Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11246/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğvi və məhdudiyyətin aradan qaldırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 2023-cü ilin may ayından təyin edilmiş ünvanlı dövlət sosial yardımın bərpa olunmasını və növbəti 01 (bir) il müddətinə təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “ünvanlı dövlət sosial yardımın dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərarın ləğvi və ünvanlı dövlət sosial yardımın alınmasına qoyulmuş 1 illik məhdudiyyətin aradan qaldırılması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayından 4 (dörd) uşağa görə İddiaçı 1 (bir) il müddətinə 755 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Növbəti il üçün alacağı ünvanlı dövlət sosial yardımla əlaqədar hansı sənədlərin və nə vaxt təqdim olunması məqsədilə 2024-cü ilin aprel ayında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etmişdir. DOST Mərkəzində bildirilmişdir ki, iddiaçının adına nəqliyyat vasitəsi olduğuna görə ona təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmışdır. İddiaçı da Mərkəzin əməkdaşlarına bildirmişdir ki, onun heç vaxt avtomobili olmamışdır və hal-hazırda da yoxdur. İddiaçıdan bu barədə arayış tələb edilmişdir. İddiaçı da DİN-nin Baş X10 İdarəsinə müraciət edərək adına hər hansı bir nəqliyyat vasitəsinin olmaması barədə arayış əldə etmiş və arayışı DOST Mərkəzinə təqdim etmişdir. Lakin buna baxmayaraq, 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları iddiaçının adına nəqliyyat vasitəsinin olmasını qeyd edərək ona təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsini əsassız və qanunsuz olaraq dayandırmışlar.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının sosial yardımın təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində xx.xx.2023-cü il tarixli **********12703 nömrəli müraciəti qeydə alınmışdır. Həmin müraciətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq VEMTAS tərəfindən ailəsinə xx.xx.2023-cü il tarixindən 755.97 AZN (yeddi yüz əlli beş manat, doxsan yeddi qəpik) məbləğində sosial yardımın təyin olunması barədə qərar çıxarılmışdır. Vətəndaşın ailəsinə təyin olunmuş sosial yardımın ödənişi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən “Ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması” səbəbi göstərilməklə xx.xx.2024-cü il tarixindən VEMTAS tərəfindən dayandırılmış və 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi üçün VEMTAS vasitəsilə xx.xx.2023-cü il tarixli **********12703 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 755,97 manat məbləğində Ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Həmin normaya əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsi. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanun • 10.2-ci maddəsi. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. • 10.3-cü maddəsi. Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdiriiməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. • 10.4-cü maddəsi. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” • 3.7.4-cü bəndi. Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadə ilə bərabər, məhz əşya hüququ baxımından, hüquqmüəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olubolmamasını nəzərdə tutur. Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydaları • 1.2-ci bəndi. Reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı • Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısı müəyyən edilmişdir ki, həmin siyahının 2-ci sıra sayında hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularının Azərbaycan Respublikasının Daxili işlər Nazirliyində rəsmi reyestrinin aparılması təsbit edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu • 27-ci maddəsi. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları həmin Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar.Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Sadalanan normalara və işin faktiki hallarına əsasən iddia ərizəsində qeyd edilənlərə münasibətdə etirazın əsaslarını qeyd etməyi vacib hesab edilir: a) İddia tələbinin sosial yardımın bərpa edilməsi hissəsinə münasibətdə bildiririk ki, iddiaçıya ünvanlı dövlət sosial yardımın ödənilməsinin ailə üzvünün mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbindən xx.xx.2024-cü il tarixdə dayandırıldığından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sosial yardımın ödənişi bərpa edilməməlidir. Göründüyü kimi Qaydalarda nəzərdə tutulan “ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olması” ifadəsi özlüyündə, nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında başqa şəxsə verildiyini və bu hüququn müvafiq orqanlarda dövlət qeydiyyatına alındığını ehtiva edir. Bildirilir ki, təyinatda olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbilə yarana biləcək artıqödəmə hallarının qarşısının alınması məqsədilə inzibati orqan tərəfindən mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə (BDYPİ) müvafiq sorğular göndərilir. BDYPİ-dən Mərkəzi Filiala daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/1-58393/2024 nömrəli sorğunun cavabında sosial yardım alan ailənin üzvü - X1 (FİN:1VJW6KG) xx.xx.2015-ci il tarixindən “VAZ 21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətində olması müəyyən edilmiş və müvafiq tədbirlərin görülməsi məqsədilə xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-20714/2024 nömrəli xidməti məktub ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məlumat təqdim edilmişdir (sorğunun cavabı etiraza əlavə edilir). Bununla əlaqədar olaraq olaraq sosial yardım işi xx.xx.2024-cü il tarixdə DOST tərəfindən dayandırılmış və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. b) iddia tələbinin sosial yardımın növbəti 1 il üçün təyin edilməsi hissəsinə münasibətdə isə məhkəmənin diqqətinə çatdırırıq ki, növbəti il üçün sosial yardımın təyin olunması qaydası “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) daxil olaraq məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etməkdir. Hesab edilir ki, növbəti təyinat üçün iddiaçıya sosial yardımın ödənilməsindən hər hansı bir əsasla imtina edilmədiyindən və əvvəlki müraciətində daxil olan məlumatlarında dəyişiklik olması ehtimalı mövcud olduğundan sosial yardımın növbəti 1 il üçün təyin edilməsi barədə tələb mümkünsüzdür. Həmçinin, ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən göründüyü kimi ailəyə təyin edilən ünvanlı dövlət sosial yardımın dayandırılması qanunauyğundur.Bununla da, iddia ərizəsində qeyd edilənlər əsassız olduğundan iddia tələbi təmin edilməməlidir.
6. İş materiallarına əlavə olunmuş Xidməti Məktubda qeyd edilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı tərəfindən ünvanlı dövlət sosial yardımının (bundan sonra - sosial yardım) alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilən xx.xx.2023cü il tarixli **********12703 nömrəli müraciətə əsasən ailəyə xx.xx.2023-cü il tarixindən aylıq 755,97 manat məbləğində sosial yardım təyin edilmişdir. Təyinatda olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbilə yarana biləcək artıqödəmə hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə (BDYPİ) müvafiq sorğular göndərilir. Belə ki, BDYPİ-dən Mərkəzi Filiala daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/1-58393/2024 nömrəli sorğunun cavabında sosial yardım alan ailənin üzvü - X2 (FİN:1VJW6KG) xx.xx.2015-ci il tarixindən “VAZ 21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətində olması müəyyən edilmiş və müvafiq tədbirlərin görülməsi məqsədilə xx.xx.2024-cü il tarixli 3-17- 1/3-1-20714/2024 nömrəli xidməti məktub ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məlumat təqdim edilmişdir. Nəzərinizə çatdırırıq ki, sosial yardım işi xx.xx.2024-cü il tarixində DOST tərəfindən dayandırılmış və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır.
7. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişə əsasən İddiaçı xx.xx.2023 tarixli, **********12703 nömrəli müraciətə görə sosial yardımın təyin olunmasından ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbi ilə imtina edilmişdir. “Ünvanlı dövlət sosial yardıı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Nömrə nişanı: 27BM254, Şəhadətnamə: AC375177, Şəhadətnamənin verilmə tarixi: xx.xx.2015 Markası: VAZ 21074, Minik B/ili: 2012, Rəngi: Ağ, Mühərrik: 9899338; Ban: XTA210740CY042954 Sahibi: X3, Doğum tarixi: xx.xx.1981 Etibarnamə ilə: X7, xx.xx.2015-xx.xx.2022 təsdiq edilib xx.xx.2022
8. Baş X10 İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, DİN Baş X10 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir və izahatında bildirmişdir ki, X3 onun həyata yoldaşıdır. X2 adına 2015-ci ildən nəqliyyat vasitəsi qeydiyyatda olsa da,sürücülük vəsiqəsi yoxdur, həmin nəqliyyat vasitəsi etibarnamə əsasında X2 atası X4 tərəfindən istifadə olunur. Hazırda isə X2 adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
12. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. İddia tələbi ünvanlı dövlət sosial yardımın dayandırılması barədə xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsi ilə bağlıdır.
15. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 755,97 manat məbləğində Ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Şəxsin ailəsinə təyin olunmuş sosial yardımın ödənişi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən “Ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması” səbəbi göstərilməklə xx.xx.2024-cü il tarixindən VEMTAS tərəfindən dayandırılmış və iddiaçı 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirmişdir. Belə ki, iddiaçının arvadı X2 adında “VAZ 21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyata alındığı aşkar edilmişdir.
17. “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
18. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
19. Məhkəmə nəzərə alır ki, ünvanlı dövlət sosial yardımın dayandırılması və 1 il müddətinə sosial yardım almaq hüququnun məhdudlaşdırılması üçün əsas olan “VAZ 21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının arvadı X2 adına xx.xx.2015ci il tarixdən qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən İddiaçı ünvanlı dövlət sosial yardımı isə xx.xx.2023-cü il tarixdən (xx.xx.2024-cü il tarixədək) təyin olunmuşdur. Odur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımı təyin olunarkən artıq iddiaçının arvadının adında nəqliyyat vasitəsi qeydiyyatda olmuşdur.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin qərarın ləğv edilməsi məqsədilə aparılan inzibati araşdırma zamanı iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, qərarın ləğvi barədə iddiaçıya (əvvəlcədən) məlumat verilməmişdir.
22. Digər tərəfdən iddiaçının qanunla qorunan etimad hüququ nəzərə alınmamışdır.
23. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarından: ...Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. ...
24. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, sosial yardımın təyin olunmasından imtina edilməsi üçün əsas (iddiaçının arvadının mülkiyyətində nəqliyyat vasitəsinin olması) cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlı dövlət sosial yardımı təyin olunarkən (xx.xx.2023-cü il tarixdə) artıq mövcud olmuşdur. Belə olan təqdirdə cavabdeh tərəfindən qəbul edilmiş qərar “qanunsuz əlverişli inzibati akt” kimi qəbul edilməlidir. Odur ki, cavabdeh tərəfindən İddiaçı təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsi nəticəsində faktiki olaraq mövcud qanunsuz əlverişli inzibati akt ləğv edilmişdir.
25. Məhkəmə nəzərə alır ki, iddiaçı müvafiq inzibati aktın qəbul edilməsi (ünvanlı dövlət sosial yardımı təyin edilməsi) üçün inzibati orqana səhv və ya təhrif olunmuş məlumatları əks etdirən hər hansı sənəd təqdim etməmiş, inzibati icraat üçün əhəmiyyətli olan hər hansı faktı inzibati orqandan gizlətməmişdir (bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Buna baxmayaraq İddiaçı münasibətdə ünvanlı dövlət sosial yardımı təyin olunması ilə bağlı inzibati icraat zamanı inzibati orqan tərəfindən xidməti vəzifələr tam yerinə yetirilməmiş, yəni işin bütün halları hərtərəli və tam araşdırılmamışdır.
26. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan hal (ailənin mülkiyyətində nəqliyyat vasitəsi olması) inzibati akt qəbul edilmədən əvvəl inzibati icraat çərçivəsində araşdırılmalı idi. Lakin cavabdeh orqan fiziki şəxsə (iddiaçıya) münasibətdə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli araşdırmadan mübahisələndirilən inzibati aktı qəbul etmişdir. Belə olan təqdirdə, İddiaçı qanunla qorunan etimad hüququna malikdir.
27. İddiaçının bir il müddətinə ünvanlı dövlət sosial yardım almaq hüququnun məhdudlaşdırılmasına münasibətdə məhkəmə qeyd edir ki, “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 10.2-ci maddəsinin dispozisiya şərtinə əsasən nəqliyyat vasitəsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumat olduğundan iddiaçına münasibətdə qeyd edilən məhdudiyyətin müəyyən olunması qanuni hesab edilə bilməz.
28. İş materiallarına əsasən müəyyən edilir ki, “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ bir il müddətinə məhdudlaşdırılsa da (faktiki xaraterli hərəkətlə), buna dair hər hansı qərar qəbul edilməmişdir, lakin qeyd edilən hal cavabdeh qurum tərəfindən təqdim edilən inzibati icraat materiallarına və xidməti yazışmalara əsasən müəyyən edilir.
29. İş materiallarına əsasən həm də müəyyən edilir ki, təyin edilmiş ünvanlı dövlət sosial yardım faktiki olaraq “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş” №e5b424cb16d64d54b093d5ad8873b21b ilə (cavabdeh xx.xx.2024-cü il tarixli olduğunu bildirir) xx.xx.2023-cü il tarixli **********12703 nömrəli (ilkin) müraciətin təmin edilməsindən imtina etməklə ləğv edilmişdir.
30. Odur ki, hazırkı qərarla faktiki olaraq iddiaçının xx.xx.2023-cü il tarixli **********12703 nömrəli müraciəti üzrə təyin edilmiş 12 aylıq sosial yardım almaq hüququ geri qalan müddət üçün (xx.xx.2024-cü il tarixdən sonrakı) təmin edilməli, ailənin ünvanlı sosial yardım almaq üçün müraciətinə qoyulmuş məhdudiyyət qanunsuz hesab edildiyindən həmin məhdudiyyət aradan qaldırılmalıdır. Bununla belə, ailənin (növbəti) müraciəti zamanı ünvanlı sosial yardımın imtina edilməsi üçün əsaslar olduqda cavabdehin müvafiq təyinatdan imtina etmək hüququ istisna edilməməlidir.
31. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin hazırki iş üzrə cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı münasibətdə ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və ünvanlı dövlət sosial yardımın alınmasına qoyulmuş 1 illik məhdudiyyət aradan qaldırılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva