Məhkəmə qərarları › İş №2-1(112)-1125/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1125/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1125/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-75004/2024 saylı cavab imtina məktubunun əsassız hesab edilməsi və ona Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşı tamam olan gündən yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il tarixində anadan olmuşdur. xx.xx.2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə ona Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşı tamam olan gündən yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bütün tələb olunan sənədləri xx.xx.2023-cü il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN 3” mərkəzinə təqdim etdi. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq 05. 12,.2023-cü il tatxli 3-17-1/2-Ə-28537/2023 saylı cavab məktubu ilə bildirdi ki, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir; Şəxsiyyət vəsiqəsinin surəti;Ümumi iş stajını təsdiq edən sənədlərin əslləri;“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli;Pensiya təyin edilməsi ilə bağlı ərizə;Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər.Ona görə də işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışdığına dair” tələb olunan formaya uyğun verilmiş xx.xx.2024-cü il tarixli 13-3/2-M-1xx-xx/2024 saylı arayışı və diğər tələb olunan sənədləri yenidən ona 57 yaşı tamam olan gündən yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh İnzibati Orqana xx.xx.2024-cü il tarixində ərizə ilə təkrar müraciət etdi. Dəqiqləşdirici arayışda onun xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Aleksey Şipyagin tərsanəsində 1-ci dərəcəli motorçu, 02.1 1.1993cü ildən 0103.2004-cü ilə kimi Y.İbrahimov adına üzən tərsanədə birinci dərəcəli motorçu və xx.xx.2005-ci ildən xx.xx.2013-cü ilə kimi böyük motorçu vəzifəsində işlədiyi təsdiq edilir. Eyni zamanda arayışda qeyd edilir ki, sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətlərini nəzərə alaraq bildirilir ki, üzən tərsanələrdə tərəfindən əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı” nda nəzərdə tutulmuş “tryum motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyasına aiddir. Azərbaycan Respublikası NK-nin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarına 2 saylı Əlavədə göstərilən formada güzəştli iş barədə arayış işəgötürən tərəfindən verilməlidir. Ona işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin formaya uyğun güzəştli iş stajı barədə arayış verilməsinə baxmayaraq cavabdeh İnzibati Orqan xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-75004/2024 saylı məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən əsassız olaraq imtina edir. Belə ki, İnzibati Orqan heç bir araşdırma aparmadan , təqdim etdiyi güzəştli iş stajı barədə arayışın düzgünlüyünü, iş şəraitini və gördüyü işin xüsusiyyətlərini qarşılıqlı yoxamadan hesab edir ki, işlədiyi sahə Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Baxmayaraq ki, bütün gəmi və tərsanələrdə motor qapalı yerdə yerləşir və o motorçu kimi bütün fəaliyyətini qapalı şəraitdə həyata keçirmişdir. Tryum motorçusu sözü də qapalı yerdə motorçu deməkdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatınızda olan 2-1(112)- 8605/2024 nömrəli inzibati iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim edilmişdir. Bildirilir ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq, xx.xx.2024-cü il tarixli 3-17- 1/2-M-75004/2024 nömrəli məktubla ərizəçinin qanunvericiliklə tələb olunan güzəştli iş stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) sahil heyəti yarımbəndində (c) tryum motorçuları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilən “Azərbaycan Xəzər Dəniz Gəmiçilik’ QSC-nin xx.xx.2024-cü il tarixli 13-3/2-M-1xx-xx/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Aleksey Sipyagin adına üzən tərsanədə, xx.xx.1993-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Y.lbrahimov adına tərsanədə motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Buna görədə İddiaçı qanunveriliklə tələb olunan güzəştli iş stajı mövcüd olmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, müəsisə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-3-3/2-M-1xx-xx/2024 nömrəli arayışda onun üzən tərsanədə işlədiyi qeyd olunmuş və işlədiyi vəzifənin 23003030-14748 nömrəli koda uyğun olduğu bildirilmişdir.Lakin Müəsisə tərəfindən istinad olunan kod müvafiq siyahının Sahil heyəti bəndində nəzərdə tutulmuşdur.Halbuki iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində, həmçinin müəsisənin arayışında da qeyd olunduğu kimi üzən tərsanə də işləmişdir. Üzən tərsanədənin iddiaçının işlədiyi sahil heyətinə aid olmadığı isə aşkar sübutdur.XXVİİİ Nəqliyyat bölməsinin 4 yarımbölməsi nəzərdə tutulmuşdur.1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 2.Metropolitenlər 3.Dəniz və çay donanması a.Üzən heyət b.Sahil heyəti 4.Şəhər elektrik nəqliyyatı. Eyni zamanda bildirilir ki, müəssisə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 13-3-3/2-814/2024 nömrəli arayışda İddiaçı işlədiyi motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının müvafiq bəndlərində qeyd olunmuş 14748 və ya 14706 kodlarla uyğunluq təşkil etmədiyi və qeyd olunan kodların Dəniz Donanmasına aid olunduğu bildirilmişdir. Lakin 2 gün sonra, yəni xx.xx.2024-cü il tarixli 13-3-3/2-819/2024 nömrəli arayışda bildirilmişdir ki, iddiaçının işlədiyi motorçu vəzifəsinin xüsusiyyətlərini 2 nömrəli Siyahıda nəzərdə tutulan 23003030-14748 koduna aid etmək olar. Göründüyü kimi iddiaçıya ünvanlanan arayışlar ziddiyyətlidir və bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunar ən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görədə, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.Eyni zamanda analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (103)-1040/2024 nömrəli qərarında məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunanlara əsasən İddiaçı güzəştli iş stajı mövcud olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat uzrə mərkəzi filialına qarşı" güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mansur oğluna dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasından görünür ki xx.xx.1984-cü il tarixdə 206 saylı, xx.xx.1984-cü il tarixli əmrə əsasən təmir tikinti qrupuna ikinci dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə 151 saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən rəngsaz ixtisası verilmişdir, təmir tikinti qrupuna üçüncü dərəcəli rəngsaz keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 12 saylı xx.xx.1987ci il tarixli əmrə əsasən təmir tikinti qrupunda dördüncü dərəcəli rəngsaz təyin edilmişdir.xx.xx.1987-ci il tarixdə 154 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən mexaniki sexə birinci dərəcəli gəmi təmiri çilingəri keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 163 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən təmir tikinti qrupunda dördüncü dərəcəli rəngsaz keçirilmişdir. Sov.İKP XXİ qurultayı adına X8 və qaz sənayesi GTZ İB xx.xx.1988 tarixli 148 nömrəli əmrinə əsasən Xəzr dəniz neft donanmasının adı X8 donanması İdarəsinin Sov.İKP XXİ qurultayı adına X8 və qaz sənayesi GTZ İB dəyişdirilmişdir. xx.xx.1988-ci il tarixdə 129 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən əmək haqqının ödənişi şərtlərinin dəyişilməsi ilə əlaqədar üçüncü dərəcəli üzçəkən hesab edilmişdir. xx.xx.1990-ci il tarixdə 168 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən təmir tikinti qrupunda dördüncü dərəcəli üzçəkən bərpa edilmişdir. xx.xx.1991-ci il tarixdə 1 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən mühərrikçi ixtisasına yiyələnmək üçün “Aleksey sinyagin” üzən dokuna birinci dərəcəli fəhlə keçirilmişdir. xx.xx.1991-ci il tarixdə 26 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən ikinci dərəcəli mühərrikçi ixtisası verilib və “Aleksey sinyagin” üzən dokuna ikinci dərəcəli mühərrikçi keçirilmişdir. xx.xx.1992-ci il tarixdə 42 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Aleksey sinyagin” üzən dokuna birinci dərəcəli mühərrikçi keçirilmişdir. X8 və qaz sənayesi GTZ İB xx.xx.1991 tarixli 299 nömrəli əmrinə əsasən Sov.İKP XXİ qurultayı adına Gəmiqayırma zavodunun adı X8 donanması İdarəsinə dəyişdirilmişdir. xx.xx.2004-cü il tarixdə 82 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə) xitam verilmişdir. xx.xx.2004-cü il tarixdə 1435 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən X3 Ud. Kapelfels, Lukoyls və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisə Böyük Motorçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 919 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə 155 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə əsasən 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu qəbul edilmişdir.xx.xx.2006-ciı il tarixdə 392 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlandıqda) xitam verilmişdir. xx.xx.2005-ci il tarixdə 165 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən 90/s üzən tərsanədə böyük motorçu vəzifəsinə keçirilmişdir.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod X8 Donanması Gəmi Təmiri Zavodu adlandırılmışdır. xx.xx.2013-cü il tarixdə 1349k saylı xx.xx.2013-cü il tarixli əmrə əsasən 901 saylı üzən tərsanəyə Əmək müqaviləsi əsaslnda 12 dərəcəli növbə mexaniki keçirilmişdir.Azərbaycan Respublikası prezidentinin 2013-cü il tarixli 22 oktyabr 6 №-li və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Neft Şirkətinin X8 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdə 5 saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Bibiheybət Gəmi Təmiri Zavodnun 901 saylı üzən tərsanəsinə 11-ci dərəcəli növbə mexaniki keçirilmişdir. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli əmrə əsasən hal-hazırda işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-M-75004/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 4 mart 2024-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) sahil heyəti yarımbəndində (c) tryum motorçuları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-3/2-M-1xxxx/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Aleksey Sipyagin adına üzən tərsanədə, xx.xx.1993-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Y.İbrahimov adına tərsanədə motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur.Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxan inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN 3” mərkəzi tərəfindən daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfinizdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1.şəxsiyyət vəsiqənizin surəti;2.ümumi iş stajınızı təsdiq edən sənədlərin əslləri;(əmək kitabçanızın, həqiqi hərbi xidmətdə olduğu dövr təsdiq edən sənəd və s.);3.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışının əsli;4.pensiya təyin edilməsi ilə bağlı ərizə.Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair ış yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 13-3/2-M-781/2t-33/2023 nömrəli məktubundan görünür ki, etibarnamə üzrə nümayəsi X2 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə müvafiq qaydada baxılmışdır. Hazırkı məktubla ASCO xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir.Eyni zamanda bildirilir ki, yuxarıda qeyd olunan dövrlərdə işin xüsusiyyətini nəzərə alaraq, üzən tərsanələrdə əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar “tryum motorçusu” vəzifəsində çalışan işçilərin əmək funksiyalarına aiddir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 13-3/2-M-1xx-xx/2024 nömrəli məktubundan görünür ki, etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə müvafiq qaydada baxılmışdır.Bundan öncə göndərdiyi məktubda qeyd edildiyi kimi, ASCO xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyinizi təsdiq edir.Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirmək istərdik ki, üzən tərsanələrdə tərəfinizdən əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı SiyahısTnda nəzərdə tutulmuş “tryüm motorçusu" vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarına aiddir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-3-3/2-609/2024 nömrəli məktubundan görünür ki, zavodun işçisi İddiaçı çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası NK- nin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 bəndində qeyd olunmadığına görə ona güzəştli arxiv arayışının verilməsi məqsədə uyğun sayılmır. İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinə kimi (26 gün) gəmi təmiri çilingəri kimi işlədiyi dövrə güzəştli arxiv arayışı verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-716/2024 nömrəli məktubundan görünür ki, zavodun işçisi İddiaçı çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası NK-nin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 bəndində qeyd olunmadığına görə ona güzəştli arxiv arayışımın verilməsi məqsədə uyğun sayılmır.İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinə kimi (26 gün) gəmi təmiri çilingəri kimi işlədiyi dövrə güzəştli arxiv arayışı verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-814/2024 nömrəli məktubundan görünür ki, İddiaçı çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının müvafiq bəndlərində qeyd olunmuş kodlarla (14748 və ya 14706) uyğunluq təşkil etmir və qeyd olunan kodlar Dəniz Donanmasına aid olunur. Zavodun işçilərinin “Güzəştli şərtlərə yaşa görə pensiya hüquqi verən peşələrinin” siyahısı həmin Qərarın 2 №-li siyahisinin 21503000 bəndinin 3 saylı “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində qeyd olunub və motorçu peşəsinin adı bu bölmədə, habelə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 11.6 bəndində göstərilməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-819/2024 nömrəli məktubundan görünür ki, İddiaçı çalışdığı motorçu peşəsinin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının müvafiq bəndlərində qeyd olunmuş kodlar (14748 və ya 14706) Dəniz Donanmasına aid olunur. “Bibiheybət” Gəmi Təmiri Zavodu iş fəaliyyəti “Güzəştli şərtlərə yaşa görə pensiya hüquqi verən peşlələrinin” siyahısı həmin Qərarın 2 №-li siyahisinin 21503000 bəndinin 3 saylı “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində qeyd olunub və motorçu peşəsinin adı bu bölmədə, habelə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 11.6 bəndində göstərilmədiyindən İddiaçı güzəştli iş stajı barədə arayışın verilməsi mümkün deyil. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-M-190/8t-33/2024 nömrəli məktubundan görünür ki, etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və surəti “Bibiheybət” Gəmi Təmiri Zavoduna ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətinə müvafiq qaydada baxılmışdır. Məktubda qeyd edildiyi kimi, zavod xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa » görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının müvafiq bəndlərində qeyd olunmuş kodlar (14748 və ya 14706) Dəniz Donanmasına aiddir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-M-190/10t-33/2024 nömrəli məktubundan görünür ki, bundan öncə göndərilən məktubda qeyd edildiyi kimi, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, İddiaçı üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu ildə 38№-li Texniki Peşə Məktəbinə daxil olmuşdur. xx.xx.1982-ci ildə 607515 №-li diplom ilə 3-ci dərəcəli “Armaturçu elektrik qaynaqçısı” peşəsi üzrə orta texniki peşə məktəbini tam kurs əyani bitirərək ümumi orta təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 №-li xx.xx.1996-cı il tarixli qərarına əsasən 38 №-li Texniki Peşə Məktəbinin adı dəyişdirilərək 1№-li Gəncə Peşə Məktəbi olmuşdur. İş materiallarına əlavə olunmuş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2023-cü il tarixli A-117 nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən gəmi təmiri çilingəri vəzifədə "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.1987-xx.xx.1987-ci il əmr 154 nömrəli, xx.xx.1987-ci il gəmi təmiri çilingəri vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta və ya iş stajı 26 gündür. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X4 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); Hazırda (xx.xx.2022-ci il tarixdən) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ilk dəfə xx.xx.2021-ci ildə müraciət etmişdir. İddiaçı Mansur oğluna dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1984-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci illərdə və xx.xx.2005-ci ildən- hal-hazıradək fasiləsiz əmək fəaliyyəti barədə qeydlər mövcuddur. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu ildə 38№-li Texniki Peşə Məktəbinə daxil olmuşdur. xx.xx.1982-ci ildə 607515 №-li diplom ilə 3-ci dərəcəli “Armaturçu elektrik qaynaqçısı” peşəsi üzrə orta texniki peşə məktəbini tam kurs əyani bitirərək ümumi orta təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 №-li xx.xx.1996-cı il tarixli qərarına əsasən 38 №-li Texniki Peşə Məktəbinin adı dəyişdirilərək 1№-li Gəncə Peşə Məktəbi olmuşdur. 1 il 10 ay İş materiallarına əlavə olunmuş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1 il 4 ay 17 gün İddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək ən azı 25 il təşkil etməsi işin mübahisəsiz halıdır. İmtina onunla əsaslandırılmışdır ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik’ QSC-nin xx.xx.2024-cü il tarixli 13-3/2-M-1xx-xx/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Aleksey Sipyagin adına üzən tərsanədə, xx.xx.1993xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Y.lbrahimov adına tərsanədə motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Buna görədə İddiaçı qanunveriliklə tələb olunan güzəştli iş stajı mövcüd olmamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-M-190/10t-33/2024 nömrəli məktubundan görünür ki, bundan öncə göndərilən məktubda qeyd edildiyi kimi, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, İddiaçı üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Belə olan halda, yuxarıda qeyd edilən dövrlər məhkəmədə iddiaçının xx.xx.2006-cı il zərərli işlərdə ən azı 12 il 6 ay stajının olması qənaətinə gəlməyə əsas verir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı xx.xx.1963-cü ildə anadan olub və inzibati orqana müvafiq tələblə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçıya iddia tələbinə uyğun olaraq xx.xx.2020ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2020-ci il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar