Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11249/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “intizam icraatının başlanılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı X16 barəsində Azərbaycan Respublikası Vəkillər X8 tərəfindən intizam icraatının başlanılması öhdəliyinin Azərbaycan Respublikası Vəkillər X4 həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 228/2024 sayılı, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı qarşı tərəfin vəkili, Bakı şəhəri, 3 sayılı Vəkil Bürosunun vəkili X16 məhkəmə zalında və məhkəmə koridorunda onu və yaşlı anasını təhqir etmişdir. Bu hal Məhkəmə audio və video yazılarda öz əksini tapmışdır. Aqil Azadovun vəkil əxlaqına və vəkil kodeksinə sığmayan bu hərəkətləri barədə Azərbaycan Respublikası Vəkillər X4 ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə, 842 saylı məktubla, Azərbaycan Respublikası Vəkillər X3 ərizəsinə cavab almışdır. Həmin məktubda Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili X14 qanun pozuntusuna yol verilmədiyi bildirilmişdir. Həmin cavab məktubunda göstərilənlər əsassız və qanunsuzdur. Belə ki, həmin gün, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-228/2024 sayılı, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı qarşı tərəfin vəkilin səs-küyünə, nalayiq sözlərinə görə hakim məhkəmə icraçılarını məhkəmə zalına dəvət etmişdir. Məhkəmə icraçıları vəkil Aqil Azadovu çətinliklə məhkəmə zalından çıxartmışlar. Lakin buna baxmayaraq Aqil Azadov Bakı Apellyasiya Məhkəməsinin koridorunda və pilləkənlərin üstündə onu və yaşlı anasını təhqir etməyə davam etmişdir. Həmin hadisənin video və audio görüntülərini Bakı Apellyasiya Məhkəməsindən əldə etmək mümkündür. Xeyli müddətdir oğlu ilə heç bir ünsiyyət qura bilmir. Onun harada, kimin yanında olduğundan, səhhətinin hansı vəziyyətdə olduğundan xəbəri yoxdur. Övladı ilə ünsiyyət hüququ tamamilə pozulmuşdur. xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı razılığı olmadan müvəqqəti olaraq anası X15 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilmişdir. Habelə, həmin məhkəmə qətnaməsində, X10 üzərinə səfərdən öncə, səfər edilən ölkə, və səfərin tarixləri barədə Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinin icra məmuru X11 məlumat verilməsi vəzifəsi qoyulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-1740/2023 sayılı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. X5 qanuni qüvvəsini almış məhkəmə qətnaməsini heçə sayaraq, səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icra məmuru X11 məlumat vermək vəzifəsini yerinə yetirməmiş və xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getmişdir. Xətai və Yasamal rayonu İcra şöbələrində X15 barəsində axtarış, beynəlxalq axtarış və məcburi gətirilmə qərarları qəbul edilsə də, bütün bunlar heç bir nəticə verməmişdir. Övladı ilə ünsiyyət hüququnun pozulmasına əsas səbəb Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Aqil Azadovun çox böyük rol oynamışdır. Belə ki, vəkil Aqil Azad cavabdeh X2 Zubairin ölkə xaricinə qanunsuz çıxarılmasına, Yasamal Rayon Məhkəməsinin qətnaməsində göstərilən İcra şöbəsinin məmuru Firdovsi Vəliyevi məlumatlandırma və digər nüanslara əməl olunmasına şərait yaratmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-55/2-R-16739 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, keçmiş arvadı X10 xx.xx.2019-cu il təvəllüdlü oğlu X13 yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara gedən zaman icra məmuruna məlumat verməsi ilə bağlı mülki hüquq öhdəliklərinin icrasından yayınması ilə bağlı axtarış işi açılmış və barəsində dövlətlərarası axtarış elan olunmuşdur. Müraciəti Xətai Rayon Polis İdarəsinin 36cı Polis şöbəsinin icraatında olar axtarış işinə əlavə olunması üçün ərazi aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 3-38-33/2-R-1387-44/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1740/2023 nömrəli 07,06 2023-cu il tarixli qətnaməsində xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək atası X9 razılığı olmadan anası X15 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verildiyindən Y.Z.Ramazanlı anası İlə birlikdə dövlət sərhədindən buraxılmışdır. Bununla yanaşı, qeyd olunan məhkəmə qətnaməsində Sabunçu Rayon İcra şöbəsinin icra məmuru F.Ə.Vəliyevə məlumat vermək vəzifəsi vətəndaş X10 üzərinə qoyulduğundan Y.Z.Ramazanlının dövlət sərhədindən buraxılması zamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Vəkillər X8 tərəfindən İddiaçı ünvanlanmış 842 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, məsələ ilə bağlı vəkil Rəyasət Heyətinə dəvət edilərək onunla müvafiq söhbət aparılıb. A.F.Azadov verdiyi izahatda müraciətdə göstərilən xüsusatları təsdiq etməmiş, qarşı tərəf olduğu mülki iş üzrə iddiaçı X12 məhkəmədə hüquqi yardım göstərdiyini, vəkil kimi üzərinə düşən vəzifələri yerinə yetirdiyini, şikayətinin əsassız olduğunu, peşə fəaliyyətinə təzyiq göstərmək məqsədi ilə yazıldığını və həqiqəti əks etdirmədiyini bildirmişdir. Belə vəziyyətdə ərizədə qeyd edilən məlumatları təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmadığı üçün müraciəti üzrə Rəyasət Heyəti tərəfindən intizam icraatının başlanması üçün əsas yoxdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və onun Rəyasət Heyətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ünvanladığı, hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti cavabdeh tərəfindən cavablandırılmışdır. Bu hal iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə etdiyi işin materialları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Belə ki, iddia tələbi cavabdeh inzibati orqanın üzərinə onun vəzifələrinə (digər şəxslərin müraciəti və tələbi əsasında intizam icraatı başlamaq) aid edilməyən öhdəliyin qoyulması ilə bağlıdır. Həmçinin iddiaçının hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququ (hüquqi marağı) müəyyən edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçıya hüquq və azadlıqlarını pozan şəxslər və hallarla bağlı müki və cinayət hüququ ilə tənzimlənən hüquqi müdafiə vasitlərinin olması izah edilsin. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11249/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11249/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver