Məhkəmə qərarları › İş №2-1(112)-11221/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11221/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11221/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsi”nin verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 14 avqust 2013-cü il tarixindən 29 iyul 2015-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilərək yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-2013-cü illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, “polkovnik-leytenant” rütbəsində ehtiyatda olan zabitdir. 2013-cü ilin avqust ayında saxta sənədlər əsasında Müdafiə nazirinin qanunsuz və əsassız əmri ilə ehtiyata buraxılmışdır. Bununla əlaqədar olaraq hüquqlarının bərpa olunması məqsədilə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsində iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 may 2015-ci il tarixli qərarı ilə barəsində qəbul edilmiş saxta və qanunsuz şərəf məhkəməsinin qərarları, Müdafiə nazirinin əmri ləğv edilərək hüquqları bərpa olunmuşdur. Məhkəmə qərarı 19 iyun 2015-ci ildə qanuni qüvvəyə minmiş və 29 iyul 2015-ci ildə Müdafiə Nazirliyi tərəfindən icra olunmuşdur. Ona qarşı baş vermiş qanunsuz hərəkətlər nəticəsində vaxtından əvvəl ordudan ehtiyata buraxıldığından və məhkəmə tərəfindən hüquqları bərpa olunduğundan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə rəsmi məktubla müraciət edərək ehtiyata buraxılmasına dair qanunsuz əmrin verildiyi tarixdən, yəni xx.xx.2013-cü il tarixindən hüquqlarının bərpa olunmasına dair məhkəmə qərarı qüvvəyə mindiyi tarixədək, yəni 29 iyul 2015-ci ilədək olan müddətin sığorta stajına daxil edilməklə yeni məlumat vərəqəsinin DSMF-nun XŞTİ-nə göndərilməsini xahiş etmişdir. Təəssüf ki, cavabdeh Müdafiə Nazirliyi absurd bəhanələrlə bundan imtina etmişdir. Cavabdeh qurumdan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-25-8/2-A-261-331 saylı imtina məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası müdafiə nazirinin 0889 nömrəli 23 dekabr 2014-cü if tarixli əmrilə Azərbaycan Respublikası müdafiə nazihnin 0352 nömrəli 14 avqust 2013-cü il tarixli əmrinin 2-ci bəndi, yəni Sizin ”Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hissəsi ləğv edilmiş və yeni redaksiyada həmin Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 14 avqust 2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hesab edilməsinə dair dəyişikliklər rəsmiləşdirilmişdir. Yuxarıda göründüyü kimi, burada onun hərbi xidmətə bərpa edilməsi deyil, sadəcə hərbi xidmətdən buraxılmasının səbəb əlaqəsi dəyişdirilmişdir. Bundan başqa bildirir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 may 2015-ci il tarixli qərarı ilə onun bir çox hüquqları bərpa edilmişdir, lakin, sözügedən məhkəmə qərarında onun hərbi xidmətə bərpa edilməsinə dair iddia tələbinin olması faktı, habelə bu tələbin icrasının həyata keçirilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasına dair müddəalar öz əksini tapmamışdır. Nəticə etibarilə, onun hərbi xidmətdə olduğu dövrdə (yenidən hərbi xidmətə bərpa edilmə faktı olmadığına görə) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 21.2.8-ci maddəsinə əsasən (şəxsin qeyri-qanuni olaarq işdən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddətin sığorta stajına daxil edilməsi müddəaları ona münasibətdə şamil edilə bilməz’’. Cavabdehin mövqeyini qanunsuz və əsassız hesab etdiyibdən məhkəməyə iddia ərizəsi ilə müraciət edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, təqdim edilmiş sərəncamın icrası ilə əlaqədar olaraq iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim olunması müəyyən edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şıxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək lazımdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 14 avqust 2013-cü il tarixli əmri ilə“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 dekabr 2014-cü il tarixli əmri ilə qeyd olunan əmr ləğv edilmiş, iddiaçı həmin Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həsdə olma və cəzaçəkmə müddətləri , eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir. İddiaçı barəsində 14 avqust 2013-cü il tarixli əmr inzibati işə Bakı inzibati Məhkəməsində baxılmazdan və yekun qərar qəbul etməzdən əvvəl 23 dekabr 2014-cü il tarixində dəyişdirilmişdir. Beləliklə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.8-ci maddəsinə əsasən şərtlər hazırki mübahisəyə tətbiq edilə bilmədiyindən və inzibati işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edirlər ki, iddiaçının tələbi təmamilə qanunsuz və əsassızdır.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-25-8/2-A-2xx-xx/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 0889 nömrəli 23 dekabr 2014- cü il tarixli əmrilə Azərbaycan Respublikası müdafiə nazirinin 0352 nömrəli 14 avqust 2013- cü il tarixli əmrinin 2-ci bəndi, yəni onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hissəsi ləğv edilmiş və yem redaksiyada həmin Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 14 avqust 2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının hesab edilməsinə dair dəyişikliklər rəsmiləşdirilmişdir. Yuxarıdan göründüyü kimi, burada onun hərbi xidmətə bərpa edilməsi deyil, sadəcə hərbi xidmətdən buraxılmağınızın səbəb əlaqəsi dəyişdirilmişdir. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 may 2015ci il tarixli 2-1(81)-706/2015 nömrəli qərarı ilə onun bir çox hüqüqlarınınz bərpa edilmişdir, lakin sözügedən məhkəmə qərarında onun hərbi xidmətə bərpa edilməsinə dair iddia tələbinin olması faktı, habelə bu tələbin icrasının həyata keçirilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasına dair müddəalar öz əksini tapmamışdır. Nəticə etibarı ilə, onun hərbi xidmətdə olduğu dövrdə (yenidən hərbi xidmətə bərpa edilmə faktı olmadığına görə) fasilə yaranmadığından, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinin (şəxsin qeyriqanuni olaraq işdən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddətin sığorta stajına daxil edilməsi) müddəaları ona münasibətdə şamil edilə bilməz.

7. Azərbaycan Respublikası Müdafiə nazirinin 0352 nömrəli 14 avqust 2013-cü il tarixli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmışdır.

8. Azərbaycan Respublikası Müdafiə nazirinin 0889 nömrəli 23 dekabr 2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 14 avqust 2013-cü il tarixli 0352 nömrəli şəxsi heyət üzrə əmrinin 2-ci bəndi N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin (N1) Şəxsi heyət bölməsinin baş zabiti (şəxsi heyət uçotu üzrə) İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr ləğv olunmuş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Şəxsi Heyət bölməsinin baş zabiti (şəxsi heyətin uçotu üzrə) İddiaçı 14 avqust 2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir.

9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-706/2015 saylı xx.xx.2015-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia tələbi təmin edilmiş, cavabdeh N saylı hərbi hissənin baş zabit heyətinin şərəf məhkəməsinin 14 mart 2012-ci il tarixli (İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması haqqında vəsatət qaldırması barədə) və N saylı hərbi hissənin baş zabit heyətinin şərəf məhkəməsinin 1 fevral 2013-cü il tarixli (İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına dair) qanunsuz qərarları ləğv edilmiş, İddiaçı "hərbi rütbəsinin l(bir) pillə aşağı salınması haqqında" Müdafiə Nazirinin 27 aprel 2012-ci il tarixli 010rt saylı əmri ləğv edilsin və iddiaçının "polkovnik-leytenant" hərbi rütbəsi bərpa edilmiş, İddiaçı məharət dərəcəsinin 2-ci dərəcəyə endirilməsinə dair N saylı hərbi hissə komandirinin müvafiq əmri ləğv edilmiş və iddiaçının 1-ci məharət dərəcəsi bərpa edilmiş, İddiaçı qanunsuz şəkildə məhrum olunduğu 2011, 2012-ci və 2013-cü illər üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə iddiaçıya ödənilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmuş, cavabdeh N saylı hərbi hissənin baş zabit heyətinin şərəf məhkəməsinin 14 mart 2012-ci il tarixli (İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması haqqında vəsatət qaldırması barədə) və N saylı hərbi hissənin baş zabit heyətinin şərəf məhkəməsinin 1 fevral 2013-cü il tarixli (İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına dair) qanunsuz qərarların; İddiaçı "hərbi rütbəsinin 1 (bir) pillə aşağı salınması haqqında" Müdafiə Nazirinin 010rt saylı 27 aprel 2012-ci il tarixi əmrinin ləğv olunması və "polkovnik-leytenant" hərbi rütbəsinin bərpa edilməsinə dair, həmçinin İddiaçı məharət dərəcəsinin 2-ci dərəcəyə endirilməsinə dair N saylı hərbi hissə komandirinin əmrinin ləğv edilməsinə və iddiaçı 1-ci məharət dərəcəsinin bərpa edilməsinə dair Qərarlar; habelə Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli 0352 saylı əmrinin 2-ci bəndinin (İddiaçı "xidməti uyğunsuzluğa görə" maddəsi ilə ehtiyata buraxılmasına dair) ləğv edilərək, "Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmasına dair Müdafiə Nazirinin 23 dekabr 2014-cü il tarixli 0889 saylı əmri iddiaçının iştirakı ilə N saylı hərbi hissənin baş zabit heyətinin iclasında elan edilməsi qərara alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

16. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı qanunvericiliyin aşağıda qeyd edilən normalarına istinad etməyi zəruri sayır.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. Həmin Qanunun 37-ci maddəsinə əsasən: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının: Bənd 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bənd 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir.

22. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində nəzərdə tutulmuş qaydada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən hesablanır. Həmin Qanunun 21.2.8-ci maddəsinə əsasən qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 706/2015 saylı xx.xx.2015-ci il tarixli qərarına istinad etməklə Qanunun sözügedən müddəasında şəxsin mütləq şəkildə işə (xidmətə) bərpa olunmasının nəzərdə tutulmadığını bildirərək cavabdehin imtinasını qanunsuz hesab edir və məhkəmədən iddiasının təmin edilməklə 14 avqust 2013-cü il tarixindən 29 iyul 2015-ci il tarixinədək olan dövrün onun sığorta stajına daxil edilərək barəsində yeni məlumat vərəqəsinin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

23. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən mövqeyi əsassızdır. Belə ki, işin hallarından müəyyən edildiyi kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0352 nömrəli 14 avqust 2013-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sonradan Azərbaycan Respublikası Müdafiə nazirinin 0889 nömrəli 23 dekabr 2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 14 avqust 2013-cü il tarixli 0352 nömrəli şəxsi heyət üzrə əmrinin 2-ci bəndi “N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin (N1) Şəxsi heyət bölməsinin baş zabiti (şəxsi heyət uçotu üzrə) İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə” əmr ləğv olunmuş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Şəxsi Heyət bölməsinin baş zabiti (şəxsi heyətin uçotu üzrə) İddiaçı 14 avqust 2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Göründüyü kimi, iddiaçının sadəcə ehtiyata buraxılma barədə əmrinin əsası dəyişilmiş, yenə iddiaçı həmin tarixdən ehtiyata buraxılmışdır. O, hərbi xidmətə, nə ehtiyata buraxıldığı tarixdən, nə də ki, sonradan bərpa edilməmişdir. İddiaçının öz arzusuna əsasən ehtiyata buraxılması barədə əmr isə ümumiyyətlə onun tərəfindən mübahisələndirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 706/2015 saylı xx.xx.2015-ci il tarixli qərarında isə cavabdehə münasibətdə iddiaçının ehtiyata buraxılması barədə əmrlərinin qanunsuz sayılmaqla ləğv edilməsi barədə hər hansı bir öhdəlik müəyyən edilməmiş, həmin ilkin əmrə münasibətdə yalnız N saylı hərbi hissənin baş zabit heyətinin şərəf məhkəməsinin 1 fevral 2013-cü il tarixli (İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına dair” qərarı qanunsuz sayılaraq ləğv edilmişdir ki, məhkəmənin sözügedən qərarının qəbul edildiyi vaxt da, artıq cavabdeh orqanın özü tərəfindən iddiaçının “N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin (N1) Şəxsi heyət bölməsinin baş zabiti (şəxsi heyət uçotu üzrə) İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə” 14 avqust 2013-cü il tarixli 0352 nömrəli əmri həmin hissədə dəyişdirilərək ləğv edilmiş və iddiaçının ehtiyata buraxılması barədə yeni əmr qəbul edilmişdi.

24. Göründüyü kimi, hazırki işin hallarının araşdırılması nəticəsində iddiaçıda müəyyən edilmiş hüquqi vəziyyətin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.8-ci maddəsinin tələblərinə cavab verməsi müəyyən edilmir. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına münasibətdə düzgün tətbiq edilərək iddiaçının müraciətinin təmin edilməsindən qanuni və əsaslı olaraq imtina edilmişdir.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

27. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

28. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

29. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

31. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

32. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

34. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 36.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar