Məhkəmə qərarları › İş №2-1(112)-1123/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1123/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1123/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinatın verilməsindən cavabdehin imtinası qanunsuz hesab edilməsi və müəyyən edilmış qaydada qeydiyyatın aparılaraq həmin müavinatın bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun işsiz kimi qeydiyyata alınmağı və buna müvafiq olaraq C0VİD19 pandemiyası ilə əlaqədar yardım üçün müraciətindən imtina olunmuşdur. İmtinada səbəb kimi onun işsiz kimi qeydiyyata alınmağı və ona 250 manat təqaüd verilməklə 3 aylıq “Komputer istifadəçisi” hazırlıq peşə kursuna cəlb edilməyi göstərilmişdir. Bununla bağlı Əmək və Sosial Siyasət Komitəsinə və Dövlət Məşğulluq Xidmətinə müraciət etmişdir. Bildirmişdir ki, ona belə təqaüd verilmir və başlanan kurs isə alınmayıb. Lakin mövzu hələ də araşdırılmayıb. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin üzərinə 190 manat pandemiya ilə əlaqədar maddi yardımın verilməsi vəzifəsi qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kim qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycar Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedər Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur vs ödənilir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və 27.04.2020-ci il tarixədə MAS-da işsiz kimi qeydiyyatı olan şəxslərə ödənilir. Həmçinin həmin Qaydaların 3.8-ci bəndində göstərildiyi kimi birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili işlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. Yuxarıda qeyd olunan informasiya ehtiyatlarından əldə olunmuş məlumatlara görə İddiaçı dair anket 17.01.2020-ci il tarixində təsdiqlənmişdir və ona işsizlik statusu 25.11.2019-cu il tarixindən verilmişdir. İddiaçı barədə 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməsi məqsədilə elektron informasiya ehtiyatlarından istifadə edilərək aparılan araşdırma zamanı onun peşə təhsilinə cəlb olunduğu müəyyən edilmiş və bu səbəbdən də iddiaçıya qeyd edilən birdəfəlik ödənişin verilməsindən haqlı olaraq imtina edilərək ödəmə üzrə təyinat verilməmişdir. Habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsindən daxil olan 11.09.2021-ci il tarixli, 106229-1221 nömrəli məlumata əsasən İddiaçı mülkiyyətində nəqliyyat vasitəsi olmasa belə onun etibarnamə üzrə istifadəsində **-BV-*** dövlət qeydiyyat nişanlı, VAZ 21063 markalı nəqliyyat vasitəsi müəyyən olunmuşdur. Qeyd edilən etibarnamə iddiaçıya 12.03.2018-ci il tarixində verilmiş və hazırda da qüvvədədir. Yuxarıda qeyd olunan əsasa görə iddiaçı Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarının 2.3.12-ci maddəsində qeyd olunan şəxslər dairəsinə aid olduğuna görə (mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlar) onun 190 (yüz doxsan) manat birdəfəlik ödəniş almaq hüququ yaranmamışdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilsələr də hər hansı üzürlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portaldan çıxarışından və sənədlərdən görünür ki, İddiaçı işsiz kimi MAS-da 17.1.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciəti 25.04.2020-ci il tarixdə peşə təhsilinə cəlb olunması əsas göstərilərək təmin edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən cavabdehə ünvanlanmış 11.09.2021-ci il tarixli, 016-106229-1221 №-li məktubun surətindən görünür ki, DİN-nin Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Həmçinin bildirilir ki, X3 məxsus “VAZ-21063” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə 12.03.2018-ci il tarixdən 27.05.2028-ci il tarixədək İddiaçı istifadəsində verilməsi barədə mərkəzi informasiya sistəmində məlumat mövcuddur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış **********0 №-li, 28.07.2020-ci il tarixli məktubun surətindən görünür ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. O, 17.01.2019-cu il tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmışdır, lakin X1 əldə edilmiş məlumatlara əsasən peşə təhsilində cəlb olunduğuna görə 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X8 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********3 №-li, 05.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, o, 17.01.2019-cu il tarixli müraciəti əsasında X5 (MAS) işsiz kimi qeydiyyata alınmışdır. 02.03.2020-ci il tarixindən başlanacaq, 3 ay müddətində keçirilməsi nəzərdə tutulan və hər ay 250 manat təqaüd verilməklə “Kompüter istifadəçisi” hazırlığı peşə kursuna cəlb edilmişdir. Ona bu səbəbdən 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: - 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. - 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. - 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. - 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - 2.3.7-ci bəndinə əsasən peşə hazırlığına görə təqaüd alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. - 2.3.12-ci bəndinə əsasən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı işsiz şəxs kimi qeydiyyatda olsa da peşə hazırlığına cəlb edilmiş, həmçinin etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 2.3.7 və 2.3.12-cü bəndlərində göstərilən meyarlara cavab verən işsiz şəxs olduğundan ona cavabdeh inzibati orqan tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar