Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11221/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “icra şöbəsinin hərəkətsizliyinə son qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun bir uşaq - X10 üçün tələbkar X8 və iki uşaq- X6 və X9 üçün tələbkar X3 olan aliment borcunun məbləği barədə məhkəməyə arayış təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 6724/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2011-ci ildən anadan olmuş X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sabit pul məbləğində 160 manat aliment tutaraq, X8 verilməsi Qət edilmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-182/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə X7 və İddiaçı arasında xx.xx.2014-cü ildə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah akt qeydinin ləğv edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X6 və X4 anaları X1 yanında və himayəsində saxlanılması və xx.xx.2015-ci il təvəllüdlü X2 və X4 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün İddiaçı aylıq qazancının 1/3 hissəsi qədər aliment tutularaq X3 ödənilməsi Qət edilmişdir. İddiaçının iş yeri "xxxx" QSC-nə xx.xx.2023-cü il tarixində əmək haqqından uşaqların saxlanılması üçün aliment tutulmaları barədə 38357/17 saylı məktub göndərilmişdir. Məktubda göstərilmişdir: “Məlumat üçün bildirilir ki icrə sənədi üzrə bu günə olan aliment borlu 4586 manat təşkil edir. Sizə təklif olunur ki, borclu İddiaçı əmək haqqından yaranmış borc məbləği qurtaranadək hər ay 350 manat tutulmalıdır. Sonra isə hər ay qazancının (və ya basqa gəlirlərinin) 1/3 hissəsi qədər aliment hər ay uşaq üçün 30 manat, cəmi 60 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir”. Belə ki, Masallı rayon Məhkəməsinin 2(050)-182/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsinin qətedici hissəsində göstərilmişdir ki, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanmasına İddiaçı aylıq qazancının 1/3 hissəsi qədər aliment tutularaq, X3 ödənilməlidir. Bu qətnamədə hər ay uşaq üçün 30 manat, cəmi 60 manat sabit pul məbləğində tutulma göstərilməmişdir. Habelə, Bakı şəhəri Apellyasiya Məhkəməsinin 2(103)-8783/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinin əsaslandırıcı hissəsində göstərilib: “Halbuki Masallı rayon Məhkəməsinin 2(050)-182/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddiaçının aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Kollegiya qeyd edir ki, əlavə 60 manat yığılmış aliment borcuna görə aparılan tutulmalıdır.” İddiaçı iş yerinə ünvanlanmış məktubun məzmunu ilə razı olmayaraq, cavabdehdən xahiş etdi ki, X8 və X3 əmək haqqınan tutulmalı olan aliment məbləğinin tam ödənilib bitməsinə qədər mövcud olan borcun məbləği göstərilsin. Aldığı poçt teleqramına görə, cavabdeh - icra məmuru Amil Əmirov məktubunu xx.xx.2024-cü ildə almışdır, lakin indiyə qədər ondan cavab yoxdur. İddiaçı əvvəllər də bu məsələ barədə cavabdehə müraciət etmişdir, amma cavabdeh həmişə cavabdan yayınırdı.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
7. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12625/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardan apellyasiya şikayəti verilməyərək öz qanuni qüvvəsini almışdır.
8. Həmçinin, məhkəmənin sözügedən qərarı ilə iddiaçıya müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Sabunçu rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunmuşdur.
9. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva