Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1123/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 mart 2023-cü il tarixli, **********104700 saylı, iddiaçı barəsində 45851,40 manat verginin hesablanması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********104700 saylı, 27 mart 2023-cü il tarixli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 45851,40 manat vergi hesablanması haqqında qərar qəbul edilmişdir. Qeyd edilmiş mübahisələndirilən qərarı iddiaçı əsassız və qanunsuz hesab edir. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsinə əsasən qiymət razılaşma protokollarında göstərilən müxtəlif material və avadanlıqların (178,8 mm-lik qoruyucu kəmər) satılması həyata keçirilmişdir. Satıcı tərəfindən təqdim edilmiş EBBC №582208 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən satılan malın dəyəri 254730,00 manat, ƏDV-si isə 48850,40 manat təşkil etmişdir. Qeyd edilən qaiməyə uyğun olaraq xx.xx.2021-ci il tarixli №AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27000 manat, xx.xx.2021-ci il tarixli №AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8951,40 manat, xx.xx.2021-ci il tarixli №AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254730,00 manat, ƏDV-si olaraq isə 45851,40 manat, ümumilikdə 300581,40 manat "xxxx" MMC-yə ödənilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, həm də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs olması barədə hər-hansı qərar olmamışdır. Belə ki, cavabdehin yalnız 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, müqavilə imzalanan vaxt və ya ödənişlər edilən zaman "xxxx" MMC əmtəəsiz maliyyə əməliyyatları və riskli vergi ödəyiciləri sırasında olmamış və olsa belə, cavabdehin rəsmi səhifəsində məlumatın olmaması səbəbindən iddiaçının bundan xəbəri olmamış, Vergi Xidmətinin bu barədə qərarı olmamış, Vergi Xidmətinin elektron səhifəsində bu haqda məlumat verilməmiş, ümumiyyətlə əməliyyatlar riskli əməliyyatlar dövrünə aid deyil. Bütün qeyd edilənlərə baxmayaraq cavabdehin "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 254730,00 manat malın dəyərini və ƏDV-si olaraq ödədiyi 45851,40 manat vəsaiti xərc kimi nəzərə almamış və nəticədə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021 tarixli ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 582208 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi əsas gətirilmişdir. Bununla vergi orqanı yuxarıda qeyd edilən elektron qaiməfaktura üzrə 45851,40 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 45851,40 manat kənarlaşma yarandığı əsası ilə "xxxx" MMC-yə sosial sığorta və işsizlik sığortası adı ilə 45851,40 manat vergi hesablanmışdır. Hesab edir ki, cavabdehin məsələyə bu cür yanaşmasının heç bir hüquqi əsası və o cümlədən məntiqi əsası olmamışdır. Məhkəmənin 2-1(112)-10055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10055/2023 saylı iş 2-1(112)-9506/2023 saylı inzibati işə birləşdirilmişdir. 2-1(112)-10055/2023 saylı iş üzrə iddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********668000 saylı, iddiaçı barəsində 50946,00 manat verginin hesablanması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********668000 saylı, 28 aprel 2023-cü il tarixli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 53727,14 manat vergi hesablanması haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 53727,14 manat vergi məbləğindən 2781,14 manat təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi və ya sığorta haqqı olaraq müəyyən edilmiş və nəticədə 50946,00 manat əlavə vergi və ya sığorta haqqı məbləği olaraq hesablanmışdır. Qeyd edilmiş mübahisələndirilən qərarı aşağıdakı səbəblərdən əsassız və qanunsuz hesab edir. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsinə əsasən qiymət razılaşma protokollarında göstərilən müxtəlif material və avadanlıqların (178,8 mm-lik qoruyucu kəmər) satılması həyata keçirilmişdir. Satıcı tərəfindən təqdim edilmiş EBBC №582208 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən satılan malın dəyəri 254730,00 manat, ƏDV-si isə 48850,40 manat təşkil etmişdir. Qeyd edilən qaiməyə uyğun olaraq xx.xx.2021-ci il tarixli №AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27000 manat, xx.xx.2021-ci il tarixli №AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8951,40 manat, xx.xx.2021-ci il tarixli №AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254730,00 manat, ƏDV-si olaraq isə 45851,40 manat, ümumilikdə 300 581,40 manat "xxxx" MMC-yə ödənilmişdir. Nə iddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, nə də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs olması barədə hər-hansı qərar olmamışdır. Belə ki, cavabdehin yalnız 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, müqavilə imzalanan vaxt və ya ödənişlər edilən zaman "xxxx" MMC əmtəəsiz maliyyə əməliyyatları və riskli vergi ödəyiciləri sırasında olmamış və olsa belə cavabdehin rəsmi səhifəsində məlumatın olmaması səbəbindən iddiaçının bundan xəbəri olmamışdır, Vergi Xidmətinin bu barədə qərarı olmamış, Vergi Xidmətinin elektron səhifəsində bu haqda məlumat verilməmiş, ümumiyyətlə əməliyyatlar riskli əməliyyatlar dövrünə aid deyil. Bütün qeyd edilənlərə baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 254730,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyi bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyi və kənarlaşmanın yaranmasına səbəb olduğu bildirilmişdir. Bununla vergi orqanı qeyd edilənləri əsas gətirərək 50946,00 manat kənarlaşma yarandığı əsası ilə "xxxx" MMC-yə 50946,00 manat vergi hesablanmışdır. Hesab edirlər ki, cavabdehin məsələyə bu cür yanaşmasının heç bir hüquqi əsası və o cümlədən məntiqi əsası olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, **********118700 nömrəli etirazında bildirilmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. Uçot baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər”indən ibarət olduğu, 2021-ci ildən vergi orqanında qeydiyyatda olan Qaradağ rayonu üzrə 1 sayda (Az 1063, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, ev 16-cı km, 10) təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən 45851,4 manat (ƏDV) dəyərində EBBC seriyalı 582208 nömrəli əldə edilən EQF riskli hesab edildiyindən kənarlaşma yaranmışdır. Bu barədə "xxxx" MMC vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********831700 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********906100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********898800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə xx.xx.2023 və xx.xx.2023 tarixlərdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********717200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********104700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, **********486800 nömrəli etirazında bildirilmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. 2021-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış 254730,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********927700 nömrəli və xx.xx.2023-cü il tarixli **********720100 nömrəli uyğunsuluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 50946,0 manat ((254730,0)*20%)) əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********668000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 mart 2023-cü il tarixli, **********104700 saylı qərarından görünür ki, iddiaçıya 2021-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi ilə əlaqədar 45851,40 manat vergi hesablanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********668000 saylı qərarından görünür ki, iddiaçıya 2021-ci il üzrə mənfəət vergisi ilə əlaqədar 50,946 manat vergi hesablanmışdır. - Cavabdehin 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarından görünür ki, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. - xx.xx.2021-ci il tarixli №AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27000 manat, xx.xx.2021-ci il tarixli №AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8951,40 manat, xx.xx.2021-ci il tarixli №AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254730,00 manat, ƏDV-si olaraq isə 45851,40 manat, ümumilikdə 300581,40 manat iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2.82. riskli vergi ödəyicisi– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarına görə cavabdehin 27 mart 2023-cü il tarixli, **********104700 saylı qərarına əsasən iddiaçıya 2021-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi ilə əlaqədar 45851,40 manat vergi, 28 aprel 2023-cü il tarixli, **********668000 saylı qərarına əsasən 2021-ci il üzrə mənfəət vergisi ilə əlaqədar 50,946 manat vergi hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin qərarları əsassız olmaqla qanunvericiliyin aşagıdakı müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdehin dəlillərinə görə uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən 45851,4 manat (ƏDV) dəyərində EBBC seriyalı 582208 nömrəli əldə edilən EQF riskli hesab edildiyindən kənarlaşma yaranmışdır. Bu barədə "xxxx" MMC vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********831700 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********906100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********898800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə xx.xx.2023 və xx.xx.2023 tarixlərdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********717200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 45851,4 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********104700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Bundan əlavə 2021-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış 254730,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********927700 nömrəli və xx.xx.2023-cü il tarixli **********720100 nömrəli uyğunsuluq məktubları göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 50946,0 manat ((254730,0)*20%)) əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********668000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək işin hallarının araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsinə əsasən qiymət razılaşma protokollarında göstərilən müxtəlif material və avadanlıqların (178,8 mm-lik qoruyucu kəmər) satılması həyata keçirilmişdir. Satıcı tərəfindən təqdim edilmiş EBBC №582208 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən satılan malın dəyəri 254730,00 manat, ƏDV-si isə 48850,40 manat təşkil etmişdir. Qeyd edilən qaiməyə uyğun olaraq xx.xx.2021-ci il tarixli №AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27000 manat, xx.xx.2021-ci il tarixli №AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8951,40 manat, xx.xx.2021-ci il tarixli №AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254730,00 manat, ƏDV-si olaraq isə 45851,40 manat, ümumilikdə 300581,40 manat "xxxx" MMC-yə ödənilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, həm də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs olması barədə hər-hansı qərar olmamışdır. Belə ki, cavabdehin yalnız 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, müqavilə imzalanan vaxt və ya ödənişlər edilən zaman "xxxx" MMC əmtəəsiz maliyyə əməliyyatları və riskli vergi ödəyiciləri sırasında olmamış və olsa belə, cavabdehin rəsmi səhifəsində məlumatın olmaması səbəbindən iddiaçının bundan xəbəri olmamış, Vergi Xidmətinin bu barədə qərarı olmamış, Vergi Xidmətinin elektron səhifəsində bu haqda məlumat verilməmişdir. Bütün qeyd edilənlərə baxmayaraq cavabdehin "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 254730,00 manat malın dəyərini və ƏDV-si olaraq ödədiyi 45851,40 manat vəsaiti xərc kimi nəzərə almamış və nəticədə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021 tarixli ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 582208 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi əsas gətirilmişdir. Bununla vergi orqanı yuxarıda qeyd edilən elektron qaimə-faktura üzrə 45851,40 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 45851,40 manat kənarlaşma yarandığı əsası ilə "xxxx" MMC-yə sosial sığorta və işsizlik sığortası adı ilə əsassız olaraq 45851,40 manat vergi hesablanmışdır. Həmçinin, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 53727,14 manat vergi məbləğindən 2781,14 manat təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi və ya sığorta haqqı olaraq müəyyən edilmiş və nəticədə 50946,00 manat əlavə vergi və ya sığorta haqqı məbləği olaraq iddiaçıya əsassız hesablanmışdır. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsinə əsasən qiymət razılaşma protokollarında göstərilən müxtəlif material və avadanlıqların (178,8 mm-lik qoruyucu kəmər) satılması həyata keçirilmişdir. Satıcı tərəfindən təqdim edilmiş EBBC №582208 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən satılan malın dəyəri 254730,00 manat, ƏDV-si isə 48850,40 manat təşkil etmişdir. Qeyd edilən qaiməyə uyğun olaraq xx.xx.2021-ci il tarixli №AZ0000012 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 150000,00 manat, xx.xx.2021-ci il tarixli **********511639 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 27000 manat, xx.xx.2021-ci il tarixli №AZ0000013 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 49730,00 manat, xx.xx.2021-ci il tarixli **********540485 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 8951,40 manat, xx.xx.2021-ci il tarixli №AZ0000014 saylı ödəniş tapşırığına əsasən malın dəyərindən 55000,00 manat, xx.xx.2021-ci il tarixli **********548109 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən malın ƏDV-si olaraq 9900 manat, ümumilikdə isə malın dəyəri olaraq 254730,00 manat, ƏDV-si olaraq isə 45851,40 manat, ümumilikdə 300 581,40 manat "xxxx" MMC-yə ödənilmişdir. Nə iddiaçı ilə "xxxx" MMC arasında olan müqavilə imzalanan zaman, nə də iddiaçı tərəfindən əməliyyatlar, ödənişlər aparılan zaman "xxxx" MMC-nin cavabdehin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs olması barədə hər-hansı qərar olmamışdır. Belə ki, cavabdehin yalnız 30 iyun 2021-ci il tarixli **********831700 saylı qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, müqavilə imzalanan vaxt və ya ödənişlər edilən zaman "xxxx" MMC əmtəəsiz maliyyə əməliyyatları və riskli vergi ödəyiciləri sırasında olmamış və olsa belə cavabdehin rəsmi səhifəsində məlumatın olmaması səbəbindən iddiaçının bundan xəbəri olmamışdır, Vergi Xidmətinin bu barədə qərarı olmamış, Vergi Xidmətinin elektron səhifəsində bu haqda məlumat verilməmiş, ümumiyyətlə əməliyyatlar riskli əməliyyatlar dövrünə aid deyil. Bütün qeyd edilənlərə baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 254730,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyi bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyi və kənarlaşmanın yaranmasına səbəb olduğu bildirilmişdir. Bununla vergi orqanı qeyd edilənləri əsas gətirərək 50 946,00 manat kənarlaşma yarandığı əsası ilə "xxxx" MMC-yə əsassız olaraq 50946,00 manat vergi hesablanmışdır. Göründüyü kimi "xxxx" MMC barəsində digər əməliyyatlara görə, həmçinin iddiaçı ilə aparılmış yuxarıda qeyd olunan əməliyyatlara görə riskli vergi ödəyicisi olma barədə qərarlar qəbul edilmiş və həmin qərarlarda təqdim edilmiş elektron qaimə fakturalarda əks olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Həmin "xxxx" MMC iddiaçıya da mal (iş, xidmət) təqdim etdiyindən, onlarla qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunan hal həmçinin iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Göründüyü kimi, vergi orqanı iddiaçıya mənfəət vergisini Vergi Məcəlləsinin 109.9cu maddəsinə əsasən hesablamışdır. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir. “Riskli vergi ödəyicisi” konsepsiyası Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi;- vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələri Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı sözügedən müəssisələr ilə əməliyyat apardığı zamanı həmin müəssisələr riskli vergi ödəyicilər siyahısında olmamışlar ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarların qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da kobud surətdə qanun pozuntusuna yol vermişdir. Məhkəmə oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli və 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli 2-1(102)-1234/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli 2-1(102)-2233/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq cavabdehin dəlillərinin əsaslı olmadığı nəticəsinə gəlir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqi Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir :- vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır. Sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərlə bağlı İş materiallarından göründüyü kimi, mübahisələndirilən qərarla iddiaçıya mənfəət vergisi bəyannaməsi üzrə əlavə vergi məbləği hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bunu əmtəəsiz dövriyyə kimi qiymətləndirilmiş və məhkəmə bu halı qanunvericiliyin tələbinə uyğun olmaması qənaətinə qəlir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın 27 mart 2023-cü il tarixli, **********104700 saylı, iddiaçı barəsində 45851,40 manat verginin hesablanması və 28 aprel 2023-cü il tarixli, **********668000 saylı, iddiaçı barəsində 50946,00 manat verginin hesablanması haqqında qərarları qanunsuz qəbul edilmişdir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 mart 2023-cü il tarixli, **********104700 saylı və 28 aprel 2023-cü il tarixli, **********668000 saylı qərarları ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 mart 2023-cü il tarixli, **********104700 saylı və 28 aprel 2023-cü il tarixli, **********668000 saylı qərarları ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva