Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11294/2024 25.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 898 nömrəli sərəncamı ilə Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 89 nömərli BTK nəzdində 354 “v” saylı 1200 kv.m ölçüdə bağ-torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 898 nömrəli sərəncamı ilə Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 89 nömrəli BTK nəzdində bağ-torpaq sahəsi İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatına ərizə ilə edilən müraciətə təqdim edilən arxiv arayışında qeyd olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır. Sərəncam № 898 (çıxarış), xx.xx.1992-ci il “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda ( bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 41№-li protokulu)” Bakı şəhəri İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 İyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara bağ sahələri ayrılsın. İddiaçı Ələsgər oğluna Goradil BTK №89 BTK (sənəddə olduğu kimi) .Əsas: fond-478, siyahı-1,sax.vah.-30. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra hakimiyyətinin 06 iyun 1992-ci il tarixli 898 saylı qərarına əsasən Goradil 89 №-li BTK nəzdində yerləşən 354 “v” saylı 0.12 ha bağ-torpaq sahəsinə dair 148№-li orderlə qeydiyyata alınmışdır. 35 ilə yaxın müddətdir ki, qeyd olunan torpaq sahəsi tam qanuni istifadəsinə verildiyi tarixdən etibarən həmin ərazini tam ölçüyə uyğun səlahiyyətli şəxslərin iştirakı ilə birlikdə hələ o vaxtlardan hasara almış, daimi demək olarki gündəlik abadlıq işləri aparmış həmin ərazini bağı kimi istifadə etmiş, və müntəzəm olaraq sanitar ekoloji qaydalara uyğun qulluq edərək müntəzəm olaraq torpaq vergisi ödəmişlər. Onuda qeyd etmək istəyirlər ki, bu onillər ərzində istər bağ qonşuları (qonşuları özləri də təsdiq edə bilərlər) tərəfindən bağ sahəsi bağlı qanuni olaraq bilinərək tanınmış və eyni zamanda heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsi ilə bağlı heç bir mübahisə yaranmamışdır. Bildirmək istəyir ki, iddia tələbi üzrə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli 2-1(81 )-4534/2014 saylı qərarı ilə istifadəsində olan bağ-torpaq sahəsinə dair torpaq sahəsinin plan-sxeminin verilməsi təmin edilmişdir. Lakin, məhkəmənin qanuni qüvvəsini almış qərarının icrası hələdə icrasız vəziyyətdə qalmışdır. Hələ, 2013-cü il tarixdə məhkəməyə müraciət etməsinə məcbur edən cavabdehin əsassız “orderin nüsxəsinin idarənin arxivində aşkar edilməmişdir” cavabı olmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli 2-1(81 )-4534/2014 saylı qərarı qəbul etməzdən əvvəl tərəfindən təqdim edilən kifayət qədər mötəbər sübutları və işin hallarını tam araşdırılaraq ərizəsinin əsaslı olduğunu buna görə də, iddia təmin edilmiş və qanuni qüvvəyə minmişdir. xx.xx.2024-cü il tarixdə, ********** saylı ərizə ilə cavabdeh İnzibati orqana 35 ilə yaxın müddət ərzində tam qanuni istifadəsində olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 868 nömrəli Sərəncamı ilə Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 89 nömrəli BTK nəzdində 354 “v” saylı bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-ci il tarixli, **********34 saylı məktubla cavab verilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh təşkilat tərəfindən qeydə alınan inzibati aktda qeyd olunmuşdur ki, İddiaçı dair order idarənin arxivində aşkar edilməmişdir cümləsinə münasibətdə bildirmək istəyir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 868 nömrəli Sərəncamı ilə Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 89 nömrəli BTK nəzdində bağ-torpaq sahəsi İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra hakimiyyətinin 06 iyun 1992-ci il tarixli 898 saylı qərarına əsasən Goradil 89 №-li BTK nəzdində yerləşən 354 “v” saylı 0.12 ha bağ-torpaq sahəsinə dair 148 №-li orderlə qeydiyyata alınmışdır. Orderin cavabdeh təşkilatın arxivində aşkar edilməməsi bir vətəndaş olaraq onun üzərinə qoyula biləcək bir məsuliyyət deyildir. Hüquqların dövlət qeydiyyatına alınmaması üçün hər vəchdə süründürməçiliyə səbəb olan bu kimi cavablarla cavabdeh təşkilatın hərəkət və hərəkətsizliyi sadəcə faktiki olaraq konstitusional qaydada qorunan hüquqların pozulması deməkdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir cümləsinə münasibətdə qeyd etmək istəyir ki, hələ o vaxtlar yəni ki, 35 ilə yaxın müddət əvvəl bağ-torpaq sahəsi istifadəsinə ayrılan zaman təqdim edilən hüquq müəyyənedici Sərəncamı onun özü tərəfindən qərar qəbul etməmiş, nədə vətəndaş olaraq elə bir səlahiyyəti olmayıb. Hətta o vaxtlar müraciəti əsasında müraciəti baxıldıqdan sonra sənədləşmə işləri səlahiyyətli şəxslər tərəfindən aparılırdı. Vətəndaş olaraq sənədləşmə işlərinin aparılması zamanı hər hansı texniki səhvliyə yol verilməsi və yaxud da, məlumatların qeydə alınmasında səhvə yol verilməsi onun üzərinə qoyula biləcək nə məsuliyyət nə də, 35 ildir səlahiyyətli şəxslərin iştirakı ilə naturada təhvil verilən torpaq sahəsinin tam ölçüsündə istifadəsində olan hüququnun qeydiyyata alınmasından imtina edilməsi üçün əsas və maneə deyildir. Həmçinin, sahə Novxanı-Pirşağı yolunun kənarında yerləşir cümləsinə münasibətdə qeyd etmək istəyir ki, faktiki qanuni istifadəsində olan bağ sahəsinin sağı-solu, qarşısı, arxası yəni ki, bütün ərazi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir ki, bu da, özlüyündə faktiki olaraq cavabdeh inzibati orqanın “İnzibati icraaat haqqında” Qanunun tələblərinin pozulmasına gətirib çıxardığı nəticədir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsində qeyd olunur ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Cavabdeh inzibati orqan tərəfindən faktiki olaraq konstitusional qaydada qanunla qorunan hüquqları hərtərəfli və kəskin şəkildə pozulmuşdur. Çünki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən onun hüquqları tam olaraq pozulmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “354v” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2023-cü il tarixli, **********34 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “354v” saylı bağın İddiaçı verilməsinə dair order idarənin arxivində aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş sərəncamın arxiv arayışında hüquq sahibinə ayrılmış torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən sahə digər bağların ərazisinə uyğun gəlir və iddiaçının qeyd etdiyi bağ nömrəsi göstərilən sahəyə aid deyil. Həmçinin sahə Novxanı-Pirşağı yolunun kənarında yerləşir. Əlavə olaraq bildirilir ki, iddiaçı əvvəlki müraciəti zamanı “354 b (v) saylı bağ sahəsi kimi fərqli ərazi göstərilmişdir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2018-ci il tarixli, İ-83-112 nömrəli məktubla təqdim edilmiş arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 898 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən İddiaçı Ələsgər oğluna – Goradil ərazisindəki 89 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır.
8. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 89 nömrəli BTK tərəfindən verilmiş 248 nömrəli orderə əsasən, order İddiaçı Ələsgər oğluna verilmişdir ondan ötrü ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 898 nömrəli qərarına əsasən ona 89 nömrəli BTK nəzdində 0.12 ha torapq sahəsi olan 354 “V” nömrəli bağ ayrılmışdır.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-K-00998/2024 **********34 nömrəli məktubla imtina edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-52/2-3894/2024 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 898 №-li sərəncamından çıxarış məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-45785/2024 **********85 nömrəli məktubla 89 nömrəli BTK-nın nəzdində olan bağların arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. 89 nömrəli BTK-nın nəzdində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi, 1200 kv.m torpaq sahəsi olan 354 v saylı bağ sahəsinə dair sənədin İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin və onun qonşuluğunda yerləşən torpaq sahəsinin ortofosu məhkəməyə təqdim edilmişdir.
13. Məhkəməyə iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların surətləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
21. Azərbaycan Respublikası Konstitusiyasının: M a d d ə 2 5 . Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən etiraz ərizəsində göstərilmiş, iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi iddiaçının adına verilmiş orderin İdarənin arxivində aşkar olunmamasına, həmçinin təqdim edilmiş sərəncamın arxiv arayışında hüquq sahibinə ayrılmış torpaq sahəsinin nömrəsi və ölçüsünun qeyd edilməməsinə, elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, sxematik xəritəyə əsasən sahənin digər bağların ərazisinə uyğun gəlməsinə, iddiaçının qeyd etdiyi bağ nömrəsinin göstərilən sahəyə aid olmamasına, sahənin Novxanı-Pirşağı yolunun kənarında yerləşməsinə, əlavə olaraq iddiaçı əvvəlki müraciəti zamanı “354 b (v) saylı bağ sahəsi kimi fərqli ərazinin göstərilməsinə istinad edilmişdir.
25. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə order, arxivdə nüsxəsinin olmaması səbəbindən mübahisələndirilmişdir.
26. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin orderin əsli məhkəməyə təqdim edilmişdir.
27. Məhkəmə hesab edir ki, orderin əslinin iddiaçıda olduğu təqdirdə, onun həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi müddətcə, cavabdeh İdarənin arxivində olmaması əsası mübahisənin iddiaçının ziyanına təfsir edilməsi ilə nəticələnə bilməz. Belə ki, cavabdehin bu yanaşması mötəbərlik prezumpsiyasına (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi) zidd olardı.
28. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan orderin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
29. Məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:
30. İddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamda torpaq sahəsinin nömrəsi və ölçüsünün qeyd edilməsə də, həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə orderdə torpaq sahəsini nömrəsi qeyd edilmişdir. Bundan əlavə bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməməsi isə ümumiyyətlə iddiaçının hüquqularını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu uyğunsuzluğun aradan qaldırılması da, elə cavabdehin özünün öhdəliyidir.
31. Torpaq sahənin Novxanı-Pirşağı yolunun kənarında yerləşməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ortofoto və iş materiallarına əlavə edilmiş iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, yəni, Novxanı-Pirşağı yolunun kənarında yerləşən digər torpaq sahələrinə artıq başqa fiziki şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli mövqeyi sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (bərabərlik) və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinin pozulması deməkdir.
32. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.
33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 898 saylı sərəncamı ilə 148 nömrəli order əsasında Göradil bağlar sahəsində 89 nömrəli X1 nəzdində olan 1200 kv.m ölçüdə, 354 “V” nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı-ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva