Məhkəmə qərarları › İş №2-1(112)-11234/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11234/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11234/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal TƏsərrüftaı Departamenti “kirayə müqaviləsinin bağlanması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, yaşayış sahəsi 17, 52 kv.m olan 50 saylı xidməti mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üzərinə qoyulması barədə qərar qəbul ediməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, işlədiyi sahə üzrə iddiaçıya ailə üzvləri nəzərə alınmaqla 1992-ci ildə, həmin zaman dövlət və ictimai mənzil fonduna aid olan, halhazıradək yaşadığı ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil xidməti order əsasında verilmişdir. Ayrılmış mənzil sahəsindən təyinatı üzrə istifadə etmiş və dövlətin müəyyən etdiyi kommunal ödənişləri ödəmişdir. Verilmiş order əsasında kirayəçinin bütün hüquq və vəzifələrini yerinə yetirmişdir. Yaşayış sahəsi orderi əsasında verilmiş 1 otaqlı mənzil halhazıradək sahibliyində və istifadəmdədir. Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar “özəlləşdirilən dövlət müəssisələrinə, ləğv edilmiş nazirlik, dövlət şirkəti və konserlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin (yaşayış binaları və yataqxanalarda yerləşən qeyriyaşayış sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2001-ci il tarixli 113 nömrəli qərarına əsasən hazırki ünvanda yerləşən mənzil ünvan 2t etdiyi gündən hal-hazıradək mənzildən mülkiyyətçi hüquqlarından istifadə etsə də, mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanmamışdır. Dəfələrlə, şifahi şəkildə mənzilə kirayə müqaviləsinin bağlanmasını xahiş etsə də, aidiyyəti, səlahiyyətli orqanlar tərəfindən müxtəlif təkliflərlə (bəhanələr) məqsəddən yayınmışlar. Bakı şəhər İcra Hakimiyyətinə xidməti orderin daimi orderlə əvəz edilməsi (müddətsiz kirayə müqaviləsinin bağlanması) ilə əlaqədar yazılı şəkildə müraciət etsə də, müraciəti balans mənsubiyyəti nəzərə alınmaqla cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir. Cavabdehlə kirayə müqaviləsinin bağlanması üçün tərəfimdən qanunla müəyyən olunmuş bütün sənədlər (ailə tərkibi haqqında arayış, ailə üzvlərinin razılıq ərizələri, öhdəmdə daşınmaz əmlakda qeydiyyata alınmış mülkiyyətin olmaması barədə arayış, əmək kitabçasının surəti, xidməti orderin surəti, şəxsi hesab vərəqəsi, mənzilin plan cizgisi, forma-2 tipli arayış) təqdim edilsə də, cavabdeh sonda həmin sənədləri baxılması üçün Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Mənzilə dair Bakı şəhər İcra Hakimiyytəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi xahiş olunsa da, sonda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətləri çərçivəsində (tapşırıqları əsasında) 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfndən iddiaçıya belə imtina cavabı verilmişdir: Yaşadığı ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilin klirayə müqaviləsinin iddiaçının adına bağlanmasına sərəncam verilməsi barədə Bakı şəhər İcra Hakimiyytəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış ərizəyə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. Yəhya Hüseynov küçəsi, döngə 3, ev 5 ünvanındakı yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. Araşdırma zamanı aşkar edilmişdir ki,Yəhya Hüseynov küçəsi, döngə 3, ev 5 ünvanında yerləşən, 1 otaqlı, yaşayış sahəsi 17,52 kv.m olan 50 saylı xidməti mənzilə sizin adınıza Nəsimi rayon icra hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 003199 saylı xidməti Order verilmişdir. Yaşadığınız mənzil xidməti yaşayış kateqoriyaqsına aid olduğundan həmin mənzilə kirayə müqaviləsinin iddiaçının adına bağlanması mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq, Y.Hüseynov küçəsi, döngə 3, ev 5, mənzil 50 ünvanınıza mülkiyyət hüququnun tanınmasaı üçün məhkəməyə müraciət edə bilərsiniz”. Müraciətimə dair verilmiş imtinanı əsassız hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş (13, 29-cu maddələr) mülkiyyətçi hüquqlarımı reallaşdırmaq üçün iddiaçının istifadəsində və sahibliyində olan mənzilin bir dəfə əvəzsiz özəlləşdirilməsi əsaslarından biri də mənzilə dair bağlanmış müddətsiz kirayə müqaviləsidir. Hazırki durumda cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilməsi səbəbindən iddiaçının hüquqları pozulmaqdadır və iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtina edilir. Mübahisəyə hüquqi müstəvidə qiymət verilməsi baxımından hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.(1982-ci il tarixdən qüvvədə olmuş Mənzil Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş qayda). 1982-ci ildən 2009-cu ilədək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinə əsasən mənzilə dair kirayyəçi ilə kirayə müqaviləsinin bağlanması cavabdeh tərəfindən verilmiş Sərəncamlarla təsdiq olunurdu. Mənzilə kirayə müqaviləsinin bağlanmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq irəli sürülən tələb üzrə öhdəliyi həmin orqanın üzərinə qoya bilər.

3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüftaı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023cü il tarixli 177 nömrəli iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, Y.Hüseynov küçəsi, döngə 3, ev 5 ünvanmdakı yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 113 sayl Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. Araşdırma zamanı aşkar edilmişdir ki, Y.Hüseynov küçəsi, döngə 3, ev 5 ünvanında yerləşən, 1 otaqlı, yaşayış sahəsi 17,52 kv.m olan 50 saylı xidməti mənzilə sizin adınıza Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 003199 saylı Xidməti Order verilmişdir. Yaşadığınız mənzil xidməti yaşayış sahəsi kateqoriyasına aid olduğundan həmin mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanması mümkün deyildir.

4. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi (vəkil) iştirak etmişdir.

5. İddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar