Məhkəmə qərarları › İş №2-1(112)-1123/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1123/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1123/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh güzəştli iş stajının olmaması səbəbi ilə tələbin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olması ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən usta vəzifəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində xx.xx.1986-cı il tarixindən (xx.xx.1986-cı il tarixli 332/k saylı əmr) xx.xx.1990cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 334/k saylı əmr); “Şelflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində 01,03.1999-cü il tarixindən (xx.xx.1999- cü il tarixli 4/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 23/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 07 il 06 ay 28 gün - xx.xx.1986-xx.xx.1990 - 04 il 01 ay 24 gün,- xx.xx.1999-xx.xx.2002 -03 il 05 ay 04 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda İştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən İstifadə olunmasını, sahənin ahəngdar İşini təşkil etmək və sair işlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifə koduna uyğundur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən quraşdırıcı peşəsində: “Şelflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.2002-ci il tarixindən (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) xx.xx.2003- cü il tarixinədək (xx.xx.2003-cü il tarixli 4/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 05 ay 26 gün - xx.xx.2002-xx.xx.2003 -05 ay 26 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” yarımbəndində göstərilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi koduna uyğundur. Bundan əlavə isə xx.xx.2024-cü il tarixli güzəştli arayışdan da görünür ki, iddiaçı həqiqətən BOS Şelf MMC-də xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Quraşdırıcı (metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmişdir. BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı Fəzayıi oğlunun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı Fəzayıi oğlunun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 1 il 2 gün təşkil edir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 11 ay 1 gün (xx.xx.1999-xx.xx.2002-ci il. xx.xx.2002xx.xx.2003-cü il, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, “SOCAR” Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun iddiaçıya dair xx.xx.2024-cü il tarixli 14-2-8/2-H-xx-xx/2024 arayışında xx.xx.1986- xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Bakı Stansionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində usta vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi usta vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun deyil. Buna görə də həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Sözügedən mübahisələndirilən dövr onun güzəştli iş stajına daxil edildikdə belə qanunvericillikdə nəzərdə tutulan is stajı (12 il 6 ay) tamamlanmır. Belə ki, “SOCAR”ın Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda işlədiyi xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr nəzərə alındığı təqdirdə belə iddiaçının güzəştli stajı 9 il 3 ay 28 gün təşkil edir ki, bu da qanunvericilliklə tələb olunan 12 il 6 aydan azdır. Beləliklə, sözügedən mübahisə mövcud olduğundan iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırılmışdır ki, İddiaçı ümumi sosial sığorta stajı mübahisələndirilmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 İnc. şirkəti tərəfindən verilmiş xidmət sertifikatından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək şirkətdə metal konstruksiya quraşdırıcısı vəzifəsində işləmişdir; SOCAR-ın Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəşlii şərtlə yaşa görə əmək pensiyası huququ verən usta vəzifəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində xx.xx.1986-cı il tarixindən (xx.xx.1986-cı ıl tarixli 332/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990cı il tarixli 334/k saylı əmr); “Şelflayihətikınti İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.1999-cü il tarixindən (01,03.1999-cü il tarixli 4/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 07 il 06 ay 28 gün - xx.xx.1986 - xx.xx.1990 - 04 il 01 ay 24 gün, - xx.xx.1999 - xx.xx.2002 - 03 il 05 ay 04 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin. istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, is verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar ismi təşkil etmək və sair islərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifə koduna uyğundur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən quraşdırıcı peşəsində: “Selflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.2002-ci il tarixindən (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003-cü il tarixli 4/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 05 ay 26 gün -xx.xx.2002- xx.xx.2003 - 05 ay 26 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma islərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” yarımbəndində göstərilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi koduna uyğundur. Arayış arxiv sənədlərinə əsasən tərtib olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı, həqiqətən, "xxxx" MMC-də xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Quraşdırıcı (metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləyib. "xxxx" MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli. 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı", 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 1 il 2 gün təşkil edir. Arayış arxiv sənədlərinə əsasən tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: X1 İnc. şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək Panamanın “X1 İnc.” şirkətinin Azərbaycan Respublikasındakı filialında (VÖEN: **********) metal konstruksiya quraşdırıcısı vəzifəsində işləmişdir. Həmçinin, onlara təqdim olunmuş sənədlər əsasında İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilə qədərki dövrdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində (“Şirkət”) eyniadlı vəzifə səlahiyyətlərinin icrasını həyata keçirməsi müəyyənləşdirilmişdir. Onun başlıca xidməti vəzifəsi “polad konstruksiya məmulatlarının istehsal hissələrinin yerləşdirilməsi, təyin olunmuş yerə qoyulması, cərgəyə düzülməsi və birləşdirilməsi”' çərçivəsində olmuşdur. Belə ki, İddiaçı yuxarıdakı dövrdə Şirkətdə icra etdiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 2290000a— 14612 bəndində qeyd olunmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları” vəzifəsinə uyğun gəlir. Həmin vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29(a) bəndində də eyni formada qeyd olunmuşdur. Şirkət xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və dövlət reyestrindən çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ... Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (xx.xx.2023-cü il) ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının tamamlanmaması ilə bağlıdır. Etirazdan məlum olur ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" MMC-də və “Şelflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində işlədiyi müddət güzəştli iş stajına hesablanmışdır. Beləliklə, cavabdeh tərəfindən nəzərə alınmayan dövr iddiaçının Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində işlədiyi xx.xx.1986-xx.xx.1990-cı il ərzindəki müddət və X1 İnc. şirkətinin Azərbaycan Respublikasındakı filialında işlədiyi xx.xx.2012-xx.xx.2013-cü il ərzindəki müddət və “X2” MMC-də xx.xx.2004-xx.xx.2010-cu il ərzindəki müddətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarından görünür ki, SOCAR-ın Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəşlii şərtlə yaşa görə əmək pensiyası huququ verən usta vəzifəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun 3 saylı sexində xx.xx.1986-cı il tarixindən (xx.xx.1986-cı il tarixli 332/k saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 334/k saylı əmr); “Şelflayihətikınti İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.1999-cü il tarixindən (01,03.1999-cü il tarixli 4/k saylı əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 07 il 06 ay 28 gün - xx.xx.1986 - xx.xx.1990 - 04 il 01 ay 24 gün, - xx.xx.1999 - xx.xx.2002 - 03 il 05 ay 04 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin. istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, is verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar ismi təşkil etmək və sair islərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifə koduna uyğundur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən quraşdırıcı peşəsində: “Selflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsinin 1 saylı Dəniz sahəsində xx.xx.2002-ci il tarixindən (xx.xx.2002-ci il tarixli 28/k saylı əmr) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003-cü il tarixli 4/k saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 05 ay 26 gün -xx.xx.2002- xx.xx.2003 - 05 ay 26 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma islərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” yarımbəndində göstərilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi koduna uyğundur. Arayış arxiv sənədlərinə əsasən tərtib olunmuşdur. İş üzrə məhkəmənin sorğusuna əsasən, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair X1 İnc. şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli məktubu təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək Panamanın “X1 İnc.” şirkətinin Azərbaycan Respublikasındakı filialında (VÖEN: **********) metal konstruksiya quraşdırıcısı vəzifəsində işləmişdir. Həmçinin, onlara təqdim olunmuş sənədlər əsasında İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilə qədərki dövrdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində (“Şirkət”) eyniadlı vəzifə səlahiyyətlərinin icrasını həyata keçirməsi müəyyənləşdirilmişdir. Onun başlıca xidməti vəzifəsi “polad konstruksiya məmulatlarının istehsal hissələrinin yerləşdirilməsi, təyin olunmuş yerə qoyulması, cərgəyə düzülməsi və birləşdirilməsi”' çərçivəsində olmuşdur. Belə ki, İddiaçı yuxarıdakı dövrdə Şirkətdə icra etdiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısrnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 2290000a—14612 bəndində qeyd olunmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları” vəzifəsinə uyğun gəlir. Həmin vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29(a) bəndində də eyni formada qeyd olunmuşdur. Şirkət xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və dövlət reyestrindən çıxarılmışdır. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar