Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1128/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 üzrə Mərkəzi filialına qarşı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Quba rayonunun Xucbala kəndində doğulmuşdur. xx.xx.1984-ci ildən xx.xx.1985-ci ilə qədər X6 fəhlə işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1987- ci ildən xx.xx.1988-ci ilə qədər 13 №-li X5 fəhlə vəzifəsində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunda dinləyici, xx.xx.1989-cu ildən 1994-cü ilə qədər həmin İnstitutda dağ mühəndisi, hidrogeoloq ixtisası üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə xx.xx.1990-cı ildən xx.xx.1991 -ci ilə qədər gözətçi, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər «Remstorydizayn» 1 №-li X4 fəhlə, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər gözətçi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər operator, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər «Neft Daşları» NQÇİ-də quyuların tədqiqatı üzrə operator, xx.xx.1998-ci ildən 01,09.2009-cu ilə qədər geoloq, xx.xx.2009-cu ildən xx.xx.2011 -ci ilə qədər mühəndisgeoloq vəzifəsində işləmişəm, xx.xx.2011 -ci ildən hazırki vaxta qədər də geoloq vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan Əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 6 ay 13 gün ümumi iş stajı, 11 il 2 ay 23 gün zərərli iş stajını tamamlamışdır. Ona görə 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdi. Lakin, DSMF-nin X3 İdarəsi xx.xx.2019-cu il tarixli **********8 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006cı il tarixə qədər ümumi iş stajının 20 ildən azı olması göstərilmişdir. Halbuki, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və əmək kitabçasında qeyd olunan bütün dövrlə iş stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər əsasında isə onun 26 il 6 ay 13 gün ümumi iş stajı mövcuddur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 üzrə Mərkəzi filialının nümayəndəsi X2 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun x xxxxxx 2006cı ıl tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1967-ci ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. 854594 nömrəli diplomdan görünür ki, İddiaçı 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis qeoloqiya və hidroqeoloqiya” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1994-cü 01 iyun tarixli qərarı ilə ona “Dağ mühəndisi hidroqeoloq” ixtisası verilmişdir. ZE № ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçıxx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək hərbi xidmətdə olmuşdur. İşdə olan İT-1654348 nömrəli əmək kitabçasından görünür ki: -xx.xx.1984-cü ildə X8 şirə sexinin mövsüm fəhləsi təyin edilmişdir; -xx.xx.1985-Sovet Ordusu sıralarına çağırışla əlaqədar işdən azad edilmişdir;xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinə qədər Sovet Ordusu sıralarında xidmət etmişdir; -xx.xx.1987-ci ildə Aqrosənayetikinti 1 №-li trestinin TSMK 113 Birinci dərəcəli fəhlə işinə qəbul edilmişdir; -xx.xx.1988-ci ildə Əzizbəyov adına AZİ hazırlıq şöbəsinə daxil olması ilə əlaqədar işdən azad edilmişdir; -xx.xx.1988-M. Əzizbəyov adına Az.Neft və Kimya İnstitutunun əyani hazırlıq şöbəsinə dinləyici qəbul edilmişdir; -xx.xx.1989-cu ildə-M.Əzizbəyov adına Az.Neft və Kimya İnstitutunun əyani şöbəsinin 1-ci kursuna tələbə qəbul edilmişdir; -xx.xx.1990-cu ildə Nəsimi RDİŞ yanında Mühafizə Şöbəsinin gözətçisi təyin olunmuşdur; -xx.xx.1991-cu ildə-öz xahişi ilə işdən azad edilmişdir; -xx.xx.1991-“Təmirtikintidizayn” tr 1№-li İTTQİ 2-ci dərəcəli fəhlə qəbul edilmişdir; -xx.xx.1991-ci ildə-təşkilatın ləğv edilməsi ilə əlaqədar işdən azad edilmişdir; -xx.xx.1992-ci il-Nizami rayon Mühafizə şöbəsində gözətçi kimi təyin edilmişdir; -xx.xx.1992-ci ilədək öz xahişi ilə işdən azad edilmişdir; -xx.xx.1992-ci il 1№-li qazanxana sahəsinə operator vəzifəsinə qəbul edilmişdir; -xx.xx.1993-cü ildə-istilik mövsümünün bitməsi ilə əlaqədar işdən azad edilmişdir; -xx.xx.1994-cü ildə Azərbaycan Neft Akademiyasının geoloq-kəşfiyyatçə fakültəsini bitirmişdir; -xx.xx.1994-cü ildə “Neft Daşları” NQÇİ-də quyuların tədqiqatı üzrə operator vəzifəsinə qəbul edilmişdir; -xx.xx.1997-ci ildə həmin sexin 4-cü dərəcəli neft qaz çıxarma üzrə operatoru peşəsinə keçirilmişdir; -xx.xx.1998-ci ildə idarəetəmə aparatının emal şöbəsinə 9-cu dərəcəli geoloq peşəsinə keçirilmişdir; -xx.xx.2001-ci ildə 10-cu dərəcəli geoloq verilmişdir; -xx.xx.2009-cu ildə İdarə aparatı NQÇİ-yə 12-ci dərəcəli mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir; -xx.xx.2011-ci ildə vəzifə adı dəyişdirilərək Neft-qaz yataqlarının işləməsi şöbəsinin 12ci dərəcəli Neft və qaz yataqlarının işlənməsi üzrə geoloqu hesab edilmişdir; -xx.xx.2014-cü ildə 1 saylı neft və qazçıxarça sahəsinə 12-ci dərəcəli geoloq vəzifəsinə keçirilmişdir; -xx.xx.2017-ci ildə 1 saylı neft və qazçıxarça sahəsinə 11-ci dərəcəli geoloq vəzifəsinə keçirilmişdir; -xx.xx.2019-cu ildən hal-hazıradək işləyir. İddiaçı pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. SOCAR “Azenft” İB “Neft Daşları “ Neft və qazçıxarma idarəsinin xx xxxx 2020-ci il tarixli QM01-İM13Ə nömrəli arxiv arayışından görünür ki,”Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərlə, 1994-2020-ci illər üçün əmək haqlarının şəxsi hesbalarında, 2020-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1967-ci il tarixdə anadan olmuş İddiaçı işləməsi barədə məlumatlar mövcuddur: xx.xx.1994-xx.xx.1997-ci ilədək 1 saylı Neftqazçıxarma sexində quyuların tədqiqatı üzər operator 4-cü dərəcəli (şifr1100000a-15832); xx.xx.1997-xx.xx.1998-ci ilədək 1 saylı Neftqazçıxarma sexində neft və qaz hasilatı üzrə operator 4-cü dərəcəli (şifr 1100000a-15824); xx.xx.1998-xx.xx.2001ci ilədək idarə aparatında 9-cü dərəcəli geoloq; xx.xx.2001-xx.xx.2003-cü ilədək idarə aparatında 10-cu dərəcəli geoloq; xx.xx.2003-xx.xx.2009-QƏYTS-də 12-ci dərəcəli geoloq; xx.xx.2009-xx.xx.2011—idarə aparatında 12-ci dərəcəli mühəndis texnoloq; xx.xx.2011-xx.xx.2014-idarə aparatında 12-ci dərəcəli neft və qaz yataqlarının işlənməsi üzrə geoloq; xx.xx.2014-xx.xx.2017-Neftqazçıxarma sexində 12-ci dərəcəli geoloq; xx.xx.2017-hal-hazıradək Neftqazçıxarma sexində 11-ci dərəcəli geoloq vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 №-li Qərarındakı istehsalatın, peşə və vəzifələrin 1 saylı siyahısının X bölməsinin, 2a yarımbölməsinə əsasən güzəştli şərtlərlə iş stajı: xx.xx.1994-xx.xx.1997 (şifr 1100000a- 15832) quyuların tədqiqatı üzrə operator peşəsi üzrə iş stajı 02 il 03 ay 11 gün təşkil edir; xx.xx.1997-xx.xx.1998 (şifr 1100000a-15824) neft və qaz hasilatı üzrə operator peşəsi üzrə iş stajı 01 il 05 ay 12 gün təşkil etmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 08-204 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışına əsasən İddiaçı 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “Geoloji kəşfiyyat” fakültəsinin əyani şöbəsinin “Mühəndisi geologiya və hidrogeologiya” ixtisası üzrə 1 kursa qəbul olunmuş (əmr №02/975, xx.xx.1989-cu il) və 1994-cü ildə həmin ixtisas üzrə tədris planını tam yerinə yetirərək “dağ mühəndisi hidrogeoloq” ixtisas dərəcəsi almışdır. Məhkəmə araşdırılması zamanı iş üzrə zərurət yarandığından “Azneft” İB “Neft Daşları” NQÇİ-yə sorğu göndərilmiş, xx.xx.2020-ci il tarixli, QM04-01/287 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Neft Daşları” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sahəsində geoloq vəzifəsində işləyir və “Azərbaycan Respublikasının neft sənayesində adi olan qulluqçu vəzifələrinin Vahid İxtisas sorğu kitabçasında” hissə 6 göstərilən əmək funksiyalarını yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bölməsinin 2-ci yarımbölməsinin b bəndində quyularda geofiziki tədqiqatlar yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssissləri; mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları nəzərdə tutulmuşdur. Göründüyü kimi “Neft Daşları” NQÇİ-nin Neft və qazçıxarma sahələrində işləyən geoloqların əmək şəraitinin (əmək şəraitinin zərərli və ağır olması) Geofiziki-mədən partiya və dəstələrində işləyən geoloqlara aid olmadığı üçün “Neft Daşları” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sahəsində geoloq işləyən İddiaçı arxiv arayışında geoloq işlədiyi illər güzəştli şərtlərlə iş stajına aid edilməmişdir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ilk öncə ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqan xx xxxxxx 2020-ci il tarixli, **********8 saylı məktubu ilə xx xxxxxx 2006-cı ilədək ümumi iş stajı 20 ildən az təşkil etməsi əsası ilə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddianın mahiyyəti: İddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx xxxx 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri, təhsil illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə 6 güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1dək 20 il ümumi iş stajı və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə 10 il xüsusi iş stajı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər mövcud olmamışdır. Beləliklə, iddiaçının hərbi xidmət illəri, təhsil illəri də daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çoxdur. Lakin güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş həddə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı da işəgötürən tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi geoloq peşəsi üzrə işlədiyi sahə güzəştli iş stajına imkan verən sahəyə aid deyildir. Məhkəmə də qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zamanı ərizəçinin işlədiyi peşə ilə yanaşı iş sahəsi də nəzərə alınmalı və “Siyahı” üzrə müvafiq kod altında olan sahə, peşə olmasına diqqət edilməlidir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 il olmağına baxmayaraq, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləməmişdir. Odur ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 üzrə Mərkəzi filialına qarşı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 üzrə Mərkəzi filialına qarşı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1128/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1128/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver