Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1121/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona aid əlillik dərəcəsinin təyin edilməsi barədə imtinası əsassız sayılması, ona peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi və əmək qabiliyyətinin ən azı 60 faiz itirilməsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 izahatında bildirdi ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC-də müxtəlif vəzifələrdə işləmişdir. 2010-cu ilin dekabr ayından başlayaraq iddiaçının sağ işlək əlində qıcolmalar başlamış və bununla əlaqədar 2011-ci ilin yanvar ayında həkimə müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində iddiaçıya “yazı spazmı” diaqnozu qoyulmuşdur. Bu xəstəliyi iddiaçı bankda işlədiyi müddətdə qazanmışdır. Belə ki, “yazı spazmı” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na daxildir. Həmin qərarda yazı spazmı xəstəliyinə səbəb kimi yüksək hərəkət koordinasiyası, sürətlə yerinə yetirilən eyni tipli hərəkətlərlə əlaqəli işlər göstərilmişdir. 2009-cu ilin may ayından 2011-ci ilin yanvar ayına kimi iddiaçı 404 kredit işi icra etmiş, 2011-ci ilin fevral ayında verilmiş həkim məsləhəti ilə bankda iddiaçının vəzifəsi dəyişdirilərək yazı əlaqəsi az olan işə keçirilsə də, “yazı spazmı” xəstəliyi davam etmişdir və hazırda da davam etməkdədir. İddiaçının xəstəliyinin yaranmasına səbəb bank tərəfindən qoyulan aylıq iş planlarının fiziki (əzələ) və psixoemosional (stress) gərginlik yaratması və qeyd olunmayan iş saatlarından əlavə işləməyi olmuşdur. 2011-ci ilin yanvar ayından indiyə kimi iddiaçının müxtəlif (dövlət, özəl, ölkəxarici) tibb müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq, iddiaçının sağ - işlək əlində sağalma müşahidə olunmamış və təyin olunmuş “yazı spazmı” diaqnozunun xroniki peşə xəstəliyi olduğu müəyyən edilmişdir. Qanunvericiliyə uyğun (işçinin əmək şəraitinin sanitariyagigiyenik xasiyyətnaməsi və digər) sənədləri topladıqdan sonra iddiaçı peşə xəstəliyimlə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmişdir. Poliklinikanın göndərişi ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək V.Axundov adına X1 İnstitutunun Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və “yazı spazmı” (Xəstəliklərin beynəlxalq təsnifatı kodu - F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi “nevrasteniya" (XBT kodu - F 48.0) xəstəliyi təsdiq edilmişdir, “yazı spazmı” xəstəliyinin peşə yönümlü olması barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixdən iddiaçı Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Poliklinikasının göndərişi ilə Psixi Sağlamlıq Mərkəzi tərəfindən müayinə olunaraq “nevrasteniya yazı spazmı ilə” diaqnozu barədə rəy almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı Abşeron rayon Poliklinikasının göndərişi ilə Sumqayıt şəhər Psixatriya Xəstəxanası tərəfindən müayinə olunaraq “nevrasteniya yazı spazmı ilə” diaqnozu barədə rəy almışdır. Koronavirus pandemiyası ilə əlaqədar xəstəxanalara göndəriş verilməsi mümkün olmadığı üçün iddiaçı xx.xx.2020-ci il tarixədək Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmiş, Abşeron rayon Poliklinikasının göndərişi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və yenidən peşə xəstəliyi təsdiqlənmiş, xx.xx.2020-ci il tarixədən ambulator müalicəni Abşeron rayon Poliklinikasında davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı lazımi məlumatlar Abşeron rayon Poliklinikası tərəfindən 0215003AABHZ nömrəli göndəriş (Forma 88) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X7 ötürülmüşdür, həmin gün imtina cavabı verilmişdir. İmtina səbəbi kimi iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması göstərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının məlumatları 26 saylı identifikasiya nömrəsi ilə Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrinə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının məlumatları təkrarən (2-ci dəfə) poliklinika tərəfindən yenilənərək 0215003AABQJ nömrəli göndəriş ilə Azərbaycan Respublikası ƏƏSMN MİS TSERAS-a ötürülmüşdür. Ordan isə həmin gün təkrarən imtina cavabı verilmişdir. İmtina səbəbi kimi yenidən iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması göstərilmişdir. Bununla bağlı iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının TSERAS-dan 0215003AABQJ nömrəli göndərişinə xx.xx.2020-ci il qiymətləndirmə tarixli imtina cavabı verilmiş, imtina səbəbi kimi əlavə müalicəyə ehtiyac olması və Psixatriya Xəstəxanasında müayinə və müalicə məsləhəti qeyd olunmuşdur. Abşeron rayon Poliklinikasının göndərişi ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər Psixatriya Xəstəxanasında nevrasteniya və yazı spazmına görə stasionar müalicə almışdır. Daha sonra Abşeron rayon Poliklinikasında iddiaçı ambulator müalicə almış və hal-hazırda da davam edir. xx.xx.2021-ci il tarixdə iddiaçının məlumatları üçüncü dəfə poliklinika tərəfindən yenilənərək 0215003AAB3W nömrəli göndəriş ilə ƏƏSMN MİS TSERAS-a ötürülmüş, xx.xx.2021-ci il tarixdə yenidən imtina cavabı verilmişdir. İmtina səbəbi kimi xəstəlik (bülleten) vərəqələrimin günlərinin reyestrdə tam göstərilməməsi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının məlumatları dördüncü dəfə poliklinika tərəfindən yenilənərək 0215003AACBK nömrəli göndəriş ilə ƏƏSMN MİS TSERAS-a ötürülmüşdür. Oradan isə aidiyyəti quruma cavabın 15 iş günündən çox gecikməsi (Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4. bəndi) ilə bağlı şikayət müraciətindən sonra xx.xx.2021-ci il tarixdə yenidən imtina cavabı verilmişdir. İmtina səbəbi kimi yenə əlavə müalicəyə ehtiyac olması və Psixatriya Xəstəxanasında müayinə və müalicə məsləhəti qeyd olunmuşdur. Hal-hazırda 450 günə (15 ay) yaxındır ki, iddiaçı bülletendədir. Yuxarıda göstərilən dövr ərzində peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı lazımi məlumatları Abşeron rayon Poliklinikası tərəfindən 4 dəfə yenilənərək cavabdeh quruma göndəriş (Forma 88) əsasında ötürülsə də, dəfələrlə əsassız (qanunsuz) olaraq iddiaçıya imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2017-ci il tarixli 2712003AACN8 saylı göndərişi ilə qiymətləndirilmiş və generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, İdiopatik epilepsiya, tonik-klonik generalize olunmuş qıc olma tutmaları diaqnozu ilə göndərişin natamam doldurulması, xəstə hesab edilən illər ərzində diaqnozun ağırlaşmasının heç bir tibbi sənədlərlə təsdiq olunmaması əsası ilə imtina verilmişdir. Xəstəxananın xx.xx.2017-ci il tarixli 2712003AACRC saylı göndərişi əsasında qiymətləndirilmiş və generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, İdiopatik epilepsiya, tonik-klonik generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 10-12 dəfə). Qıcolma və spazm, Tez-tez baş verən qıcolma tutmaları (ayda 10-12 dəfə), sağ əlin İV-V barmağlarında ağrı və qıcolma. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, İdiopatik epilepsiya, tonik-klonik generalizə olunmuş qıcolma tutmaları ilə (ayda 10-12 dəfə); Meyar: 2.2 İkinci dərəcə əlillik => epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən qərar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin. 10.2019-cu il tarixli xx/xx-8692 nömrəli məktubuna əsasən 47 nəfərin sənədində aşkar edilmiş uyğunsuzluqlar nəticəsində xx.xx.2019-cu il tarixdən etibarsız hesab edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0215003AABQJ saylı göndərişi əsasında qiymətləndirilmiş və digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, nevrotik pozğunluqlar yazı spazmı diaqnozu ilə əlavə müalicəyə ehtiyacın olması, müayinələri, diaqnoz və ağırlaşmaları əlillik təyin etməyə imkan vermir, psixatriya xəstəxanasında müayinə və müalicə məsləhətdir əsası ilə imtina verilmişdir. Mərkəzi Xəstəxananın xx.xx.2021-ci il tarixli 0215003AAB3W saylı göndərişi əsasında qiymətləndirilmiş, digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, nevrotik pozğunluqlar yazı spazmı, ağırlaşma F48.0 nevrasteniya, yazı spazmı ilə. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Nevrasteniya. Yanaşı xəstəliklər 11.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], arterial hipertenziya İ dərəcə diaqnozu ilə, göndərişin natamam doldurulması, xəstənin adına əmək müqaviləsi oldugu halda. Xəstəlik vərəqələrinin günlərinin reystrdə tam göstərilməməsi, dəqiqləşdirilməsi əsası ilə imtina verilmişdir. xx.xx.2021-ci il tarixli 0215003AACBK saylı göndərişi əsasında qiymətləndirilmiş və nevrotik pozğunluqlar yazı spazmı. eniyə yazı spazmı ilə. Arterial hipertenziya İ dərəcə. Nevrasteniya diaqnozu ilə, əlavə müalicəyə ehtiyacın olması, Psixatriya xəstəxanasında müayinə və müalicə olunması tövsiyə olunur əsası ilə imtina verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 275/MEŞ saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Rafik oğluna “Nevrasteniya yazı spazmı ilə” ( XBT Nevrasteniya F48.0, Yazı spazmı F48.8) diaqnozu peşə fəaliyyəti ilə bağlıdır və bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 nömrəli “Qərar”ının (“İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında”, Bakı şəhəri, 14 yanvar 2002-ci il) 16-cı bəndinə uyğun olduğundan peşə xəstəliyi hesab edilir. “Nevrasteniya yazı spazmı ilə” diaqnozu, Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3 bəndinə uyğun olaraq “Üçüncü dərəcə əlillik” kimi qiymətləndirilməsi və itirilmiş əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətli nümayəndələri tərəfindən təyin olunur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Psixatriya xəstəxanasında müalicə və müayinə olunması tövsiyə olunur. Forma 88 – 0215003AACBK. Qiymətləndirmə tarixi xx.xx.2021-ci il. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ V.Y.Axundov adına ET X5 PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir: 1985-ci il təvəllüdlü İddiaçı Rafık oğlu V.Y.Axundov adına ET X2 Peşə xəstəlikləri klinikasında (xx.xx.2020 xx.xx.2020 tarixlərdə) müayinədən keçirilmiş, “Nevrasteniya yazı spazmı ilə" (XBT Nevrasteniya F48.0, Yazı spazmı F48.8) diaqnozu, təqdim edilən sənədlərə əsasən peşə fəaliyyəti ilə bağlıdır. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 nömrəli “Qərar”ının (“İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında”, Bakı şəhəri, 14 yanvar 2002-ci il) 16-cı bəndinə uyğun olduğundan peşə xəstəliyidir. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3.9-cu bəndində F48.0, F48.8. ’’Nevrasteniya” “Yazı spazmı” diaqnozuna uyğundur və uzun müddət dekompensasiya vəziyyətində olan psixopatiyalara aiddir (uzun müddət dekompensasiya (6 aydan çox) vəziyyətində olan səxsiyyət pozuntuları və psixopatiyalar. “Nevrasteniya yazı spazmı ilə” diaqnozu, Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3 bəndinə uyğun olaraq “Üçüncü dərəcə əlillik” kimi qiymətləndirilir və bu halda itirilmiş əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətli nümayəndələri tərəfindən təyin olunur. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9-cu bəndinə əsasən uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79). 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişləri əsasında bir neçə dəfə qiymətləndirilmiş və göndərişin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması, psixatriya xəstəxanasında müalicə və müayinənin məsləhət görülməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu dəfə isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AACBK nömrəli göndərişi (Forma 088) əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması, psixatriya xəstəxanasında müalicə və müayinə olunmasının tövsiyə olunması səbəbilə iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Lakin Azərbaycan Respublikası TƏBİB PHŞ V.Y.Axundov adına ET X5 PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Rafık oğlu V.Y.Axundov adına ET X2 Peşə xəstəlikləri klinikasında (xx.xx.2020 - xx.xx.2020 tarixlərdə) müayinədən keçirilmiş, “Nevrasteniya yazı spazmı ilə" (XBT Nevrasteniya F48.0, Yazı spazmı F48.8) diaqnozu, təqdim edilən sənədlərə əsasən peşə fəaliyyəti ilə bağlıdır, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3.9-cu bəndində F48.0, F48.8. ’’Nevrasteniya” “Yazı spazmı” diaqnozuna uyğundur və uzun müddət dekompensasiya vəziyyətində olan psixopatiyalara aiddir (uzun müddət dekompensasiya (6 aydan çox) vəziyyətində olan səxsiyyət pozuntuları və psixopatiyalar, “Nevrasteniya yazı spazmı ilə” diaqnozu, Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3 bəndinə uyğun olaraq “Üçüncü dərəcə əlillik” kimi qiymətləndirilir. Eyni zamanda iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 275/MEŞ saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Rafik oğlunun “Nevrasteniya yazı spazmı ilə” (XBT Nevrasteniya F48.0, Yazı spazmı F48.8) diaqnozu peşə fəaliyyəti ilə bağlıdır və bu diaqnoz Azərbaycan Respublikası Naziriər Kabinetinin 7 nömrəli “Qərar”ının (“İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında”, Bakı şəhəri, 14 yanvar 2002-ci il) 16-cı bəndinə uyğun olduğundan peşə xəstəliyi hesab edilir, “Nevrasteniya yazı spazmı ilə” diaqnozu, Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3 bəndinə uyğun olaraq “Üçüncü dərəcə əlillik” kimi qiymətləndirilməsi və itirilmiş əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətli nümayəndələri tərəfindən təyin olunur. Göründüyü kimi, ixtisaslaşdırılmış tibb müəssisəsinin və iş üzrə keçirilmiş tibbi ekspertizanın rəyi ilə iddiaçıya təyin edilmiş diaqnozun üçüncü dərəcə əlilliyin təyininə əsas verdiyi müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1121/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1121/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver