Məhkəmə qərarları › İş №2-1(112)-1122/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1122/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1122/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X12 cəlb edilməklə) «sərəncamın etibarsız sayılması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Səbail RİH-ə qarşı Səbail RİH-in 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamın etibarsız hesab edilməsi və həmin sərəncamdan yaranmış bütün hüquqi əsasları kimi RX seriyalı, ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1999-cu ildən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1308 fakitiki ünvanda yaşayır. O, 2005-ci ildə həmin qəsəbədə 3-cü yaşayış sahəsi deyilən ərəzini uzun müddət abadlaşdıraraq torpaq sahəsini yaralı vəziyyətə gətirmişdir. Hazırda istifadə etdiyi 500 kv.m torpaq sahəsini Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etmişdir. O, mənzil şəraitinin genişləndirilməsi məqsədi ilə fərdi yaşayış evinin tikintisi üçün Badamdar bələdiyyəsinə müraciət etmişdir. Məsələyə Badamdar bələdiyyəsinin Yerli iqtisadi inkişaf daimi komissiyasının 1 sentyabr 2005-ci il tarixli iclasında baxılaraq onun Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində olan 500 kv.m torpaq sahəsini abadlaşdırmaqla yararlı vəziyyətə salınması nəzərə alınaraq, fərdi yaşayış evinin tikintisi üçün mülküyətinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 59-cu maddələrinin, eləcə də «Bələdiyyə torpaqlarınin ayrilmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 2.3 və 4-cü fəsillərinə əsaslanaraq Bələdiyyə 1 sentyabr 2005-ci tarixli 114 sayli ümümi iclasında 1 sentyabr 2005-ci il tarixdə 114 nömrəli qərar qəbul etmiş və həmin qərarla abadlaşdırdığı torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Bələdiyyənin 1 sentyabr 2005-ci il tarixli 114 saylı qərarı ilə həmin torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı 2005-ci ildən mülkiyyətinə verilmiş torpaq sahəsini mişar daşları ilə hasara almış və sahədə abadlıq işləri aparmışdır. 2018-ci ilədək hər il o, qeyd edilən torpaq sahəsinə torpaq vergisi ödəmişdir. 2018-ci ilin sentyabr ayının 17-də iddiaçı sözügedən ərazidə olarkən ona məlum olmuşdur ki, torpaq sahəsinin içərisində traktor hərəkət edir, iş görür. Sahədə olan şəxs iddiaçıya bildirmişdir ki, həmin torpaq sahəsinini övladı X13 14 sentyabr 2018-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. İddiaçı həmin vaxt onların hərəkətinə etiraz etmişdir. Sonradan araşdırma nəticəsinə iddiaçı müəyyən etmişdir ki, istifadəsində olan torpaq sahəsi X7 qanunsuz olaraq X12 tərəfindən satılmışdır. Həmçinin məlum olmuşdur ki, 14 saylı notariat kontorunda alqı-satqı müqaviləsində X4 əvəzinə salahiyyətli nümayəndəsi kimi X19 çıxış etmişdir. İddiaçının həmin torpaq sahəsinə sahiblik etdiyi digər qonşular təsdiqləyə bilərlər. 1991 – 2000-ci illərdə qüvvədə olmuş Bakı Şəhər XDS İK-nın 3/149 saylı 27 mart 1991-ci il qərarında göstərilmişdir ki, Bakı şəhərlərinin inzibati rayonlarının ərazisində yerləşən müəssə və təşkilatlarda mənzil növbəsində olan şəxslərə torpaq sahəsi ayrıla bilər, torpaq sahəsi ayrılmış vətəndaşlar mənzil növbəsindən çıxardılır. Mehman Rüstəmov uzun müddət Dövlət Neft Şirkətində işləmişdir və şirkət tərəfindən mənzillə təmin edilmişdir. Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamı ilə Mehman Rüstəmov və onun digər ailə üzvünə (Rüstəmova Z.K.) ayrıayrılıqda 0,06 ha torpaq sahəsi ayrılmışdır. X3 RİH-in 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamını saxtalaşdırmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciət edərək 11 sentaybr 2018-ci ildə tarixdə RX seryalı ******* nömrəli reyestdən çıxarış almışdır. Sonradan əmlak X2 və onun adına 18 sentaybr 2018-ci il tarixdə RX seryalı ******* nömrəli reyestrdən çıxarış alınmışdır. İddiaçının həmin torpaq sahəsi X12 və diğər şəxslər tərəfindən qanunsuz saxta sənədlə ələ keçirilmişdir. İddiaçının və digər zərərçəkmiş vətəndaşların ərzələri ilə əlaqədar Səbail Rpi-də araşdırma aparılmışdır. Həmin iş üzrə vətəndaş X4 əldə etdiyyi Səbail RİH sərəncamları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2019-ci il tarixli 5975 nömrəli ekspertiza rəyində dan keçirilərək saxta olduğu sübut olunmuşdur. Baki Şəhər Prokurorluğu 17 avgust 2019-cu il tarixdə X14 və digərləri barəsində ********* nömrəli cinayət işi hissəvi ləğv etmişdir. Cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə tövsif edilərək aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ-yə göndərilmişdir. 24 may 2021-ci il tarixdə Baki şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi icraatındakı Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi üzrə ********* nömrəli cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Göstərilənlərə və İPM-in 2.2.5, 36-cı maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64, 65, 67-ci maddələrinə əsaslanaraq, cavabdeh Səbail RİH-in 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncamdan yaranmış bütün hüquqi əsasları kimi RX seriyalı, ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X15 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Üçüncü şəxs X12 iddia ilə bağlı məhkəməyə ünvanlanmış ərizəsində bildirmişdir ki, prokurorluq orqanlarında istintaq zamanı İddiaçı Eyyub tərəfindən təqdim olunmuş sənədlər saxtadır. İmanov X16 bələdiyyəsinin sabiq rəhbəri ilə əlaqəyə girərək saxta sənədlər əldə etmişlər. Badamdar qəsəbəsinin 3-cü yaşayış massivi bələdiyyənin mülkiyyətində deyil və bələdiyyənin həmin ərazi ilə heç bir əlaqəsi yoxdur. Bələdiyyənin sabiq sədri X10 barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi aparılır. Göstərilənlərə əsaslanaraq, İddiaçı Eyyub oğlunun iddiasının rədd edilməsi və onun barəsində xüsusi qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 8 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı Eyyub oğlunun iddiası etirazla qarşılanır. Müvafiq tələblə bağlı İddiaçı Eyyub oğlunun 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə, İPM-in 35.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Bakı şəhəri Səbail RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, İddiaçı Eyyub oğlunun iddiasına etiraz olunur. İddiaçı iddia ərizəsində 1999-cu ildən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1308 ünvanda faktiki уaşadığını, həmin ərazidə 3-cü yaşayış sahəsi deyilən ərazini uzun müddət abadlaşdırdığını və istifadə etdiyi 500 kv.m torpaq sahəsini mənzil şəraitinin genişləndirilməsi məqsədilə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması üçün Səbail rayonu Badamdar bələdiyyəsinə müraciət etdiyini bildirmişdir. Məsələyə Bakı şəhəri, Səbail rayonu, Badamdar bələdiyyəsinin Yerli iqtisadi inkişaf daimi komissiyasının 1 sentyabr 2005-ci il tarixli iclasında baxıldığını, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində olan 500 kv.m torpaq sahəsinin Səbail bələdiyyəsinin 1 sentyabr 2005-ci i tarixli 114 nömrəli qərarı əsasında abadlaşdırdığı torpaq sahəsinin onun istifadəsinə verildiyini və həmin sahəni hasara aldığını qeyd etmişdir. Səbail rayon Badamdar qəsəbə nümayəndəliyinin 136 saylı 2 noyabr 2018-ci il tarixli arayışı əsasında qeyd edilir ki, vətəndaş İddiaçı yaşadığı evə yaxın ərazidə torpaq sahəsini zəbt edərək ona nəxsus olduğunu iddia edir və həmin torpaq sahəsindən yalnzı 500 kv.m hissəsinə Badamdar bələdiyyəsinin qərarını təqdim edir. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi Badamdar bələdiyyəsinin mülkiyyətinə verilməmişdir və həmin əraziyə verilmiş bələdiyyə qaərarı qeyri-qanunidir. Qəsəbə nümayəndəsi tərəfindən satıldığı iddia edilən torpaq sahəsi isə, ölçüsü 600 kv.m olmaqla vətəndaş X5 mülkiyyətindədir. Sözügedən ünvan Badamdar qəsəbə nümayəndəliyi tərəfindən nəzarətə götürülmüşdür. İddiaçı Səbail RİH başçısının 15 mart 1995-cı il tarixli 885 saylı sərəncamı əsasında vətəndaş X12 tərəfindən sözügedən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, 11 sentyabr 2018-ci il tarixdə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış aldığını və 2018-ci ilin sentyabrında sözügedən torpaq sahəsinin qonşusu olan X1, onun adına 18 sentyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli reyestdən çıxarış alındığını bildirmişdir. Həmçinin torpaq sahəsinin satılması zamanı 14 saylı notariat kontorunda alqı- satşg müqaviləsində X4 əvəzinə səlahiyyətli nümayəndəsi kimi çıxış edən, ünvan 6 ünvanda yaşayan X11 imzaladığını qeyd etmişdir. İddiaçı bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü уaşayış sahəsində yerləşən sözügedən torpaq sahəsi X12 və digər şəxslər tərəfindən qanunsuz saxta sənədlə ələ keçirilmişdir. İddiaçının Bakı şəhəri Səbail RİH-ə etdiyi çoxsaylı ərizələri nəzərə alınaraq, 4/10-İ-80-148 saylı 27 noyabr 2018-ci il tarixli məktubla qaldırılan məsələnin ətraflı araşdırılması məqsədilə Səbail Rayon Prokurorluğuna rəsmi müraciət olunmuşdur. Eləcə də, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən Səbail Rayon Polis İdarəsinə 23 oktyabr 2018-ci il tarixdə məktubla müraciət olunmuşdur. İddiaçı ərizəsində özünün və digər zərərçəkmiş şəxslərin ərizəsi ilə bağlı istintaq araşdırılması başlanılaraq ********* nömrəli cinayət işinin açıldığını bildirmiş və Səbail RPİ-də araşdırılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 27 mart 2019-cu il tarixdə 5975 nömrəli ekspertiza rəyi ilə göstərilən sərəncamların saxtalığının sübut olunduğunu qeyd etmişdir. İddiaçı ərizəsində Bakı Şəhər Prokurorluğu tərəfindən 17 avqust 2019-cu il tarixdə X12 və digər şəxslər barəsində Azərbaycan Respublikası CM 178.3, 308.1, 313 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işinin hissəvi ləğv edildiyini və Azərbaycan Respublika CM-in 320.1-ci maddəsi ilə tövsif edilərək işin aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ göndərildiyini göstərmişdir. 24 may 2021-ci il tarixdə Bakı şəhəri Səbail RPİ tərəfindən Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə 90020059 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını qeyd etmişdir. Qeyd edilənlərlə bağlı Səbail RİH-də məlumat yoxdur. İddia ərizəsində Bakı İnzibati Məhkəməsindən Bakı şəhəri Səbail RİH başçısının 15 mart 1995-cı il tarixli 885 saylı sərəncamının etibarsız hesab edilməsini və həmin sərəncamdan yaranmış bütün hüquqi əsasların, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sa|lı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli resyestrdən çıxarışların ləğv olunmasını xahiş etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 23.1-ci maddələrinə, İPM-in 58.7, 68 maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qimsində prosessual iştirakına xitam verilmiş və iddia dəyişdirilərək «RİH-in 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamının etubarsız sayılması» kimi qəbul edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasn vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinn tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitsiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həımin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmn Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydadageri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur (maddə 64.4). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət – bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: (5.0.1) bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; (5.0.2) hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İş materiallarından görünür ki, məhkəmənin “RİH-in 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamının təsdiqlənmiş surətinin təqdim edilməsi barədə” sorğu məktubuna Bakı şəhəri Səbail RİH-in 8 fevral 2023-cü il tarixli cavab məktubunda bildirilir ki, «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər rayon icra hakimiyyəti orqanlarının sənədləri üçün müvəqqəti mühafizə müddəti 5 il müəyyən edildiyini nəzərə alaraq, Bakı şəhəri Səbail RİH başçısının 2018-ci ilədək olan arxiv sənədləri qanunamüvafiq qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli 885 nömrəli sərəncamının və onun tərkib hissəsinin təsdiq edilmiş surətlərinin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət edilməsi tövsiyə olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filailının 8 dekabr 2022-ci il tarixli sorğu əsasında məhkəməyə ünvanlanmış 1 mart 2023cü il tarixli məktubu ilə Bakı şəhəri Səbail RİH-in 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamının surəti təqdim edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 114 nömrəli 1 sentyabr 2005-ci il tarixli qərarı ilə Badamdar qəsəbəsi, İİİ yaşayış massivində olan 500 kv.m torpaq sahəsi İddiaçı Eyyub oğlunun adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsi tərəfindən İddiaçı Eyyub oğlunun istifadəsinə verilmiş torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin İddiaçı ünvanlanmış 13 fevral 2020-ci il tarixli cavab məktubunda (torpaq sahəsinin ayrılması barədə məlumat verilməsinə dair müraciətə cavab olaraq) bildirilir ki, Badamdar bələdiyyəsinin 19 avqust 2005-ci il tarixli (17 saylı protokolu) iclasında İddiaçı 500 kv.m torpaq sahəsinin ayrılması məsələsinin müsbət həll edildiyi müəyyən edlmişdir. Həmçinin protokola əlavə edilmiş sənədlərdən aydın olur ki, həmin dövr üçün Badamdar bələdiyyəsində formalaşan iş təcrübəsinə uyğun olaraq, bələdiyyədə qeyd olunan iclas protokolu əsas götürülərək, bələdiyyə sədri tərəfindən İddiaçı Eyyub oğlunun ərizəsi də nəzərə alınaraq, Badamdar qəsəbəsi, İİİ yaşayış massivində ona ayrılan 500 kv.m torpaq shəsinin alqı-satqı yolu ilə adına sənədləşdirilməsi barədə 1 sentyabr 2005-ci il tarixli (114 nömrəli) qərar qəbul olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, sahə 1304A ünvanındakı 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X4 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki. Bakı şəhəri Səbail RPİ-nin baş müstəntiqinin 24 may 2021-ci il tarixli qərarı ilə RPİ-nin İstintaq Şöbəsində fakta görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə başlanmış və icraata qəbul edilmiş cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında surəti olan Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2019-cu il tarixli 5975 nömrəli ekspertiza rəyində ekspertizanın nəticəsi olaraq aşağıdakılar qeyd olunur: - Təqdiqata təqdim edilmiş Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli 885 nömrəli, 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamlarının mətnləri “Ukraina 2” yazı makinasında, Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli 884 nömrəli, 7 aprel 1995-ci il tarixli 1041 nömrəli sərəncamlarının mətnləri isə “Optima” yazı makinasında icra edilmişdir; - Təqdiqata təqdim edilmiş Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli 885 nömrəli, 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamlarındakı əlyazılar, Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli 884 nömrəli, 7 aprel 1995-ci il tarixli 1041 nömrəli sərəncamlarındakı əlyazılar və “R.Məmmədov” sözünün qarşısındakı imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir; - Təqdiqata təqdim edilmiş Səbail RİH başçısının 15 mart 1995-ci il tarixli 885 nömrəli, 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamlardakı “R.Məmmədov” sözünün qarşısındakı imza hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Həmin rəy Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə “Sənədlərin tədqiqat metodikası” tədqiqat metodu ilə keçirilmiş ekspertizanın nəticələrinə dair verilmişdir. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 36.1-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Göründüyü kimi, İPM-in 36-cı maddəsində iki növ iddia nəzərdə tutulur: birinci iddia konkret hüquq münasibətinin mövcudluğunun qiymətləndirilməsi – müəyyən etmə haqqında iddiadır, digəri isə inzibati aktın etibarsızlığının tanınması – tanınma haqqında iddiadır. Qeyd olunan iddiaların fərqləndirilməsi zəruri olduğundan məhkəmə qeyd edir ki, müəyyən etmə haqqında hər hansı bir qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olmasının aydınlaşdırılmasına, tanınma haqqında iddia isə, inzibati orqanla şəxs (fiziki və ya hüquqi şəxs) arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 28 dekabr 2015-ci il tarixli qərarında vurğulanır: İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarsızlığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticə yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Hazırkı iş üzrə İddiaçı iddia tələbində hüquqi marağı RİH sərəncamının əhəmiyyətsiz akt olmasını və qəbul edildiyi andan hüquqi nəticə yaratmamasının tanınmasına nail olmaqdır. İşin hallarına münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisə İddiaçı və inzibati məhkəmə icraatına cəlb olunmuş X9 ayrı-ayrı inzibati aktlarla ayrılmış torpaq sahələrinin üst-üstə düşməsindən irəli gəlmişdir. Məhkəmə icraatında iş üzrə tərəflər və üçüncü şəxs bununla bağlı hər hansı dəlil təqdim etmədiyindən, eləcə də müvafiq vəsatətlə çıxış etmədiyindən, əlavə vaxt itkisi və prosessual xərclərə yol verilməməsi məqsədilə ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin ayrıca hal olaraq müəyyənləşdirilməsi istiqamətində iş üzrə ekspertiza keçirilməsi və ya mütəxəssisdən rəy alınmasını məhkəmə zəruri saymamışdır. Mübahisənin mahiyyətinə gəldikdə isə, qeyd olunmalıdır ki, İddiaçı Eyyub oğlunun iddiası tələbini əsaslandırarkən istinad etdiyi inzibati akt Səbail rayonu Badamdar bələdiyyəsinin ona müvafiq ərazidə 500 kv.m torpaq sahə ayrılması barədə 114 nömrəli qərarıdır. Bu qərara münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı Eyyub oğlu etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görəqüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən də etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Səbail rayonu Badamdar bələdiyyəsinn 1 sentyabr 2005-ci il tarixli 114 nömrəli qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan kimi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə Səbail rayonu Badamdar bələdiyyəsinin 1 sentyabr 2005-ci il tarixli 114 nömrəli qərarı ilə bağlı iddiaçının özünün müraciətinə həmin qurum münasibət bildirərkən, qərarın qanunsuz olduğunu bildirməmiş və müvafiq (qanunsuz aktlarla əlaqədar tətbiq olunan) tədbir görməmişdir. Məhkəmə icraatında tədqiq olunmuş mötəbər sübut kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı mübahisə ilə əlaqəsi olan cinayət işi üzrə verdiyi 27 mart 2019-cu il tarixli 5975 nömrəli ekspertiza rəyi ilə ekspertiza zamanı təqdiqata təqdim edilmiş 15 mart 1995-ci il tarixli 885 nömrəli sərəncamın nüsxəsində RİH-in vəzifəli şəxsinin adının qarşısındakı imzanın “hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülməsi və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilməsi” müəyyən edildiyindən, belə nəticə yaranır ki, 15 mart 1995-ci il tarixli 885 nömrəli sərəncam Bakı şəhəri Səbail RİH tərəfindən verilməmişdir. Daha dəqiq desək, həmin sərəncamın hansı şəxs və ya qurum tərəfindən verilməsi məlum deyil. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktın etibarsız akt sayıldığı təsbit olunmuşdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail RİH-in adından X9 Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsi ayrılması barədə verilmiş 15 mart 1995-ci il tarixli 885 nömrəli sərəncam etibarsız inzibati akt kimi tanınmalıdır. Məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsinin ölçüsü 500 kv.m, yəni mübahisə predmeti olan 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamla ayrılan sahədən 100 kv.m az olsa da, məhkəmə hesab edir ki, iddianın növünə və tələbin məzmununa görə mübahisə predmeti olan sərəncam etibarsız akt kimi müəyyən hissədə deyil, bütövlükdə tanınmalıdır. Çünki, hüquqi cəhətdən olmayan və faktiki mövcudluğu ilə başqa şəxslərin qanunla qorunan maraqlarına zidd olan, müəyyən edilmiş mənafelərini pozan akt hansısa hissədə qüvvədə qala bilməz. Bundan başqa, 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamla göstərilən torpaq sahəsi vahiddir, hissələrdən ibarət deyil, hətta şərti olaraq hissələrə ayrılsa belə (şərti olaraq 500 kv.m və 100 kv.m sahələr) onlar bir-biri ilə bağlıdır və bu hallara görə sərəncam «İnzibati icraat haqqında» Qanunun 69.2-ci maddəsinin tətbiqi dairəsinə düşmür. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 69.2-ci maddəsinə görə inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Səbail RİH-in 15 mart 1995-ci il tarixli 885 nömrəli sərəncamı etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Səbail RİH-in 15 mart 1995-ci il tarixli 885 nömrəli sərəncamı etibarsız sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar