Məhkəmə qərarları › İş №2-1(112)-11212/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11212/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11212/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və mənsubiyyətin tanınması” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun barəsində olan “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı 16 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03 iyul 1971-ci il tarixdə Ağdam rayonunun Göytəpə kəndində doğulmuşdur.1978-1988-ci illərdə Ağdam şəhər 6 saylı orta məktəbdə oxumuşdur, 1998-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir.1989-1991ciillərdə keçmiş sovet ordusunda hərbi xidmətdə olub, hərbi xidmətdən qayıtdıqdan sonra Ağdam şəhərində ailəsinin yaşadığı ünvan 1 ünvanında yaşamaqda davam etmişdir. Hazırda həmin ünvanda daimi qeydiyyatdadır. 1993-1998-ci illərdə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil almışdır. 2000-ci ildən eyni zamanda Rusiya Federasiyasının vətəndaşıdır. 07 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı 16 iyul 2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. ******* saylı 06 iyul 2022-ci il tarixli qərar ona 3 saylı ASAN xidmət mərkəzində 27 iyul 2022-ci il tarixdə təqdim olunmuşdur və bu barədə kitaba imza edərək, həmin qərarı rəsmi qaydada həmin gün almışdır. Cavabdeh inzibati orqan qərarını onunla əsaslandırmışdır ki, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu aşkar edilmişdir. Onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olmağı onun doğulduğu 03 iyul 1971-ci il tarixdən hal-hazıradək vətəndaşı olduğu Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda (münasibət) göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1971-ci ildə Azərbaycan Respublikasında doğulsa da, sonradan Rusiya Federasiyasına getmiş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Şəxs SSRİ pasportu əsasında Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş, RF pasportla 2002-ci ildə ölkə ərazisinə gəlmiş, həmçinin 2014-cü ildə ilk dəfə olduğu yer üzrə qeydiyyatla bağlı DMX-ya müraciət etmiş və şəxs əcnəbi kimi olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu da o deməkdir ki, şəxs vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində əcnəbi kimi qanuni surətdə yaşamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında iddia ərizəsində qeyd olunanları müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya aid Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə-anketin surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasında sonuncu qeydiyyyat ünvanı ünvan 2n müəyyən olunur ki, hazırki iddia mübahisələndirmə haqqında iddialara aiddir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (Mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağdam rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləridir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi hazırki işin aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilib-göndərilməməsinin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İPM-nin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54, 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və mənsubiyyətin tanınması” tələbinə dair 2-1(112)-11212/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar