Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11242/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi barədə qanuni və ədalətli Qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 02 dekabr 1965-ci ildə Bakı şəhərində doğulmuşdur. 1983-cü ildə Bakı şəhəri Sabunçu rayonunda yerləşən 96 saylı tam orta məktəbin 10-cu sinifini bitirdikdən sonra, Bakı şəhəri Sabunçu rayonunda yerləşən peşə məktəbində təhsil almışdır. Peşə məktəbini bitirib, 11 may 1984-cü ildə Sabunçu rayon Hərbi Komisarlığın çağırışı ilə Minsk şəhərinə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini 23 iyun 1986-cı ildə başa vurduqdan sonra öz ölkəyə qayıtmışdır. Amma, sonradan Belarusiya Respublikasına gedərək, orada yaşamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycanda pasport qeydiyyatındadır (Sabunçu rayonu, ünvan 1 ünvanda qeydiyyatı hazırda da mövcuddur. Onu da əlavə etmişdir ki, anası X4 (1932-ci il təvəllüdlü) hazırda bu ünvanda qeydiyyatdadır. X1 da həmin ünvanda qeydiyyatda olub və 08 avqust 2011-ci ildə vəfat etmişdir. Göstərilənləri əsasən, 08 may 2023-cü il tarixdə 125/23 nömrəli məktubla Sabunçu RPl-nə müraciət edilmiş və iddiaçının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 12A, mənzil 54 ünvanda qeydiyyatda olub-olmamağı barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmin idarədən xx.xx.2023-cü il tarixli 49\2-23621 nömrəli məktubla müraciətə cavab verilmiş və Sabunçu RPİ-nin QMB-də heç bir məlumatın olmadığı bildirilmişdir. 05 iyun 2023-cü il tarixdə Sabunçu rayon 146 saylı MKlS-dən qeydiyyatının olması barədə arayış alıb, Baş Pasport, Qeydiyyat və Miqarsiya İdarəsinə ərizə ilə müraciət edildikdən sonra, Sabunçu RPİ-dən iddiaçıya verilmiş təkrar cavabda açıq-aşkar sözügedən ünvanda qeydiyyatda olmağı öz təsdiqini tapmışdır. Həmçinin həmin cavabda iddiaçıya xx.xx.1982-cı il tarixdə XV-ЖГ seriyalı, 742193 nömrəli (köhnə nümunəli) SSRİ pasportunun verildiyi də göstərilmişdir. Azərbaycan Respublikasında qeydiyyatının mövcud olduğu və bu ölkənin vətəndaşı olduğu üçün iddiaçıya şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nə rəsmi müraciət etmişdir. Amma, həmin idarədən heç bir əsas göstərilmədən iddiaçıya imtina cavabı verilmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 96№ li tam orta məktəbin 636 nömrəli 15 may 2023-cü il tarixli arayışında bildirilmişdir ki, o, həqiqətən 1973/1983-cü tədris illərində 96 №-li tam orta məktəbdə təhsil almış və məktəbi tam orta təhsil haqqında attestatla bitirmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 49/2-23621 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Seyub oğlunun 1983-cü ildən 1990-cı ilədək ünvan 3 ünvanında pasport qeydiyyatında olub-olmaması barədə Sabunçu Rpi-nin QMB-də heş bir məlumat yoxdurr. Qey olunan faktla əlaqədar olaraq ərazi aidiyyat üzrə MİS-nə müraciət etmək tövsiyyə olunmuşdur.
5. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 146 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki,xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 1982-ci il tarixdən onun müraciəti əsasında ünvan 5 ünvanda pasport qeydiyyatına alınmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “şəxsiyyət vəsiqəsi” ilə təmin olunmağı məqsədilə iddiaçının “ASAN xidməət” Mərkəzinə müraicət etməyi tövsiyyə olunmuşdur.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 96№ li tam orta məktəbin 650 nömrəli 14 iyun 2023-cü il tarixli arayışında bildirilmişdir ki, o, həqiqətən 1973/1983-cü tədris illərində 96 №-li tam orta məktəbdə təhsil almış və məktəbi tam orta təhsil haqqında attestatla bitirmişdir.
8. Doğum haqqında şəhadətnamədə bildirilmişdir ki,İddiaçı xx.xx.1965-ci ildə Bakıda anadan olmuşdur.
9. İddiaçının məhkəməyə (dəftərxana vasitəsilə) təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, sözügedən iddia ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanan məktubu ilə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmişdir.
11. İddiaçı məhkəmə iclasında iştirak etmir.
II. İddianın geri götürülmüş sayılması
12. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
15. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
16. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
17. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
18. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
19. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
20. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
21. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
22. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
23. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
24. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
25. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
26. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
27. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva