Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11246/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə barəsində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsi bağlamaqla, 2003-cü ildən “X7" MMC-də qazma qurğusunda yuxarı fəhlə (yüksəklikdə işləyən fəhlə) vəzifəsində işləməklə həmin müəssisə ilə əmək münasibətlərində olmuşdur. 2009-cu ilin iyul ayında bu şirkətdə yüksək vibrasiyalı “Needl gun” aparatı ilə işləyən zaman əmək xəsarəti almışdır. Həmin tarixdən qurğunun həkimi tərəfindən işdən azad olunmaqla qurğunun stasionarında müalicə almışdır. Bu xəsarətlə əlaqədar əmək qabiliyyətini itirmiş və 18 avqust 2009-cu il tarixdən 13 may 2010-cu il tarixə qədər əmək qabiliyyətini müvəqqəti itirməklə müalicə olunmuşdur. 2009-cu ilin dekabr ayında X5 (V.Axundov adma X3 İnstitutu) apardığı araşdırmalar nəticəsində əmək xəsarətinin peşə fəaliyyəti ilə əlaqədar olduğu təsdiq edilmişdir. xx.xx.2010-cu il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi, təqsirkar müəssisənin sorğusu əsasında əmək qabiliyyətinin 70 faiz itirilməsi təsdiq edilmişdir. 26.04. 2011-ci il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya 2012-ci ilin may ayına qədər əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi, əmək qabiliyyətinin 80 faiz itirilməsi təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixdə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərərfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təsdiq edilmişdir. 2013, 2014, 2015-ci illərdə də hər il bir il müddətinə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci dərəcəli əlillik, əmək qabiliyyətinin 65 faiz itirilməsi ilə 5 il müddətinə təsdiq edilmişdir. Növbəti sonuncu əmək qabliyyətinin itirilmə faizi və əlillik dərəcəsi təyin edilməsi isə xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktının nəticəsinə görə iddiaçıya peşə xəstəliyi səbəbi ilə, əmək qabliyyətinin itirilməsi faizi 80% olmaqla 2026-cı ilədək, müddətli, 2-ci qrup əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabliyyətinin 65 faiz itirilməsi barədə 2-ci Müayinə Aktı da qəbul olunmuşdur. Eyni tarix, eyni qrup, lakin əmək qabiliyyətinin itirilmə faizi müxtəlif olan (müvafiq olaraq 80 faiz və 65 faiz) iki qərar olduğundan və inzibati orqan iddiaçı üçün əlverişsiz olan qanunsuz qərarın (65 faizlə bağlı) ləğv edilməsinə dair müraciətini təmin etmədiyinə görə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Ağentliyinə qarşı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə “Peşə xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi faizinin 65 faiz itirilməsi barədə qərarın ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 80 olmaqla müddətsiz bərpa olunması” vəzifəsinin qoyulması barədə qərar qəbul olunması xahişi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1199/2023 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Belə ki, həmin qərarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sərvər Kərim oğlu barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı barədə xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Ağentliyinə həvalə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2167/2024 saylı qərarı ilə qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-161 /2025 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə inzibati məhkəməyə müraciət edərkən əlilliyin müddətsiz bərpa olunmasını da xahiş etmişdir. Lakin, iddia tələbinin həm faktiki hallardan (10 il fasiləsiz ikinci dərəcə əlillik), həm də birbaşa normativ aktdan irəli gələn həmin hissəsi təmin edilməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinin təmin edilməməsini inzibati orqana etdiyi müraciətdə bu barədə qeyd etməməyini göstərmişdir. Halbuki həmin vaxt cavabdeh inzibati orqanla yazışmalarında cavabdeh iddiaçı əlilliyini birmənalı şəkildə müddətsiz olaraq göstərirdi. Buna görə də, yəni əlilliyin müddətsiz olması ilə bağlı hüquqları cavabdeh tərəfindən pozulmadığına görə iddiaçı inzibati orqana qanunsuz qərarın (65 faizlə bağlı - həmin qərarın özündə də əlillik müddətsiz göstərilmişdir) ləğvinə dair müraciətində bu məsələyə toxunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1199/2023 saylı qərarı qanuni qüvvəsini almışdır. Bu nöqteyi-nəzərdən əlilliyin müddətsiz təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Ağentliyinə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdeh inzibati orqana barəsində olan 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə dair Ərizə ilə müraciət olunmuşdur. Lakin, müraciət etdiyi tarixdən 35 gündən də artıq vaxt keçməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya cavab verilməmişdir. Cavabdeh bu hərəkəti, daha doğrusu hərəkətsizliyi ilə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqana və məhkəməyə təqdim etdiyi sənədlər və bu münasibətləri tənzimləyən normalar da təsdiq edir ki, barəsində olan ikinci dərəcə əlillik müddətsiz olaraq təyin edilməlidir. Belə ki, 2009-cu il tarixdə peşə fəaliyyəti ilə əlaqədar aldığı əmək xəsarəti nəticəsində barəsində xx.xx.2010-cu il tarixdən etibarən fasiləsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edtməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-1199/2023 saylı qərarından görünür ki, ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-cü qrup əlillik 50 faiz peşə əmək qabliyyətinin itrilməsi barədə və xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik 65 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə qərarlarının ləğv edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixli peşə xəstəliyi səbəbi ilə 2-ci dərəcə əlilliyin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faiz olmaqla təyin edilməsi haqqında qərarının müddətsiz olaraq xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Sərvər Kərim oğlu barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və İddiaçı barədə xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. İşdən görünür ki, həmin məhkəmə qərarı qanuni qüvvəsini almış, cavabdeh tərəfindən icra edilərək iddiaçıya xx.xx.2021-ci il tarixdən əmək qabiliyyətinin 80 faiz itirilməsi ilə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi kimi xx.xx.2026-cı il göstərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona təyin edilmiş əlilliyin 5 il müddətinə olması ilə razılaşmayaraq ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı hazırda ona 5 il müddətinə təyin edilmiş əlilliklə razılaşmayaraq müddətsiz əlillik təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsini xahiş edir, hansı ki, bu iddia məcburetmə haqqında iddiaya uyğun gəlir. Əlilliyin təyin edilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, bu qayda nəinki əlilliyin təyin edilməsinə, həmçinin təyin edilmiş əlilliyin müddətinin, orqanizmin funksiyasının pozulma faizinin dəyişdirilməsi ilə bağlı iddialara da aiddir. Çünki “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavədə əlilliyin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının qərarının forması təsbit edilmiş, həmin qərarda aşağıdakı elementlər öz əksini tapmışdır:
1. orqanizmin funksiyalarının pozulması faizi;
2. əlilliyin ilkin və ya təkrar olması;
3. əlilliyin səbəbi ;
4. əlilliyin meyarı və meyarın kodu;
5. əlilliyin müddəti;
6. əmək zəmanəti;
7. sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş; Əlilliyi müəyyən edilən şəxs qərarın bu elementlərinin hər birini müstəqil şəkildə mübahisələndirmək, hər birinə münasibətdə fərqli qərarın qəbul edilməsini tələb etmək hüququ mövcuddur. Lakin bunun üçün o, ilk növbədə cavabdeh müraciət etməli, bu müraciət tibbi-sosial ekspertiza müayinəsinə göndəriş formasında olmalıdır. İşdən görünür ki, iddiaçı barəsində sonuncu dəfə 2784003AACFP nömrəli Forma 88 göndərişi verilmiş və onun əlilliyi həmin göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Əmək qabiliyyətinin itirilməsi (%lə): 80” peşə xəstəliyi səbəbi ilə əlillik müddəti xx.xx.2026-cı il tarixi göstərilməklə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının həmin göndəriş əsasında ona müddətsiz əlillik təyin edilməsi üçün mübahisəli qərarı aldıqda sonra 30 gün müddətində (İPM, maddə 38.2) məhkəmə iddia qaldırmaqla hüququ olduğu halda bunu etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1199/2023 saylı qərarında da göstərilmişdir ki, “...iddiaçı barəsində ilkin olaraq xx.xx.2021-ci il tarixli qərarla 80%, ikinci dərəcə 5 il müddətinə əlillik dərəcəsi təyin edilməsi qərara alınmış, həmin qərara uyğun olaraq məlumatlar əlillik alt sisteminə yerləşdirilmişdir. İddiaçı nə xx.xx.2021ci il tarixdə olan əlillik barədə müayinə protokolunu əldə edərkən, nə də xx.xx.2021-ci ildə onun barəsində peşə əmək qabiliyyəti itirilmə faizinin 65% olmasını aşkar etdiyi halda belə əlilliyinin müddətinin müddətiz olması ilə bağlı cavabdehə hər hansı pretenziya irəli sürməmiş və ya inzibati aktı həmin hissədə mübahisələndirməmişdir. İnzibati akt qəbul edildiyi qaydada qüvvəyə minmiş və həmin qərardan şikayət etmə müddəti də keçmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, əlillik dərəcəsi, peşə əmək qabiliyyətinin itirilmə faizində olduğu kimi əlilliyin müddəti ilə bağlı məsələ şəxsin sağlamlıq vəziyyətinə uyğun maddi hüquq baxımından aparılan dəyərləndirmədir...” İddiaçı ona müddətli əlilliyin təyin edilməsindən 4 il sonra hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, yuxarıda qeyd edilənlərdən görünür ki, məsəslə ilə bağlı inzibati icraatın başlanması üçün məhkəməyə qədər tibbi-sosial ekspertiza müayinəsinə göndərişlə cavabdehə müraciət etməmişdir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən əlilliyin qiymətləndirilməsi üzrə qərarın qəbul edilməsi (və ya qərarın hər hansı bir elementinin dəyişdirilməsi) üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Beləliklə, iddiaçı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müvafiq göndəriş təqdim edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh onun hüquqlarını pozan hər hansı bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Qənbərova