Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11247/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1962-ci il tarixli “texniki pasportu”nun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının X4 1960-cı və 1961-ci illərdə Qərbi Azərbaycandan Bakı şəhərinə ev almaq üçün gəlmişdir. Həmin ərəfədə qardaşı X17 Bakı şəhərində təhsil alırdı. X4 ev almaq niyyətini qardaşı X11 bildirmişdir. Bundan sonra Hüseynə pulu verdikdən sonra qayıtmışdır Qərbi Azərbaycana. Qayıtdıqdan sonra atası Kərimə və baçısı Raziyəyə demişdir ki, iddiaçı pulu qardaşına verdi ki, ikisinə də yaşamaq üşün ev alsın. Ev alındıqdan sonra X20 ailəsini, yəni atası Kərimi, bacısı Rəsiyəni, oğlunu yaşamağa Bakı şəhərinə gətirdi. Bakı şəhərinə köçüb gəldikdə onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi dağaltı küçəsi ev 16 da yaşamağa başlamışlar. Bir müddət sonra qaynatasının qardaşı X17 gəlib atası Kərimə demişdir ki, ona dövlət tərəfindən ev verilməlidir, lakin bu ev adına olduğundan ev verilməyəcəkdir. Bu səbəbdən evi atası Kərəmin adına keçirəcəyini bildirmişdir ki dövlətdən ev alsın. 1963-cü ildə X17 atasının razılığını aldıqdan sonra notariusa getmişlər və evi atasının bağışlama müqaviləsi əsasında adına keçirmişdir. Bundan sonra X17 ailə qurmuş və bir müddət sonra Dövlət tərəfindən 5 otaqlı mənzillə təmin edilmişdir. X6 1964-cü ildən dövlət tərəfindən ona verilmiş evdə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. İddiaçının X4 isə 1968-ci ildə ailə hayatı qurmuş, atası Əkbərov Kərim və balaca qardaşı Həsənlə Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi dağaltı küçəsi ev 16 da yaşamağa davam etmişdir. X2 ailə qurduqdan sonra iki uşağı dünyaya gəlmişdir. Oğlu Teymur və qızı. İddiaçı, X3 Məsim Kərim oğlunun oğlu Teymurla 1993-cü ildə ailə qurdu və toydan sonra onlara, yəni qayanatamın evinə gəlin köçdü. Həmin nikahdan iki övladı dünyaya gəldi. 1994-cü il təvəllüdlü X18 və 1996-cı il təvəllüdlü X19. Həyat yoldaşı Məsimov Teymur 1973-cü ildə həmin evdə dünyaya gəlmişdir. Lakin 2024-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. İddiaçı iki uşaqla həmin evdə yaşamağa davam etmişdir, lakin yoldaşının yoxluğundan istifadə edən qohumlar müxtəlif böhtan, yalan, bəhanələr gətirərək onları həmin evdən çıxartmaq istəyirlər. Maraqlıdır qaynatasının pulu ilə ev alınır və sonradan evin sahibinin yoxluğundan istifadə edərək, qeyri-qanuni yollara əl ataraq bu çirkin atdımlar atmağa başlamışlar. xx.xx.2024-cü ildə qaynatasının qardaşı qızı X1 daşınmaz əmlakla bağlı müraciət etmişdir. Lakin müraciət edərək orada yalandan güya həmin ev babasına yox, atasına məxsus olduğunu bildirmişdir. Buda yalandır çünki, 1961-ci ildə alqı-satqı olunmasına baxmayaraq, 1963-cü ildə Məsimov Hüseyn bu evə atası Əkbərov Kərimə bağışlamışdır. Qaynatasının atası Əkbərov Kərimin ölümündən bir müddət qabaq 18 fevral 1986-cı evi Hüseynə vəsiyyət etmişdir. Lakin bu bağışlamanın və geri olan vəsiyyatnaməyə diqqət yetirəndə məlum olur ki, oğul və ata arasında olan bu oyunlarda məhz məqsəd onları həmin evdən çıxartmaqdı. Yəni yaşadığı evə-qaynatasının aldığı evə, orada ailəsi ilə uzun müddət yaşadığı evdən, doğulan boya başa çatan övladlarının evindən, 1993-cü ildən bəri yaşayan gəlini və daha sonra nəvələrini həmin evdən qovmaqdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən, 13 sentyabr 1961-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Ordjenikidze rayonu, Qaraçuxur qəsəbəsi, dağaltı ev 16, torpaq sahəsi 600 kv.m X5 tərəfindən satılır və Bakı şəhəri, Montin qəsəbsi 1, Şimal ev 9 yataqxanada qalan müvəqqəti yaşayan X8 adına rəsmişlərdirilir. Bundan sonra qaynatasının puluna alınmış evə dair X11 “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1962-ci il tarixli pasportu” verilmişdir. Yəni qaynatasının puluyla ev alınır və rəsmiləşdiriləndə Hüseynin adına rəsmiləşdirilir. Bundan sonra birdən-birə kimin Hüseynə dövlət tərəfindən ev verilir, yəni yataqxanada qalan adam özünə birdən birə ev alır, rəsmiləşdirir, sonra dövlətdən ev verildiyi üçün birdən-birə qardaşı tərəfindən alınmış evi atasının adına keçirdir. Qaynatasının qardaşı tərəfindən qeyd olunan ünvanda qardaşının puluna ev alarkən 12 sota yaxın torpaq sahəsinin üzərində olan evi alsa da, rəsmiləşdiriləndə həmin müqavilədə və ondan sonra irəli gələn müqavilələrdə 12 sot yox məhz qardaşı tərəfindən alınan və ona verilən hissə üzrə hərəkət etdiyi açıq aydın görünür. Yəni ev alınır qardaşının puluyla 13 sentyabr 1961-ci ildə, müqavilə üzrə 600 kv.m. Qardaşı yəni qaynatası təbii ki, qardaşına inanaraq maraqlanmır. Öz hissəsində yaşayır. Hüseyn isə 1962-ci ildə görəndə ki, qardaşı yəni qaynatası heçnə ilə maraqlanmır, gedir bütün torpağa yəni 12 sota tex.pasport alır və 1963-cü ildə yalanını gizlətmək üçün yenədə 600 kv.m atası ilə alqı-satqı eleyir. Bundn sonra bütün sənədləşmə işləri dayanır. Gördüyünüz kimi Hüseyn tərəfindən aparılmış əməliyyatlar məhz 600 kv. m üzərindədir. Digər hissəsi isə qaynatam yəni qardaşına məxsus olduğu üçün səs-küy çıxmasın deyə güya toxunmamışdır. Buna baxmayaraq, illər keçmiş indidə Hüseynin qızı qaynatasının evinə həmin texniki pasportu əsas gətirərək müxtəlif məhkəmələrdə iddia qaldırmağa başlamışdır. Bu məsələdə şübhəli hal ilkin alqı satqıda göstərilən 600 kv.m- dir, ondan sonra hansısa yolla alınmış 12 sota dair texniki pasportdur və daha sonra yenədə 600 kv.m atasıyla aparılmış alqı-satqıdır. Hesab edir ki, həmin 600 kv.m dair aparılmış alqı-satqıdan sonra 12 sota alınmış texniki pasport qeyri qanuni yolla alınmışdır. Yəni bu məsələdə açıq aydın görünür ki, bir qardaş digər qardaşı aldatmaq niyyəti olmuş və nəticədə aldatmağa nail olmuşdur. Hal-hazırda da həmin Hüseynin qızı atasının yolunu gedərək, qaynatasının vəsait hesabına alınmış evi aldadaraq saxta texniki pasportu əsas gətirərək öz adlarına rəsmiləşdirmək niyyətindədirlər. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Baçşısının Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən 105 nömrəli, xx.xx.1993-cü il tarixdə verilmiş forma 2-dən görünür ki, həmin forma 2 X14 verilir ki, o həqiqətəndə A.Şadlinski küçəsində 5 otaqlı, 96.4 kv.m olan 1 mərtəbəli evin birinci mərtəbəsində yaşayır. Həmin ev xüsusi mülkiyyətlə məhz X14 məxsusdur. Həmin arayışa diqqət yetirsəniz görəcəksiniz ki, elə həmin ərəfələrdə həmin evin “domovoy kitabça” üzrə sahibi məhz elə X4dur. Həmin arayışa əsasən məlum olur ki, həmin evdə kimlər və hansı tarixdən qeydiyyatda olmaqla yaşamışlar və yaşayırlar. Bütün kommunal ödənişlər yəni qaz, su, kanalizasiya və s. hamısı məhz X2 adına olmuş və tərəfindən ondan sonra ailə üzvləri tərəfindən ödənişlər həyata keçirilmişdir. Odur ki, yuxarıda qeyd olunanlar, Hüseyn tərəfindən aparılmış bütün hərəkətlərin saxtakarlıqla aparıldığından məhz bu səbəbdən həmin texniki pasportun ləğv olunmasına dair məhkəməyə iddia tələbi ilə müraciət etmək qərarına gəldi. Qaynatası pul verib Bakıda tələbə olan, yataqxanada yaşayan öz qardaşı Hüseynəki ikisinə də bir həyətdə ev al, özü və qardaşı yəni ikisi də bir həyətdə yaşasınlar. Qaynatası ailəsini yəni atasını, bacısını həmin evə gətirmişdir, orada sonralar ailə qurmuşdur, uşaqları doğulub boya-başa çatmışdır, həmin evə gəlin gətirmişdir, hal hazırdada o kişinin gəlini və nələri həmin evdə uzun illərdir ki, yaşayırlar. Lakin Hüseynin qızı buna heç çür imkan vermir, atası Hüseynin çirkin əməllərini, saxta sənədlərlə, yalanlarla davam etdirmək niyyətindədir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
5. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.
10. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.
11. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.
12. Məhkəmə müəyyən edir ki, mübahisə predmeti olan ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyindən, yəni daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının mövcud olmadığından iddiaçı daşınmaz əmlaka dair texniki pasportun ləğv edilməsini tələb edir.
13. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar
14. Məhkəmə hesab edir ki, texniki pasport inzibati akt hesab olunmadığından məhkəmə tərəfindən iddia mümkün sayıla bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva