Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11246/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla şəhadətnmənin qismən ləğvi və vərəsə kimi pay verilməsi tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 18.06.2021-ci ildə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ 572 saylı şəhadətnaməsinin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən ləğv edərək payların düzgün hissələrdə bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ 572 saylı şəhadətnaməsinin 1/2 hissəsindən İddiaçı Yunus oğluna verilməsi, 572 saylı şəhadətnaməsinin 1/2 hissədə pay almış X1 1/2 ləğv edilərək qanun üzrə vərəsə kimi pay verilməsi öhdəliyinin 3 saylı Bakı ASAN Mərkəzində notariat ofisinin üzərinə qoyulmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-11246/2021 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılmış cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla şəhadətnmənin qismən ləğvi və vərəsə kimi pay verilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-11246/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11246/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver