Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1125/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1.10.1959-cu il təvəllüdlüdür. İddiaçıya 8.08.2021-ci il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx.xx.1976-ci ildən əmək fəaliyyəti ilə məşğuldur və ididaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 7 gün sığorta stajına uyğun 15916,62 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək 11298,64 manat (4 il 9 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 27215, 22 manat təşkil edir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 4 saylı DOST Mərkəzinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı (bundan sonra – cavabdeh) iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...təqdim etdiyiniz əmək kitabçanızın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajınız 21 il 11 ay 7 gün olmaqla qanunvericiliklə tələb olunan 16 ildən çox olmasına baxmayaraq fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 7 gün sığorta stajınıza uyğun 15916,62 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək 11298,65 manat (4 il 9 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 27215,22 manat təşkil edir ki, bu məbləğ 63 yaşınıza uyğun olaraq qanunvericiliklə tələb olunan 38707,20 manat pensiya kapitalından azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək Rayonlararası Təmir-Tikinti Birliyinin 5 saylı RİTTT-də olan dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildiririk ki, sizə İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavebdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdən başlamışdır. 1992-1996-cı illərdə 3 saylı “X3” İdarəsi rəis müavini vəzifəsində, 1996xx.xx.2006-cı illərdə 5 saylı “Rayonlararası İstehsalat Təmir-Tikinti” Birliyində (5 saylı RİTT) baş mühəndis vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixdə həmin işdən azad olmuşdur. Hesab edir ki, onun iş stajı və pensiya kapitalı cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbuertmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı İİ dərəcə əlilliyə görə sosial müavinət alır. İddiaçı xx.xx.1976-ci ildən əmək fəaliyyəti ilə məşğuldur və ididaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 7 gün sığorta stajına uyğun 15916,62 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək 11298,65 manat (4 il 9 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 27215, 22 manat təşkil edir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının minimum pensiya təyinatına imkan verəcək qədər pensiya kapitalının olmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda ona əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Məhkəmənin sorğusuna cavabdehin 19 yanvar 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.2ci yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.1959-cu il təvəllüdlü (61 yaşlı) sığortaolunanın xx.xx.2021-ci il tarixinə tələb olunan sığorta stajı 15 il 4 aydır ((61 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 46 il) x 4 ay - 184 ay/12 = 15 il 4 ay). Buradan, xx.xx.2021-ci il tarixinə sığorta davamiyyəti əmsalı - K=184ay/200=0,92; əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SH*T*K=200*144*0,92=26496 manat təşkil edir. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən 01,07.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 17 il 2 ay 7 gün və ümumi iş stajına əsasən pensiya sığorta kapitalı 13096,89 manat təşkil edir. Eyni zamanda iddiaçının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək Rayonlararası Təmir-Tikinti Birliyinin 5 saylı RİTTT-də olan dövr bütövlükdə mübahisələndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsistemində olan məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2021-ci il tarixinədək 3990 manat pensiya sığorta kapitalı (4 il 1 ay sığorta stajı) qeydə alınmışdır. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən 17 il 2 ay 7 gün ümumi iş stajına əsasən 13096,89 manat pensiya sığorta kapitalı və xx.xx.2006-cı il tarixindən əlilliyin müəyyən edildiyi xx.xx.2021-ci il tarixinədək 3990 manat pensiya sığorta kapitalı olmaqla 4 il 1 ay sığorta stajı nəzərə alınmaqla sığorta stajı cəmi 21 il 3 ay 7 gün, pensiya sığorta kapitalı 17086,89 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2021-ci il tarixinə mübahisələndirilməyən sığorta stajı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajından çox olsa da, pensiya sığorta kapitalı qanunvericiliklə tələb olunan məbləğdən azdır”. İddiaçı iddia tələbində onun sığorta stajının və pensiya kapitalının düzgün hesablanmadığını bildirir. Cavabdehin imtina məktubundan müəyyən edilir ki, cavabdeh iddiaçının Rayonlararası Təmir-Tikinti Birliyinin 5 saylı RİTTT-də olan əmək fəaliyyəti dövrünü nəzərə almır. Məhkəmənin sorğusunda həmin dövrün nəzərə alınacağı təqdirdə pensiya kapitalının nə qədər təşkil etməsi barədə sorğu göndərilmişdir. Cavabdehin təqdim etdiyi 19 yanvar 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “iddiaçının Rayonlararası Təmir-Tikinti Birliyinin 5 saylı RİTTT-də olan əmək fəaliyyəti dövrü (9 il 5 ay 8 gün) sığorta stajına nəzərə alınacağı təqdirdə xx.xx.2006-cı il tarixinədək 26 il 7 ay 15 gün sığorta stajı əsasında sığorta kapitalı 20289,95 manat təşkil edəcəkdir. Hesablanma qaydası aşağıdakı kimidir: Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. (26 il+(7 ay+15gün/30gün)/12ay)x306=8147,25 manat xx.xx.2006-cı il tarixinədək olan 8147,25 manat pensiya kapitalı xx.xx.2021-cı il tarixinə indeksləşdirilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirilən əmək stajı pensiya kapitalına hesablandığı halda belə, (20289,95 manat) iddiaçıya 31-80 faiz pozulmasına görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan (38707,20 manat) pensiya kapitalı şərti ödənilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi rədd edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1125/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1125/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver