Məhkəmə qərarları › İş №2-1(112)-11215/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11215/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11215/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, Bakı şəhəri Nərimanov rayonu, Moskva prospekti, ev 99/2, mənzil 57-ni X2 onun ailə üzvlərinin razılığı ilə 02 iyun 2003-cü il tarixli, 191699 nömrəli alğı-satqı müqaviləsinə əsasən almışdır. Hazırda həmin yaşayış sahəsi, yəni Bakı şəhəri Nərimanov rayonu, Moskva prospekti, ev 99/2, mənzil 57 **********16- 05101-093007 seriya nömrəli daşınmaz əmlakın reyestrlə, ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-cii il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindir. X1 arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi olsa belə X6 pasport qeydiyyatında qalmışdır. O neçə müddətdir ki, X5 axtarır ki, gəlib onun xüsusi mülkiyyətində olan ünvan 1-dən pasport qeydiyyatından çıxsın. Lakin heç bir nəticəsi olmamışdır, çünki o, X5 ümumiyyətlə tapa bilmir. O, məcbur qalaraq rəsmi ərizə ilə Nərimanov rayon Polis şöbəsinə müraciət edərək, X3 xüsusi mülkiyyətində olan ünvan 1-dən pasport qeydiyyatından çıxarılması barədə müvafiq göstərişlər verilməsini xahiş etmiş, lakin Nərimanov Rayon Polis İdarəsi 25 iyun 2024-cü il tarixli, 50/2-C-13540/2-11 nömrəli məktubla şəxsin qeydiyyatdan çıxarılmasından imtina etmişdir. ASAN 7 tərəfindən iddiaçıya verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında X6 qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlər və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu madddəsinin 4-cü bəndinə əsasən, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. ASAN 7 AR DİN tərəfindən iddiaçıya verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda keç bir şəxs yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisə predmeti ortadan qalxmışdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı X3 qeydiyyatdan çıxarılması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar