Məhkəmə qərarları › İş №2-1(112)-11272/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11272/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11272/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi üçüncü şəxs qismində göstərilməklə “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı yaşayış sahəsinə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 aprel 1980-ci il tarixdən 01 iyun 1981-ci il tarixədək keçmiş Sovet Ordusunda əsgər, 01 dekabr 1981 -ci il tarixdən 30 aprel 1992-ci il tarixədək keçmiş Sovet Ordusunda gizir, 10 iyun 1992-ci il tarixdən 14 yanvar 2002-ci il tarixədək Azərbaycan Ordusunda gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2001-ci il tarixli 0125 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 15 aprel 1993-cü il tarixli 069/15 nömrəli sərəncamı ilə ona ünvan 1 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Qeyd olunan yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və sözügedən yaşayış sahəsinin ona verilməsi barədə Bakı şəhəri Cavabdeh tərəfindən 26 aprel 1993-cü il tarixli 002272 nömrəli xidməti order verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd olunanlara istinadən o, yaşadığı ünvan 1 ünvanındakı yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması üçün Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin Bakı şəhəri Cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanındakı yaşayış sahəsi Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisində yerləşdiyi üçün daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi üçüncü şəxs qismində işə cəlb olunmuş və İPM-nin Məcəllənin 47ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatrını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******* №-li şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1961-cı ildə Cəlilabad rayonunda doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-02947-2021 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı ünvanlanmış Bakı şəhər Cavabdeh arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 069/15 saylı sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhər Yasamal Rayon İcra Hakimiyəti başçısının “Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsi tərəfindən təqdim edilmiş siyahılara əsasən hərbiçilərə order verilməsi haqqında” xx.xx.1993-cü il tarixli 069/15 №-li sərəncamı ilə Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının 3-cü bəndinin 2-ci hissəsi və 48-ci bəndinə əsasən Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsi tərəfindən təqdim edilmiş siyahılara əsasən hərbiçilərə (xx.xx.1993-cü il tarixli 216 №-li məktubla -54 nəfər; 14.04.993-cü il tarixli, 217 №-li məktubla-34 nəfər) order yazılması qərara alınmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 002272 №-li xx.xx.1993-cü il tarixli orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan order Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1993-cü il tarixli 069/15 №-li sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fondundan hərbiçi (gizir) X2 5 (beş) nəfər ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 29,5 kv. metr olan 2 (iki) otaqlı, 90 №li mənzili tutmaq üçün verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 5 №-li Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 252 №-li xx.xx.2021-ci il tarixli Forma № 2 arayışının surətindən müəyyən olunur ki, Səfərov X6 Nazirliyinin mənzil fondunda olan, xx.xx.1993-cü il tarixli 002272 saylı xidməti orderlə verilmiş ünvan 8 ünvanında 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 29,5 kv. metr olan mənzildə özü və ailə üzvləriarvadı 1960-cı il təvəllüdlü X1, 1984-cü il təvəllüdlü qızı X3; oğlu 1985-ci il təvəllüdlü X5; qızı 1988-ci il təvəllüdlü X4; nəvəzi 2010-cu il təvəllüdlü X12; nəvəsi 2012-ci il təvəllüdlü X13; nəvəsi 2015-ci il təvəllüdlü X9; nəvəsi 2018-ci il təvəllüdlü X7 qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 103 №-li, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, 1961-ci il təvəllüdlü istefada olan gizir İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixinədək Sovet Ordusunda əsgər, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Sovet Ordusunda gizir, xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixinədək Azərbaycan Ordusunda gizir qismində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2001-ci il tarixli 0125 nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 158-ci maddəsinin "b” bəndinə (törətdiyi cinayətə görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********06 №li məktubda göstərilmişdir ki, ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz etmədikləri bildirilmişdir. Məktuba qoşma kimi əlavə olunmuş xidməti mənzillərin siyahısında (sıra nömrəsi 9) ünvan 1 qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhər Cavabdeh xx.xx.2022-ci il tarixli S-84-068 nömrəli məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə" Təlimatın 19-cu bəndinə əsasən İcra hakimiyyətinin başçısı "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər.Qeyd olunan normativ aktlardan göründüyü kimi Cavabdeh başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. Onun istifadəsində olan mənzil Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşdiyindən onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə faktiki ailəsi ilə birlikdə yaşadığından, ona mənzilə köçmək üçün order məhz Bakı şəhəri Cavabdeh tərəfindən verildiyindən, onun mənzilin icarədarı sayılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildə 1998-ci il tarixdən yaşadığından və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan ünvan 1 ünvanında ümumi sahəsi 29,5 kv. m. olan 2 (iki) otaqlı mənzilinə dair dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında ümumi sahəsi 29,5 kv. metr olan 2 (iki) otaqlı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 29,5 kv. metr olan 2 (iki) otaqlı 90 №li mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar