Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1122/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Hoçaz kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (böyük mütəxəssis, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 04 iyul 2019-cu il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 04 iyul 2019-cu il tarixdən təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1122/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1962-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasının və hərbi biletinin surətlərindən görünür ki, 15 avqust 1979-cu il tarixdən 27 noyabr 1979-cu il tarixinədək “Azərneftmaştəmir” İB-nin maşınqayırma zavodunda tokar şagirdi, 23 dekabr 1979-cu il tarixdən 25 oktyabr 1980-ci il tarixinədək həmin idarədə anbar nəqledicisi peşəsində işləmiş, 10 noyabr 1980-ci il tarixdən 19 noyabr 1982-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 21 fevral 1983-cü il tarixdən 02 yanvar 1984-cü il tarixinədək 1 saylı Bakı TQİ-də fəhlə, 13 yanvar 1984-cü il tarixdən 27 avqust 1984-cü il tarixinədək həmin idarədə fəhlə peşəsində işləmiş, 01 sentyabr 1984-cü il tarixdən 24 iyul 1985-ci il tarixinədək 75 saylı texniki-peşə məktəbində təhsil almış, 06 avqust 1985-ci il tarixdən 28 aprel 1988-ci il tarixinədək X3 İdarəsində üzən heyətin tərkibində aşbaz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:********) peşəsində, 20 may 1988-ci il tarixdən 28 fevral 1989-cu il tarixinədək “Xəzəmeftflot” İB-nin “Cənub rayon İdarəsi”nin gəmisində aşbaz peşəsində (2 №-li əlavə üzrə kod.********), 01 mart 1989-cu il tarixdən 01 aprel 1989-cu il tarixinədək “Xəzərdənizneftgeofizikakəşfiyyaf” trestinin “Seysmokəşfiyyat” teploxodunda aşbaz (2 №li əlavə üzrə kod:********), 01 aprel 1989-cu il tarixdən 10 mart 1990-cı il tarixinədək həmin idarədə geofizika partiyasının fəhləsi, 06 aprel 1990-cı il tarixdən 21 dekabr 1990-cı il tarixinədək həmin idarənin “Bolşevik” teploxodunda aşbaz (2 №-li əlavə üzrə kod:********), 21 dekabr 1990-cı il tarixdən 21 avqust 1991-ci il tarixinədək həmin teploxodda matros, 26 avqust 1990-cı il tarixdən 06 mart 2000-ci il tarixinədək “Cənub Dəniz neftdonanma” İdarəsinin bir neçə teploxodlarında matros (2 №-li əlavə üzrə kod:********), 09 mart 2000ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bul Kaspian” gəmisində matros (2 №-li əlavə üzrə kod:********), 01 iyun 2001-ci il tarixdən 17 may 2012-ci il tarixinədək “Orion-10”, “Orion-16”, “Ağdərə-7”, “PS-175”, “Qaradağ-8” gəmilərində matros, 17 may 2012-ci il tarixdən 18 sentyabr 2012-ci il tarixinədək “Karvan” növbə xidməti gəmisində matros (2 №-li əlavə üzrə kod:********), 20 sentyabr 2012-ci il tarixdən 01 aprel 2014-cü il tarixinədək “Abşeron Rayon X8sı İdarəsinin “Karvan” növbə xidməti sahəsində böyük matros (2 №-li əlavə üzrə kod:********) vəzifələrində işləmiş, 01 may 2014-cü il tarixdən bu günə kimi Azərbaycan X3 QSC-nin Gəmi Xilasetmə vasitələrinin təmiri sahəsində təmirçi-çilingər vəzifəsində işləyir. Beləliklə 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 25 il 09 gün təşkil etmiş (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı toplamış), həmin staj illərindən 19 il 5 ay 8 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13 maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 04 iyul 2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göstərilənləri nəzərə alaraq İddiaçı pensiya almaq hüququ yarandığı 04 iyul 2019-cu il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il taxirli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2ci bəndinin “b” yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İddiaçının “Azərbaycan X3” QSC-nin Xəzər X8sı tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli EN07/02-526 nömrəli arayışda işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığı qeyd olunmuşdur. Eyni zamanda onun ümumi iş stajı 25 ildən az təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Qubdalı rayonu Fərcan kəndində anadan olmuşdur. İşdə olan НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, 10 noyabr 1980-cı il tarixdən 19 noyabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sahilxan oğlu 15.08.1979-cu il tarixdə 27.11.1979-cu il tarixədək Dimitrov adına Maşınqayırma Zaovud “Azərneftmontəmir” İBnin 2 saylı müəssisəsində xarrat köməkçisi vəzifəsində, 03.12.1979-cu il tarixdən 25.10.1980-ci il tarixədək “Bakı Elektrik məişət cihazları” zavodu MTSŞ qot. məhsulları anbarına 2-ci dərəcəli daşıyıcı vəzifəsində işləmişdir. 21.02.1983-cü il tarixdə ANN TQT 1 saylı Bakı TQİ-nə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 02.01.1984-cü il tarixdə “Xüsusi Quraşdırma Təmir İdarəsi”nin sərəncamına keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. 13.01.1984-cü il tarixdən 27.08.1984-cü il tarixədək Azərbaycan SSR İcraiyyə Komitəsinin Xüsusi Tikinti Zavodunda 2-ci dərəcəli fəhlə vəzifəsində, 01.09.1984-cü il tarixdə 75 saylı TPM-də aşpaz-çörəkçi qrupuna qəbul edilmiş, 24.07.1985-ci il tarixdə 75 saylı TPM-ni bitirməsi ilə bağlı çıxarılmışdır. 06.08.1985-ci il tarixdən 28.04.1988-ci il tarixədək X3 75 saylı TPM-ni bitirdikdən sonra Nəqliyyat Donanmasının üzmə heyətində aşpaz vəzifəsində, 20.05.1988-ci il tarixdə “X7” İdarəsinin X2 Cənub Rayonu İdarəsi Seysmokəşfiyyat t/x 2-ci dərəcəli aşpaz vəzifəsinə qəbul edilmiş, 28.02.1989-cu il tarixdə “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestinə keçirilməklə azad edilmişdir. 01.03.1989-cu il tarixdə NSN Başneftgeofizika “Dənizgeoititf” İB “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestikeçirilmiş, 10.03.1990-cı il tarixdə işdən azad edilmişdir. 06.04.1990-cı il tarixdə “Aznəqlyoltikinti” LSTBİ Bolşevik t/x aşpaz vəzifəsinə qəbul edilmiş, 21.12.1990-cı il tarixdə MT 7026-ya birinci dərəcəli matros vəzifəsinə, 06.07.1991-ci il tarixdən MT 6082yə matros vəzifəsinə keçirilmiş, 21.08.1991-ci il tarixdə işdən azad edilmişdir. 26.08.1991ci il tarixdə Ağdərə 7 gəmisinə 1-ci dərəcəli matros vəzifəsinə qəbul edilmiş, 01.11.1991ci il tarixdə Zərdab-6-ya 1-ci dərəcəli matros, 07.02.1992-ci il tarixdən “Cənub-20” gəmisinə 1-ci dərəcəli matros, 14.11.1995-ci il tarixdən “Ağdərə-7” gəmisinə 1-ci dərəcəli matros, 15.12.1992-ci il tarixdən “Cənub-18” gəmisinə 1-ci dərəcəli matros, 05.08.1996-cı il tarixdən “1219” gəmisinə 1-ci dərəcəli matros, 29.09.1997-ci il tarixdən 06.03.2000-ci il tarixədək “Cənub-5” gəmisinə 2-ci dərəcəli matros vəzifəsində işləmişdir. 09 mart 2000-ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bul Kaspian” gəmisində matros, 01 iyun 2001-ci il tarixdən 17 may 2012-ci il tarixinədək “Orion-10”, “Orion-16”, “Ağdərə-7”, “PS-175”, “Qaradağ-8” gəmilərində matros, 17 may 2012- ci il tarixdən 18 sentyabr 2012-ci il tarixinədək “Karvan” növbə xidməti gəmisində matros, 20 sentyabr 2012-ci il tarixdən 01 aprel 2014-cü il tarixinədək “Abşeron Rayon X8sı İdarəsinin “Karvan” növbə xidməti sahəsində böyük matros vəzifələrində işləmiş, 01 may 2014-cü il tarixdən bu günə kimi Azərbaycan X3 QSC-nin Gəmi Xilasetmə vasitələrinin təmiri sahəsində təmirçi-çilingər vəzifəsində işləyir. İşdə olan “Azərbaycan X3” QSC-nin Xəzər X8sı tərəfindən verilmiş 6N01/02-526 saylı, 29 iyul 2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 20.05.1988-ci il tarixində “Xəzərdənizneftdonanma” İdarəsinin Cənub Rayon X8 İdarəsinə t/x “Seysmorazvedçik” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə (20.05.1988-ci il tarixli 109-k nömrəli əmr) işə qəbul edilmişdir. 28.02.1989-cu ildə “Xəzərdənizneftgeofizkəşfiyyat” idarəsinə ötürülməsi ilə əlaqədar işdən azad edilmişdir (03.03.1989-cu il tarixli 50-k nömrəli əmr). 26.08.1991-ci ildə “Ağdərə-7” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (24.08.1991-ci il tarixli 151-k nömrəli əmr) keçirilmişdir. O, 01.11.1991-ci ildə Donanmanın “Zərdab-6” gəmisində 1-ci dərəcəli matros (01.11.1991-ci il tarixli 193-k nömrəli əmr), b/k “Cənub-20” gəmisində 1-ci dərəcəli matros (07.02.1992-ci il tarixli 25-k nömrəli əmr), 05.08.1996-cı ildə m/k “1219” gəmisində 1-ci dərəcəli matros peşəsində (05.08.1996-ci il tarixli 140-k nömrəli əmr) çalışmışdır. 09.09.1997-ci ildə “Cənub-5” gəmisinə 2-ci dərəcəli matros (09.09.1997-ci il tarixli 186-k nömrəli əmr) peşəsinə keçirilmiş, 06.03.2000-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (BİE Kaspian firmasına keçməsi ilə əlaqədar) (06.03.2000-ci il tarixli 28-k nömrəli əmr) işdən azad edilmişdir. 01.06.2001-ci ildə “Orion-10” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (01.06.2001-ci il tarixli 65-k nömrəli əmr) işə qəbul edilmişdir. 20.04.2005-ci ildə “Orion-6” gəmisində (20.04.2005-ci il tarixli 43-k nömrəli əmr) 1-ci dərəcəli matros, 03.07.2006-cı ildə “PSK-175” gəmisində aşpaz (03.07.2006-cı il tarixli 84-k nömrəli əmr), 04.08.2006-cı ildə “Ağdərə-7” gəmisində matros (04 08.2006-cı il tarixli 104-k nömrəli əmr) peşəsində çalışmışdır. 18.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (14.09.2012-ci il tarixli 2088-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 20.09.2012-ci ildə DİŞ-nin Karvan növbə xidməti sahəsinə böyük matros (20.09.2012-ci il tarixli 1962-k nömrəli əmr) peşəsinə işə qəbul edilmişdir. Hal-hazırda Gəmi xilasetmə vasitələrinin təmiri sahəsində çilingər vəzifəsində çalışır. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” İdarəsi 07.03.2007-ci ildən Xəzər X8sı adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X3nin və Xəzər X8sının yenidən təşkili yolu ilə “Azərbaycan X3“ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda pensiyaçı deyildir. Onun 57 yaşı 04 iyul 2019-cu il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********55 saylı, 28.08.2019cu il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin “b” yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətraflı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən vəzifə hesab edilir. “Azərbaycan X3” QSC-nin Xəzər X8sı tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli, EN-07/02-526 nömrəli arayışda işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafıyol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığı qeyd olunmuşdur. Eyni zamanda onun ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25il ümumi iş stajına malik olması mübahisələndirilməklə yanaşı, həmçinin onun həmin dövrədək işlədiyi peşələrin güzəştli iş stajı verən peşələrə aid olmadığı əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması və həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edildiyindən, ona cavabdeh tərəfindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən ilk növbədə 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az müddət təşkil etdiyi əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması dövründə cavabdehin nümayəndəsi 01.01.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı üzrə onun 09.03.2000-ci il tarixdən 16.05.2001-ci il tarixədək "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi dövr üzrə yoxlama aparılmaq mümkün olmadığından həmin dövrün sosial sığorta stajına hesablanmasından imtina edildiyi, buna görə də cavabdeh orqan tərəfindən onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az müddəti təşkil etdiyi qənaətinə gəlindiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsassız olmuşdur və həmin dövrlər pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 1 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X6 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Hazırki iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 09 mart 2000-ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bue Kaspian” gəmisində matros vəzifəsində işləməsi qeyd edilmişdir. Həmçinin əmək kitabçasında həmin qeyddən əvvəl iddiaçının 06 mart 2000-ci il tarixinədək “Cənub Dəniz neftdonanma” İdarəsinin bir neçə teploxodlarında matros işlədiyi, 06.03.2000-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (BUE Kaspian firmasına keçməsi ilə əlaqədar) (06.03.2000-ci il tarixli 28-k nömrəli əmr) işdən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının 09 mart 2000-ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bue Kaspian” gəmisində matros vəzifəsində işləməsi əmək kitabçası əsasında tam təsdiqini tapmışdır. Bununla belə məhkəmə tərəfindən əlavə araşdırma aparılaraq, İddiaçı 09.03.2000-ci il tarixdən 16.05.2001-ci il tarixədək "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair sənədlərin (əmrlər, əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin) təsdiq edilmiş surəti sorğu əsasında “Azərbaycan X3” QSC Xəzər X8sı İdarəsindən və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Azərbaycan X3” QSC Xəzər X8sı tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, TQ № 01/02-711 saylı məktubu əsasında Xəzər X8sının arxivində İddiaçı 06.03.2000-ci il tarixdən 16.05.2001-ci il tarixinədək "xxxx" Şirkətində işləməsi ilə bağlı mövcud olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" Şirkəti tərəfindən verilmiş 30.05.2001-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də edilmiş "xxxx" Şirkətində gəmidə 09.03.2000-ci il tarixdən 16.05.2001-ci il tarixədək gəmidə matros vəzifəsində işləmişdir. Şirkətdə işlədiyi müddət üzrə 86 gün istirahət günündə olmuşdur. "xxxx" şirkəti tərəfindən məhkəməyə daxil olmuş 06.08.2021-ci il tarixli məktubdan görünür ki, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, qeyd olunan dövr üçün arxiv məlumatları saxlanılmadığına görə İddiaçı "xxxx" Şirkətində işləyib-işləməməsi barəsində heç bir məlumat təqdim edilə bilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 09.03.2000-ci il tarixdən 16.05.2001-ci il tarixədək "xxxx" Şirkətində işləməsi öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövr sosial sığorta stajına hesablanmalıdır. Belə olan halda iddiaçının hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla, 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq müddəti, 25 il 10 ay 07 gün təşkil edir. Cavabdeh tərəfindən həmçinin iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 ay müddətinə xüsusi stajının olmadığı əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 06 avqust 1985-ci il tarixdən 28 aprel 1988-ci il tarixinədək X3 İdarəsində üzən heyətin tərkibində aşbaz, 20 may 1988-ci il tarixdən 28 fevral 1989-cu il tarixinədək “Xəzərneftflot” İB-nin “Cənub rayon İdarəsi”nin gəmisində aşbaz, 01 mart 1989-cu il tarixdən 01 aprel 1989-cu il tarixinədək “Xəzərdənizneftgeofizikakəşfiyyaf’ trestinin “Seysmokəşfiyyat” teploxodunda aşbaz, 01 aprel 1989-cu il tarixdən 10 mart 1990-cı il tarixinədək həmin idarədə geofizika partiyasının fəhləsi, 06 aprel 1990-cı il tarixdən 21 dekabr 1990-cı il tarixinədək həmin idarənin “Bolşevik” teploxodunda aşbaz, 21 dekabr 1990-cı il tarixdən 21 avqust 1991-ci il tarixinədək həmin teploxodda matros, 26 avqust 1990-cı il tarixdən 06 mart 2000-ci il tarixinədək “Cənub Dəniz neftdonanma” İdarəsinin bir neçə teploxodlarında matros, 09 mart 2000-ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bul Kaspian” gəmisində matros, 01 iyun 2001-ci il tarixdən 17 may 2012-ci il tarixinədək “Orion-10”, “Orion-16”, “Ağdərə-7”, “PS-175”, “Qaradağ-8” gəmilərində matros vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göründüyü kimi iddiaçı gəmi donanmasının müxtəlif gəmilərində gəmi heyətində aşbaz, fəhlə və matros vəzifələrində işləmişdir və həmin peşə və vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə “Azərbaycan X3” QSC-nin Xəzər X8sı tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli, EN-07/02-526 nömrəli arayış tərəfindən cavabdehə orqana təqdim edilmişdir. Lakin cavabdeh “Azərbaycan X3” QSC-nin Xəzər X8sı tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli, EN-07/02-526 nömrəli arayışda iddiaçının işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafıyol gəmilərinə aid olmadığının deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığının qeyd olunduğunu bildirərək, həmin müddətin güzəştli iş stajına hesablanmasından imtina etmişdir. Halbuki sözügedən arayışda aydın şəkildə iddiaçının işlədiyi gəmilərin liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş həmçinin şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olmadığı dəqiq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ. Nəqliyyat (kod ********) adlı bölməsinin Dəniz və çay donanması adlı 3-cü yarımbölməsində (kod ********) daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla “dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti” güzəştli iş stajına hesablandığından, iddiaçı gəmi heyətində işləməklə, işlədiyi gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olmadığından həmin müddətin güzəştli iş stajına hesablanmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsassız olmuşdur. Beləliklə iddiaçının 06.08.1985-ci il tarixdən 01.01.2006-cı il tarixədək X3 İdarəsinin gəmilərində gəmi heyətində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ. Nəqliyyat (kod ********) adlı bölməsinin Dəniz və çay donanması adlı 3-cü yarımbölməsində (kod ********) “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” uyğundur və həmin peşələr üzrə iddiaçının güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 20 il 04 ay 25 gün təşkil edir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 04 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 04 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1122/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1122/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver