Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1126/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imtinasını əsassız hesab edərək, mənə "Müharibə veteranı" vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1992-ci ildə Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi qulluq yeri kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməliyyat idarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunub Lənkəranda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Daha sonra 1993-cü ildə yeni təyinatla Daşburun qəsəbəsində yerləşən N saylı hərbi hissəyə keçid alaraq xidmətimi orada davam etdirmişdir. N saylı hərbi hissənin xidməti ərazisi döyüş bölgəsində olduğu üçün dövlət sərhədinin qorunmasından savayı işğalçı qüvvələrə qarşı mübarizənin iştirakçısı olmuşdur. Tərkibində olduğu əməliyyat şöbəsi ilə birlikdə kəşfiyyat xarakterli əməliyatların aparılmasına görə şifahi təşəkkürlər almışdır. 1994-cü ildə baş verən atəşkəsdən sonra tərxis olmuşdur. İddiaçının “Müharibə veteranı” vəsiqəsinin verilməsi barədə yazılı müraciətinə Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2021-ci ildə 6/270 nömrəli sənədlə rədd cavabı verilmiş, səbəb kimi onun döyüş əməliyyatlarında iştirakına görə əmək haqqının 3 qat ödənilməsi barədə əmr olsa belə döyüşlərdə iştirakını, onun orada ezamiyyətə göndərilməyi və ezamiyyətdən geri qaytarılmağımı təsdiq edən hər hansı əmrlərin mövcud olmadığı göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza əsasən, İddiaçı 1993-cü ildə döyüş əməliyyatında iştirak etdiyini, bu səbəbdən də cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə bildirilir ki, hərbi qulluqçu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, vətəndaş İddiaçı müraciətinə əsasən müvafiq arxiv sənədləri toplanılmış və məlum olmuşdur ki, İddiaçı AR DTK sədrinin xx.xx.1992-ci ii tarixli 0167 nömrəli əmri ilə leytenant hərbi rütbəsi verilməklə hərbi xidmətə qəbul edilmişir. MTN SQ komandanının xx.xx.1993-cü il tarixli 1086 ş/h nömrəli əmri ilə MTN SQ 2-ci SD-də əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. MTN SQ komandanının xx.xx.1994-cü il tarixli 297 ş/h nömrəli əmri ilə AR Qanununun 18-ci maddəsinin E bəndinə uyğun olaraq (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) Silahlı Qüvvələrin ehtiyyatna buraxılıb (qeyd: arxiv şəxsi işdə olan məlumatlara əsasən İddiaçı spirtli içki alüdəçisi olmuş, dəfələrlə sərxoş halda hərbi hissənin ərazisinə daxil olaraq hərbi qulluqçulara, eləcə də hərbi hissənin rəhbərliyinə qarşı kobud nalayiq ifadələr işlədərək onları təhqir etmişdir). İddiaçı tərəfindən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciət əsasında müvafiq arxiv sənədləri toplanmış və xx.xx.2020-ci il tarixdə «Veteran adlarının və vəsiqələrinin verilməsi» komissiyasında baxılmışdır. İddiaçı döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından «Müharibə veteranı» vəsiqəsinin verilməsinin mümkün olmaması barədə onun ünvanına xx.xx.2020-ci il tarixdə 4/17-1370 nömrəli məktub göndərilmişdir. Həmçinin İddiaçı iddia ərizəsində kəşfiyyat xarakterli əməliyyatların aparılmasına görə təşəkkür aldığını qeyd etsə də, arxiv materiallardan edilmiş çıxarışlarda bu öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsində 1994- cü ildə baş vermiş atəşkəsdən sonra təxris olmasını iddia etsədə, bildirilir ki, atəşkəs 12 may 1994-cü il tarixli “Bişkek protokolu” adlı sənədlə təmin edilmiş, İddiaçı isə MTN SQ komandanının xx.xx.1994-cü il tarixli 297 ş/h nömrəli əmri ilə AR Qanununun 18-ci maddəsinin E bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) Silahlı Qüvvələrin ehtiyyatna buraxılmışdır. «Veteranlar haqqında» xx.xx.1994-cü il tarixli 841 nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş zonasına ezamiyyətə göndərilmiş və ezamiyyətdən geri qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə (hərbi qulluqçulara) verilir. Eyni zamanda, müharibə veteranı adı və vəsiqəsi qeyd olunan əsasnamənin tələblərinə əsasən AR-nın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləriə ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının hərbi biletində döyüş əməliyyatlarında iştirak barədə qeydiyyatlar aparılarkən tarixlər və əmr nömrələri göstərilmədiyindən, onun döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» vəsiqəsinin verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsini Məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Dövlət Sərhəd Xidmətində yaradılmış «Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası» tərəfindən iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, «Veteranlar haqqında» xx.xx.1994-cü il tarixli 841 №-li AR Qanununun və Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu əsasnaməyə xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi 1991-ci ilin oktyabrın 10-dan 1993-cü ilin mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və orqanlara döyüş tapşırığının verinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verildiyi, iddiamının barəsində toplanmış arxiv çıxarışlarında döyüş əməliyyatlarında iştiraka görə xx.xx.1993-xx.xx.1993-cü il tarixlər üçün ona əmək haqqının 3 (üç) qat ödənilməsi barədə əmr olsa da, qeyd olunan tarixlərdə birbaşa döyüş əməliyyatlarında iştirakını, yəni döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı döyüş zonasına ezamiyyətə göndərilmə və ezamiyyətdən geri qaytarılmasını təsdiq edən hər hansı bir əmrlərə rast gəlinmədiyi, döyüş əməliyyatlarında iştirak edən bütün şəxslərə «Müharibə veteranı» vəsiqəsi yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri nəzərə alınmaqla verildiyi üçün xidmət müddətində birbaşa döyüş əməliyyatlarında iştirakını təsdiq edən əmrlərin mövcud olmadığından müraciətinin həllinin mümkünsüz hesab olunduğu və bu barədə xx.xx.2020ci il atrixdə 4/17- 1370 nömrəli sənədlə ona məlumat verildiyi bildirilərək müraciətin təmin olunmasından imtina edildiyi bildirilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçının məhkumluğunun olub-olmaması barədə məlumat sorğu əsasında Nəsimi rayon Polis İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən 04 iyun 2021-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışından görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması dövründə həmçinin iddiaçının hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli, 909 saylı məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir və xx.xx.1993-cü il tarixdə səfərbərliklə əlaqədar olaraq Azərbaycan Ordusuna həqiqi hərbi xidmətə çağrılmışdır. İddiaçı Azərbaycan Ordusundan tərxis olunması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində heç bir məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli, 16/2037 saylı məktubu əsasında iddiaçının xidmət illəri barədə məlumat və xidmət etdiyi hərbi hissələr üzrə barəsində verilmiş əmrlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsi Rəisinin xx.xx.1993-cü il tarixli, 553 №li şəxsi heyət üzrə əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 04 mart 1993-cü il tarixli 009 №li əmri ilə təsdiq edilmiş təşkilat-ştat dəyişikliklərinə müvafiq olaraq 05 mart 1993-cü il tarixdən leytnant İddiaçı əməliyyat şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş; 09 dekabr 1993-cü il tarixli 1086 №li şəxsi heyət üzrə əmrdən çıxarışdan görünür ki, 4-cü sərhəd dəstəsinin əməliyyat şöbəsinin əməliyyat müvəkkili leytnant İddiaçı vəzifəsindən azad olmaqla 15 dekabr 1993-cü il tarixdən 2-ci sərhəd dəstəsinin əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş; 28 mart 1994cü il tarixli 297 №li şəxsi heyət üzrə əmrdən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “E” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) 24 mart 1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyyatna buraxılması, hərbi qeydiyyata götürülməsi üçün Yasamal rayon hərbi komissarlığına göndərilməsi, Azərbaycan Recpublikası MTN-nin 09 yanvar 1992-ci il tarixli 05 №li Əmrinə müvafiq olaraq hərbi xidməti intizamını kobud şəkildə pozduğuna görə 1994-cü ildəki hərbi xidmətinə görə pul mükafatından məhrum edilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusu əsasında İddiaçı N №-li hərbi hissənin 4-cü sərhəd dəstəsinin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və N №-li hərbi hissənin 2-ci sərhəd dəstəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə məlumatı məhkəməyə təqdim edilməsi, eyni zamanda iddiaçının dəlillərinə əsasən N №-li hərbi hissə üzrə N təşəkkürnamə aldığına istinadən həmin əmrlərinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması cavabdehdən tələb olunmuşdur. Sorğuya cavab olaraq yuxarıda istinad olunan əmrlərdən çıxarışların təsdiq edilmiş surəti, həmçinin iddiaçıya məxsus xidmət vəsiqəsinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin xidmət vəsiqəsindən müəyyən olunur ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə töhmət, xx.xx.1993-cü il tarixdə şiddətli töhmət, xx.xx.1993-cü il tarixdə şiddətli töhmət, xx.xx.1993cü il tarixdə 3 gün müddətinə həbs, xx.xx.1994-cü il tarixdə şiddətli töhmət, xx.xx.1994-cü il tarixdə natamam xidmətə görə uyğunsuzluq elan edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İddiaçının dəlillərinə əsasən N saylı hərbi hissənin xidməti ərazisi döyüş bölgəsində olduğu üçün dövlət sərhədinin qorunmasından savayı işğalçı qüvvələrə qarşı mübarizənin iştirakçısı olduğuna əsasən, tərkibində olduğu əməliyyat şöbəsi ilə birlikdə kəşfiyyat xarakterli əməliyatların aparılmasına görə şifahi təşəkkürlər aldığına görə ona “müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Halbuki iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı xx.xx.1993-cü il tarixdə səfərbərliklə əlaqədar olaraq Azərbaycan Ordusuna həqiqi hərbi xidmətə çağrılmış, 09 dekabr 1993-cü il tarixli 1086 №li şəxsi heyət üzrə əmrdən çıxarışa əsasən 4-cü sərhəd dəstəsinin əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq 15 dekabr 1993-cü il tarixdən 2-ci sərhəd dəstəsinin əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş, 28 mart 1994-cü il tarixli 297 №li şəxsi heyət üzrə əmrdən çıxarışa əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “E” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) 24 mart 1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyyata buraxılmış, həmçinin hərbi xidmət intizamını kobud şəkildə pozduğuna görə 1994-cü ildəki hərbi xidmətinə görə pul mükafatından məhrum edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının təltif alması ilə bağlı dəlilləri araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı keçmiş olduğu hərbi xidməti dövründə nəinki hər hansı mükafatla təltif edilməmiş, əksinə müxtəlif dfövrlər ərzində töhmət, dəfələrlə şiddətli töhmət, həbs, sonda isə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünün, dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - X , daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə "qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçının hərbi xidmətdə olduğu müddət ərzində aparılan döyüş əməliyyatlarında döyüş dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrdə və ya orqanlarda döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması və bu barədə müvafiq əmrlərin olması müəyyən edilmədiyindən, həmçinin 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edilmədiyindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1126/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1126/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver