Məhkəmə qərarları › İş №2-1(112)-11269/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11269/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11269/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “yerquruluşu planın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi ilə əlaqədar Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməmə, o cümlədən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında qeyri-yaşayış sahəsinin yerləşməməsinə dair əmlakın yerləşdiyi 68 kv.m torpaq sahəsinə dair məlumatın əks olunduğu planın (yerquruluşu planının) göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR, Hüseynbala Əliyev küçəsi 38 saylı binanın yaxınlığında iddiaçı tərəfindən A və В tikilisindən ibarət qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsinin inşası 2021-ci ildə tamamlanmışdır. A tikilisindən ibarət ticarət obyektinin ümumi sahəsi 31 kv.m, В tikilisi isə 30.8 kv.m təşkil edir. Adıçəkilən qeyri-yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181№-li Fərmanına uyğun olaraq qeydiyyata alınması üçün iddiaçı tərəfindən ilk öncə memarlıq planlaşdırma həlli "xxxx" MMC-yə sifariş verilmişdir. Həmin memarlıq planlaşdırma həlli tamamlandıqdan sonra iddiaçı tərəfindən AR Fövqəladə Hallar Nazirliyinə texniki rəyin alınması üçün müraciət edilmişdir. Fövqəladə Hallar Nazirliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən adıçəkilən qeyri-yaşayış binasında müayinə işləri aparılmış və buna dair texniki rəy tərtib edilmişdir. Adıçəkilən texniki rəydən müəyyən olunur ki, iddiaçıya məxsus qeyriyaşayış binaları 2021-ci ildə inşa edilmişdir. Hal-hazırda qeyri-yaşayış binası ticarət obyekti kimi istismar edilir. Müayinə zamanı yükdaşıyan monolit dəmir beton konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Qeyri-yaşayış binası texniki cəhətdən işlək vəziyyətdədir. Həmin texniki rəy alındıqdan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181№-li Fərmanının icrası ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli ********** №-li elektron müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 sayı Bakı Ərazi İdarəsi tərəfindən ərazinin yer quruluşu planı tərtib edilmişdir. Həmin yerquruluşu planına əsasən torpaq sahəsinin ölçüsü 0.0068 ha, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü dövlət, tikintialtı sahə isə 68 kv.m olaraq göstərilmişdir. Adıçəkilən torpaq sahəsinin heç bir mühafizə zolağında yerləşməməsi həmin planda öz əksini tapmış, eləcə də qeyd edilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətindən mülkiyyətə alınması və icarəyə götürülməsinin zəruriliyi qeyd olunmuşdur. Həmçinin həmin yer quruluşu planında ərazinin ümumi istifadədə olan torpaq sahəsində yerləməsi öz əksini tapmışdır. Bundan sonra iddiaçı elektron qaydada cavabdeh orqana müraciət etmiş lakin müraciətin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi istifadədə olan qeyri-yaşayış binasının ümumi istifadədə olan torpaq sahəsində yerləşməsi qeyd edilmişdir. Hesab edir ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, istər AR Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi rəydə, istərsə də ƏMDX-nin yerquruluşu planından görünür ki, ərazi ümumi istifadədə olan sahədə yerləşsə də heç kimə maneçiliyi yoxdur. Belə ki, ərazi ümumilikdə ticarət obyektləri əhatə olunmuş və ətrafdakı yaşayış sahələri ilə arasında kifayət qədər məsafə mövcuddur. Göründüyü kimi, Fərmanın 1.7-ci bəndinə əsasən imtina o halda verilə bilərdi ki, ümumi istifadədə yerləşən qeyri-yaşayış binası həmin sahənin məqsədli təyinatına və ahəngdar fəaliyyətinə maneə törətmiş olsun. Əraziyə isə vizual baxış keçirən zaman müəyyən olunur ki, mövcud qeyri-yaşayış binası ticarət cərgəsində yerləşməklə sağ və solunda mövcud olan tikililərə qeyri-yaşayış binası kimi digər şəxslərə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilmişdir. Bütün bunlar ona dəlalət edir ki, cavabdeh orqan AR Prezidentinin Fərmanında əks olunan halları tam şəkildə nəzərə almamışdır.

3. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq iddia tələbi ilə bağlı müraciəti daxil olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia tələbi yerquruluşu planın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. Cavabdehin etirazının dəlili ondan ibarətdir ki, iddiaçı müvafiq tələblə müraciət etməmişdir, bu səbəbdən də iddianın mümkün sayılmamasını xahiş edir.

11. Məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.2025-ci il tarixdə müraciət etmişdir, cavabdeh ərizəni qəbul etsə də, müraciətə cavab verməmişdir.

12. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən tərtib edilmiş “Bakı şəhəri, Nəsimi rayonu, İİİ mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 saylı binanın yaxınlığında inşa edilmiş qeyri-yaşayış binasının müayinə işləri haqqında” texniki rəyində qeyd edilmişdir ki, İddiaçı sifarişi ilə hazırlanan texniki rəyində Bakı şəhəri, Nəsimi rayonu, İİİ mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 saylı binanın yaxınlığında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həlli layihəsi "xxxx" MMC tərəfindən hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanına əsasən İddiaçı məxsus mövcud qeyri-yaşayış binasında müayinə işləri təqdim edilmiş layihəyə əsasən yerinə yetirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, İİİ mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 saylı binanın yaxınlığında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binaları inşasına 2021-ci ildə başlanılmışdır. Təqdim edilmiş baş plana əsasən ərazidə 2 və 3 mərtəbəli daş binalar və digər tikililər yerləşir. Bina: təqdim edilmiş memarlıq-planlaşdırma layihəsinə əsasən A binası planda “A- H” və “1-2” oxları arasında ölçüləri uyğun olaraq 14.0x2.10 m olmaqla, 1 mərtəbəli, düzbucaqlı formada, В binası planda “A-C” və “1-2” oxları arasında ölçüləri uyğun olaraq 7.80x3.80 m olmaqla, 1 mərtəbəli, düzbucaqlı formada inşa edilmişdir.

14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən hazırlanmış planlaşdırma həllində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İİİ mikrorayon X1 küçəsi 38 saylı binanın yaxınlığında İddiaçı məxsus 1 mərtəbəli A və B qeyri yaşayış binalarının memarlıq hazırlanmış planlaşdırma həlli tərtib edilmişdir.

IV. Məhkəmənin mövqeyi

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;

15. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşibyerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir;

2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərir; 1.1.3. Nazirlik:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyridövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;

2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərir; 1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası (infrastruktur obyekti) barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:

3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

16. İddia tələbi qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi ilə əlaqədar Fərmanın 1.1.1ci yarımbəndində göstərilən torpaqlarda yerləşməmə, o cümlədən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında qeyri-yaşayış sahəsinin yerləşməməsinə dair əmlakın yerləşdiyi 68 kv.m torpaq sahəsinə dair məlumatın əks olunduğu planın (yerquruluşu planının) göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunmasıdır.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən 2021-ci il tarixdə A və В tikilisindən ibarət qeyri-yaşayış sahəsi inşa edilmişdir. Fövqəladə Hallar Nazirliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən qeyri-yaşayış sahələrinə dair texniki rəy tərtib edilmişdir. İddiaçının müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 sayı Bakı Ərazi İdarəsi tərəfindən ərazinin yer quruluşu planı tərtib edilmişdir. Həmin yerquruluşu planına əsasən torpaq sahəsinin ölçüsü 0.0068 ha, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü dövlət, tikintialtı sahə isə 68 kv.m olaraq göstərilmişdir. Torpaq sahəsinin heç bir mühafizə zolağında yerləşməməsi, ümumi istifadədə olan torpaq sahəsində yerləşməsi həmin planda öz əksini tapmış, eləcə də qeyd edilən torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətindən mülkiyyətə alınması və icarəyə götürülməsinin zəruriliyi qeyd olunmuşdur.

18. Yuxarıda göstərilən Fərmanın tələbindən də göründüyü kimi qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi, həmin sənəd əsasında da mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək mütləqdir və buna dair Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Həmin müraciət əsasında da Xidmət dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyriyaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı hazırlayıb göndərilməsini təmin edir.

19. Həmin göstərilən tələblər gözlənilməklə təqdim edilən yerquruluşu planı istismara hazırlıq rəyi, nəticədə isə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olan Komitə tərəfindən verilməsi təmin edilən istismara qəbul aktının tərtib edilməsinə əsas olur ki, hazırkı iddiaçıda məhz aidiyyəti orqanlara göndərilən yuxarıda göstərilən məzmunda yerquruluşu planının tərtib edilməsini xahiş edir.

20. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən qeyri-yaşayış sahələrinin ortofotosu və müəyinə aktı təqdim edilmişdir. Ortofoto görüntüsündən müəyyən olunur ki, ərazi ümumilikdə ticarət obyektləri əhatə olunmuş və ətrafdakı yaşayış sahələri ilə arasında kifayət qədər məsafə mövcuddur, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmir. Həmçinin ərazidən təcili tibbi yardım avtomobillərin və ya iri qabaritli nəqliyyat vasitələrinin keçməsi mümkündür.

21. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olur ki, iddiaçının qonşuluğunda yerləşən qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlər, o cümlədən çıxarış verilmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

24. Odur ki, adıçəkilən torpaq sahəsi məhz Fərmanda adıçəkilən Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən torpaq sahəsidir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi ilə əlaqədar Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməmə, o cümlədən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında qeyri-yaşayış sahəsinin yerləşməməsinə dair əmlakın yerləşdiyi 68 kv.m torpaq sahəsinə dair məlumatın əks olunduğu planın (yerquruluşu planının) göndərilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar