Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1123/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının xx.xx.N2ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Yevlax rayon İdarəsi tərəfindən xx.xx.1985-cı il tarixindən SSRİ-nin Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1988-ci il tarixində xidmətini başa vurmuşdur. xx.xx.N2-ci il tarixdən, xx.xx.N4-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissəyə könüllü olaraq döyüşən ordunun tərkibində Qazax rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.N6-cı il tarixində həmin hərbi hissədən təxris olunmuşdur. Yaralanması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, N №-li Qərarında da qeyd edilmişdir ki, hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Qazax Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli, 12/HP-1019№-li arayışında qeyd edilmişdir ki, Qazax rayon Prolurorluğunda xx.xx.2010cu il tarixdən bu günədək olan qeydiyyat kitablarında İddiaçı barəsində Hərbi Prokurorluqda təqsirləndirici material olmamışdır. N №-li Hərbi Hissə Komandirinin əmrindən nizami hissə üzrə 01 may N2-ci il tarixli, 8 №-li çıxarışında qeyd edilmişdir ki, aşağıda adları göstərilənlər xx.xx.N2-ci il tarixindən N №-li hərbi hissənin İ batalyonunun şəxsi heyətinin siyahısına daxil edilsin və bütün təminat növlərinə yazılsın. Azərbaycan Respublikası Müdafiə X1 xx.xx.2020-ci il tarixli 9/2-9865 №-li Arxiv Arayışında qeyd edilib ki, iddiaçının hərbi biletinin 3-cü və 6-cı səhifəsində qeydlər aparılmayıb. Halbuki, ərizəyə əlavə olunan hərbi biletinin 3-cü və 6-cı səhifəsində göstərilmişdir ki, o, Azərbaycan Respublikası SHXÇDX-nin Yevlax rayon şöbəsi tərəfindən xx.xx.N2-ci il tarixdən xx.xx.N4cü il tarixinədək elan olunan atəşkəsə qədər döyüşən ordunun tərkibində 825, 730 və N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmış və təxris edildiyi xx.xx.N5-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may N4-cü il tarixində atəşkəs elan edilənədək iştirak etmişdir. Həmin qeydlər hərbi biletin də aparılmışdır. Azərbaycan Respublikası Müdafiə X1 xx.xx.2022-ci il tarixli 4/2-1731 və xx.xx.2022-ci il tarixli 4/2-2388 №-li arxiv arayışlarda şablon üzrə eyni qeydlər aparılmışdır. Yəni, həmin arayışın 1-ci, 2-ci və 3-cü abzaslarında onun xidməti barədə məlumatlar var. 4-cü abzasında qeyd edilir ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün İ PDM taborunun hərbi qulluqçusu yəni, İddiaçı N saylı hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 179 №-li əmrilə (əsas &17, sıra 2, səh. 3, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) ştatdan kənar edilərək bütün növ təminatlardan çıxarılmışdır. 5-ci abzasında deyilir ki, iddiaçı N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Qazax RHK-dan çağrılmış, yəni onun xidməti barədə qeydiyyat aparılmış daxil olma qrafasında xx.xx.N2-ci ildə hərbi hissəyə daxil edilməsi və hərbi hissədən xaric edilmə qrafasında isə "yaralanmış və təxris olunmuş" sözləri yazılmışdır (əsas sıra 127, məlumatda daxil olma əmrinin nömrəsi, xaric olma qrafasında isə tarixi və əmrin nömrəsi qeyd edilməyib). Bu, Müdafiə Nazirliyə onun xidməti barədə məlumatı səhv daxil edənlərin günahıdır. Çünki, onun xidməti barədə hərbi biletində bütün qeydlər aparılmışdır. Girişi var, amma çıxışı barədə heç bir məlumat bugünə qədər aşkar olunmayıb. Əgər aşkar olunmamışdırsa hərbi hissəyə daxil olunması varsa, hərbi hissədən çıxışı qeyd olunmayıbsa, hal-hazırda qazan təminatında gedir. Bu cür qanuna yol verilmiş səhvlərə görə əsgər heç bir məsuliyyət daşımır və qanun çərçivəsində əsgərin hüquqları təmin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiаyа dаir etirazını onunla əsaslandırmışdır ki, İddiaçı barəsində Mərkəzi Arxivdə olan əmrlər əsasında araşdırma aparılaraq xx.xx.2020-ci il tarixli 9/2-9865 nömrəli arayış təqdim edilmiş, həmin arayışda iddiaçı döyüş əməliyyatları aparılarkən hərbi hissəni özbaşına tərk etdiyinə görə ştatdan kənar edilərək bütün növ təminatlardan silinməsi bildirilmişdir. Beləliklə də, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən qanuni əsaslarla ehtiyata buraxılmasına dair arayış verilə bilməz. Beləliklə də, Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 4.2ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İş materiallarından göründüuyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2022 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının xx.xx.N2-ci il tarixindən xx.xx.N4-cü il tarixinədək, elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N2-ci il tarixindən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümükün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə hüququ yardım etmək məqsədi ilə iddiaçıya ünvanladığı 19 oktyabr 2022ci il və 23 noyabr 2022-ci il tarixli məktublarında izah etmişdir ki, oxşar tələb üzrə məhkəmə aktı mövcud olduğundan, hal-hazırda iddia tələbinə yenidən baxılması üçün isə iş materiallarında yeni əsaslar müəyyən edilmədiyindən, iddia tələbinin dəyişdirilməsi və iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsinə dair sübut və ya cavabdehin imtina məktubunun məhkəməyə təqdim edilməsi zəruridir. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərə təyin etmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə həmin sübutun təqdim edilməsi barədə məktublar göndərilsə də, həmin məktublar icra edilməmişdir. Həmin məktubların icrası ilə bağlı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olunsa da, həmin ərizədə göstərilən iddia tələbi və əvvəlki iddia tələbi arasında fərq müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı eyni tələb üzrə məhkəməyə daha öncə müraciət etmiş, iddia tələbinin dəqiqləşdirilməsi zamanı iddia tələbində hər hansı dəyişiklik etməmiş, yeni əsaslarla əsaslandırmamış, məhkəməyə müraciət etməmişdən əvvəl iddia ərizəsində göstərilmiş tələblə cavabdehə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1123/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1123/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver