Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11223/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1982-ci il tarixli pasporta əsasən torpaq sahəsi atasına məxsus olmuşdur. Cavabdeh həmin pasportun arxivdə mövcud olmadığını, perimetrik ölçü və konfiquriyasiya fərqlərinin mövcud olması, dəmir yolunun mühafizə zolağı və yaşıllıq ərazisində yerləşmə və digər şəxslərin müraciətlərinin olmasına istinad etsə də, hesab edir ki, həmin hal mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Eyni zamanda digər imtina əsasları da mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab edilmir. Rəsmi sənədlərə əsasən torpaq sahəsi uzun müddətdir ki, atasının istifadəsində olmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməmişdir. Texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiquriyasıa fərqləri mövcuddur, torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zonasında yaşıllıq ərazisində yerləşir. Ümumi torpaq sahəsinin ölçüsü 4355 kv.m təşkil edir və həmin sahəyə Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC tərəfindən müraciətlər daxil olmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X1 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıdakıları gətirir:
1. Fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməməsi
2. Texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiquriyasıya fərqlərinin mövcudluğu
3. Torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zonasında yaşıllıq ərazisində yerləşməsi
4. Ümumi torpaq sahəsinin ölçüsü 4355 kv.m təşkil etməsi
5. Həmin sahəyə Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC tərəfindən müraciətlər daxil olması. Birinci imtina əsası ilə bağlı məhkəmə onun qeyd edilməsini zəruri hesab edir ki, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ”nın1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Həmin sənədin cavabdehə məxsus arxivdə aşkar edilməməsi isə həmin sənədin mötəbərliyini istisna edən hal qismində çıxış etmir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından da görünür ki, hüquqmüəyyənedici sənədin cavabdehin arxivində aşkar edilməməsi formal əsas qismində qiymətləndirilmiş və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair aşağı instansiya məhkəmələrini mövqeyi məqbul hesab etmişdir. Analoji mövqe Ali Məhkəmənin 2-1(102)-1583/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-988/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli və digər aidiyyəti qərarlarında orderlərin, müqavilə və digər hüquqmüəyyənedici sənədlərin arxivdə aşkar edilməməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina əsası qiymətləndirilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddiaçının mərhum atasına məxsus hüquqmüəyyənedici sənədin əslini tələb etmiş və mötəbərliyi ilə bağlı şübhəli halların mövcud olub-olmaması ilə bağlı ekspertiza da təyin etmişdir. Sənədlərin məhkəmə texniki ekspertizası barədə ekspert rəyindən görünür ki, adıçəkilən hüquqmüəyyənedici sənədin mötəbərliyini şübhə yarada bilən hər hansı hal ekspert rəyində aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə hüquqmüəyyənedici sənədin mötəbərliyinə şübhə yaradan hər hansı məlumatın mövcud olmamasını da nəzərə alaraq hesab edir ki, imtinanın adıçəkilən dəlili əsaslı hesab edilə bilməz. Digər imtina əsası texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiquriyasıyaa fərqləri mövcudluğu ilə bağlıdır ki, məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları aşkar surətdə tənzimlənmişdir. Perimetrik ölçü və konfiqurasiya fərqlərinin mövcudluğu isə həmin konkret əsaslardan heç birinə aid olmamaqla məhkəmə tərəfindən formal əsas qismində çıxış edir. Torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zonasında yaşıllıq ərazisində yerləşməsi ilə bağlı məhkəmə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan mütəxəssis rəyi və aidiyyəti sorğulara cavabdehin məktublarından görünür ki, məhkəmə torpaq sahəsinin mühafizə zolağına düşübdüşməməsi barədə kifayət qədər araşdırma aparılmış və pasporta əsasən iddiaçının istifadəsində olan 2939.2 kv.m torpaq sahəsindən 500 kv.m hissəsinin mühafizə zolağında olduğu, dolayısı ilə 2439.2 kv.m torpaq sahəsinin mühafizə zolağına düşmədiyi aşkardır. İddia tələbinə dəqiqləşmə barədə ərizədən də görünür ki, iddiaçı məhz mühafizə zolağına düşməyən 2439.2 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasında iddialıdır. Qeyd olunan səbəbdəndir ki, cavabdehin mütəxəssisi tərəfindən verilmiş rəy və məktublar da nəzərə alınmaqla hazırda iddia olunan torpaq sahəsinin mühafizə zolağına düşməsindən söhbət gedə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, torpaq sahəsinin yaşıllıq ərazisinə düşməsi də cavabdehin mövqeyinin əsaslı olması hesab edilmir. Belə ki, yaşıllıq ərazi olması torpaq sahəsinə hər hansı hüququn qeydiyyata alınması istisna etmir. Yaşıllıq ərazisinə zərər vurulması mülkiyyət hüququna dair iddianın predmetinə daxil deyil. Təbii haldır ki, istifadədə olan istənilən əmlakda, o cümlədən torpaq sahəsində ekoloji təhlükəsizliyin gözlənilməsi, yaşıllıq ərazisinin qorunmasına dair tələblərə hər bir şəxsin, o cümlədən iddiaçının riayət etməsi vacibdir. Həmin tələblərə riayət edilməməsi, onsuz da işin hallarından asılı olaraq inzibati, hətta cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin, məhz ərazinin yaşıllıq olması mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina kimi başa düşülməməlidir. Digər yanaşma, yaşıllıq ərazilərdə mövcud olan kənd evləri və torpaq sahələrinin ölkə üzrə qeydiyyatından kütləvi imtina əsası qismində qəbulunun məqbul hesab edilməsinə və daşınmaz əmlaklara dair hüquqlarının sənədləşdirilməsinə yönəlmiş tendensiyaya zidd hesab edilər. Ümumi torpaq sahəsinin ölçüsü 4355 kv.m təşkil etməsi də hazırda cavabdehin imtinasını qanuni etmir. Doğrudur cavabdeh faktiki istifadədə olan torpağın 4355 kv.m, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən ekspert rəyində isə 0,46 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı qaldırılmamışdıır. Onun istifadəsində əlavə torpaq sahəsinin olması hazırkı iddianın predmeti qismində çıxış etmir. Məhkəmə iddiaçıda mövcud olan hüquqmüəyyənedici sənədə uyğun olaraq istifadəsində olan torpaq sahəsinə dair araşdırma aparmış və ona uyğun olaraq iddianı təmin etmişdir ki, faktiki istifadədə torpaq sahəsinin ölçülərinin 2439 kv.m çox olması mövcud hüquqa malik iddiaçının həmin hüququnu qeydiyyata aldırmaq barədə tələbinin qanunsuzluğunun əsası qismində çıxış edə bilməz. Eyni zamanda, qeyd edilməlidir ki, hazırda 2439 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmalı olması da iddiaçının faktiki istifadəsində olan 0,46 torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə məhkəməyə müraciət etmək hüququna müdaxilə təşkil etmir. Belə ki, iddiaçı hazırkı işdən müstəqil olaraq faktiki istifadəsində olan torpaq sahəsinə dair məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırkı iddia isə 2439 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması ilə bağlıdır. Eyni zamanda qeyd edilməlidir ki, mövcud inzibati praktika onu göstərir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilən texniki sənədlərdə (plan-ölçü, texniki pasport) sənəd üzrə mülkiyyətdə olan torpaq sahəsindən əlavə, həmçinin da faktiki istifadədə qrafasında məhz faktiki istifadədə olan torpaq sahəsi də göstərilir. Hazırkı halda da məhkəmənin 2439 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarını tanıması, texniki sənədlərdə faktiki istifadədə olan torpaq sahəsinin faktiki istifadə qrafasında qeyd edilməsinə əngəl törətmir. Qeyd olunan qrafanın mövcudluğu isə onunla əlaqədardır ki, dövlət istifadədə olan torpaq sahələrinin sənəd üzrə olub-olmamasından asılı olmayaraq kimin istifadəsində olmasına, istifadənin hansı qaydada aparılmasına nəzarət etmək səlahiyyətini yerinə yetirə bilsin. Odur ki, məhkəmə çıxarışa əlavə ediləcək texniki sənəddə faktiki istifadədə olan torpaq sahəsinin də faktiki istifadə qrafasında qeyd edilməsi qənaətindədir. Həmin sahəyə Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC tərəfindən müraciətlər daxil olması da cavabdehin imtinasının əsaslı olması mənasını vermir. Belə ki, məhkəmə həmin şəxslərin müraciətlərini nəzərə almaqla onları üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmiş, daha sonra isə həmin şəxslərin müraciətləri və həmin müraciətlərin təmininə əsas ola biləcək qanunla qorunan maraqlarını aşkar etmədiyindən üçüncü şəxslərin cəlb edilməsi barədə qərardadı ləğv etmişdir. Həmin qərardaddan da görünür ki, məhkəmə işin faktiki hallarını, iddiaçı, cavabdeh və şəxslərlə arasında yaranmış faktiki və hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması adıçəkilən üçüncü şəxslərin maraqlarını pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz. Belə ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi iş üzrə üçüncü şəxs və ya şəxslərin cəlb edilməsi onların qanunla qorunan marağının pozuntusunun qarşısının alınmasına yönəlmiş prosessual tədbirdir. Hazırkı iş üzrə isə məhkəmə araşdırması zamanı qanunla qorunan marağı təsbit edə biləcək heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, həmin torpaq sahəsinə dair hər hansı inzibati akt (sərəncam, qərar protokoldan çıxarış), digər xarakterli sənədlər (üzvlük kitabçası, qeydiyyat vəsiqəsi və s) təqdim edilməmişdir. Bu səbəbdəndGöründüyü kimi üçüncü şəxslərin mübahisə predmeti olan daşınmaz əmlaka hər hansı hüquqlarının mövcudluğundan söhbət gedə bilməz. Hər hansı qanunla qorunan hüquq və ya maraq mövcud deyildirsə, onların cavabdehə müraciətləri iddianın rədd edilməsinin əsası qismində çıxış edə bilməz. Belə ki, inzibati orqanın icraatında olan istənilən daşınmaz əmlaka çıxarışın verilməsinə dair icraat gedişində istənilən şəxs həmin sahə ilə bağlı müraciət edə bilər. Lakin müraciətin əsaslılığın araşdırılması zəruridir ki, cavabdehlərə adıçəkilən şəxslərin müraciəti ilə bağlı əlavə araşdırma aparılmamış, həmin şəxslərin hər hansı hüququ dövlət qeydiyyatına alınmamış, ümumiyyətlə müraciətlərin aqibəti məhkəmə üçün məçhul qalmışdır. Odur ki, həmin müraciətlərin mövcudluğu iddianın əsaslığına münasibətdə hər hansı şübhənin yaranmasına, iddiaçının iddiasının haqlılığına təsir göstərmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.ir ki, hüquqmüəyyənedici sənəd təqdim edilmədən başqa şəxsə məxsus hüquqmüəyyənedici sənəd əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmaması barədə araşdırmanın aparılmasında adıçəkilən şəxslərin iştirakının təminə heç bir zərurət müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, adıçəkilən şəxslərin hüquqmüəyyənedici sənədləri təqdim etməməsinə baxmayaraq təkcə cavabdehin etirazında qeyd edilməsi əsasında cəlb edilməsi barədə səhv nəticəyə gəlinmişdir. Halbuki, məhkəmə həmin qərardadı qəbul etmədən müvafiq sorğular vermək, adıçəkilən şəxsləri məhkəmə iclasına çağırmaqla onların hüquqmüəyyənedici sənədinin olub-olmamasını müəyyən edə bilər və bunun nəticəsində üçüncü şəxsin cəlb edilməli olub-olmamasına baxmaq imkanına malik olmuşdur. Lakin prosessual xarakterli səhvə yol verilərək adıçəkilən şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına səhv cəlb edilmişdir ki, məhkəmə hazırkı səhvin aradan qaldırılması qənaətindədir.
İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X1 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov