Müraciətə baxılması barədə” məktubla xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və uyğunsuzluğun 10 (on) iş günü ərzində aradan qalxacağı və ödənişin nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlər 10 (on) iş günü ərzində tam təqdim ediləcəyi təqdirdə ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla biləcəyi iddiaçıya bildirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli **********6525100 nömrəli qərarla alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmadığına görə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə ƏDV-nin qaytarılması ilə bağlı yenidən vergi orqanına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə **********193500 və nömrəli qərarla elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilmədiyi üçün ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş və **********178400 nömrəli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən həmin qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci il tarixindən istifadəyə verilmiş və həmin tarixdən alıcılara təqdim edilən mənzil üzrə elektron qaimə-faktura təqdim edilməlidir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Bildiririk ki, İddiaçı əlavə dəyər vergisinin qaytarılması üçün elektron ərizə ilə müraciətində etmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş sənədlərinin təyinat hissəsində “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin alıcı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********956400 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Əlavə olaraq ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) ilə əlaqədar bildiririk ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək tələbin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi etiraz etmədən iddiaya mahiyyəti üzrə baxılmasını məhkəməyə həvalə etdi.

II. İddianın növü

8. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

9. Hazırkı iş üzrə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin 30 faizinin ödəyiciyə qaytarılmasını tələb etmişdir.

10. X1 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Odur ki, iddianın növü öhdəliyin icrası növündə iddiadır.

12. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehin iddiaçıya ünvanlandığı ƏDV-sı qaytarmaq ərizəsindən imtina barədə bildirişdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli **********740700 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”niz üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bu barədə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nin 5.6cı bəndinə uyğun olaraq əsaslandırılmış inzibati akt bildirişin qoşmasında Sizə təqdim edilir.

14. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehin iddiaçıya ünvanlandığı müraciətə baxılması barədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********137700 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası’’ təsdiq edilib. Təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədlərini satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin sizin tərəfinizdən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan və Sizin adınızdan ödəniş nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildiyi təqdirdə ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla bilər.

15. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 0767 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, "xxxx" MTK ilə iddiaçı arasında ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzili alınmasına dair müqavilə bağlanılmışdır.

16. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığında qeyd edilmişdir ki, ödəniş edən X5, ödənişin təyinatı: İddiaçı AVNT-0767 xx.xx.2023 san üzrə tam ödəniş ƏDV, ödənişin məbləği 16.855,78 manat, alan müştəri: "xxxx" MTK-dır.

17. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən qeyd edilmişdir ki, ödəniş edən X5, 16.873 manat və 93.643,22 manat AVNT-0767 xx.xx.2023cu il tar sənəd üzrə tam ödənişi əsas məbləğ.

18. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Avant Park” layihəsinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, 2 nömrəli, 2 otaqlı 74,31 kv.m mənzil "xxxx" MTK-yə məxsusdur. xx.xx.2023-cü il tarixli 0767 saylı payçı müqaviləsinə əsasən 1ci bina, 1-ci blok, 14-cü mərtəbə, 2 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

19. İddiaçı tərəfindən təqdim edilmiş X3 xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın alışı ilə bağlı 93.643,22 manat və 16.873 manat (ƏDV) ödənişi İddiaçı əvəzindən X5 tərəfindən ödəniş edilmişdir, lakin bu ödəniş X5 adından qeydə alınmışdır, qeyd olunan ünvanda yerləşən mənzili İddiaçı almış və ödənilmiş vəsait ona məxsusdur. X5 bildirir ki, bu vəsaitin ona heç bir aidiyyəti yoxdur, sözü gedən mənzil onun mülkiyyətində deyil, İddiaçı mülkiyyətindədir. Bu vəsaitlə bağlı ona qarşı heç bir iddiası yoxdur və İddiaçı adından xx.xx.2023-cü tarixli 0767 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin məbləğlər ******************** və ******************** nömrəli hesablara ödənilmişdir. O İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixdə edilmiş ödəniş ona məxsusdur və onun adından xx.xx.2023-cü il tarixli, 0767 nömrəli alqı-satqı müqaviləsi üzrə ödəniş edilməsi üçün X4 etibar edilmişdir.

20. Cavabdehin xx.xx.2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********193500 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizələrə 767 nömrəli müqavilə, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməsin.

21. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-Z-7xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli, **********225100 nömrəli müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Təsdiq edilmiş qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda (https://new.e-taxes.gov.az/eportal/az/login/) qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərməlidir: yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti (alqı-satqı müqaviləsi); alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi.

İV. Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

23. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

24. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin onun tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilməsi halı olmuşdur.

25. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən, alıcının ƏDV-nin qaytarılması məqsədi ilə vergi orqanına müraciət etmək hüququ 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etdikdə yaranır.

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, X3 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın alışı ilə bağlı 93.643,22 manat və 16.873 manat (ƏDV) ödənişi İddiaçı əvəzindən X5 tərəfindən edilmişdir, lakin bu ödəniş X5 adından qeydə alınmışdır, qeyd olunan ünvanda yerləşən mənzili İddiaçı almış və ödənilmiş vəsait ona məxsusdur. İddiaçı adından xx.xx.2023-cü tarixli 0767 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin məbləğlər ******************** və ******************** nömrəli hesablara ödənilmişdir.

27. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən yaşayış sahələrinin dəyərinin tam ödənilməsi ilə bağlı hər hansı şübhə yoxdur. Belə ki, iddiaçı tərəfindən "xxxx" MTK-ya həmin ödənişlərin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı iddiaçı tərəfindən mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına ödənilməsi halı da müəyyən edilmişdir.

28. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır.

29. Məhkəmə cavabdehin ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin iddiaçı tərəfindən aparılmadığı dəlilini əsassız hesab edərək bildirir ki, bu hal, iddiaçının məsuliyyət sferasına aid olmamaqla, imtina üçün əsas deyildir.

30. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmiş ödəniş qəbzlərində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı, ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) göstərilmişdir. Başqa sözlə, ödəniş iddiaçı tərəfindən bilavasitə həyata keçirilməsə belə, həmin ödənişin məhz onunla "xxxx" MTK arasında bağlanmış müqavilə üzrə həyata keçirildiyi aydın görünür. Həmçinin "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, iddiaçı tərəfindən sözügedən mənzilin dəyəri tam ödənilmişdir.

31. Belə olan təqdirdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilə bilər.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbin təmin edilməsi. ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1ci blok, 14-cü mərtəbə, 2 nömrəli, 2 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110.499 manatın 16.855,78 manat ƏDV-nin 30 %-i (5.056,73 manat) barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-yə) ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar