Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1127/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X23 və X8) “plan-ölçünün ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X23 adına xx.xx.2020-ci il tarixli və X8 adına xx.xx.2020-ci il tarixli 1290 “j” saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçüsünün Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X12 və istismarı Birlik arasında 35709 saylı 24 avqust 2005-ci il tarixli müqavilə əsasında İddiaçı faktiki istifadəsində olan Goradil bağlar massivi ərazisindəki 255 “d” nömrəli bağ sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X12 və istismarı Birlik arasında 35709 saylı. 24 avqust 2005-ci il tarixli müqavilə əsasında Goradil bağlar massivi ərazisindəki 255 "d" nömrəli 1200 kv.m bağtorpaq sahəsi istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi tam qanuni istifadəsinə verildiyi tarixdən etibarən həmin ərazini tam ölçüyə uyğun səlahiyyətli şəxslərin (aidiyyatı idarənin nümayəndələri olan Paşa və Şahin adlı şəxslərin iştirakı ilə) birlikdə hələ o vaxtlardan hasara almış, daimi demək olarki gündəlik abadlıq işləri aparmış həmin ərazini bağı kimi istifadə etmiş, və müntəzəm olaraq sanitar ekoloji qaydalara uyğun qulluq edərək müntəzəm olaraq torpaq vergisi ödəmişdir. Onuda qeyd edir ki, bu on illər ərzində istər bağ qonşuları tərəfindən bağ sahəsi ilə bağlı qanuni olaraq bilinərək tanınmış və eyni zamanda heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsi ilə bağlı heç bir mübahisə yaranmamışdır. Tərəfindən xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Ə.M.D.X yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, indiki (Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi) müraciət edərək Bakı şəhəri. Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisində 255 d nömrəli bağ ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İstifadəsinə ayrılaraq təhvil verildiyi gündən sahibliyində olan torpaq sahəsinə torpaq üzərində hüquqların qeydiyyata alınması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman **********20 nömrəli, xx.xx.2021-ci il tarixli imtina cavabı verilmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, bağ sahəsinin 461 kvm hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Tərəfindən əyan edərək bildirir ki, araşdırma zamanı cavabdeh təşkilat tərəfindən tanımadığı şəxs X13 adına olan 1290 “j" nömrəli order əsasında **********29 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarış qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixdə X9 adına özgəninkiləşdirilmiş və həmin çıxarışın plan və ölçüsünün koordinılarının yol verilən xəta nəticəsində faktiki istifadəmdə olan 255 ”d" say lı 1200 kvm bağ sahəsinin 461 kv.m hissəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Həmin 00101301-1129 reyestr nöınrəli xx.xx.2020-ci il tarixli X23 adına qeydiyyata alınan xx.xx.2020-ci il tarixdə X8 adına özgəninkiləştdirilən çıxarışın plan və ölçüsünün koordinatlarının 700 kv.m hissə, bağ qonşusu X15 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə Bakı İnzibati Məhkəməsinin 2- 1(112) 3726 2023 saxlı qərarı ilə həmin çıxarışın koordinatları üst-üstə düşən 700 kv.m hissədə ləğv edilmişdir. 2-1(1l2)-3726/2023 saylı məhkəmə qərarı əsasında müəyyən edilmişdir ki, sözügedən çıxarışın koordinatlarının həmin əraziyə yəni ki. nə onun qanuni istifadəsində olan bağ sahəsində nədə qonşusu X14 evinin yerləşdiyi torpaq sahəsinə aidiyyatı yoxdur. Əlavə olaraq bildirilir ki, işin hallarının obyektiv araşdırılınası üçün 3-cİ! şəxs qismində 2-1(112)-3726/2023 saylı iş üzrə cəlb edilən X23 məhkəmədə İddiaçı məxsus 255 “d” saylı bağ sahəsi olan ərazidə nədə bağ qonşum X15 məxsus fərdi yaşayış evi olan torpaq sahəsini heç vaxt tanımadığını, həmin ərazidə torpaq sahəsinin olmadığını, yəni ki, qeydiyyata alınan zaman yol verilən xəta olduğunu bildirmişdir. Tərəfindən xx.xx.2024-cü il tarixdə ********** saylı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə **********29 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın plan və ölçüsünün koordintlarının yol verilən xəta nəticəsində faktiki istifadəsində olan 255 ’d" saylı bağ sahəsi ilə üst-üstə düşən hissədə plan və ölçünün ləğv edilməsinə dair müraciət etmişdir. Cavabdeh İnzibati təşkilat tərəfindən xx.xx.2024-cü il tarixli **********76 saylı inzibati akt ilə həmin torpaq sahəsinin bir hissəsi məhkəmə qərarı ilə əsasında digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi bildirilmiş, ərizəsinin icrası təmin edilməmişdir. Qeyd edilir ki, X23 adına olan 1290 “j” saylı orderlə müraciətdən imtina edilməsi, və qeydiyyata alınması zamanı yol verdikləri səhvin zillətini İddiaçı və bağ qonşusu X24 illərdi çəkməli olmadığından dəfələrlə şikayəti ilə bağlı tərəflərindən aparılan araşdırma aparılmış və plan və ölçünün tərtibi zamanı koordinatlarda yol verilən səhvə görə baş verdiyi təsdiq edilmişdir. Əlavə olaraq 20 ilə yaxın müddət əvvəl o və yaxın ailə üzvləri adına qonşu bay sahələri ayrılmışdır. Bacısı və həmin ərazidə bağ qonşusu X10 adına olan 255 “z" saylı bağ sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə qeydiyyata alınmışdır. Qohumu və həmin ərazidə bağ qonşusu X16 adına olan 255 ‘t’ saylı bağ sahəsinə dair 2- 1(112)-293/2023 saylı xx.xx.2023 saylı Bakı İnzibati Məhkəməsi tərəfindən çıxarışın, plan və ölçüsünün verilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh İnzibati orqan tərəfindən faktiki olaraq konstitusional qaydada qanunla qorunan hüquqları hərtərəfli və kəskin şəkildə pozulmuşdur. Çünki reyestrdə qeydiyyata alındığı zaman tərəflərindən plan və ölçünün koordinatlarının tərtibi zamanı yol verdikləri xəta düzəliş edilərək ləğv edilməli olmasına baxmavaraq hərəkətsizlik edilərək süründürməçiliyə yol verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X23 və X8 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı X23 adına xx.xx.2020-ci il tarixli və X8 adına xx.xx.2020-ci il tarixli 1290 j saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan ölçüsünün AR Bakı ŞİHB Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təüərrüfatının inkişafı və istismarı birliyi arasında 35709 saylı, xx.xx.2005-ci il tarixli müqavilə əsasında iddiaçının faktiki istifadəsində olan Goradil bağlar massivi ərazisindəki 255 d nömrəli bağ sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı sözügedən ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş plan ölçünün ləğv edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********76 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamı ilə 132 nömrəli bağ tikinti kooperativi nəzdində Göradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi ilan 1290j nömrəli bağ sahəsinin ayrılmasına dair X13 adına b/s nömrəli order verilmişdir. Həmin order və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3645/2019 saylı qərarı əsasında 1290j nömrəli bağ sahəsi xx.xx.2020-ci il tarixdə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-436 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi əsasında 1290j nömrəli bağ sahəsi xx.xx.2020-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüftının inkişafı Departamentinin X12 və istismarı Birliyi Goradil ərazisindəki 255 d saylı bağın istifadəyə verilməsi haqqında X12 və İstismarı birliyi ilə İddiaçı arasında bağlanmış 35709 saylı xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Birlik Binəqədi rayonunun Goradil ərzisində 0.12 ha torpaq sahəsi olan 255 d nömrəli bağı İddiaçı vermişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X12 və istismarı birliyinin Görədil bağlar sahəsindəki 132 nömrəli koopertaiv b/c nömrəli orderdən görünür ki, X17 həqiqətən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarına əsasən Görədil bağlar sahəsində 132 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1290J nömrəli bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüftının inkişafı Departamentinin X12 və istismarı Birliyi Goradil ərazisindəki 1290j saylı bağın istifadəyə verilməsi haqqında X12 və İstismarı birliyi ilə X30 arasında bağlanmış 35950 saylı xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Binəqədi rayonunun Goradil ərzisində 0.12 ha torpaq sahəsi olan 1290J nömrəli bağı X25 verilmişdir, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ sahəsində yerləşən 0.12 ha sahəsi olan 1290 saylı bağ sahəsinin X13 adına sxematık xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi "vəzifəsi" Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X11 ünvanlanmış 3-21-3-30/2- M03xx-xx/2024 **********76 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, iddia etdiyi 1200.0 kv.m olan torpaq sahəsinin bir hissəsi məhkəmə qərarı əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********84 3-21-3- 30/2-26784/2024 saylı məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan(qeydiyyat tarixi:xx.xx.2020, qeydiyat nömrəsi:**********) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1290J saylı bağ sahəsi X4 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan(qeydiyyat tarixi:xx.xx.2020-ci il, qeydiyat nömrəsi:**********7) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1290J saylı bağ sahəsi X13 xüsusi mülkiyyətindədir. X8 və X23 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, X23 Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1290J saylı ümümi sahəsi 0.12 ha olan bağ sahəsini X1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-9244/2025 saylı xx.xx.2025-ci il tarixli məktub ilə bildirilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən 255d saylı bağ sahəsi kimi şərti olaraq göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 1200.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Sahə Novxanı-Pirşağı yolunun kənarında yerləşir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Şərti olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsindən bir hissəsi vahid elektron kadastr baza məlumatlarına əsasən digər fiziki şəxsin adına 1290 j saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş (2-1(81)-3645/20219 saylı, xx.xx.2019- cu il tarixli məhkəmə qərarı əsasında) və sonradan özgəninkiləşdirilmişdir (hazırda sahə **********29 reyestr nömrəsi ilə X6 xüsusi mülkiyyətindədir). Həmçinin 255 d saylı bağ sahəsi kimi göstərilən sahənin digər tərəfdən bir hissəsini sonradan digər şəxs tərəfindən (nümayəndəsi Mikayıl Abdullayev adlı şəxs) şərti olaraq 254q saylı bağ sahəsi kimi göstərilib. Şərti olaraq göstərilən 1200.0 kv.m sahənin (255d saylı bağ sahəsi kimi iddia olunan) koordinatlarını əks etdirən izahlı sxemi göndərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 1290J nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmadı. Qeyd olunan BTK-12 də 1290J saylı bağ sahəsi öz əksini tapmayıb. Bundan əlavə bağların bölgüsünə dair sxematik xəritədə 255 saylı bağ sahələrinin indeksləri aydın müşahidə olunmur. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri Göradil bağ massivi ərazisində yerləşən 255 “d” saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin, həmçinin 132 saylı BTK-nın yerləşmə sxeminin təsdiq edilmiş surətləri təqdim edilir. Məlumat üçün bildirilir ki, sorğuda qeyd edilən 12 saylı BTK Ləhiş bağ massivinə aiddir. Bu səbəbdən 1290 “J” saylı bağ sahəsinə dair orderdə qeyd edilən 132 saylı BTK-ya aid yerləşmə sxemi təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli (112)-281/2021 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının fnkişafı və X28 ərazisindəki 255d nömrəli bağın istifadəyə verilməsi haqqında 24.08,2005-ci İİ tarixli 35709 saylı müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş Binəqədi rayonu, Goradil ərazisində 0.12 hektar torpaq sahəsi olan 255d nömrəli bağ sahəsinin hər hansı formada (satmaq, bağışlamaq, ipotekaya qoymaq və.s) özgəninkiləşdirilməsi və həmin bağ sahəsində söküntü və tikinti İşlərinin aparılması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Göradil bağ massivi 255d saylı bağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200,0 kv.m, faktiki olaraq 1200.0(şərti) kv.m-dir. Göstərilən torpaq sahəsinin sərhədləri bir tərəfinin bir hissəsi qonşu bağın daş hasarı, digər tərəfləri isə şərti olaraq göstərilir. Tikili yoxdur. Sahə Novxanı-Pirşağı yolunun kənarında yerləşir. Bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən 1200.0 kv.m sahədən 1 hissəsi elektron baza məlumatlarına əsasən digər fiziki şəxsin adına 1290j saylı bağ kimi Məhkəmə qərarı ilə qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişlfX4 adına) sahədir Məlumat üçün bildtnrəmki,1290j saylı bağın digər (2 mərtəbəli ev olan) hissəsidə başqa vətəndaşla mübahisəlidir. (Muxtarov Arif.İrina Kocetkov} Məhkəmə mübahisəsi var.(Ərizəçinin bildidivinə görə həmin hissədə Cıaxarın 1 hissəsi ləğv edilib. Elektron bazada baxılması məqsədə uyğundur. Məlumat üçün bildirilir ki, 1290 j kimi sahəni Mikayıl Adullayev adlı şəxs göstərmişdi. Digər tərəfdən 255 “d” saylı bağ kimi göstərilən sahənin 1 hissəsini sonradan digər bir vətəndaş (nümayəndəsi Mikayıl Abdullayev adlı şəxs) şərti olaraq 254 q saylı bağ kimi göstərilmişdir. Həmçinin bildirir ki, 254 q saylı bağ sahəsinində nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3726/2023 saylı saylı qərarına əsasən iddia tələbi təmin edilmiş, X23 adına xx.xx.2020-ci il tarixli və X8 adına xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi rayonu Görədil kəndi 1200 kv.m ölçüdə 1290 “j” saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədləri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə cizgi əsasında X21 ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia mümkün və əsaslıdır. III. Məhkəmənin mövqeyi X32 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X7 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) İşin materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüftının inkişafı Departamentinin X12 və istismarı Birliyi Goradil ərazisindəki 255 d saylı bağın istifadəyə verilməsi haqqında X12 və İstismarı birliyi ilə İddiaçı arasında bağlanmış 35709 saylı xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Birlik Binəqədi rayonunun Goradil ərzisində 0.12 ha torpaq sahəsi olan 255 d nömrəli bağı İddiaçı vermişdir, torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X12 və istismarı birliyinin Görədil bağlar sahəsindəki 132 nömrəli koopertaiv b/c nömrəli orderdən görünür ki, X17 həqiqətən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarına əsasən Görədil bağlar sahəsində 132 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1290J nömrəli bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ sahəsində yerləşən 0.12 ha sahəsi olan 1290 saylı bağ sahəsinin X13 adına sxematık xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi "vəzifəsi" Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almış, Bakı şəhəri Binəqədi rayonu, Goradil kəndi 1290J sayli 0.12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X36 oglunun adina xx.xx.2020-ci il tarixda ********** nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan-ölçüsü tərtib edilmişdir. Daha sonra X3 torpaq sahasini alqısatqı müqaviləsi əsasında X2, X4 bağ sahəsi ilə bağlı mülkiyyt hüququ xx.xx.2020-ci il tarixdeə ********** nömrəsi ilə qeydiyyata alinmış, eyni zamanda ona da bağ torpaq sahəsine dair xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan ve ölçüsü tərtib edilərək verilmişdir. Hazirki iddiasında iddiaçı cavabdeh tərəfinden 1290 j saylı bağ sahəsinə mülkiyyət hüququ qeydiyyata alınarkən həmin torpaq sahəsinin yerinin düzgün müəyyən edilmədiyini, bağ sahəsinin yeri müyyən edilərkən yalnışlıqla ona məxsus torpaq sahəsinin yerləşdiyi koordinatların iddiaçının plan-ölçüsünə işlənildiyini, bununla da plan-ölçünün iddiaçının həmin əmlaka dair mülkiyyət hüquqlarına toxunduğunu iddia edir. Beləliklə, isin mübahisələndirilən hali üçüncü səxsin adına mülkiyyat hüququ qeydiyyata alinmiş 1290j sayli bağ sahəsinin cografi koordinatlarinin, yerləşdiyi yerin düzgün müəyyən edilməsidir. Məhkəmə hazirki mübahisəyə baxarkən işin araşdirilmasi üçüncü şəxs Aliyev ismayil Rüstəm oglunun adina olan ilkin hüquqmüəyyənedici sənədlərin-bağ sahəsinə dair Baki sahər İcraiyya Komitasinin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarı, həmin qərar əsasinda verilmiş 132 nömrəli BTK tərkibində bağin ayrılmasına dair B/S seriyali orderin hüquqi qüvvəsi va ya məhkəmə qərarı ilə gəlinmiş hüquqi nəticənin yoxlanılmasını ehtiva etmir. Hazırki məhkəmə inzibati orqanin bağ sahəsinin koordinatlarinin müəyyən edilməsi ilə bağli hərəkətlərini məhkəmə qərarının gəldiyi nəticədən ayrıca, müstəqil inzibati icraatin nəticəsi olaraq qiymətləndirir. Belə ki, 1 sayli Baki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iş üzrə cavabdeh inzibati orqanın imtinasından, eləcə də həmin iş üzrə iddiaya etirazından müəyyən olunur ki, inzibati orqan 1290 j sayli bağ sahəsinin bağların sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etdiyini, həmin bağ sahəsinin iddiaçi (Aliyev İsmayil) tərəfindən göstərilən bağ sahəsinə aidiyyətinin olmamasını, eləcə də eyni sənədlə iddiaçının daha əvval başqa əraziləri naturada 1290 j sayli bağ sahəsi kimi təqdim etdiyini bildirmişdir. Basqa sözlə, iddiaçinin iddia etdiyi 1290 j sayli bağ sahəsinin naturada təqdim etdiyi bağ sahəsi ila uyğun olmadığı əvvəlcədən inzibati orqana bəlli olmuşdur. 1 sayli Baki İnzibati-iqtisadi Məhkəməsinin qərarından görünür ki, məhkəmə 1290 j sayli bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla qeydiyyata alınması nəticəsinə gəlmişdir. Başqa sözlə, məhkəmə konkret koordinatlarda göstərilən bağ sahəsinə hüququn qeydiyyata alinmasını deyil, onun sxematik xəritədə yerləşməli olduğu yərə uyğun qeydiyyata alınmasını cavabdehin üzərinə vəzifə olaraq qoymuşdur. Hazırki məhkəmə icraatında xx.xx.2020-ci il tarixdə **********29 nömrəli reyestr nömrəsi il 1290 j saylı bağ sahəsi kimi qeydiyyata alinmış mübahisələndirilən plan ölçüdəki koordinatlarda yerləşən faktiki torpaq sahasinin qeydiyyata alınmazdan oncə bağların bölgüsünə dar sxematik xəritədə hansı nömrəli bağ sahasinin ərazisinə uyğun gəldiyi barədə məhkəmə sorğusuna cavabında inzibati orqan vahid elektron kadastr baza melumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritdə bağ nömrəsini göstərilmədiyini, eyni zamanda sözügedən ərazilərdə 1290-la başlayan bağ nömrlərinin mövcud olmaması bildirilmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə bağ sahəsinin sxematik xəritəyə uygunlaşdırılmaqla qeydiyyata alınması qərara alınsa da inzibati orqan sxematik xəritəyə uyğunlasdirmasını hansı qaydada hayata keçirdiyini, ərazinin məhz 1290 j sayli bağ sahəsi kimi qeydiyyata alınması əsaslarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh qurumun özü tərəfindən təqdim edilmiş 255 d saylı bağ sahəsinin cizgisindən görünür ki, həmin bağla qonşu torpaq sahələri 255 və 254 q kimi göstərilmişdir. Təqdim edilmiş Göradil bağ massivi 132 saylı BTK bağların yerləşmə sxemində 1290J saylı bağ sahəsi öz əksini tapmamışdır. Həmçinin 132 saylı BTK-ya aid yerləşmə sxemində 250 ilə başlayan bağ nömrələri öz əksini tapmışdır. Məhkəmə xüsusilə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3726/2023 saylı saylı qərarı ilə əsasən iddia tələbi təmin edilmiş, X23 adına xx.xx.2020-ci il tarixli və X8 adına xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi rayonu Görədil kəndi 1200 kv.m ölçüdə 1290 “j” saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş planölçü sənədləri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə cizgi əsasında X21 ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmişdir. Qərar qanuni qüvvəsini almış və icra edilmişdir. Faktiki olaraq 1290 “j” saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədinin düzgün tərtib edilməməsi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X23 adına xx.xx.2020-ci il tarixli və X8 adına xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi rayonu Görədil kəndi 1200 kv.m ölçüdə 1290 “j” saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədlərinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüftının inkişafı Departamentinin X12 və istismarı Birliyi ilə İddiaçı arasında 35709 saylı 24 avqust 2005-ci il tarixli müqavilə əsasında iddiaçının faktiki istifadəsində olan Goradil bağlar massivi ərazisindəki 255 “d” nömrəli bağ sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1127/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1127/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver