Məhkəmə qərarları › İş №2-1(112)-11274/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11274/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11274/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Neftçala RMX PHŞ Həkim Məsləhət Komissiyasına qarşı əlilliyin təyin edilməsi üçün göndərişin verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Neftçala RMX PHŞ Həkim Məsləhət Komissiyasına qarşı mövcud olan xəstəliyi ilə əlaqədar olaraq, əlilliyinin təyin edilməsi üçün göndərişin verilməsinə dair öhdəliyin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Neftçala RMX PHŞ-in Həkim Məsləhət Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11274/2021 saylı, 16.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Neftçala RMX PHŞ Həkim Məsləhət Komissiyasına qarşı mövcud olan xəstəliyi ilə əlaqədar olaraq, əlilliyinin təyin edilməsi üçün göndərişin verilməsinə dair öhdəliyin Neftçala RMX PHŞ-in Həkim Məsləhət Komissiyasının üzərinə qoyulması tələbinə dair 2-1(112)-11274/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərədə tutulmuş inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası) növünə aiddir. Öhdəliyin icrası barədə iddia növünün aidiyyət qaydası 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin 2-ci cümləsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırki iddia tələbi üzrə cavabdeh Neftçala RMX PHŞ-in Həkim Məsləhət Komissiyası olduğundan, inzibati işə cavabdeh Neftçala RMX PHŞ-in Həkim Məsləhət Komissiyasının olduğu yerin məhkəməsi tərəfindən, yəni, Neftçala rayonunun ərazi yurisdiksiyasına daxil olduğu Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 18.16-cı bəndinə əsasən Neftçala rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi inzibati işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və AzərbaycanRespublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Neftçala RMX PHŞ Həkim Məsləhət Komissiyasına qarşı mövcud olan xəstəliyi ilə əlaqədar olaraq, əlilliyinin təyin edilməsi üçün göndərişin verilməsinə dair öhdəliyin Neftçala RMX PHŞ-in Həkim Məsləhət Komissiyasının üzərinə qoyulması tələbinə dair 2-1(112)- 11274/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar