Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11209/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsi və pensiyanın “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan 37.3.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsi, gözlənilən əmək pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin 2-1(112)-11209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdeh tərəfindən qəbul edilmiş pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8602/2024 nömrəli qərarın ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı X3 xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “pensiyanın yenidən hesablanması” vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi üzrə e-2-1(112)-10906/2024 nömrəli inzibati iş hazırda məhkəmənin icraatındadır. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmeti, işlərin faktiki və hüquqi əsasları eynidir, hər iki iddia eyni cavabdehə qarşı verilmişdir. Belə olan halda, işlər üzrə vahid qərar qəbul edilməsi məqsədilə hər iki müstəqil iş üzrə icraat bir icraatda birləşdirilməlidir. Odur ki, hazırkı 2-1(112)-11209/2024 nömrəli inzibati iş üzrə icraatın e-2- 1(112)-10906/2024 nömrəli inzibati iş üzrə icraata birləşdirilməsi məqsədəuyğundur. İPM-in 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 16.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair 2-1(112)- 11209/2024 nömrəli inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2- 1(112)-10906/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-11209/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11209/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver