Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1128/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında 264 kv.m torpaq sahəsinin ayrılmasına dair protokolda qeyd olunan 2-ci ünvan 3 ünvanında yerləşən 264 kv.m torpaq sahəsinə dair X4 hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X11 miras qalmış ünvan 4 ünvanında yerləşən 180 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmış və müraciətlə əlaqədar olaraq qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli məktuba cavab verilməsi və həmin məktubda qeyd olunan iradların aradan qaldırılmadığı qeyd olunmuşdur. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və 2(004)- 3691/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı daxil olsa da, idarə üzərinə heç bir öhdəliyin qoyulmaması qeyd olunması bildirilmişdir. Belə ki, cavabdehə ilkin mərhələdə müraciət edərkən yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 264 kv.m qeyd olunsa da, faktiki olaraq 241 kv.m təşkil edilməsi və həmçinin torpaq sahəsinin ayrılmasına dair protokolda sahənin 2-ci Yasamal küçəsində ayrıldığı qeyd olunsa da, faktiki ərazi 5-ci Yasamal küçəsində yerləşməsi bu əsasla da, qeydiyyata imtina verilmişdir. Həmin imtinadan sonra Bakı şəhər Yasamal Rayon məhkəməsinə ərizə ilə müraciət edəkək ünvan 5 ünvanında 264 kv m torpaq sahəsinin ayrılmasına dair protokolda qeyd olunan 2-ci ünvan 6 ünvanında yerləşən 264 kv.m torpaq sahəsinin X5 məxsus olması faktı barədə ərizəsinə xx.xx.2022-ci il tarixdə baxaraq qətnamə çıxarmış və həmin qətnamə ilə ərizə təmin edilmişdir. Məhkəmə qətnaməsindən sonra təkrarən 1 saylı Ərazi İdarəsinə müraciət olunmuş və müraciətin cavabı işə əlavə olunur və iddia ərizəsində qeyd edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən hər dəfə müxtəlif üsullarla işin icrası yubadılır və bu əsasla iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsinə əlavə olunan Dövlət Arxivinin Bakı Filialının məktubundan göründüyü kimi, Oktyabr rayonu ZDS İK-nın (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 79 saylı protokoldan təstiq edilmiş arxiv çıxarışı 1 vərəqdən ibarət olmaqla iddiaçıya təqdim olunmuş və cizginin əlavə edilməməsi qeyd olunmuşdur. Belə ki, bu arxiv sənədi əsasında iddiaçının mərhum babasının torpaq sahəsi sənədləşdirilmişdir. Torpaq sahəsinin sxematik xəritəsi vətəndaş tərəfindən hazırlanmır və həyata keçirilmir, bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarına aiddir və təbii ki, baş vermiş uyğunsuzluq da həmin orqanlar tərəfindən aradan qaldırılmalıdır. Qeyd olunanlardan da görünür ki, torpaq sahəsi naturada ayrılaraq onun istifadəsinə verilmiş və bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün əsaslar mövcuddur.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal RİH) 84 nömrəli 24 noyabr 1954-cü il tarixli protokolu ilə mərhum X7 ayrılan faktiki sahəsi 241 kv.m təşkil edən 2-ci Yasamal küçəsində (faktiki olaraq 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43də) yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsi digər sahə ilə eyni ərazi daxilində yerləşir. Eektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində göstərilən ərazi ümumi istifadədə olan yolun bir hisəssidir. Yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 264 kv.m qeyd olunsa da, faktiki olaraq 241 kv.m təşkil edir. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair protokolda sahənin 2-ci Yasamal küçəsində ayrıldığı qeyd olunsa da, faktiki göstərilən ərazi keçmiş 5-ci Yasamal küçəsində yerləşir. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi və 2(004)-3691/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı daxil olmuş, lakin, İdarə üzərinə heç bir öhdəlik qoyulmamışdır.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 504 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.1997-ci il tarixdə vəfat etmiş 1912ci il təvəllüdlü X11 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə nəvəsi – İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X12 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2017-ci il tarixində tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2022ci il tarixli **********07 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Q-02xx-xx/2023 **********89 nömrəli məktublarla imtina edilmişdir.
10. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 01 iyul 2022-ci il tarixli BA-03999-2022 nömrəli məktubuna əlavə olunmuş keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 79 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına əsasən X13 2-ci ünvan 7 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 234 saylı torpaq sahəsi ayrılmışdır.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 yanvar 2024-cü il tarixli 3-48-2F/2-249/2024 nömrəli məktubuna əlavə olunmuş keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 84 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına əsasən X13 Yasamal küçəsi, 43 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 180 saylı torpaq sahəsi ayrılmışdır.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilərək ünvan 8 ünvanında yerləşən, xx.xx.1954-cü il tarixli 79 saylı protokol əsasında mərhum X7 ayrılan ümumi sahəsi 264 kv.m olan 2-ci Yasamal küçəsində yerləşən və faktiki göstərilən ərazinin 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də yerləşən ərazi olması və mərhum X7 məxsus olması faktı müəyyən edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-20434/2023 **********34 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3- 30/35375/2023 **********75 nömrəli məktubla ünvan 9 ünvanına dair tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
14. ünvan 10 ünvanında yerləşən mərhum X3 məxsus 0.0264 ha torpaq sahəsinin aerokosmik görüntüsü Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmişdir. Həmin görüntüyə əsasən müəyyən edilmişdir ki, Hüquqların dövlət reyestrində keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) xx.xx.1954-cü il tarixli 79 saylı protokoluna əsasən ayrılmış torpaq sahəsinin ölçüsünün 0.0344 ha olması, sənədləşməsi nəzərdə tutulan digər torpaq sahəsinin 0.0264 ha olması göstərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 79 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına əsasən X13 2-ci ünvan 7 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 234 saylı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi hazırda xx.xx.2017-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda babası X6 vərəsəsi kimi Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 84 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına əsasən X13 Yasamal küçəsi, 43 ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 180 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən torpaq sahəsinin yerləşmə cizgisində ölçüsünün 264 kv.m qeyd olunmasına baxmayaraq, faktiki olaraq 241 kv.m təşkil etməsinə, həmçinin, torpaq sahəsinin ayrılmasına dair protokolda sahənin 2-ci Yasamal küçəsində ayrıldığı qeyd olunsa da, faktiki göstərilən ərazisinin keçmiş 5-ci Yasamal küçəsində yerləşməsinə istinad edilməklə imtina edilmişdir. Halbuki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ümumi sahəsi 264 kv.m olan 2-ci Yasamal küçəsində yerləşən və faktiki göstərilən ərazinin 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də yerləşən ərazi olması faktı müəyyən edilmişdir. Əlavə olaraq, məhkəmə icraatının gedişatında iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilək torpaq sahəsinin faktiki ölçüsünə, 241 kv.m-ə uyğun olaraq qeydə alınması xahiş edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin faktiki ölçüsü ilə bağlı tərəflər arasında olan mübahisə aradan qalxmışdır.
22. Beləliklə, işin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının babasının qanuni olaraq istifadəsində olmuşdur.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının mərhum babasının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
27. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X6 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
29. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
30. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal RİH) 84 nömrəli 24 noyabr 1954-cü il tarixli protokolu ilə mərhum X7 ayrılan faktiki sahəsi 241 kv.m təşkil edən 2-ci Yasamal küçəsində (faktiki olaraq 5-ci Yasamal küçəsi, X.Q.Mustafayev 43-də) yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X7) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva